Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə8/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

 

          

 

25 


«Və  müxtəsər  həmin  müsahiblərimlə  tez-tez  görüşüb 

danışardıq,  dərdləşərdik,  bir-birimizə  ürək-dirək  verə-

rdik  və  həmişə  ayrılanda  da  ümidvarlıqla  ayrılar dıq  ki, 

inşallah  muradımıza  çatarıq  və  inşallah  şayəd,  iş  elə 

gətirdi  ki,  bəlkə  mülk  və  maaşımızı  qaytardılar  özümü-

zə» (111, 528). 

Əsəri  təmsil  edən  sərlövhələrin  seçilməsi  sözlə-

rin,  ifadələrin  əhəmiyyətli,  məqsədli  şəkildə  işlədilməsi 

vacib  şərtlərdən  biridir.  Lirik,  epik,  istərsə  də  dramatik 

əsərdə  oxucunun  ilk  tanış  olduğu  söz  və  ifadə  sərlöv-

hədir.  Buna  görə  də    sərlövhə  mənalı,  mühüm  və  vacib 

sayılıb, sənətkarlardan böyük səy, diqqət tələb edir. 

Cəlil  Məmmədquluzadə  əsərlərində  sərlövhəni 

məharətlə  seçib  yerində  işlədə  bilən  sənətkarlardandır. 

Ədib  öz  əsərlərinə  təsadüfi  ad  seçmir,  bu  adlar  əsərin 

məzmunu,  ideyası  ilə  tam  vəhdətdə  götürülür,  bu  mət-

ləblərlə  həmahəng,  hətta  eyni  olur.  Ədibin  nəsrində 

istifadə  olunan  sərlövhələr  müxtəlifdir.  Şərti  olaraq 

onları belə qruplaşdırmaq olar: 

I.  Vulqar  sözlərlə  işlədilib  ironik  mövqeyi  bildirən 

sərlövhələr;  «Danabaş  kəndinin  əhvalatları»,  «Danabaş 

kəndinin məktəbi», «Zırrama». 

II.  Adlarla  verilən  sərlövhələr;  «Usta  Zeynal», 

«Qurbanəlibəy»,  «Molla  Fəzləli»,  «Baqqal  Məşədi 

Rəhim». 

III.  Peşə  ilə  bağlı  adla  ifadə  olunan  sərlövhələr; 

«Dəllək»,  «Qəssab»,  «Hamballar»,  «Qəza  müxbiri», 

«Taxıl həkimi». 

IV. Müxtəlif adlarla yazıçı mövqeyinin ifadəsi kimi 

verilən  sərlövhələr;  «Şeir  bülbülləri»,  «Saqqallı  uşaq», 

«Bəlkə də qaytardılar» və s. 

Ümumi  ədəbi  dildə  işlənməyən  kobud  söz  və 




 

          

 

26 


ifadələr  adətən  müəyyən  bir  obrazın  dilində  işlədilərək 

tipin  mədəniyyətsizliyini  xüsusi  nəzərə  çatdırmağa, 

onun  mənəviyyatını  açmağa  və  yaxud  müəyyən  məişət 

koloriti  yaratmağa  xidmət  edir.  Cəlil  Məmmədquluzadə 

bu ifadələri əsərin sərlövhələrində işlətməklə hadisələri, 

obrazları  ümumiləşdirməyə  nail  olur.  Yəni  hər  bir 

hadisə və  yaxud obraz öz dili ilə  yox,  yazıçı  mətləbinin 

ironik mövqeyi ilə adlanır və tamamlanır. 

«Danabaş  kəndinin  əhvalatları»  adı  altında  verilən 

sərlövhə  əsərin  mövzusu  və  müəyyən  dərəcədə  məz-

munudur.  Milli  gerçəkliklər  içərisində  tipik  Azərbaycan 

kəndinə  verilən  bu  ad  o  qədər  ümumi,  əhatəlidir  ki,  ha-

disələr hamısı bu ad ilə əhatə olunur. Əhvalatlara müna -

sibət  adi  kənd  həyatı,  adi  insanlar,  adi  hadisələr  tim-

salında cərəyan edir. Danabaşlar aləmini doğuran mühit, 

bu  mühiti  yaşadan  insanlar  qarşılaşdırılır.  Əsl  mahiyyət 

müxtəlif mövqe müqayisəsində qarşı-qarşıya qoyulur: 

a)  Xudayarbəy  zülm  və  zorakılığı  təmsil  edən 

hakim təbəqə, onu bu zorakılığa məcbur edən mühit;  

b)  Zeynəb,  Məhəmməd  Həsən  əmi,  Şərəf,  İzzət  və 

s.  əzilən  insanlar,  onları  çarəsiz  vəziyyətə  salan 

zorakılıq, zorakılığı doğuran mühit. 

Xudayarbəy  mühitinin  bəyidir.  Kimin  ağzıdır  ki, 

onun  sözündən  çıxsın,  «ona  görə  ki,  Xudayarbəy  kat-

dadır,  kənddə  ona  gözün  üstə  qaşın  var»  deyən  yoxdur. 

Bu,  mühitinin  ona  verdiyi  mükafatdır.  Sərlövhədəki 

məqsədli  şəkildə  qeyd  olunan  «danabaşlılıq»  açıq  möv-

qeyə çevrilir. Xudayarbəy varlanmaq eşqindədir, qazanc 

mənbəyi  isə  Zeynəbdir.  Arzusuna  çatmaq  üçün  qazıya 

rüşvət verməlidir. Rüşvəti verməyə Xudayarbəyin cibin-

də qara qəpiyi də  yoxdur. Mühitinin bəyinin çarəsizliyi, 

zorakılıqdan  istifadə  daha  qabarıq  nəzərə  çarpır.  Ay-




 

          

 

27 


dındır  ki,  o  öz  məqsədinə  çatmaq  üçün  yeni  bir  qurban 

seçməlidir. Beləliklə, əsərə  yeni bir personaj-  mühitinin 

kasıb,  mömin  bir  bəndəsi,  Məhəmməd  Həsən  əmi  daxil 

olur.  Məhəmməd  Həsən  əmi  də  mühitinin  kəndlisidir. 

Mömin  bir  kəndlinin  Kərbəlaya  getmək  üçün  bəsləyib 

saxladığı eşşəyi Xudayarbəy aparıb satanda o heç nə edə 

bilmir.  Onu  da  bu  vəziyyətə  (yazıq,  gücsüz  və  kö mək-

siz)  salan  mühitidir.  Fərq  ondadır  ki,  Xudayarbəy 

mühitinə  zorakılıqla  qalib  gəlir,  Məhəmməd  Həsən  əmi 

isə  mütiliklə   «qəzavü qədərin işi kimi,  təbii bir hadisə, 

alına yazılmış qismət» kimi qəbul edir, boyun əyir.  

«Danabaş  kəndinin  əhvalatları»  əsərinin  davamı 

kimi  «Danabaş  kəndinin  məktəbi»  hekayəsinin  sərlöv-

həsi  də  düşünülmüş  bir  adla  ümumiləşir.  Qeyd  etmək 

lazımdır  ki,  bu  iki  əsərin  sərlövhəsində  hadisələrin  mə-

kanı  da  əsas  götürülür.  «Danabaş  kəndinin  əhvalatları» 

və  ya  «Danabaş  kəndinin  məktəbi»  deyildikdə  qeyri-adi 

məkan kimi  yanaşılmır, Azərbaycan kəndi, onun ictimai 

bəlaları,  iztirabları  real  gerçəkliklə  təqdim  olunur. 

«Danabaş  kəndinin  məktəbi»  hekayəsində  də  təzadlı 

mövqelər  qarşılaşdırılır.  Kəndin  savadsız,  məzlum, 

avam  camaatı  və  onları  əsarət  altında  saxlayan  müs-

təmləkəçilər.  İki  tərəfin  möbvqeyi  bir-birinə  anlaşıl-

mazlılıqdır.  Naçalnik  kənd  camaatı  ilə  əcnəbi  dildə 

danışır.  Sadə  camaat  onu  anlaya  bilmir,  uşaqlarının 

soldat aparılacağını yəqin edib onları it damında, gərmə 

qalağında  gizlədirlər.  Zor  gücünə  əzilən  bu  insanların 

avamlığını naçalnik  «heyvan adam», «heyvanlılıq» kimi 

qiymətləndirir. İnsanları əzən, mənəvi azadlığını əlindən 

alan  zorakılıq,  bu  zorakılığı  yaradan  mühit  (danabaş-

lılıq) simvolik adla ümumiləşir. 

«Zırrama»  hekayəsinin  sərlövhəsi  də  bu  qəbildən-




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə