Swedbank və Əmanətlər Banklarına xoş



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü0,95 Mb.
#68525


Swedbank və Əmanətlər Banklarına xoş 

gəlmisiniz

Swedbank və ya əmanətlər bankında müştəri kimi qeydiyyatdan keçmək 

üçün siz identifikator təqdim etməli və nə üçün sizə bank hesabı lazım 

olduğunu izah etməlisiniz. Bu, siz filiala daxil olanda banka təqdim etməli 

olduğunuz məlumat üçün göstəricidir.



Nə üçün sizə bank hesabı lazımdır?

Bütün İsveç bankları qanuni olaraq sizdən nə 

üçün bank hesabına ehtiyacınız olduğunu və 

hesabdan necə istifadə edəcəyinizi soruşmağa 

borcludur. Bu, maaşınızı əmanət kimi qoymaq 

və ya digər ödəniş formaları, icarə üçün ödəniş 

etmək, yaxud əmanət hesabı ola bilər.

Filiallarımızın əksəriyyəti nağd pulla işləmir. 

Məhz buna görə də bankınızdan sizdən necə pul 

çıxılacağını soruşmalısınız və ya başqa üsullarla 

ödəniş edə bilərsiniz.

Bank kartınız və hesabınız haqqında məlumat 

şəxsidir. Kart və ya hesabınız başqaları tərəfindən 

istifadə olunmamalıdır. Kart və hesab haqqında 

məlumatınızla ehtiyatlı olmağınız vacibdir. PİN 

kodunuzu heç vaxt heç kimə verməyin.

Əgər gəlirlə bağlı dəstək almaq üçün 

bankınızdan hesab çıxarışına ehtiyacınız varsa, 

sizə ən yaxın filiala yaxınlaşa bilərsiniz, orada 

sizə pulsuz olaraq bir aylıq bank hesabı çıxarışı 

üçün qeydiyyatdan keçməyə kömək edəcəklər.

Bank hesabı hüququ

Vətəndaşlığından asılı olmayaraq, istənilən kəs 

Əmanətlərin Zəmanəti ilə əhatə olunan bank 

hesabı açmaq üçün başlıca hüquqa malikdir. 

Lakin bəzi hallarda bankın hesabdan imtina 

etmək hüququ vardır. Bank aşağıdakı hallarda 

sizin üçün hesab açmaya bilər:

•   bank təhlükəsiz şəkildə sizi tanımaq 

iqtidarında olmadıqda

•   bank sizin hesab açmaq istəyinizlə bağlı 

təqdim etdiyiniz məlumatın qənaətbəxş 

olmadığını hesab etdikdə



İdentifikasiya

Əgər sizdə İsveç şəxsi identifikasiya 

nömrəsi varsa

Əgər sizdə İsveç şəxsi identifikasiya nömrəsi 

varsa, siz düzgün İsveç identifikatoru təqdim 

etməlisiniz. 



Əgər sizin İsveç şəxsi identifikasiya 

nömrəniz yoxdursa

Əgər sizin İsveç şəxsi identifikasiya nömrəniz 

yoxdursa, siz vətəndaşlığınızı göstərən düzgün 

milli pasport təqdim etməlisiniz.

Şengen Razılaşmasının bir hissəsi olan 

ölkələr üçün milliyyətinizi göstərən milli İsveç 

identifikasiya kartına ekvivalent də etibarlıdır.

Siz xarici identifikator təqdim edəndə, eyniliyinizi 

yaşayış icazəsi, iş yerindən arayış, Vergi 

Orqanından sertifikat və ya məktəb sertifikatı 

kimi əlavə sənədlərlə əsaslandırmalısınız.

Əgər İsveç və ya İngilis dilini başa 

düşmürsünüzsə 

Əgər İsveç və ya İngiliscə başa düşmürsünüzsə, 

siz özünüzlə tərcüməçi gətirməlisiniz.

Bizim bir-birimizi anlamağımız ona görə zəruridir 

ki, siz müştəri kimi hüquq və öhdəliklərinizi başa 

düşə biləsiniz, biz isə siz və maliyyənizlə bağlı 

hər hansı suallara cavab verə bilək. 



2.02.0.3016

İlkin təklif

İlkin təklifimiz sizə aşağıdakı imkanları 

təklif edir

Pulu əmanət kimi qoymaq və

ödənişlərinizi idarə etmək.

Bura daxildir:

•  Bank hesabı

•  Bank kartı

•  Ödəniş xidməti

Əgər İsveç və ya İngilis dilini bilirsinizsə və rəqəmsal xidmətlərlə tanışsınızsa, sizin üçün 

başqa təkliflərimiz də vardır. Sizin üçün ən uyğun olanı bilmək üçün bankla əlaqə saxlayın.

Faktlar

Çirkli Pulların Yuyulması və Terrorizmin 

Maliyyələşməsinə qarşı Tədbirlərlə bağlı 

Akt haqqında

Çirkli Pulların Yuyulması və Terrorizmin 

Maliyyələşməsinə qarşı Tədbirlərlə bağlı 

Akt bankların vergi dələduzluğu və cinayət 

əməlinin maliyyələşməsi üçün istifadə 

olunmasının qarşısını almaq məqsədi 

daşıyan İsveç qanunudur. Qanun o 

deməkdir ki, bankın müştəridən nə üçün 

hesab açması və onu nə üçün istifadə 

etməsi ilə bağlı cavab əldə etməyincə 

hesablar açmaq və ya əməliyyatları həyata 

keçirmək hüququ yoxdur.



Əmanətlərin Zəmanəti haqqında

İsveç Əmanətlərin Zəmanətinə 

malikdir. Bu o deməkdir ki, bank müflis 

olarsa, müştərilər müəyyən məbləğdə 

kompensasiya olunacaq.

Nağd pul haqqında

Swedbank, əmanətlər bankı və bir çox digər 

banklar və maraqlı tərəflər cəmiyyətdə dövr 

edən nağd pulun məbləğini azaltmaq üçün 

aktiv şəkildə işləyir. Bu səbəbdən də biz 

müştərilərimizi kartla ödənişlərdən istifadə 

etməyə, mağazalarda kartla ödəniş edən 

zaman nağd pulu çıxarmağa, nağd pul 

qoymaq və çıxarmaq üçün depozit ödəniş 

terminallarından və ATM-lərdən istifadə 



etməyə şövqləndiririk.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə