Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə14/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

 

          

 

46 


Finaldan sonra müəllif öz fikrini belə yekunlaşdırır: 

 «Bu  hekayəni  indi  qələmə  götürməkdən  mənim 

məqsədim budur: 

Mən  istəyirəm  bunu  qeyd  edəm  ki,  bir  belə  işlər, 

yəni  kişilər  tərəfindən  övrətə  üç  dəfə  talaq  verəndən 

sonra o övrəti qeyri bir kişiyə nikah etmək məcburiyyəti 

təzə  bir  söhbət  deyil.  Məlumdur  ki,  dindar  müsəlmanlar 

arasında belə əhvalatlar həmişə ittifaq düşübdür və buna 

keçmiş  vaxtlarda  bir  kəs  nə  təəccüb  və  nə  də  etiraz 

edərdilər.  

Amma  hal-hazırda  əgər  bu  sətirlərin  indiki  oxu-

yucuları burada yazılan keyfiyyəti və bu hekayədə adları  

çəkilən  molla  və  məşədiləri  gülünc  hesab  etsələr,  bu 

ondan  ötrüdür  ki,  biz  indi  Oktyabr  inqilabının  onuncu 

ilinə  gəlib  çatmışıq.  Və  bu  da  məlumdur  ki,  indiki 

əsrimiz elə bir əsrdir ki, ərlə arvad tez-tez dalaşır da və 

tez-tez  barışır  da.  Nə  şəriətin  nikah ı,  talağı  və  nə  Kəblə 

İmaməlinin vəsatəti onlara lazım olmur: səbəb budur ki, 

indi  daha  insanlar  azad  yaşamaq  üçün  özlərinə  azad  bir 

yol tapıbdırlar» (111, 594). 

«Dini  fanatizmin  insanı  nə  hala  gətirib  çıxardığını, 

əslində  əxlaqsızlığı  qanuniləşdirdiyi,  qeyrət  və  namus 

hisslərini  belə    kütləşdirdiyini  Cəlil  Məmmədquluzadə 

«İk  ər»  hekayəsində  məharətlə  təsvir  etmişdir.  «İki  ər» 

Cəlil Məmmədquluzadənin fanatiklərə, şəriət ehkamla rı-

na  və  qaydalarına  vurduğu  ağır  satirik  zərbələrdən 

biridir» (88, 76-77). 

Ədibin «Qəza müxbiri» («Sünnət toyu») hekayəsinə 

də  eyni  poetik  struktur  modelini  vermək  olar.  Bu  əsər 



 

          

 

47 


ədibin  hekayələri  sırasına  «Sünnət  toyu»  sərlövhəsi  ilə, 

felyetonlarına  isə  «Qəza  müxbiri»  adı  ilə  daxil  edil-

mişdir. 

 Əsər ilk dəfə «Kəndli» qəzetinin 10  may 1926-cı il 

tarixli  nömrəsində  «Gülübəy»  imzası,  «Qəza  müxbiri» 

adı  ilə  çap  olunmuşdur.  Hadisələr  olmuş  əhvalatlar, 

faktik  həyat  materialı  ilə  bağlıdır.  Lakin  ədibin    güclü 

bədii  ümumiləşdirməsi,  müəyyən  süjet,  kompozisiya, 

təhkiyə  və  nəql  etmə  üsulu,  digər  hekayələrinə  yaxınlıq 

bu  əsəri  felyeton  deyil,  hekayə  adlandırmağa    haqq  ve-

rir» (79, 158). 

Cəlil Məmmədquluzadə tərəfindən hekayə kimi təq-

dim olunan «Qəza müxbiri» əsəri müəllif münasibəti ilə 

qələmə  alınaraq,  ziyalıların  bir  qrupunu  təmsil  edən 

qələm  sahiblərinin  təmənnasız,  əqidə  və  xarakter  bütöv -

lüyünün vacibliyindən söhbət açır. 

Tək  bir  qəzet  müxbirinin,  obyektiv  olmayan  yazı-

sının  bütün  mühərrir  və  mətbuatı  hörmətdən  salması 

ədibin  qəzəb  və  hiddətinin  təzahürüdür.  «Belə  olan  su-

rətdə  bu  cür  vicdansız  müxbirlərin  belə  bir  layiqsiz 

hərəkəti  həqiqi  və  doğru-düzgün  müxbirlərin  də  adını 

xarab  edir;  «yaşlar  da  qurunun  oduna  yanır».  Bundan 

sonra  qəzetə  idarəsi  özü  də  məəttəl  qalır  ki,  kimə 

inansın və kimə inanmasın» (111, 535).  

Göründüyü  kimi  burada  (əsərin  başlanğıcında) 

müəllif  fikri  əsasdır.  Söylənilən    fikrə  əsaslanaraq  real 

hadisə  qələmə  alınır:  «Növbahar»  qəzetəsinin  16  fevral 

tarixli  və  33  nömrəli  bir  nüsxəsində  «Kazımın  sünnət 

toyu»  sərlövhəsilə  bir  məqalə  dərc  olunmuşdur»  (111, 



 

          

 

48 


536).  Əhvalatın  ekspozisiyası  bu    qərar  ilədir.  Qəza 

müxbirinin  və  kənd  şüra  sədrinin  varlanmaq  ehtirası, 

zəhmətsiz  qazanc  yolu  mərhələlərlə  tamamlanaraq 

finaldan  sonra  müəllif    fikri  ilə  yenidən  yekunlaşır: 

«Hər  halda  iş-işdən  keçib:  məqalə  yazılıb  və  məqalə 

sahibi  məlumdurmu,  Qəzidirmi,  bizim  üçün  əhəmiyyəti 

yoxdur.  Ancaq  bizim  sözümüz  o  yerdədir  ki,  hər  bir 

müxbir  ki,  qələmi  alır  əlinə  və    kənd  məişətindən 

yazmaq istədikdə, heç vaxt iki şərti unutmasın:  

Birinci budur ki, böhtan-böhtan yazmasın; ikinci də 

budur  ki,  böyüklərə  sataşmasın  və  Kazımın  sünnət 

toyuna  gəldikdə  biz  güman  edirik  ki,  belə  bir  fəqərənin 

təfsilatını  qəzetlərə  yazıb  çap  etməyin  mənası  yoxdur. 

Buna da iki səbəb var: Birisi budur ki, ispalkom kimi və 

Kazım Məhəmməd oğlu kimi hörmətli şəxslərə toxunur; 

ikincisi  də  budur  ki, həmin toy əhvalatı  doğru  da olmuş 

olsa,  burada  məzəmmət  olunası  bir  şey  yoxdur.  O 

səbəbə  ki,  hər  bir  kəsdən  beş  manat,  on  manat  yığmaq 

ilə ki, bir adam dövlət sahibi olacaq, nə eybi var  – bu da 

iqtisadi qanunların  bir növüdür» (111,  539). Mərhələləri 

qrafik şəkildə nəzərdən keçirək: 



 

          

 

49 


Kulminasiya 

 

           



 

 

 



 

 

 



                            

 

 



    Zavyazka   

 

 



           Razvyazka 

 

 



Final  

 

       Ekspozisiya    



 

 

 



  Final 

  

 



 

 

 



Müəllif fikri   

 

 



Müəllif fikri

 

 



 

 

 



 

Cəlil  Məmmədquluzadə  qələmə  aldığı  hadisənin 

təfsilatlı  təsvirində  müəllif  fikrini  bəzən  təkcə  əsərin 

əvvəlində  verir.  Lakonik,  nağılvari  təfsilat  onun  «Saq-

qallı  uşaq»  hekayəsində  izahedici  və  tamamlayıcı  funk-

siyaya malikdir.  

«Bu hekayəni nağıl eləməmişdən qabaq bunu istəyi-

rəm  deyəm  ki,  bir  para  uşaqlarda  belə  bir  pis  xasiyyət 

olur  ki,  əllərinə  karandaş  düşən  kimi  başlayırlar  evin 

divarlarını  yazmağa.  Hələ  çoxusu  kömürnən  də,  təba-

şirnən  də  yazır.  Hələ  sən  kömürü  və  təbaşiri  deyirsən, 

Казымын йени доьулан ушаьынын пул 

йыьылмасы цчцн васитяйя чеврилмяси 

вя Гурбановун Казымын оьлуна 

сцннят тойу тяклифи 

Кянд шура сядри Якбяр 

Гурбанов вя кянд сакини 

Казым Мящяммяд оьлунун 

достлуьу 

Той вя йыьылан пулун 

мябляьинин гязетдя дяръ 

олунмасы 

щадисянин башланьыъы 

«Нювбащар» гязетинин 

нюмрясиндя дяръ олунан 

«Казымын сцннят тойу» 

сярлювщяли мягаля 

 

Испалком вя ряфиги 



Казым Мящяммяд 

оьлунун  мягаля сащиби 

иля баьлы шцбщяси 

          щадисянин  сону 




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə