T ə r ə f d a ş L i q va s I t ə s I l ə t ə h L ü k ə s I z L i k



Yüklə 373,47 Kb.
Pdf görüntüsü
səhifə14/14
tarix14.03.2018
ölçüsü373,47 Kb.
#31420
1   ...   6   7   8   9   10   11   12   13   14

31 

31 


31 

Qaçqınlara yardım

Təbii və texnogen fəlakətlərlə məşğul olmaq üçün 

yaradılan Fəlakətlərə Cavabvermə üzrə Avro-

Atlantika Əlaqələndirmə Mərkəzi (FCAAƏM) ilk 

dəfə olaraq 1998-ci il ərzində Kosovada və onun 

ətrafında yaranan humanitar böhranla bağlı 

beynəlxalq diqqətin artdığı vaxt qaçqınların 

vəziyyətinin yaxşılaşdırılmasının təşkilinə kömək 

etməyə başladı. İlin sonunadək Serb hərbi və polis 

qüvvələri və Kosovanın Alban qüvvələri arasında 

baş verən açıq münaqişə çoxlu sayda etnik 

albanın məhv edilməsinə və 300,000 şəxsin isə 

məcburi şəkildə evlərindən didərgin düşməsinə 

gətirib çıxartdı. 

BTMQAK tərəfi ndən Albaniyada olan qaçqınlara 

165 ton təcili yardım göndərilməsini xahiş edəndə, 

1998-ci il iyun ayının əvvəlində yaradılan kimi 

FCAAƏM həmin işlərə cəlb edildi. Sonrakı az bir 

necə ay ərzində böhran gücləndikdə, FCAAƏM və 

BTMQAK arasındakı əməkdaşlıq üçün mühüm 

başlanğıcın əsası qoyuldu. FCAAƏM heyəti 

həmçinin vəziyyətin daha yaxşı dərk edilməsi üçün 

regiona bir neçə səfər etdi. 1999-cu ilin yazında 

Müttəfi qlərin hərbi hava qüvvələri tərəfi ndən 

bombardman edilməsi və Serb qüvvələri tərəfi ndən 

yüz minlərlə etnik Albanların məcburi şəkildə 

qovulması ilə böhran gücləndikdə, bu yardımların 

cəlb edilməsinin gücləndirilməsi və 

genişləndirilməsinə imkan verdi. 

Mərkəz, Avro-Atlantika Tərəfdaşlıq Şurası (AATŞ) 

üzvü dövlətləri arasında məlumatların yayılmasına 

və yardımın verilməsi üçün edilmiş xahişlərə 

verilən cavabların koordinasiyasına kömək etdi. 

20 min adam ücün nəzərdə tutulmuş dərman 

preparatları, tibbi texnika, ayaqqabı ve giyim, rabitə 

vasitələri ve çadırlar kimi gündəlik tələbat malları 

gönderilmişdir. FCAAƏM həmçinin kifayət qədər 

heyət və təchiz edilmiş səhra xəstəxanası verən 

İsrail və Albaniyanın şimal-şərqində Kuk 

aeroportunun təmirinə yardım etmiş Birləşmiş Ərəb 

Əmirlikləri kimi Tərəfdaş olmayan dövlətlərə yardım 

üçün müraciət etmişdi.

Yardımın çatdırılması və bölüşdürülməsinə yardım 

üçün təyyarə, vertolyot, yükləyib-boşaltma 

komandası və hesablama məsləhətləri təmin 

edilmişdi. FCAAƏM müvafi q prosedurların inkişaf 

etdirilməsi üçün hava nəqliyyatının idarəçiliyi 

sahəsində əsas aparıcı qüvvələri cəlb etməklə və 

Birləşmiş Millətlərin Tərəfdaşlıq Əlaqələndirmə 

Mərkəzinə təyin edilməli olan hava nəqliyyatı 

ekspertlərini təşkil etməklə əsas humanitar 

uçuşların koordinasiyasında mühüm 

rol oynamışdır.

FCAAƏM böhrana daha çox məruz qalmış iki ölkə 

- keçmiş Yuqoslaviya Respublikası Makedoniya* 

və Albaniya adından xüsusi maraqları 

uzlaşdırmaqla NATO və qeyri-NATO bölmələri ilə 

münasibətlərdə əlavə olaraq əlaqələndirici kimi 

çıxış etmişdi. Mühüm məsələlərdən biri, böhran 

artanda, humanitar təhlükəszilik aləti kimi fəaliyyət 

göstərmək üçün qaçqınları üçüncü ölkələrə 

köçürməyə imkan verən mexanizmin 

yaradılmasına ehtiyacın olması idi.

> Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika 

Əlaqələndirmə Mərkəzi Kosova böhranı zamanı 

qaçqınlara yardım əməliyyatlarına dəstək verdi. 




32 

32 


«Çirkli bomba» təlimi

«Çirkli bomba» dan 

(səpici təsirli radioloji 

qurğusu) istifadə etməklə 

törədilən terror 

hücumlarına beynəlxalq 

yardımı stimullaşdıran 

təlim 2003-cü ilin 

oktyabrında Rumıniyanın 

Piteşti şəhərində də təşkil 

olunub (o vaxt Rumıniya 

tərəfdaş ölkə idi). 

Tədbirdə 1300 Rumıniya 

və 350 beynəlxalq 

nümayəndə iştirak edib.

Terror hücumlarına qarşı hazırlıq

11 sentyabr 2001-ci il hadisələrindən sonra 

kimyəvi, bioloji, radioloji və ya nüvə (KBRN) 

silahlarından istifadə etməklə mülki əhaliyə qarşı 

mümkün terror hücumuna qarşı əməkdaşlıq 

zərurətini ortaya çıxardı. Terrorizmə qarşı 

Tərəfdaşlıq Əməliyyat Planı (bax səh. 15) mülki 

əhalinin terrorizmə və kütləvi qırğın silahlarına 

qarşı həssaslığının azaldılması və risklərin 

dəyərləndirilməsi üçün müvafi q məlumat 

mübadiləsinin aparılması və mülki fövqəladə 

vəziyyətlərin planlaşdırılmasında iştirakı 

nəzərdə tutur. 

Mülki fövqəladə vəziyyətlərin planlaşdırılması üzrə 

fəaliyyət planı KBRN silahları ilə mümkün terror 

hücumlarına mülki hazırlığı artırmaq məqsədilə 

yerli hökumətlərə yardım etmək üçün 

razılaşdırılmışdır. NATO və tərəfdaş ölkələr belə 

hücumlar zamanı istifadə ediləcək milli imkanlar və 

vasitələrin siyahısını hazırlamışlar və mütəmadi 

olaraq onu yeniləyirlər. Buraya müxtəlif vasitələr, 

həmçinin tibbi yardım vasitələri, radioloji yoxlanma 

vasitələri, zərbə vasitələrinin müəyyən edilməsi 

üzrə laboratoriyası və avia-tibbi evakuasiya 

vasitələri də daxildir. Lazım ola biləcək ən vacib 

vasitələrdən təşkil olunmuş ehtiyatlar yaradılır. 

Sərhəd keçidi prosedurları üzrə işin əsas məqsədi 

yardımın fəlakət zonasına tez çatdırılmasını təmin 

etməkdən ibarətdir. 

Təlim, planlaşdırma və texnika ilə bağlı minimum 

standartlar hazırlanmaqdadır. SNT çərçivəsində 

terror hücumlarına qarşı əməliyyatlar və onların 

nəticələrinin idarə olunmasında ölkələr arasında 

daha səmərəli birgə fəaliyyəti təmin etmək üçün 

mütəmadi olaraq səhra təlimləri keçirilir. Xüsusi 

olaraq, bu tibbi və təcili yardım məsələləri və 

ərazilərin təmizlənməsi ilə məşğul olan müxtəlif 

qrupların birgə əməliyyat fəaliyyətinin inkişafına 

yönəlib. Digər mühüm məsələ belə fövqəlladə 

vəziyyətlərdə ictimai informasiyanın ən yaxşı 

ötürülmə yollarını araşdırmaqdır. 



33 

33 


NATO-nun iki müxtəlif proqramı ümumi maraq 

kəsb edən problemlər üzərində işləmək üçün 

müntəzəm olaraq NATO və Tərəfdaş ölkələrdən 

olan alimləri və ekspertləri bir yerə toplayır. 

Əməkdaşlıq alimlər arasında ənənə və elmi inkişaf 

üçün bir tələbdir. Yaradılmış şəbəkə həmçinin 

müxtəlif mədəniyyətlər və ənənələrdən olan 

cəmiyyətlər arasında anlaşma və inamın 

yaradılması üçün siyasi məqsədləri yerinə yetirir. 

NATO Elm Komitəsinin Elm Proqramı vasitəsi ilə 

Təhlükəsizlik proqramının məqsədi elmi, 

problemlərin həllinə tətbiq etməklə, ölkələr 

arasında təhlükəsizliyə, sabitliyə və həmrəyliyə 

kömək etməkdir. Bu NATO, Müttəfi q və Aralıq 

Dənizi Dialoqu ölkələrində işləyən alimlər arasında 

əməkdaşlığın, şəbəkənin və potensialın 

yaradılmasını dəstəkləyir. Elm Proqramı vasitəsi ilə 

Təhlükəsizlik proqramı terrorizmdən və ya digər 

hədələrdən müdafi ə mövzuları barədə 

əməkdaşlığın dəstəklənməsinə yönəlmişdir. Digər 

bir məqsəd öz xüsusi əhəmiyyət kəsb edən 

problemlərə yönəltmək məqsədilə Müttəfi q ölkələrə 

yardım üçün texnologiyanın bölünməsini və 

ötürülməsini inkişaf etdirməkdən ibarətdir.

Müasir Cəmiyyətin Problemləri üzrə Komitə 

(MCPK) proqramı bu sahələrdə qısa və 

uzunmüddətli sahələrlə bağlı əməkdaşlıq üçün milli 

agentlikləri bir yerə toplamaqla ətraf mühit və 

cəmiyyət problemlərindən bəhs edir. Bu mülki və 

hərbi sahələrdə NATO və Müttəfi q ölkələr arasında 

sosial və ətraf mühit məsələlərinin texniki, elmi və 

siyasi aspektlərinə dair bilik və təcrübənin 

bölüşdürülməsinin vahid formasını təmin edir. Bir 

sıra əsas təhlükəsizlik məqsədləri onun işini 

təşkil edir. 

Elmin təhlükəsizliyə tətbiqi



Terrorizm ilə mübarizə

Terrorizmə qarşı mübarizə bütün oxşar Müttəfi qlər 

və Tərəfdaşlar üçün əsas məsələyə çevrilib. NATO 

kimyəvi, bioloji, radioloji və nüvə silahlarından və ya 

vasitələrindən qorunmaq üçün səmərəli metodların 

işlənib hazırlanmasında və onlara qarşı fi ziki 

müdafi ənin artırılmasına doğru elmi araşdırmaları 

müdafi ə edir. Tədqiqat həmçinin belə silahların 

təhlükəsiz şəraitdə məhv edilməsi, kimyəvi və 

peyvənd texnologiyası da daxil olmaqla, tibbi və 

dezinfeksiya imkanlarının artmasına yönəlmişdir. 

Seminarlar və simpoziumlar ağır vəziyyətdə olan 

infrastrukturun zəif yerlərini aradan qaldırmaq 

(enerji, kommunikasiya, nəqliyyat və həyat üçün 

əhəmiyyətli sistemlər də daxil olmaqla); eko-

terrorizm və kompüter terrorizminə qarşı müdafi ə; 

sərhədlərin təhlükəsizliyinin artırılması; qeyri-qanuni 

daşınma ilə mübarizə kimi məsələlərə nəzər salmaq 

üçün alimlərin bir yerə toplanılması və 

partlayışlardan müdafi ə məqsədilə daha səmərəli 

vasitələrin inkişafı üçün təşkil edilmişdir. 

Terrorizmin kökünün dərk edilməsi, terrorizmin sosial 

və psixoloji təsirləri və terror qorxusuna qarşı 

əhalinin dözümlülüyünün necə artırılması kimi 

əhatəli məsələlərə dair siyasi tövsiyyələrin 

hazırlanmasına baxış keçirilməklə yoxlanılmışdır. 



Təhlkəsizliyə qarşı digər hədələrlə mübarizə

Daha az təhlükəli olan, ətraf mühitin korlanmasıı, 

yəni ümumi su kanallarının çirkləndirilməsi və ya 

torpaq aşınması, səhralaşma kimi təhlükəsizliyə və 

sabitliyə qarşı potensial təhlükənin digər mənbələri 

və bərpaolunmayan mənbələrin azlığı regional və ya 

ölkədən kənar mübahisələrə gətirib çıxara bilər. Belə 

problemlərin həlli yalnız elmi nou-hau deyil, 

həmçinin çoxtərəfl i fəaliyyət göstərməni tələb edir. 

Bu tələbi ödəmək üçün NATO elmi cəhətdən daha 

mükəmməl təcrübənin tətbiqini artıran layihə və 

tədrisi dəstəkləyir və maraqlı dövlətləri bu məsələyə 

cəlb edir. 

Təhlükəsizlik, elm 

və ətraf mühit



34 

Hər hansı şəxs və ya dövlət təbii fəlakətlər barədə 

əvvəlcədən məlumat verə, onların nəticələrini 

azalda və ya onların qarşısını daha yaxşı ala 

bilsəydi, dünya həmçinin təhlükəsiz məkan olardı. 

Bu Müttəfi q ölkələr üçün maraq kəsb edən əsas 

sahədir. NATO güclü zəlzələr zamanı həyat 

itgilərinin, maddi ziyanın və iqtisadi və sosial 

dağınıqlığın təsirlərini azaltmaq üçün bir sıra 

layihələrə rəhbərlik etmişdir. Belə layihələr 

binaların zəlzələyə davamlılığnı artırmaq və ya 

hansı ərazidə hansı növ binaların tikintisini 

planlaşdıran şəxslərə yardım etmək üçün seysmik 

təhlükəsi olan yerlərin xəritələrinin hazırlanması ilə 

regionun seysmoloji və geoloji xüsusiyyətlərinə dair 

məlumatları toplamaq məqsədini daşıyır. Daha 

mükəmməl qabaqcadan xəbər vermə imkanlarının 

və daşqınlar zamanı idarəetmə sisteminin 

inkişafına yönələn layihələr də inkişaf etdirilir.

Müasir cəmiyyətin sağlam qidaya və ya doğru və 

həqiqi məlumata inamı göstərir ki, onların əldə 

oluna bilməsi təmin edilməlidir. Belə ki, bu 

cəmiyyətin təhlükəsizliyi üçün sonrakı tədris 

proqramlarının əsas məsələlərini təşkil edir.



Zəlzələ zamanı 

yardım

Zəlzələlər Mərkəzi 

Asiyanın çox əhali 

yaşayan ərazilərində 

nəzərə çarpacaq 

təhlükəyə çevrilir. 

NATO tərəfi ndən 

maliyyələşdirilən 

layihədə Türkiyədən 

olan zəlzələ alimləri 

Daşkənd və Bişkek 

şəhərləri üçün risk 

olan yerlərin 

xəritələrinin 

çəkilməsi üçün 

Özbəkistandan və Qırğızıstandan olan həmkarlarına yardım edirlər. Bu xəritələr urbanizasiya planlaşdırılması 

və mövcud binaların davamlılığının artırılması üçün qərar vermə aləti olacaqdır.

Ətraf mühi məsələlərinin sərhədləri aşması yalnız 

sonrakı sosial və iqtisadi inkişafın deyil, həmçinin 

təhlükəsizliyin və stabilliyin inkişafı üçün ətraf mühit 

üzrə layihələrin həyata keçirilməsində beynəlxalq 

ictimaiyyətin fəal rol oynamasına gətirib çıxardı. Belə 

layihələr Müasir Cəmiyyətin Problemləri üzrə Komitə 

(MCPK) proqramı və Elm Proqramı vasitəsi ilə 

Təhlükəsizlik proqramının mühüm hissəsi əsasında 

olan əsas layihələrdir. 

2002-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq 

Təşkilatının, Birləşmiş Millətlərin Ətraf Mühit 

Proqramı və Birləşmiş Millətlərin İnkişaf Proqramı 

tərəfi ndən başlanılan birgə Ətraf Mühit və 

Təhlükəsizlik (ƏMT) proqramının başlanılması ilə 

ətraf mühit məsələləri və təhlükəsizlik və sabitlik 

arasındakı əlaqənin inkişaf etdirilməsinə doğru 

mühüm addım atılmış oldu. Diqqətini Balkan, Qafqaz 

və Mərkəzi Asiya kimi zəif regionlara yönəltdi. 

Elm Proqramı vasitəsi ilə Təhlükəsizlik və MCPK 

proqramları belə regionlarda Tərəfdaş ölkələrlə elm 

və ətraf mühit məsələlərinə dair əməkdaşlıq vasitəsi 

ilə təhlükəsizliyin artırılmasına yönəlmişdir və onlar 

indi Ətraf Mühit və Təhlükəsizlik proqramı ilə 

birlikdə fəaliyyət göstərirlər. Həyata keçirilən 

fəaliyyət koordinasiya edilir, məlumat bölgüsü 

aparılır və nəticə regionlarda müvafi q səlahiyyətli 

orqanlara verilir ki, bu da fəaliyyətin təsirinin 

artmasına gətirib çıxarır. 

ƏTRAF MÜHIT VƏ TƏHLÜKƏSIZLIK

Bişkekdə olan bütün növ 

yaşayış binları üçün seysmik 

zərər. 

Kanallar, çaylar

Göllər

Məhv olunmuş binalar, %

0

‹ 10%

10-20%

20-30%

30-40%

40-50%

50-70%

70-85%

85-95%

› 95%



35 35 

Əhali ilə əlaqənin yaradılması

Alimlər saxlanılmış məlumatları sonradan inkişaf 

etdirmək və tədqiqat aparmaq məqsədilə əldə 

edilmiş məlumata istinad edirlər. Bununla belə, 

bütün elm və tədris cəmiyyətləri informasiya 

əsrinin olmasından yararlana və ya internetin 

imkanlarından istifadə edə bilməmişlər. Bundan 

başqa, məlumat üzərində inhisarçılığın 

olmamasının demokratik və mülki cəmiyyətin 

çiçəklənməsinin amili olduğunu söyləyirlər. 

Bu vəziyyəti düzəltmək üçün NATO-nun mülki 

elmi proqramı Tərəfdaş ölkələrdə internetə daxil 

olmaq üçün bir sıra tədqiqat və təhsil 

müəsissələrini lazımi şəbəkə infrastrukturuna 

malik infrastrukturla təmin edib. 

Moldaviyada, Rumıniyada və keçmiş Yugoslav 

Respublikası Makedoniyada* olan şəbəkələr də 

daxil olmaqla, Rusiyanın şərqində və Ukraynada 

elm və təhsil cəmiyyətlərinin internetə çıxışının 

gücləndirilməsi üçün mərkəzi şəbəkələr yaradılıb. 

Bu sahədə NATO tərəfi ndən maliyyələşdirilən ən 

böyük və iddialı layihə Cənubi Qafqazda və 

Mərkəzi Asiyada elm və təhsil cəmiyyətlərinin 

internet şəbəkəsinə daxil olmasını təmin edən 

Virtual İpək Yolu layihəsidir (şəkilə bax). 



Virtual İpək Yolu

Virtual İpək Yolu layihəsi 2001-ci ildə 

başlanılb (bunun adı malların, 

biliklərin və fi kirlərin mübadiləsinə 

yönəldilmiş Avropanı Uzaq Şərqlə 

birləşdirmək üçün istifadə edilən Böyük İpək Yolundan götürülüb). Layihə Cənubi Qafqazda və Mərkəzi 

Asiyada səkkiz ölkənin, yəni Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxstan, Qırğızıstan, Tacikistan, 

Türkmənistan və Özbəkistanın elmi cəmiyyətlərini internetə girişlə təmin edir və bu 2004-cü ildən etibarən 

Əfqanıstana da şamil edilmişdir.

Rentabelli, müasir tipli kabel texnologiyalı olan bu layihə iştirakçı ölkələrdə ümumi kabel bağlantısı vasitəsilə 

alimlərin internetə çıxışı ilə onlar arasında əlaqə yaradır.  NATO qrantı hər bir iştirakçı dövlətdə geniş zolaqlı 

peyk rabitəsini və on kabel antenası quraşdırılmasını maliyyələşdirib. Digər layihə sponsorları bu qayda ilə 

yardım edir. Dörd il ərzində 3,5 milyon ABŞ dolları həcmində investisiya yatırımına malik layihə NATO mülki 

elmi proqramı tərəfi ndən indiyədək maliyyələşdirilən ən böyük layihədir.




36 

36 


Alyansın Tərəfdaşlıq planlarının inkişafı Avro-

Atlantika məkanınıda strateji mühitin dəyişməsinə 

ugurlu töhfə verib. Siyasi dialoqu və birgə hərbi 

fəaliyyətləri inkişaf etdirməklə Tərəfdaşlıq əsl 

Avroatlantika təhlükəsizlik mədəniyyətinin 

yaranmasına yardım edir. Bu isə dövlətlərin 

Avroatlantika məkanında və onun hüdudlarından 

kənarda təhlükəsizlik çagırışlarının həyata 

keçirilməsndə birgə əməkdaşlıq üçün qəbul etdiyi 

qəti qərar deməkdir. 

Müttəfi q və tərəfdaş ölkələrin hərbi qüvvələrinin 

hazılığına yönəlmiş səmərəli əməkdaşlıq 

nəticəsində NATO və tərəfdaş ölkələrin əsgərləri 

Balkanlarda və Əfqanıstanda çiyin-çiyinə xidmət 

edirlər. Tərəfdaşlıq müttəfi q və tərəfdaş ölkələrə 

terrorizm təhlükəsi və kütləvi silahların 

yayılmasının qarşısının alınması məsələlərində 

müstəsna rol oynayır. 

Bir çox tərəfdaş ölkələrdə müdafi ə islahatlarını irəli 

çəkmək və dəstəkləməklə tərəfdaşlıq həm də 

demokratik dəyişikliklərə təkan verir. O, müasir, 

səmərəli və demokratik məsuliyyətli hərbi 

qüvvələrin və digər müdafi ə təsisatlarının 

yaradılmasına kömək edir. Bundan əlavə, 

tərəfdaşlıq ölkələrə bu islahatların sosial və maddi 

nəticələrini həll etməkdə yardımçı olur. 

Fəlakətlərə hazırlıq və elm və ətraf-mühit 

sahəsində əməkdaşlıq da daxil olmaqla bir çox 

sahələrdə səmərəli əməkdaşlıq NATO üzvləri və 

tərəfdaş ölkələrin vətəndaşlarına birbaşa 

fayda verir. 

Tərəfdaşlıq artıq on ölkəyə NATO üzvlərinə 

qoyulan tələblərə hazır olmağa kömək etmişdir və 

NATO-nun qapıları yeni üzvlərin üzünə açıqdır.  

Tərəfdaşlıq Alyansa üzv olmaq niyyəti olmayan, 

lakin öz xarici və müdafi ə siyasətində heç bir 

prinsipi dəyişməyən və Avroatlantika müdafi əsinə 

yardım etmək istəyən Qərbi Avropanın qeyri-

müttəfi q ölkələrinə əlverişli imkanlar yaradır.

Avroatlantika müdafi əsinin hədəfl əri dəyişir.  

Terrorizm və uğursuz ölkələr də daxil olmaqla 

artmaqda olan təhlükələr daxili və xarici mənbələrə 

əsaslanır və transmilli xarakter daşıyır. Sabitlik 

üçün əsas təhlükə strateji cəhətdən mühüm region 

olan Balkanlarda qaldığı halda, Əfqanıstanda baş 

vermiş hadisələr göstərdi ki, ümumi müdafi ə üçün 

yeni təhlükələr Avro-Atlantika məkanınından gəlir. 

Bu mühitdə beynəlxalq sabitlik və müdafi ə bir 

tərəfdən daxili islahatar, digər tərəfdən isə 

beynəlxalq əməkaşlıqdan asılı olacaq. Əsaslı 

demokratik doktrinalar və institutlar olmadan 

səmərəli müdafi ə əməkdaşlığı mümkün deyil. 

Avroatlantika Tərəfdaşlığı hər iki mənada mühüm 

rol oynayıb.

Müttəfi qlər və tərəfdaşlar birlikdə inkişaf etdikcə 

onların ümumi məqsədlərə ümumi tədbirlərlə 

cavab vermək, gələcək nəsillər üçün anlaşma və 

əməkdaşlığa əsaslanan müdafi ə sisteminin 

qurulmasına nail olmaq gücü artır. 

 

Əsl Avro-Atlantika 



təhlükəsizlik mədəniyyəti 


«Fəaliyyətin 10-cu ildönümündə geriyə dönüb uğurlarımıza baxa bilərik. 

Avro-Atlantika Tərəfdaşlığı daxili dəyişikliklərin və tarixdə təkrarı olmayan 

miqyasda beynəlxalq müdafi ə əməkdaşlığının həyata keçirilməsində katalizator 

rolunu oynayıb. NATO hər zaman bu fəaliyyətin mərkəzində olub. 

Tərəfdaşlıq NATO-nun fəaliyyətinin əsasına çevrilir. 

O, müttəfi qlərə xidmət edir. O, tərəfdaşlara xidmət edir. 

O, demokratiya və sülhə xidmət edir.»

NATO-nun Baş Katibi Yaap de Hoop Scheffer 14 yanvar 2004-cü 

ildə Avro-Atlantika Tərəfdaşlıq Şurasının SNT proqramının 10-cu 

ildönümünə həsr olunmuş toplantısında  çıxış edərək belə demişdir.




NATO Public Diplomacy Division / Division Diplomatie publique de l’OTAN

1110 Brussels, Belgium / 1110 Bruxelles, Belgique

Web site : www.nato.int

Site web : www.otan.nato.int

E-mail / Courriel : natodoc@hq.nato.int

© NATO / OTAN 2005

STP

AR

T_AZE0405



Bu broşuranın çapının bütün NATO və Tərəfdaş ölkələrin dillərində həyata keçirilməsi 

nəzərdə tutulmuşdur. İstifadə və ya Paylayıcı Bölmə ilə əlaqə saxlamaq üçün 

www.nato.int/docu/pub-form.htm internet ünvanını yoxlamağınızı xahiş edirik:

NATO Public Diplomacy Division – Distribution Unit

Division Diplomatie publique de l’OTAN – Unité de diffusion

1110 Brussels, Belgium / 1110 Bruxelles, Belgique

Tel. : +32 2 707 5009

Fax : +32 2 707 1252



E-mail / Courriel : distribution@hq.nato.int

Yüklə 373,47 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə