T ə r ə f d a ş L i q va s I t ə s I l ə t ə h L ü k ə s I z L i k



Yüklə 373,47 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix14.03.2018
ölçüsü373,47 Kb.
#31420
  1   2   3   4   5   6   7   8   9   ...   14


TƏRƏFDAŞLIQ 

VASITƏSILƏ 

TƏHLÜKƏSIZLIK



 

 

 



  T Ə R Ə F D A Ş L I Q   VA S I T Ə S I L Ə   T Ə H L Ü K Ə S I Z L I K




Ön söz

Bu məcmuə Avro-Atlantika Tərəfdaşlığının söykəndiyi əsas prinsipləri və onların mühüm 

mexanizmlərini izah edir. Bu nəşr 5 əsas sahəni diqqət mərkəzində saxlayır – təhlükəsizlik 

dialoqu və əməkdaşlıq, sülhün dəstəklənməsi əməliyyatları, müdafi ə islahatları, fəlakətlərə 

hazırlıq və elm və ətraf mühit sahələrində əməkdaşlıq. Bu sahələr Avro-Atlantika 

təhlükəsizliyinin Tərəfdaşlıq yolu ilə necə genişləndirildiyini və əməkdaşlığın tərəfdaş 

ölkələr üçün necə lazımlı və səmərəli olduğunu göstərir. Tərəfdaşlıq fəaliyyətinin islahatlara, 

demokratik strukturların inkişafı və tərəfdaş ölkələrin çoxtərəfl i əməkdaşlıq çərçivəsində 

beynəlxalq aləmin üzvləri kimi iştirak etmələrinə müsbət təsiri aydın görünür.

Bir nəşrdə tərəfdaş ölkələrin NATO ilə birgə fəaliyyətini hərtərəfl i mühakimə etmək qeyri-

mümkün olardı. Bu fəaliyyət təkcə Balkanlarda və Əfqanıstanda yaxşı işaqlandırılmış sülhün 

dəsətklənməsi əməliyyatlarını deyil, bir sıra sahələrdə, məs., terrorizmlə mübarizə, müdfi ə 

islahatları, müdafi ənin iqtisadi aspektləri, fəlakətlərə hazırlıq, silahlara nəzarət, maddi-texniki 

təchizat, havadan müdafi ə, kosmosun idarə olunması, silahlanma, təhsil və hazırlıq, elm və 

ətraf mühit, və eləcə də informasiya proqramları sahəsində əməkdaşlığı əhatə edir. 

NATO həmçinin iki tərəfdaş ölkə - Rusiya və Ukrayna, habelə Aralıq dənizi Dialoqu 

iştirakçısı olan 7 ölkə ilə xüsusi əlaqələr yaratmışdır. Bundan əlavə, Alyans 2004-cü ilin 

iyununda İstanbul sammitində irəli sürülmüş təşəbbüs vasitəsilə Yaxın Şərq regionu ölkələri 

ilə əməkdaşlıq yollarını aramaqdadır. Bu əlaqələr broşurada təfsilatı ilə əhatə olunmayıb, 

lakin bu ölkələrlə hal-hazırki və perspektiv əməkdaşlıq Avro-Atlantika Tərəfdaşlığı 

çəçivəsində hazırlanmış fəaliyyət mexanizmləri əsasında həyata keçirilir. 



Qeyd: Keçmiş Yuqoslaviya Respublikası Makedoniya ilə bağlı sorğular ulduz işarəsi (*) ilə işarələnmiş bu qeyd ilə 



göstərilmişdir: Türkiyə Makedoniya Respublikasını konstitusiya adı ilə tanıyır.

Foto siyahıları: bütün fotolara müəllifl ik hüququ, başqa hal nəzərdə tutulmayıbsa, NATO-ya məxsusdur.



Mündəricat

4__

Tərəfdaşlığın 

mənbələri və 

inkişafı


8__

Əsas 


mexanizmlər

14__

Təhlükəsizlik 

və əməkdaşlıq 

məsələləri üzrə 

dialoq 

18__

Nato və 


Tərəfdaş 

ölkələrin 

xəritəsi

TƏRƏFDAŞLIQ VASITƏSILƏ   

© ullstein bild-Schnürer



3 3 

20__

Sülhə yardım 

əməliyyatları 

24__

Müdafi ə 


islahatları 

29__

Fəlakətlərə 

hazırlıq və 

cavabvermə



33__

Təhlükəsizlik, 

elm və ətraf 

mühit 


  TƏHLÜKƏSIZLIK

36__

 Əsl Avro-Atlantika təhlükəsizlik mədəniyyəti

© Finnish Defence Forces




1989-cu ilin noyabrında Berlin Divarının uçulması 

Soyuq Müharibənin başa çatdığını göstərdi. Qısa 

müddətdən sonra Mərkəzi və Şərqi Avropada baş 

verən sürətli dəyişikliklər NATO-nu yeni və 

tamamilə fərqli təhlükəsizlik təhdidləri ilə üzbəüz 

qoydu. Tamamilə yeni miqyaslı siyasi dəyişikliklər 

Avropada təhlükəsizliyin inkişafı üçün böyük 

imkanlar açdı, lakin bu qaçılmaz yeni şübhələr və 

qeyri-sabitlik üçün potensial yaratdı.

Soyuq müharibənin doğurduğu qarşıdurmanın 

başa çatmasından sonra Avropada təhlükəsizlik 

məsələlərini yeni müsbət məcraya yönəltmək üçün 

nə etmək lazımdır? Avropa, Şərq və Qərb ölkələri 

arasındakı əlaqələri normallaşdırmaq üçün hansı 

addımlar atılmalıdır? Mərkəzi və Şərqi Avropa 

ölkələrinə yenicə qazanılmış müstəqilliklərini 

möhkəmləndirmək və bölgədə və dünyada qlobal 

təhlükəsizlik problemlərinin həllində tam 

demokratik ölkə olaraq iştirak etmək arzusunu 

həyata keçirməkdə necə yardım etmək olar? 

NATO ölkələri başçıları 1990-cı ilin iyulunda 

Londonda keçirilən sammitdə öz cavablarını 

açıqladılar. Şərq-Qərb ayrıseçkiliyinə son qoyaraq 

onlar yardım əli uzatdılar və bütün Mərkəzi və 

Şərqi Avropa ölkələrinə yeni əməkdaşlıq təklif 

etdilər. Beləliklə, 1991-ci ilin dekabrında 

Müttəfi qləri və yeni tərəfdaş-dövlətləri birləşdirmiş 

Şimali Atlantika Əməkdaşlıq Şurasının (ŞAƏŞ) - 

ümumi narahatlıq doğuran məsələləri müzakirə 

etmək üçün məsləhətçi strukturun təşkil edilməsi 

üçün şərait yaradıldı. (Şimali Atlantika Əməkdaşlıq 

Şurası (ŞAƏŞ) öz ilk iclasında tarixi hadisənin 

şahidi olduğu zaman Avropada belə dəyişikliklər 

baş verdi: yekun kommunike razılaşdırılan zaman 

Sovet səfi ri Sovetlər Birliyinin dağıldığını elan etdi 

və özünün yalnız Rusiya Federasiyasını təmsil 

etdiyini bildirdi.)

Münasibətlərdəki bu əsas dəyişiklik Şimali Atlantika 

Alyansının 1991-ci ilin noyabr ayında elan olunmuş 

və təhlükəsizlik məsələlərinə daha geniş 

yanaşmanın qəbul edildiyi yeni strateji 

konsepsiyasında təsbit edildi. Şimali Atlantika 

Tərəfdaşlığın mənbələri 

və inkişafı

> Soyuq Müharibənin 

başa çatması 

təhlükəsizliyin 

gücləndirilməsi və 

əməkdaşlığın inkişafı 

üçün yeni 

imkanlar açdı.

© ullstein bild-Schnürer




Yüklə 373,47 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə