Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə1/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   43


 

 

 

 



 

 

 



 

VAHABOVA SƏADƏT İLYAR qızı 

 

 

 



 

 

 



 

 

CƏLİL MƏMMƏDQULUZADƏ  

NƏSRİNİN  POETİKASI 

 

 

 



 

 

 



 

 

 

 

 

BAKI - 2013 

 

 



 


 

          

 



 



Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına 

Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur 

(22 fevral 2013) 

        

 

Elmi redaktoru:        

Alxan Bayramoğlu (Məmmədov) 

                                   

filologiya elmləri doktoru, , professor 

 

 

Rəyçilər: 

 

 

Bədirxan Əhmədov 

                                               filologiya elmləri doktoru 

 

 

 

 

 

Elmira Qasımova 

                                               filologiya elmləri doktoru 

 

                                               Allahverdi Məmmədli 

                                               filologiya üzrə fəlsəfə doktoru 

 

 

Səadət  Vahabova.  Cəlil Məmmədquluzadə  nəsrinin poetikası. 

Bakı, «       », 2013, 164 səh. 

 

 

Monoqrafiyada  Cəlil  Məmmədquluzadənin  bədii  poetik 



vasitələrlə zəngin olan nəsri sistemli şəkildə elmi təhlil süzgəcin-

dən  keçirilir.  Tədqiqata  cəlb  edilən  əsərlərin  mövzu,  ideya, 

surətlər  aləmi  ilə  yanaşı,  strukturu,  müəllifin  təhkiyəsi,  müəllif  

şərhi,  süjet  və  kompozisiyanın  inkişaf  mərhələləri  və  mənzərəsi 

sxemlərlə əyani şəkildə göstərilir

 

 

 

© ---------------- nəşriyyatı   

 



 

          

 



Mirzə Cəlil nəsrininin  



poetikasına elmi töhfə 

 

Azərbaycan    ictimai-əbədi  fikrinin  inkişafında  və 

yeni  yaradıcılıq  məktəbinin  yaranmasında  özgün  xid-

mətləri  olan  Cəlil  Məmmədquluzadənin  yaradıcılıq  irsi 

mövzu,  ideya-sənətkarlıq,  üslub,  obrazlar  qalereyası  ba-

xımından  geniş  və  çoxçeşidlidir.  Bütün  bunlar  ədibin 

daim  elmi  ictimaiyyətin  və  nəzəri  fikrin  diqqət  mərkə-

zində  olmasını  təmin  etmiş,  haqqında  yazılan  tədqi-

qatlar,  məqalə,  monoqrafiya  və  dissertasiyalarla  Cəlil-

məmmədquluzadəşünaslığın  yaranması  ilə  nəticələn-

mişdir.  Bu  hal  ilk  baxışda  Mirzə  Cəlil  irsinin  kifayət 

qədər  dərindən  öyrənilməsi  haqda  təsəvvür  yaradır. 

Lakin  filologiya  üzrə  fəlsəfə  doktoru  Səadət  xanım 

Vahabovanın  yazdığı  «Cəlil  Məmmədquluzadə  nəsrinin 

poetikası»  adlı  elmi  tədqiqat  əsərini  –  monoqrafiyasını 

oxuyanda  bir  daha  aydın  olur  ki,  ədibin  (Mirzə  Cəlilin) 

yaradıcılıq  potensialının  sirləri  və  diapazonu,  milli 

ədəbi-ictimai  düşüncə  və  yaradıcılıq  sahəsində  verdiyi 

töhfələr  hələ  kifayət  qədər  öyrənilməmiş,  Cəlil  Məm-

mədquluzadənin  yaradıcılıq  bioqrafiyasının  bütöv  elmi-

nəzəri  mənzərəsi  yaradılması  üçün  qarşıda  hələ  çox  iş 

qalmışdır. 

Monoqrafiyada  ədibin  bədii  nəsr  sənətkarlığı,  onun 

yaradıcılıq  istedadının  orijinallıq  sirlərinin  poetik 

özgünlüyünün  bəzi  mühüm  sirləri  müəyyənləşdirilmiş, 

əsaslandırılmışdır. Məqsədə çatmaq üçün Cəlilməmməd-

quluzadəşünaslığın  keçdiyi  yola,  əldə  etdiyi  elmi-nəzəri 



 

          

 



uğurlara  nəzər  salmış,  elmi  sələflərinin  xidmətlərinə 



verdiyi  qiymətin  işığında  həm  də  özünün  irəli  sürəcəyi 

yeni  tezislərin  məzmun  və  mahiyyətini,  bu  yolda  qət 

edəcəyi yolun parametrlərini müəyyənləşdirmişdir. 

S.Vahabova  Mirzə  Cəlil  nəsrinə  tamamilə  yeni 

mövqedən  yanaşmış,  onun  ideya-estetik  orijinallığının 

daşıyıcısı  rolu  oynayan  bir  sıra  poetik  fiqurun,  bədii 

detalın  mükəmməl  elmi-nəzəri  təhlilinə  nail  olmuşdur. 

O,  daha  çox  Mirzə  Cəlil  nəsrində  əsərin  ideyasında, 

məzmun  və  strukturunda  obrazların  taleləri  və  daxili 

aləmlərinin açılmasında xüsusi yeri olan poetik fiqurlara 

– epiqraflara, proloq və epiloqlara sənətkarlıqla yaradıl-

mış  bədii  portretlərə  diqqət  yetirmiş,  konkret  əsərlərin 

ideyasının açılmasında obrazların tale  yolunun aydınlaş-

dırılmasında  həmin  bədii  elementlərin  oynadıqları  rola 

aydınlıq gətirmişdir. Bu zaman irəli sürdüyü elmi-nəzəri 

müddəaları  məntiqi  cəhətdən  əsaslandıra  bilmişdir.  Eyni 

zamanda,  ayrı-ayrı  əsərlərin  –  «Danabaş  kəndinin  əhva-

latları»,  «Poçt  qutusu»,  «Qurbanəli  bəy»,  «Yan  tütəyi», 

«Qoşa  balınc»,  «İki  alma»,  «Qəza  müxbiri»  və  s.  süjet 

xəttinin  inkişaf  mərhələsi,  strukturu  haqda  aydın  və 

əsaslandırılmış  elmi  fikirlər  söyləmişdir.  Haqqında  söz 

açdığı  hər  bir  bədii  əsərin  strukturuna,  süjet  xəttinə  dair 

verilən  sxem  və  cədvəllər  Səadətin  elmin  fikirlərinin 

əyani  görüntüləri,  mənzərəsi  baxımından  xüsusi  dəyərə 

malikdir. 

C.Məmmədquluzadə  nəsrində    sənətkarlıq  məsələ-

ləri,  üslubu,  təhkiyəsi  və  gülüş  texnikası  haqda  xüsusi 

qiymətli  elmi  fikirlər  səslənmişdir.  Ancaq  S.Vahabova 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə