102
qoşa iki balınc qoyulmuşdu. Guya burada bir nəfər adam
yox, iki adam bir yerdə yatacaq» (111, 578).
Təəccüb intonasiyası ilə ədib fikrini daha dəqiq
ifadə edərək müəyyən mətləbi bir az da möhkəm
təsdiqləmək məqsədini açıqlayır və bu zaman kinayə
eyhamlı xarakterdə olur: «Bəs bu arvad niyə yatmır?
Hələ yatmağını, ya yatmamağını özü bilər, bəs mənim
yatacağımı niyə bərk-bərk iki balınclı qərar verir? Mən
məgər bir adam deyiləm? Pəs mənim yanımda kim
yatacaq və o ikinci balıncı arvad kimdən ötrü hazırlayır
və məndən savayı burada dəxi kim var?» (111, 580).
Əsərdə «balınc» simvolik məna daşıyaraq Azərbay-
canda təsadüf olunan qeyri-bərabər evlənmə adətini,
mühitin ictimai bəlasını çox dəqiq və sərrast şəkildə ifşa
və ittiham edir.
Bəzən ədibin simvolik adlarla bağlı kinayəsi hadi-
sələrin davamına, süjetin ümumi quruluşuna, inkişaf
istiqamətinə əsaslanaraq müəyyən epizodlarda təsadüf
olunur. «Xanın təsbehi», «İki alma», «Qoşa balınc»
əsərlərində hadisələr əşyaya istinad edilərək söyləni-
lirsə, zorakılıq qırmancı kimi ifadə olunan «zoğal
dəyənəyi» («Danabaş kəndinin əhvalatları»), «xəncər»
(«Qurbanəlibəy») əşyaları ilə bağlı olan kinayə satirik
ifşanı məhz hadisələrin timsalında, konkret məqamda
əks etdirir.
«Danabaş kəndinin əhvalatları» povestində mərkəzi
surət olan Xudayarbəy, «qohumluq», qanunsuzluq yolu
ilə vəzifə başına keçən, insanların müqəddəratını öz
əlinə alan zülmkar bir tip kimi səciyyələndirilir. «İki il
103
olar ki, Xudayarbəy Danabaşda katdalıq eləyir. Bunun
katda olmağının da çox əhvalatları var. Xudayarbəy öz-
gə katdalar kimi katda olmayıbdır. Axır, adət bu cürdür
ki, katdanı camaat seçir. Amma Xudayarbəyin katdalığı
özgə tövr olubdur; yəni çox asan vəchlə olub» (111,
270).
Tənə intonasiyası ilə söylənilən təhkiyə zülm və
ədalətsizliyi təmsil edən hakim təbəqənin iç üzünü açır;
«Əvvəl, yəni iki il bundan əqdəm Xudayarbəy qlava
yanında çavuş idi. İş elə gətirdi ki, qlava Xuda yarbəyin
anasını siğə elədi. Aşkardır ki, qlava öz səmtini qoyub,
özgəni katdalıqda saxlamayacaq. Bir həftənin içində
katdanı qısnayıb qulluqdan kənar elədi. Bir neçə vaxt
kənd qaldı katdasız. Xülaseyi-kəlam, camaat bir vaxt
gözünü açdı gördü ki, Xudayarbəy katdadır ki, katdadır»
(111, 270).
Keçmişdə kasıb kəndli, sonra qlava yanında çavuş
olan Xudayarbəy katdalığa keçən kimi lap dəyişilir.
Paltarını təzələyib, əlinə bir zoğal ağacı alır, insanlarla
vəhşi rəftar edən qəddar bir tipə çevrilir.
Hadisələr əlinə zoğal dəyənəyi alan Xudayarbəyin
əməlləri ilə davam etdirilir. Artıq Xudayarbəy «xırda
adam» deyil, üç yüz evin katdasıdır. Hamı ona baş əyir,
onu görəndə söhbətin şirin yerində belə dərhal ayağa
dururlar. Kimin ağzıdır ki, onun sözündən çıxsın. Çünki
Xudayarbəy katdadır, kənddə ona «gözün üstə qaşın
var» deyən yoxdur.
Konkret məqamda işlənən «Amma söz orasındadır
ki, Xudayarbəyin əlində yekə dəyənək var. Nə vaxt kefi
104
istəyir qaldırır, nə vaxt kefi istəyir yendirir».
Danabaş kəndində bu yekəlikdə zoğal dəyənəyinin
hörməti heç pulun hörmətindən az deyil. O ixtiyar ki,
dəyənəkdə var, bəlkə pulda yoxdur» (111, 328).
Kinayəli eyham surətin tərcümeyi-halı üzərində
qurulur. Simvolik əşya anlamında zorakılığı, onu
dəstəkləyən mühiti daha effektli və kəsərli ifşa edir.
Ədibin «Qurbanəlibəy» hekayəsində də bu formaya,
bu üsluba rast gəlinir. Əsərdə tənqid hədəfinə çevrilən
satirik surət öz sözlərində və əməllərində fərdi simasını
açmaqla bərabər təmsil etdiyi ictimai təbəqənin səciy-
yəvi xüsusiyyətlərini özündə əks etdirir. Hər iki əsərdə
hakim təbəqə mənəvi eybəcərliyin, hiyləgərliyin və
ikiüzlülüyün canlı timsalıdır.
Xudayarbəy Danabaş kəndinin katdasıdırsa, Qur-
banəlibəy Qapazlı kəndinin mülkədarı dır. Xudayarbəy
qlavanın siğə qohumudursa, Qurbanəlibəy pristav və
bəylərlə yaxın, tanış, dostdur. Xudayarbəyin əlində
zoğal dəyənəyi varsa, Qurbanəlibəyin əlində xəncər var.
Hər iki əşya mahiyyətdə zülm və haqsızlığın timsalıdır.
Ədib kinayə ilə Qurbanəlibəyin hərəkətlərini, iştirak
etdiyi kef məclisindəki nitqlərini, nökərlərinə və ailəsinə
münasibətini, mənəviyyatını hərtərəfli açıb göstərir.
Məzlum insanların yanında əl-qol açıb cəllada
dönən Xudayarbəy kimi Qurbanəlibəy də özündən böyük
vəzifəlilərin hamısına yaltanır, qulluğunu, mövqeyini
möhkəmləndirmək üçün onların quluna çevrilir. Xuda -
yarbəy qazının, tacirin yanında çox mülayimdir. Qazı
ona «Get, ay həpənd» (111, 276) – deyə evdən qovduq-
105
da, tacir ağa «itil cəhənnəmə burdan, supa oğlu, supa!»
(111, 279) – kimi təhqirlər qarşısında Xuda yarbəy heç
bir söz deyə bilmir. Çünki onlar qolu zorlulardır, onu
burada tanıyan və adam yerinə qoyan yoxdur.
Eyni motivlər Qurbanəlibəy üçün də xasdır. «Ədi-
bin kinayə ilə, «məşhur mülkədar» adlandırdığı Qurban-
əlibəyin hərəkətləri, iştirak etdiyi kef məclisindəki
nitqləri, öz ailəsinə, öz nökərlərinə münasibəti onun
xarakterini, çürük daxili aləmini kifayət qədər aydın və
hərtərəfli açıb göstərir… O, özündən böyük vəzifəlilərin
hamısına yaltaqlanır, qulluğunu möhkəmlətmək üçün
dəridən-qabıqdan çıxır. «Böyüklər» yanında tülkü kimi
kiçik, tabe bir vəziyyət alır. Şəxsiyyətini, heysiyyətini
və qürurunu tamamilə itirir. Xalqa əzab verməkdə,
özündən «kiçiklərin» başından basmaqda nə qədər
mahirdirsə, «böyüklər» qarşısında bir o qədər aciz,
qorxaq və mülayimdir» (132, 72-73). O, insanlarla vəhşi
rəftar edərək, nökərini zorla şərab içməyə, yallı getməyə
məcbur edir.
Ardıcıllıqla davam edən bu təzadlı münasibət (bö-
yüklər yanında tabe vəziyyət, sadə insanlar üzərində
hökmranlıq) kinayənin son zirvəsinə çatır. Konkret mə-
qam çərçivəsində ədib zorakılıq və güc simvolu kimi
xəncərdən istifadə edir. «Qurbanəlibəy hələ atdan en-
məyib xəncərin tiyəsini qalxızdı kişinin üstünə və dedi:
-
Əli, bu xancalı soxaram qarnına!
Nökər cavab verdi:
-
İxtiyar sənindir ağa!
Sonra bəy atdan enib girdi həyətə və pilləkəni
Dostları ilə paylaş: |