Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə3/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   2   3   4   5   6   7   8   9   ...   43

 

          

 



əsərlərinə daha çox diqqət yetirmiş, bu ədəbi nümunələri  



ideya-məzmun,  bədii  sənətkarlıq  baxımından  təhlil  et -

mişdir. 


Ədibin    irsinin  tədqiqində  professor  Mir  Cəlalın 

xidmətləri  də  böyükdür.  O,  «C.Məmmədquluzadənin 

sənətkarlıq  xüsusiyyətləri»  (1947)  məqaləsində  «Cəlil 

Məmmədquluzadə  realizmi  haqqında»  (1966)  kitabında, 

həmçinin  «Azərbaycanda  ədəbi  məktəblər»  adlı  dok-

torluq  dissertasiyasında,  iki  və  üçcildlik  ədəbiyyat 

tarixlərinə  yazdığı  oçerklərdə  və  s.  tədqiqatlarda  ədibin 

yaradıcılığını  mövzu,  ideya-bədii  sənətkarlıq  baxı-

mından təhlil edərək yüksək qiymətləndirmişdir. 

Ədibin irsinin tədqiqi və təbliğində akademik Əziz 

Mirəhmədovun  xidmətləri  xüsusi  qeyd  olunmalıdır.  O, 

Cəlil  Məmmədquluzadənin  ikicildlik  seçilmiş  əsərlərini 

tərtib  edib  1954-cü  ildə  çapdan  buraxdırmış,  altı  cildlik 

əsərləri    külliyyatının  tərtibçilərindən  biri  və  redaktoru 

olmuşdur. Həmin külliyyatda alim «Dahi yazıçının ədəbi 

irsi» başlıqlı ön sözündə, həmçinin «Azərbaycan «Molla 

Nəsrəddini»  (1980)  adlı  monoqrafiyasında  ədibin  həyat 

və yaradıcılığını, jurnalistlik fəaliyyəti, o cümlədən nəs-

rinin ideya-bədii xüsusiyyətlərini geniş təhlil etmişdir. 

Cəlil  Məmmədquluzadənin  bədii  nəsr  yaradıcı-

lığına  xüsusi  dissertasiya  həsr  etmiş  professor  Məmməd 

Məmmədovun  xidmətləri  də  xüsusi  vurğulanmalıdır. 

M.Məmmədov  «Cəlil  Məmmədquluzadənin  bədii  nəsri» 

(1968)  monoqrafiyasında  Mirzə  Cəlil  hekayələrinin 

ideya  istiqamətini,  bədii  sənətkarlıq,  dil  və  üslub  xüsu-

siyyətlərini  tədqiq  etmişdir.  Bu  əsər  C.Məmmədquluza-

dənin  nəsr  yaradıcılığı  haqqında  yazılmış  ilk  funda-

mental    monoqrafiya  kimi  də  diqqətə  layiqdir.  Alimin 

«Cəlil  Məmmədquluzadə  hekayələrinin  nəşri  tarixinə 



 

          

 

10 


dair» (1957) məqaləsində ədibin əsərlərinin nəşr tarixini 

və  nəsr  sahəsindəki  fəaliyyətini  ardıcıl  izləməyə  xidmət 

edən dəyərli elmi məlumatlar verilir. 

M.Məmmədovun «İdeal qardaşları» (1967) monoq-

rafiyasında  da  ədibin  felyetonları  ilə  yanaşı  bəzi  heka -

yələrinin  ideya,  üslub  xüsusiyyətləri  müəyyənləşdiril-

miş, bu barədə dəyərli elmi fikirlər söylənmişdir.  

C.Məmmədquluzadənin  bədii  irsinin  toplanıb,  nəşr 

edilməsi  sahəsində  də  M.Məmmədovun  xidmətləri  bö-

yükdür.  C.Məmmədquluzadənin  «Dram  və  nəsr  əsərlə-

ri»ni (1958)  tərtib və şərhlərlə nəşr edərkən alim ədibin 

əsərlərinin  nüsxə  fərqlərini  də  müəyyənləşdirmiş,  on-

ların  üzərində  elmi-tənqidi  mətnşünaslıq  işi  də  aparmış 

və  bütün  bunlar  haqqında  kitabın  izah  və  şərhlərində 

məlumat vermişdir. 

Ədibin  nəsr  yaradıcılığı  ilə  bağlı  tədqiqatlardan 

F.Hüseynovun  «Adi  əhvalatlarda  böyük  həqiqətlər» 

(1977)  monoqrafiyası  da  diqqəti  cəlb  edir.  Cəlil  Məm-

mədquluzadə  nəsrinin  ideya-bədii  xüsusiyyətlərindən 

bəhs edən bu əsər, ədibin hekayələri, onun dövrü, pub li-

sistikası, realizmi ilə vəhdətdə şərh olunur.  

Yeri  gəlmişkən,  F.Hüseynov  M.Məmmədovun  təd-

qiqatını  C.Məmmədquluzadə  əsərlərinin  ideya-bədii 

cəhətdən geniş tədqiq və təhlil olunan monoqrafiya kimi 

qiymətləndirmişdir  (79,  13).  Lakin  sonra  nədənsə  onu 

bəzi  mənimsəmələrdə  ittiham  etmişdir  (79,  13-14). 

Ancaq  T.Salamoğlu  və  Y.Babayevin  «Ömrü  şərəflə  ya-

şayanda»  kitabında  verilən  material  və  sənədlərdən 

(bax:  162,  103-105)  və  digər  müqayisələrdən  aydın  olur 

ki,  F.Hüseynov  öz  mülahizələrini  söyləyərkən  xeyli 

hissə  qapılaraq  elmi,  bəzi  məlum  məsələləri  nəzərə 

almaq əvəzinə, nədənsə obyektivlikdən uzaq düşmüşdür.  




 

          

 

11 


Cəlil  Məmmədquluzadənin  zəngin  ədəbi  irsinin 

öyrənilməsində  görkəmli  ədəbiyyatşünas-alim,  AMEA-

nın  müxbir  üzvü,  professor  Y.Qarayevin  tədqiqatları 

mühüm  yer  tutur.  Alimin  «Tənqid:  problemlər,  portret-

lər»  (1976),  «Realizm:  sənət  və  həqiqət»  (1980)  adlı 

monoqrafiyalarında  Azərbaycan  realizminin  tarixi,  inki-

şaf  mərhələləri,  tipoloji  təsnifatı,  tənqidi  realizmin  ma-

hiyyəti kimi məsələlər yüksək elmi dəyərini tapmışdır.  

Professor Ə.Məmmədovun  «Azərbaycan bədii nəs-

ri  (XIX  əsrin  sonu  XX  əsrin  əvvəlləri)»  (1983)  əsəri  

Azərbaycan  bədii  nəsrinin  inkişaf  tarixi,  janr  xüsusiy-

yətləri,  eləcə  də  Cəlil  Məmmədquluzadə  nəsrinin  nəsr 

sənətkarlığının araşdırılması baxımından  qiymətlidir. 

Cəlil  Məmmədquluzadə  bədii  irsinin  öyrənilməsin-

də  prof.Məsud  Əlioğlunun  «Cəlil  Məmmədquluzadənin 

dramaturgiyası»  (1954),  Əhəd  Hüseynovun  «Sənət  yan-

ğısı»  (1979),  prof.Xalid  Əlimirzəyevin  «Problemlər  və 

xarkterlər  dramaturgiyası»  (1979),  Hidayət  Əfəndiyevin 

«M.F.Axundovun  realist-satirik  nəsrinin  davamçıları» 

(1974),  akad.İsa  Həbibbəylinin  «C.Məmmədquluzadə: 

mühiti  və  müasirləri»(1997),  Arif  Məmmədovun  «Nəsrin 

poetikası  (XIX  əsrin  II  yarısı)»  (1990),  Tehran  Əlişan-

oğlunun «Əsrdən doğan nəsr (XX əsr Azərbaycan nəsri-

nin  təşəkkül  poetikası)»  (1999),  Allahverdi  Məmməd li-

nin  «Cəlil  Məmmədquluzadə  yaradıcılığında  azər-

baycançılıq»  (2003)  monoqrafiyalarını  ayrıca  qeyd 

etmək  lazımdır.  Həmçinin  ədəbiyyatşünas  alimlərimiz-

dən  M.C.Cəfərov,  A.Zamanov,  M.Arif,  Ə.Sultanlı, 

M.Rəfili,  xalq  yazıçısı  M.Hüseyn  C.Məmmədquluzadə 

yaradıcılığı haqqında dəyərli məqalələr yazmışlar. 

Ədibin  dramaturji  və  publisistik  yaradıcılığının 

sənətkarlıq  xüsusiyyətləri  geniş  araşdırılaraq  (H.İsra-




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə