Şuşaya qayıdacağımız günü səbirsizliklə gözləyirik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
tarix11.09.2018
ölçüsü1,28 Mb.
#67918


Şuşaya qayıdacağımız günü 

səbirsizliklə gözləyirik

 

ˆ

Talenin qismətidir ki, biz ermənilər kimi 



qəsbkar, işğalçı, separatçı, terrorçu bir xalq ilə 

qonşuluqda yaşamalı olmuşuq. Bu bədnam insanlar 

regiona köçüb gələndən indiyədək elə bir il olmayıb 

ki, hansısa xəyanətə əl atmasınlar. Onların gah 

Türkiyədə, gah Azərbaycanda, gah da hansısa başqa 

bir ölkədə fitnə-fəsad törətməsi bu xalqa bədnam imic 

qazandırıb. Amma bu da həqiqətdir ki, ermənilərin fitnə-

fəsadlarından ən çox zərər çəkən məhz Azərbaycandır. 

Ötən əsrin son onilliyində- 

dövlət müstəqilliyimizi bərpa 

etdikdən sonra düşmənlərimiz 

və bədxahlarımız bizə 1920-ci 

il ağrılarını yenidən yaşatmaq 

istəyirdilər. Çalışırdılar ki, 

milli dövlətçiliyimiz əldən 

getsin, ölkəmiz parçalansın, 

Azərbaycanın daha bir neçə 

rayonu ermənilər tərəfindən 

işğal edilsin. Çox təəssüf ki, 

ermənilər və onların havadarları 

buna çalışdılar və ərazilərimizin 

xeyli hissəsinin işğalına nail 

oldular. 

Xalqımız ulu öndər 

Heydər Əliyevin ölkədə siyasi 

hakimiyyətə qayıdışına nail ola 

bilməsəydi, bədxahlarımızın 

qarşıya qoyduğu bütün vəzifələr 

reallaşacaq və bugünkü qüdrətli 

Azərbaycan dövlətindən əsər-

əlamət qalmayacaqdı. Hər halda, 

itkilərimiz oldu və onlardan biri 

də on illər boyu üzünə həsrət 

qaldığımız laçın qayalı, qartallar 

yuvası olan Şuşadır. Ümum-

milli liderimiz Heydər Əliyev 

Şuşanın Azərbaycan üçün 

müstəsna əhəmiyyətini yüksək 

qiymətləndirərək demişdir: 

“Şuşasız Qarabağ, Qarabağsız 

isə, ümumiyyətlə, Azərbaycan 

yoxdur”.

Bu gün Şuşa şəhərinin 

işğalının növbəti ildönümü-

dür. 1992-ci il mayın 8-də 

Ermənistan hərbi birləşmələri 

tərəfindən işğal edilən, 289 

kvadratkilometr ərazisi olan 

Şuşada həmin dövrdə 25 min 

nəfərədək əhali yaşayırdı. Mayın 

8-nə keçən gecə erməni silahlı 

birləşmələri Şuşa şəhərinin 

işğalı ilə bağlı əməliyyat 

keçirmişdilər. Şəhərin intensiv 

artilleriya atəşinə tutulması 

səhər saat 6-dək davam etmiş, 

bundan sonra düşmənin 1000-ə 

yaxın əsgəri üç tərəfdən Şuşaya 

hücuma keçmişdi. Azərbaycanın 

bu qədim, zəngin tarixə və 

mədəniyyətə malik şəhərinin 

Ermənistan silahlı qüvvələri 

tərəfindən ələ keçirilməsi ilə 

Dağlıq Qarabağın işğalı başa 

çatdırılmışdır.

Mütəxəssislər hesablayıblar 

ki, bu qədim diyarımızın işğal 

edilməsi ilə çox şey itirmişik. 

Şəhərin işğalı nəticəsində isə 

480 günahsız vətəndaş qətlə 

yetirilmiş, 600 nəfər yaralan-

mış, 22 min insan öz yurdundan 

didərgin düşmüşdür. Müvafiq 

qurumların məlumatlarına 

əsasən qeyd edilir ki, əsir götü-

rülmüş 68 soydaşımızın taleyi 

barədə bu günə qədər məlumat 

yoxdur. İşğal nəticəsində Şuşa-

dakı bir sıra tarixi-mədəniyyət 

abidələri düşmən tərəfindən ta-

lan edilmişdir. Bu siyahıya Xan 

və Qaxal mağaraları, Şuşa qalası 

da daxil olmaqla, bütövlükdə 

279 dini, tarixi və mədəni abidə 

aiddir.


Artıq BMT-də, UNESCO-

da və bütün beynəlxalq 

təşkilatlarda hamıya məlum 

olduğu kimi, ermənilər 

Azərbaycana məxsus olan bir 

çox abidəni məhv etmiş və ya 

son on ildə erməniləşdirmişlər. 

Onlar Şuşada 7 məktəbəqədər 

uşaq müəssisəsini, 22 

ümumtəhsil məktəbini, mədəni-

maarif, kənd təsərrüfatı texni-

kumlarını, 8 mədəniyyət evini, 

14 klubu, 20 kitabxananı, 2 ki-

noteatrı, 3 muzeyi, Şərq musiqi 

alətləri fabrikini dağıtmışlar.

Tarixçilər yazırlar ki, 

bu işğalın təməli hələ ötən 

əsrin səksəninci illərinin 

ikinci yarısından - ulu öndər 

Heydər Əliyevin Moskva-

da yüksək vəzifələrindən 

kənarlaşdırılmasından sonra 

qoyulmuşdu. Həmin tarixdən 

sonra Dağlıq Qarabağın 

işğalı planı hissə-hissə həyata 

keçirilməyə başlanmış və 

Şuşa da bu xəyanətin qurbanı 

omuşdur. Sovet hakimiyyəti 

dövründə Dağlıq Qarabağ 

məsələsi bir neçə dəfə qaldı-

rılsa da, ermənilər və onların 

himayədarları məqsədlərinə 

nail ola bilməmişdilər. Odur ki, 

onlar müəyyən tarixi məqamı 

gözləməyə məcbur olmuş, XX 

əsrin 80-ci illərinin sonların-

da SSRİ hökuməti, xüsusilə 

onun başında duranların 

Azərbaycan torpaqlarına açıq-

aşkar təcavüz edən ermənilərə 

himayədarlıq etməsi üzündən 

hadisələr getdikcə daha da 

mürəkkəbləşmiş, Ermənistan 

ərazilərimizə hərbi təcavüzə 

başlamışdır.

Həmin qanlı hadisələrin 

şahidi olan şuşalılar danışırlar 

ki, ermənilər bu təcavüzə terror 

aktları ilə başlamışdılar. Belə 

ki, düşmən 1989-cu il avqustun 

13-də Şuşaya gələn su kəmərini 

partlatmış, ayın 17-də Əsgəranda 

Şuşa-Ağdam marşrutu üzrə 

işləyən avtobusa hücum etmiş, 

avqustun 28-də isə Şuşadan 

Bakıya, Ağdama və respublika-

nın digər rayonlarına gedən 9 

avtobus və 1 yük maşını karvanı 

ermənilər tərəfindən atəşə tu-

tulmuşdur. Həmin il oktyabrın 

axırı, noyabrın əvvəllərində Şuşa 

yaxınlığında Ağa körpüsünün 

ermənilər tərəfindən partladılma-

sı nəticəsində Şuşanın ətraf ra-

yonlarla əlaqəsi kəsilmiş və şəhər 

blokada vəziyyətinə düşmüşdür.

Şuşanın işğalının tarixçəsini 

özündə əks etdirən sənədlərdə 

isə göstərilir ki, sonradan bu 

terror, təxribat və xəyanət 

hadisələri intensivləşmiş, 1992-

ci il mart ayının sonu, aprelin 

əvvəllərindən başlayaraq, Şuşa 

yaxınlığında ermənilərin zirehli 

texnikası, saysız-hesabsız canlı 

qüvvəsi toplanmışdı. May ayının 

7-dən 8-nə keçən gecə Şuşa 

dörd tərəfdən “Qrad”, “Kristal” 

tipli raketlər, top, tank, PDM, 

ZDM, pulemyot və avtomatlar-

la güclü atəşə tutulmuş və bu, 

səhərə qədər davam etmişdi. 

Şəhər ayın 8-də axşama qədər 

müdafiə olunsa da, tank və 

zirehli maşınların köməyi ilə 

ermənilər əvvəl Şuşanı, sonra 

isə Kosalar və Şırlan kəndlərini 

ələ keçirmişdilər.

O dövr üçün ən müasir 

hesab edilən texnika ilə başlayan 

hücumlar nəticəsində son tunc 

və ilk dəmir dövrü abidələri 

– Şuşa və Şuşakənd daş qutu 

qəbirləri, Daş dövrü abidəsi 

olan Şuşa mağara düşərgəsi

XVIII əsrə aid Şuşa qalasının 

divarları, Pənah xanın sarayı 

və kitabxanası, İbrahim xanın 

bürcü və qəsri, Xan sarayı və 

karvansaray, Molla Pənah Vaqi-

fin məqbərəsi və türbəsi, Yuxarı 

məscid mədrəsəsi, Hacıqulu-

ların malikanəsi, ikimərtəbəli 

karvansaray, Mehmandarovların 

malikanə kompleksi, Üzeyir 

bəy Hacıbəylinin, Bülbülün 

ev-muzeyləri, Xan Şuşinskinin 

evi, Realni məktəbin binası, Qız 

məktəbi, Şirin su hamamı, Mey-

dan bulağı, İsa bulağı və sair 

tarixi mədəniyyət nümunələri 

erməni işğalçıları tərəfindən ta-

lan edilmiş və ya dağıdılmışdır.

Beynəlxalq aləmdə mövcud 

olan ikili standartların tətbiqi 

nəticəsində hələ də Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsinin ədalətli şəkildə 

həll edilməsinə nail ola bilmirik. 

Ancaq bəşər tarixində heç bir 

haqsızlıq, ədalətsizlik daimi ola 

bilməyib. Təbii ki, ermənilərin 

də bu baxımdan elə bir şansı 

yoxdur. Əslində, onlar heç zaman 

Azərbaycanın hansısa ərazisini iş-

ğal etmək iqtidarında olmamışlar. 

Sadəcə, güclü himayədarlarının 

dəstəyi nəticəsində həmişə qonşu 

torpaqlarından faydalanmışlar. 

İndi isə başqa zamandır. İndi 

azərbaycanlıların güclü dövləti də 

var, qətiyyətli lideri də, qüdrətli 

ordusu da. Odur ki, düşmən tap-

dağında olan bütün torpaqlarımız 

kimi, Şuşanın da işğaldan azad 

ediləcəyi günü hamımız birlikdə 

görəcəyik. Azərbaycan Prezidenti 

İlham Əliyevin dediyi kimi, bizim 

dövlət bayrağımızın Şuşada, 

Xankəndidə dalğalanacağı gün 

uzaqda deyil. İnşallah!

İttifaq MİRZƏBƏYLİ,  

“Xalq qəzeti”

 

ˆ

Bu gün Ermənistan parlamenti baş nazir 



seçilməsi üçün yenidən toplaşır. Xəbər verildiyi 

kimi, müxalifət lideri Nikol Paşinyanın mayın 1-də 

parlamentdə keçirilən seçkilərdə baş nazir seçilməsi 

baş tutmadı. Bundan sonra işğalçı ölkədə genişmiqyaslı 

aksiyalar davam etdirildi. Politoloqların fikrincə, 

mayın 1-də Ermənistan parlamentinin keçirdiyi xüsusi 

iclasda gözlənilən ssenari oldu və ölkənin baş naziri 

postu yenə də boş qaldı. Hadisələrin gedişi də təsdiqlədi 

ki, parlament faktiki qarşıdurma yolu tutdu. “Yelk” 

(“Çıxış”) deputat blokundan baş nazirliyə yeganə 

namizəd Nikol Paşinyanın namizədliyi dəstəklənmədi. 

Ölkədə ikihakimiyyətlilik sona yetmək əvəzinə, daha 

gərgin mərhələyə keçdi. 

Xatırladaq ki, N.Paşinyanın 

baş nazir seçilməsi üçün 53 

deputatın səsi kifayət idi. 

“Yelk”, “Sarukyan” blokları və 

daşnakların hesabına Paşin-

yan cəmi 45 səs toplaya bildi.  

Paşinyana səs verməyənlər 

bunu onun savadsızlığı, dövlət 

idarəçiliyində fəaliyyətinin 

olmaması ilə əlaqələndiriblər. 

Baxmayaraq ki, Ermənistanda 

“rəngsiz” inqilabın lideri kimi 

tanınan N.Paşinyan parlamentdə 

çıxış etdi və ölkənin qarşısında 

duran əsas problemlərlə bağlı 

mövqeyini açıqladı, ancaq onun 

çıxışını qəbul etməyənlər də çox 

idi. Həmin şəxslər bu çıxışın 

Paşinyanın arxasında dayanan-

lar tərəfindən hazırlandığını 

bildirdilər. Onu da qeyd etdilər 

ki, baş nazir olmaq sevdasına 

düşmüş Paşinyan verdiyi vədləri 

yerinə yetirmək iqtidarında 

deyil. Onun ən böyük xidməti 

odur ki, ölkəni Serj Sarkisyan 

əsarətindən, zülmündən xilas 

edib.

N.Paşinyan isə hələ də baş 



nazir olmağa israrlı və ümidlidir. 

O, Respublikaçılar Partiyası-

nın da ona dəstək verəcəyini 

vurğulayıb. Deyib ki, Vaqram 

Baqdasaryan mənimlə görüşdə 

təsdiq etdi ki, onlar məni 

dəstəkləyəcəklər. Bunu fakt 

hesab etmək olar”. Buna bax-

mayaraq, ekspertlər bildirirlər 

ki, mayın 8-də Paşinyan yenə 

də Respublikaçılar Partiyasının 

sürprizi ilə qarşılaşa bilər. Çünki 

parlamentdə əsas çoxluğu təşkil 

edən respublikaçılardır.

Mayın 1-də baş tutma-

yan seçkilərdən sonra ölkədə 

kütləvi etiraz aksiyası baş-

landı. Ermənistanın qonşu 

dövlətlərlə giriş-çıxış yolları 

bağlandı. İrəvan, demək olar ki, 

tam blokadadadır. Vəziyyətin 

getdikcə gərginləşdiyini görən 

hakim Respublikaçılar Partiyası 

növbəti seçkilərdə müxalifətin 

irəli sürəcəyi namizədi 

dəstəkləyəcəyini bəyan etdi. 

Xatırladaq ki, Nikol Paşinyanla 

“Sarukyan” blokunun lideri Ha-

qik Sarukyanın görüşündən son-

ra müxalifətin namizədinin yenə 

də Paşinyan olduğu açıqlandı. 

Hər şey mayın 8-də keçiriləcək 

parlamentin xüsusi iclasında həll 

olunacaq.

N.Paşinyan və tərəfdarları 

Respublikaçılar Partiyasının 

mayın 1-də keçirilmiş ic-

lasdakı səsverməni bir daha 

təkrarlamayacağına ümid edirlər. 

Politoloqlar isə 8 may seçkisində 

də hakim partiyanın eyni yolu 

tutacağını bildiriblər. Çünki 

partiyanın fəallarından bir neçəsi 

bildirb ki, Nikol Paşinyanın 

Ermənistana rəhbərlik etməsini 

özlərinə və erməni xalqına təhqir 

hesab edirlər.

Erməni şərhçilərin qənaətinə 

görə, respublikaçıların güzəştə 

getməsinin səbəbi ölkədə 

başlanan etiraz aksiyasının 

qarşısını almaqdır. Əslində, 

partiyanın üzvləri üzdə özlərini 

geri çəkilən kimi göstərir, bu 

hərəkətləri ilə vaxt qazanmağı 

düşünürlər. Onlar Serj Sarkisyan 

və Robert Koçaryanın Moskva-

ya səfər etmələrinin yekununu 

gözləyirlər. Belə qənaətdədirlər 

ki, sabiq prezidentlərin Mosk-

vaya səfəri vəziyyəti dəyişdirə 

və prosesdə həlledici rol oynaya 

bilər. Bütün bunların nəticəsi isə 

parlamentdə bu gün keçiriləcək 

baş nazir seçkisindən sonra bəlli 

olacaq: ya yeni üsyan dalğası 

başlayacaq, ya da qruplaşmalar 

arasında silahlı münaqişə.

Baş nazir vəzifəsinə yeganə 

namizədin Nikol Paşinyanın ol-

ması da narazılıq yaradıb. Çünki 

işğalçı ölkədə onun bu vəzifənin 

öhdəsindən gələ biləcəyinə ümid 

yoxdur. Bildirilir ki, ölkədəki 

anarxiya və xaos daha da 

dərinləşəcək. Parlamentin daimi 

komissiyalarından birinin üzvü 

Gevork Kastanyan isə deyib 

ki, yeni baş nazirin məsələsi 

praktiki olaraq həllini tapıb. 

Onun deməsinə görə, Paşinyanın 

hökumət başçısı postuna gəlməsi 

ilə heç nəyi dəyişməyəcək. Bunu 

onun mayın 1-də parlamentdəki 

çıxışı da təsdiqləyir: “ Xatır-

layırsınızsa, o, Ermənistanın 

yeni hakimiyyətinin xarici 

siyasətdə dəyişikliklər etmək 

niyyətində olmadığını söylədi. 

Dedi ki, Ermənistan mənim 

baş nazirliyim dönəmində də 

Avrasiya Birliyi və KTMT-nin 

üzvü olaraq qalacaq. Guya bu, 

təkcə bir nəfərin yox, ümummilli 

hərəkatın məntiqi mövqeyidir. 

Bildirdi ki, Rusiya Ermənistanın 

strateji tərəfdaşıdır və ümumxalq 

hərəkatı Ermənistan-Rusiya 

münasibətlərinə təhdid yaratmır. 

Sonra dedi ki, Avropa Birliyi 

və üzvləri ilə münasibətləri 

dərinləşdirəcək, Avropa Birliyi 

ilə viza rejiminin liberalizasiya-

sına çalışacaq. ABŞ-la dostluq 

münasibətlərinin yeni stimula 

ehtiyacı var. Çinlə münasibətləri 

inkişaf etdirəcəyik və bildirdi ki, 

bu istiqamət çox vacibdir”.

G.Kastanyan deyib ki, onsuz 

da bu gün Ermənistan həmin 

siyasəti yeridir. Demək, Paşin-

yanın yeni idarəçilik metodu 

yoxdur: “O, dövlət idarəçiyində 

heç bir təcrübəyə malik deyil. 

Ona görə də baş nazir vəzifəsi 

onun üçün çox çətin olacaq. 

Paşinyanı dəstəkləyən şəxslər 

unutmamalıdır ki, o, baş nazir 

seçilərsə, ondan sonra ölkədə 

baş verənlərə məsuliyyət daşıya-

caqlar. Nələrin baş verəcəyi isə 

Paşinyanın seçkisi baş tutandan 

sonra məlum olacaq”.

Komissiya üzvü xatırladıb 

ki, təkrar baş nazir seçkisində 

Paşinyanın namizədliyini üç 

müxalifət fraksiyası –“Saruk-

yan”, “Yelk” və “Daşnaksütyun” 

fraksiyaları irəli sürüb. Hakim 

Respublikaçılar Partiyası isə 

bəyan edib ki, onlar namizəd 

irəli sürməsələr də, Paşinya-

nın azı 35 səslə namizədliyi 

irəli sürüləcəyi halda, ona səs 

verəcəklərini vəd ediblər. Əgər 

bütün siyasətçilər verdikləri 

vədə əməl etsələr, o zaman 

Ermənistanda keçid dövrü 

başlayacaq və Nikol Paşinyanın 

komandası Seçki Məcəlləsində 

dəyişiklik edərək, Respublika-

çılar partiyasının onlar üzərində 

qələbə qazanmasının qarşı-

sını alacaq. Bundan ötrü 

növbədənkənar parlament 

seçkiləri keçirmək zərurəti 

yaranır. 

Ermənistan mətbuatının 

verdiyi məlumata görə, 

bu gün keçiriləcək baş 

nazir seçkisində Paşin-

yanın qələbə qazanma-

sı ehtimalı yüksəkdir. 

Çünki parlamentdə onu 

dəstəkləməyənlərə qarşı 

təzyiqlər başlayıb. Siyasi 

şərhçilərin yazdıqlarına 

görə, Paşinyanın arxasında 

dayanan gözəgörünməz 

qüvvə artıq təzyiq 

vasitələrinə keçib. “Daş-

naksütyun” Partiyasının 

fəal üzvü Arvam Vardanyan 

artıq belə bir təzyiqin yü-

künü çəkir. O, siyasi təşkilatdan 

uzaqlaşdırılıb, mayın 1-də 

parlamentdə keçirilən seçkilərdə 

Paşinyana səs vermədiyinə 

görə cəzalandırılıb. Bundan 

sonra Arvam Vardanyan deputat 

mandatından da imtina etmək 

məcburiyyətində qalıb. Bir qrup 

etirazçı isə deputat Karen Ar-

zumanyanın evinin qarşısında 

toplaşaraq, ona qarşı sərt fikirlər 

səsləndirmiş və hədə - qorxu 

gəlmişdir. Etirazçıların bu ad-

dımı Arzumanyanın Paşinyana 

qarşı müxalif mövqedə dayandı-

ğına görə atılıb.

İşğalçı ölkədəki anarxiya və 

xaos getdikcə dərinləşir. Siyasi 

şərhçilər Ermənistanda daha 

təhlükəli və qorxulu hadisələrin 

baş verəcəyindən təlaşlanıblar. 

Ehtimal edilir ki, əgər Paşinyan 

bu dəfə də baş nazir seçilməsə, 

qarşıdurma silahlı münaqişəyə 

çevriləcək və bu da insan tələfatı 

ilə nəticələnəcək. 

Bir tərəfdən isə 

Ermənistanın baş naziri 

səlahiyyətlərini icra edən Karen 

Karapetyanın tələm-tələsik 

kadr islahatına başlaması 

vəziyyəti daha da kəskinləşdirib. 

Hökumətin xarici əlaqələr üzrə 

idarə rəisini, mətbuat xidməti 

rəhbərini və protokol xidmətinin 

rəisini tutduqları vəzifədən azad 

etməsi də həmin şəxslərin Nikol 

Paşinyanı dəstəkləmələri ilə 

əlaqələndirilir. Bundan başqa, 

Gümrüdəki dövlət universite-

ti və Yerevandakı orta təhsil 

müəssisələrinin biri qarşısında 

aksiyalar keçirilib. Bu barədə 

məlumat verən yerli kütləvi 

informasiya vasitələrinin 

yazdıqlarına görə, həmin təhsil 

müəssisələrinin rəhbərləri hələ 

də Serj Sarkisyanın şəklini 

başları üzərindən asıblar 

və Ermənistanda baş verən 

hadisələrin bir qrup öyrədilmiş 

quldur dəstəsi tərəfindən 

törədildiyini bildiriblər.

Etirazçıların  nümayəndəsi – 

analitik İqor Muradyan “Ara-

vot” qəzetinə müsahibəsində 

deyib ki, 2016-cı il aprelin 

əvvəllərində cəbhədə baş 

verənlər Ermənistana, onun 

başında dayanan Serj Sarkisya-

na, onun komandasına alçaldıcı 

hərbi məğlubiyyət gətirdi. Bu 

məğlubiyyətdən sonra Serj 

Sarkisyan erməni xalqından 

üzr istəyib sakitcə getməli idi. 

Ancaq Sarkisyan özünü elə 

apardı ki, guya məğlub olan 

Ermənistan yox, qarşı tərəfdir. 

“Bu əməliyyatlar həm də 

onu göstərdi ki, Ermənistan 

hakimiyyəti, silahlı qüvvələri 

zəif və qorxaqdır, xarici 

siyasət yürütmək iqtidarında 

deyil. Ermənistan alçaldı-

cı məğlubiyyətə uğrayıb və 

xaricilər bizim ölkəni itaətkar 

boyunduruğuna salaraq, elə bir 

vəziyyətə gətiriblər, ki, hara-

da göstərsələr, orada dursun. 

Ermənilər təkcə döyüş meyda-

nında uduzmadılar, onlar daha 

böyük miqyasda uduzdular 

və gülünc kukla vəziyyətinə 

düşdülər. Ölkəni bu hala salan 

Serj Sarkisyan və onun koman-

dası oldu. Biz Ermənistanın 

müstəqilliyini görmürük və bunu 

hiss etmirik. Əvvəlki illərdə 

olduğu kimi, yenə də Rusiya-

nın əsarətindəyik. Onların hər 

bir tapşırığı Sarkisyan üçün 

qanundur. İndi getsin öz cəzasını 

çəksin”.

Analitikin fikrincə, ölkəni 

iflic vəziyyətinə salmış Serj 

Sarkisyan və onun komandası 

asanlıqla canlarını qurtarmamalı-

dırlar. Onlar törətdikələri cinayət 

əməllərinə görə qanun qarşısında 

cavab verməlidirlər.



Əliqismət BƏDƏLOV, 

“Xalq qəzeti”

İki il bundan əvvəl Ermənistan döyüş meydanında 

üzləşdiyi məğlubiyyətdən bu günə qədər də özünə gələ bil-

mir. Bu gün Azərbaycan bayrağı Ağdərə, Füzuli, Cəbrayıl 

rayonlarının vaxtilə işğal altında olan torpaqlarında 

dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada və 

Xankəndidə dalğalanacaqdır.

Azərbaycan Respublikasının Prezidenti 

İlham Əliyevin Novruz bayramı münasibətilə 

keçirilən ümumxalq şənliyindəki çıxışından

Bakı, 19 mart 2018-ci il

Ermənistanda mayın 8-dən sonra nə baş verəcək: 

yeni üsyan dalğası, yoxsa silahlı qarşıdurma?

Səbail rayonunda tarixi Qələbənin 

ildönümü münasibətilə tədbir

 

ˆ

İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin 73-cü ildönümü 



Səbail rayonunda geniş və təntənəli şəkildə qeyd olunur. Bununla əlaqədar rayonun 

idarə və təşkilatlarında, ali və orta məktəblərində tədbirlər, veteranlarla görüşlər 

keçirilir, mədəniyyət müəssisələrində, o cümlədən muzey və kitabxanalarda sərgilər təşkil 

edilir. 

 Rayonun orta məktəblərinin kollektivləri 

məktəbə yaxın ərazilərdə yaşayan Böyük Vətən 

müharibəsi veteranlarının yaşadıqları mənzillərə 

gedir, onlara bayram sovqatları çatdırırlar. 

Ənənəvi olaraq Qələbə günü ilə bağlı Bayıl ya-

şayış sahəsindəki Sovet İttifaqı Qəhrəmanı Qafur 

Məmmədovun adını daşıyan bağda Səbail rayon 

rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, 

Hərbi Dəniz Qüvvələrinin zabit və matrosları və 

veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir.

Tədbrin əvvəlində Hərbi Dəniz Qüvvələrinin 

orkestrinin ifasında marşlar ifa olunmuşdur. 

Sonra Azərbaycan Respublikasının Dövlət Him-

ni səslənmişdir. Müsiqi sədaları altında rayon 

rəhbərliyi, veteranlar, tədbirdə iştirak edən qonaqlar, 

donanmanın zabit və əsgərləri və məktəblilər Sovet 

İttifaqı Qəhrəmanı Qafur Məmmədovun parkda ucal-

dılmış büstü önünə tər çiçəklər düzmüşlər.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar 

Əzizov əlamətdar gün münasibətilə veteranları və 

tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş ar-

zularını çatdırmışdır. Natiq qeyd etmişdir ki, Böyük 

Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa 

cəbhədə çalışanlar arasında sağ qalanlar – o günlərin 

canlı şahidləri bu gün hər birimiz üçün əzizdir.

Tədbirdə bildirilmişdir ki, Azərbaycan xalqı bu 

gün öz keçmişi ilə fəxr edir. 

 Ulu öndər Heydər Əliyev müharibə veteran-

larına həmişə xüsusi qayğı və diqqət göstərmiş, 

onların problemləri ilə yaxından maraqlanmışdır. 

Ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab 

İlham Əliyev də veteranların sosial müdafiəsini daim 

diqqət mərkəzində saxlayır. Qələbənin ildönümü 

ərəfəsində ölkə başçısının sərəncamı ilə 1941-1945-

ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya 

sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, 

arxa cəbhədə fədakar əməyə görə orden və medal-

larla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım 

verilməsi veteranlara göstərilən qayğının bariz 

nümunəsidir.

Sonra tədbir parkın qarşısında yerləşən, 

müharibə illərində təxliyə hospitalının fəaliyyət 

göstərdiyi Səbail rayonu, 49 saylı “İntellekt” 

liseyində davam etdirilmişdir. Tədbirdə çıxış 

edən veteranlar öz xatirələrini danışmış, onlara 

göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə 

minnətdarlıqlarını bildirmişlər. 

Tədbirdə veteranlara hədiyyələr təqdim olunmuş 

və maddi yardım edilmişdir.



 Ə.BAYRAMOV, “Xalq qəzeti”

Şuşa 26 ildir ki, düşmən əsarətindədir

 

ˆ

Şuşanın işğalının 26-cı ildönümü ilə əlaqədar Şuşa Humanitar 



Kollecində keçirilən tədbiri bu tədris müəssisəsinin direktoru Rasim Mehdiyev 

giriş sözü ilə açaraq bildirib ki, Qarabağın sənət məbədi, Azərbaycan 

musiqisinin beşiyi adlandırılan bu yurd, bu torpaq hazırda düşmən tapdağı 

altındadır. Şuşanın işğalı yalnız xalqımıza qarşı törədilən qəsd deyil, həm də 

mədəniyyətimizə, mənəviyyatımıza qarşı cinayətdir. Şuşa əsl mənada abidələr 

şəhəri idi. Bu gün həmin abidələr dağıdılıb, yerlə-yeksan edilib... 

Rasim Mehdiyev, həmçinin qeyd edib ki, Şuşada 

300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 metr 

uzunluğunda bərpa olunmuş qala divarları vardı. 

Tarixi abidələrdən 23-ü respublika və dünya miqyaslı 

abidələrə aid idi. Şuşada hər bir ev, küçə, möhtəşəm 

qala divarları, məscidlər, minarələr, əzəmətli 

qəsrlərin qalıqları keçmişimizdən xəbər verirdi. 

Sonra Şuşa haqqında videoçarx nümayiş etdiri-

lib.


Tədbirdə, eyni zamanda, kollecin müəllimləri 

Şuşa haqqında xatirələrini danışıblar. Onlar 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata 

keçirdiyi uğurlu siyasət nəticəsində Şuşanın tezliklə 

erməni işğalından azad olunacağına əminliklərini 

bildiriblər.

Tədbirdə kollecin tələbələri Şuşa haqqında mah-

nılar oxuyub, şeirlər söyləyiblər. 



M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

8 may 2018-ci il, çərşənbə axşamı

10

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə