Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə7/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   2   3   4   5   6   7   8   9   10   ...   43

 

          

 

22 


Povestdə  qoyulan  əsas  problem  isə  eşşəyin 

itməkliyi ilə başlanır. Eşşək itir, bu itməkliyin təhkiyəçi 

«özgə  eşşəklərin  itməkliyinə  bir  tük  qədər  də  oxşar» 

olmadığını  iddia  edir.  Açıqlama  davam  edir:  Eşşəyin 

sahibi Məhəmməd Həsən əminin həyatda  yeganə arzusu, 

sevinci  bu  eşşəklə  ziyarətə  getməkdir.  Eşşəyin  itməsi 

Məhəmməd  Həsən  əminin  ailəsinin  arzularının  puç 

olması, faciəsi deməkdir. 

Eşşəyin  itməsinin  səbəbkarı  Xudayarbəydir.  O 

Xudayarbəy  ki,  zoğal  dəyənəyinin  sahibidir.  «Danabaş 

kəndində  bu  yekəlikdə  zoğal  dəyənəyinin  hörməti  heç 

pulun hörmətindən az deyil. O ixtiyar ki, dəyənəkdə var, 

bəlkə  pulda  yoxdu  (111,  328).  Çünki  Xudayarbəy 

əlindəki  dəyənəyi  «nə  vaxt  kefi  istəyir  qaldırır,  nə  vaxt 

kefi  istəyir  yendirir»  (111,  328).  Zorakılıq  yenə  davam 

edir.  Xudayarbəy  Zeynəbə,  var-dövlətinə  tamah  salır. 

Zeynəb  çarəsizdir,  psixoloji  situasiyadadır.  «İndiki 

halında  Zeynəb  bənzəyirdi  bir  elə  şəxsə,  hansı  ki,  zəhər 

şüşəsini qabağına qoyub baxır və bilmir nə eləsin: içsin, 

ya  yox?  İçməsə  dərd,  qüssə  və  qəm  onu  öldürəcək,  içsə 

zəhər  onu  öldürəcək»  (111,  340).  Qələbə  yenə  də  zoğal 

dəyənəyinindir. «Elə bu saat Danabaş kəndində üç yerdə 

matəm  qurulubdur.  Üçünə  də  Xudayarbəy  özü  bais 

olubdur. Doğrudan çox gülməli əhvalatdır və çox qəşəng 

əhvalatdır. Ondan ötrü qəşəng əhvalatdır ki, adam gülür, 

ürəyi  açılır.  Yoxsa  nəyə  lazımdır  qəm  və  qüssə  gətirən 

hekayət»  (111,  287).  Qəti  qənaətə  gəlmək,  «qəşəng», 

«gülməli»  əhvalatlara  son  söz  demək  artıq  oxucunun 

özünündür. Xudayarbəy – Məhəmməd Həsən əmi, Xuda-

yarbəy  –  Zeynəb,  Xudayarbəy  –  Şərəf,  Xudayarbəy  – 

Qazı,  Xudayarbəy  –  tacir  Karapet,  Xudayarbəy  – 

Vəliqulu və s. kimi xətlər real və təsirlidir. 




 

          

 

23 


Maraqlı  faktdır  ki,  geniş  süjetli  əsərində  olan  bu 

poetik  struktura  ədibin  hekayələrində  də  təsadüf  edilir. 

Bu qəbildən «Xanın təsbehi» hekayəsi diqqəti cəlb edir. 

İlk  baxışdan  iki  hissə,  iki  adla  («Xanın  təsbehi», 

«Təsbeh  barəsində  bir  neçə  söz»)  təqdim  olunan 

hekayənin  birinci  hissəsi  proloq  xarakteri  daşıyır.  Ədib 

bu  hissədə  maraqlı  söyləmə  tərzi  ilə  Kəleybər  qəryə-

sinin, Gərmə-Çataq kəndini, bu kəndin məşhur xanların-

dan Nəzərəli xan və rəiyyətləri baradə söhbət açır. Xanı 

Qaradağ xanlarının ən  yaxşısı, ləyaqətlisi, insaflısı kimi 

oxucuya  təqdim  edir.  Ziddiyyətli  fikirlər  haçalanır. 

Yavaş-yavaş 

tərif  olunan  xanın  əməlləri  açılır: 

«Nəzərəli xan hər bir kəsi asıb kəsə də bilərdi, əfv edib 

hər bir bəndənin ömrünü ona bağışlaya da bilərdi» (111, 

487-488).  Bu  təzadlı  təsvirlər  oxucu  üçün  orijinal,  canlı 

görünür.  Artıq  xanın  təsbehinə  işarə  vurulur.  Fərraş  Əli 

Cəfər  xanın  evi  üçün  rəiyyət  Kərbəlayı  Musadan  yağ 

istəyir. Yağ olmadığı söyləndikdə xanın təsbehi gətirilir. 

Biçarə  Musanın  arvadı  yağı  tapıb  fərraşı  razı  salır. 

«Çünki  xanın  təsbehi  gərək  qayıtmaya»  (111,  488). 

Təsbehin  fövqəladəliyi,  əsərin  əsas  ideyası  isə  ikinci 

hissədə  açılır:  «Nəzərəli  xan  İkramüddövlə  belə  qayda 

qoymuşdu.  Qabaqca  fərraş  gəlib  rəiyyətdən  bir  şey 

istərdi, əgər rəiyyət verdi, verib, əgər vermədi fərraş bir 

iki  şallaq  çəkib  qayıdardı  xanın  üstünə  və  ikinci  dəfə 

xanın  təsbehini  gətirərdi.  Bu  dəfə  əgər  o  hökmə  əməl 

olundu,  olunub,  olunmadı  dəxi  fərraş  ixtiyar  sahibidir, 

yəni  o  qədər  ixtiyar  sahibidir  ki,  əgər  xəncərini  çı xarıb 

yox  deyənin  boynunu  vursa  dəxi,  bilmirəm  nə  olar  və 

yəqin də heç bir şey olmaz» (111, 489).  

Xan  və  fərraşlara  sonsuz  ixtiyar  verən  mühit, 

cəmiyyət  əsərin  əsas  tənqid  hədəfidir.  Nəzərəli  xan, 



 

          

 

24 


təsbeh  və  onların  törətdiyi  rəzilliklər  ardıcıllıqla  oxu-

cuya çatdırılır. 

Proloqun  əksinə  olaraq  əsərin  sonunda  verilən 

hissə  –  epiloq  «Danabaş  kəndinin  əhvalatları»  əsərində 

«Xitamə»  adlanır.  Ümumiyyətlə  Şərq  ədəbiyyatında 

epiloq  xatimə,  yaxud  xitamə  işlədilir.  Ədib  əsərin  əsas 

əhvalatlarını  nəql  etdikdən  sonra  öz  qəhrəmanlarının 

aqibətini  «Xitamə»də  qeyd  edir.  Oxucunun  intizarla 

gözlədiyi  insan  talelərinin  kədərli  əhvalatlarına  burada 

xitam verilir. Əsas hissə eşşəyin itməkliyi ilə başla yırsa, 

xitamə  eşşəyin  tapılması  ilə  başlayır.  Eşşək  tapılır, 

ancaq  sevinən  yoxdur.  Çünki  nə  Əhməd  sağdır,  nə  də 

İzzət.  Onları  «…Məhəmməd  Həsən  əmi  indiyədək  and 

içir  ki,  Əhmədi  də,  övrətini  də  eşşəyin  dərdi  öldür dü» 

(111,  343).  Zeynəb  bütün  sərvətini  itirib,  övladı  Fizzə 

həyatda  yoxdur.  Ziba  da,  Vəliqulu  da,  Xudayarbəyə 

nökərdir.  Dəyişilməyən  «qalibiyyət»  yenə  də  Xudayar-

bəyindir.  Bu  təəccüblü  olmayan  qəribə  əhvalata  epi-

loqda  neçə-neçə  ailənin  (ümumilikdə  tipik  Azərbaycan 

ailəsinin) faciəsi ilə nöqtə qoyulur.  

Bu  poetik  quruluş  «Bəlkə  də  qaytardılar…»  he-

kayəsində  də  özünü  göstərir.  «Xanın  təsbehi»  əsərindən 

fərqli  olaraq  bu  hekayədə  proloqdan  yox,  epiloqdan 

istifadə olunur. 

«Bəlkə  də  qaytardılar…»  ədibin  müflis  olmuş 

insanların  fikir  və  düşüncəsini  əks  etdirən  bir  heka -

yəsidir.  Hekayədə  təsvir  olunan  müflisləşmişlər  dəstəsi 

Molla əmiyə artist Balaqədəşin vasitəsilə təqdim olunur. 

Əvvəlki zəngin həyatlarını səbirsizliklə gözləyən, ancaq 

nail  ola  bilməyən  bu  insanlar  xəyalla  yaşayır,  öz 

səadətlərinə  yenə  qovuşacaqlarını  ümüd  edirlər.  «Axır 

söz»  adlanan  son  hissə  yazıçının  hadisələrə  yekunudur: 




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə