Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə9/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

 

          

 

28 


dir.  Mühitinin  tüfeyli  insanlarını  ədib  «zırrama»  adı  ilə 

fərdi və üslubi çalarlarla ümumiləşdirir.  

Ədibin bir sıra əsərlərində sərlövhə əsas surətin adı 

ilə  ifadə  olunur.  Bu  formanın,  «Şərq  ədəbiyyatında  sər -

lövhənin  ənənəvi  və  sabit  informasiya  xarakteri  daşı-

dığını xatırlayaq. Məhəbbət mövzusunda yazılan əsərlər: 

«Xosrov  və  Şirin»,  «Leyli  və  Məcnun»,  «Əsli  və  Kə-

rəm»,  qəhrəmanlıq  mövzusunda  yazılan  əsərlər:  «İsgən-

dərnamə»,  «Şah  İsmayıl»,  «Nadir  şah».  Oxşar  vəziyyət 

XIX  əsirn  nəsrində  də  müşahidə  olunur:  «Rəşid  bəy  və 

Səadət  xanım»,  «Bahadır  və  Sona».  Bütün  bu  sərlöv-

hələr  daha  çox  əsərin  məzmunu  ilə  bağlıdır,  sənətkar 

mövqeyi  qiymətləndirmə  xarakteri  daşımır.  Yazıçı 

əsərdə nədən danışdığını qeyd edir» (59, 116).  

Cəlil 

Məmmədquluzadənin 



adlarla 

verdiyi 


sərlövhələr  əsas  surətin  ictimai  mahiyyətini,  milli,  dini 

mənsubiyyətini,  cəmiyyətdəki  mövcudluğu  və  münasi-

bətlərini  əks  etdirməyə  xidmət  edir.  Bu  sərlövhələrdə 

adlar  müəyyən  ictimai  zümrəni  təmsil  edən  əlavələrlə 

işlədilir.  «Qurbanəlibəy»,  «Usta  Zeynal»,  «Molla  Fəz-

ləli»  kimi  sərlövhələrdə  əsas  qəhrəmanların  ictimai 

mövqeləri,  vəziyyətləri  öz  əksini  tapmışdır.  Qurbanəli-

bəy  kobudluğu,  yaltaqlığı,  gücsüz  insanlara  amansızlığı 

ilə  seçilən  tipik  bir  bəydirsə,  usta  Zeynal  zahirdə  islam 

əsiri  olan  mahiyyətdə  kamil  şəkildə  onu  dərk  etməyən, 

yoxsulluq  girdabında  əzilən  avam  bir  fəhlədir.  Sərlöv-

hədə  işlədilən  bu  əlavələr  izahedici  funksiya  daşıyır, 

müəyyən mətləbi ifadə etməyə xidmət edir.  

Cəlil  Məmmədquluzadənin  məzmun  baxımından 

milli  həyatın  real  ab-havasını  əks  etdirən  bir  sıra  əsər-

ləri ümumi peşə adları altında təsvir olunur. Ədib əsərin 

məzmununa  kinayəsini  bəzən  onların  peşə  adlarından 



 

          

 

29 


başlayır.  «Dəllək»  hekayəsində  sərlövhə  bu  peşə  ilə 

savadsızlığın,  avamlığın  hansı  bəlalara  səbəb  olduğunu 

ümumiləşdirirsə,  «Taxıl  həkimi»  hekayəsində  lakonik 

təsvirlə taxıl həkiminin – «ziyalının» real bədii inikasını 

göstərir.  Bəlaya  düçar  olmuş  insanlara  kömək  etməli 

olan bu həkim tapdığı böcəyin bədən quruluşu haqqında 

kənd camaatına uzun-uzadı moizə oxuyur, sonra şərəfinə 

düzəldilmiş  məclisdə  sərxoş  olub  «kəşf  etdiyi»  həşəratı 

da  kənddə  unudub  gedir.  Taxıla  zərər  vuran  həşəratla 

onu xilas etməli olan taxıl həkiminin, ziyalının mövqeyi 

vurulan zərərlə  eyniyyət təşkil etməsi (həşəratda  maddi, 

həkimdə mənəvi və maddi) ümumi peşə adı ilə acı ironik 

mövqedə əks olunur. 

Ədib  bir  sıra  sərlövhələrini  simvolik  adlarla 

ümumiləşdirib müəyyən mətləbləri ifadə edir. İlk baxış-

dan  bu  sərlövhələr  əsərin  məzmunu  haqqında  konkret 

təsəvvür  yarada  bilmir.  («Saqqallı  uşaq»,  «Şeir  bül-

bülləri»  əsərlərində  olduğu  kimi).  «Saqqallı  uşaq» 

hekayəsində  sərlövhə  cəmiyyətin  mənən  şikəst  etdiyi 

avam,  savadsız  hala  saldığı  yaşlı  kişi-  Kəblə  Əzim 

(Kəblə  Əzimlər)  «saqqallı  uşaq»  simvolik  adı  ilə  ifadə 

olunur.  «Şeir  bülbülləri»  hekayəsində  də  sərlövhə  bu 

mətləb  üzərində  qurulub.  «Şeir  bülbülləri»  ədibin  qəliz 

və  başqa  dillərdən  yoğrulmuş  şeirlərdən  qopa  bilməyən 

şair  və  ziyalılara  verdiyi  ümumi  addır.  Bu  sərlövhə  dil 

və ədəbiyyatımızı əcnəbi, yadelli təsirə məruz qoyanlara 

ittiham kimi səslənir.  

Əsərlərin  quruluşu  və  onun  tərkib  hissələrinin 

düzülüşündə,  hadisələrin  təsvir  qaydalarında  istifadə 

olunan  bu  süjet  və  kompozisiya  elementlərinin  vəhdəti 

Azərbaycan  nəsrinin  poetika-sənətkarlıq  baxımından 

gözəl nümunələrindəndir.  




 

          

 

30 


1.2. Süjet xəttinin inkişaf mərhələləri 

 

Cəlil  Məmmədquluzadə  əsərlərinin  süjetini  real 



həyatdan  götürmüş,  ciddi  ictimai  problemlər  əsasında 

qurmuşdur. Ədib süjet xəttinin qurulmasında tipik hadi-

sələr  seçir,  eləcə  də,  ümumiləşdirir.  İlk  baxışdan  sadə 

görünən  hadisə  nəticədə  məqsədli  izahı,  yığcamlığı  və 

mənalılığı ilə seçilir. 

Ədibin nəsri süjet quruluşu baxımından müxtəlifdir. 

Bir-biri  ilə  bağlı  olub  ardıcıl  surətdə  inkişaf  edən 

(başlanğıcdan  sona  qədər),  əsərin  məzmununu  təşkil 

edən  bu  süjet  xətlərində  adi  məişət  məsələlərinə,  bu 

məsələlərin  sırf  tərbiyəvi  əhəmiyyətinə,  başlıca  olaraq 

isə  çox  ciddi  ictimai  problemlərə  rast  gəlinir.  Bədii  

sənətkarlıq  baxımından  onun  hər  bir  əsərinin  süjeti 

üzərində  ayrıca  dayanmaq  olar.  Az  sözlə  dərin  fikir 

yürütmək,  tənqid  hədəflərini  müxtəlif  satirik  üsullarla 

qamçılamaq,  aydın  və  anlaşıqlı  məntiq,  zəngin  təsvir 

vasitələri,  canlı  müqayisə    və  paralellərlə  həqiqəti  üzə 

çıxarmaq,  həyatilik,  yerli  və    milli  kolorit,  gülüşlə  göz 

yaşının  qovuşması,  düşündürücülük,  ifşaçılıq,  satira  ilə 

yumorun  əvəzlənməsi,  tipiklik,  tendensiyaçılıq  və  s. 

səciyyəvi cəhətlər Cəlil Məmmədquluzadə nəsrinin süjet 

quruluşunda ümumi xüsusiyyətlərdəndir. 

Ədibin  əsərlərində  süjet  xəttinin  təqdimi  müxtə lif-

dir.  Əksər  əsərlərində  hadisə  və  predmetin  təsviri  onu 

söyləyənin  şahidliyi  ilə  təqdim  olunur,  bir  qism  əsər lə-

rdə  əhvalat    rəvayət  şəklində,  bəzən  isə  əhvalat  yarı 

şahidlik,  yarı  rəvayət  fonunda  təqdim  olunur.  Qeyd 

olunan  bu  variantları  əsərlər  üzərində  belə  sistemləş-

dirmək olar: 

 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə