T ə r ə f d a ş L i q va s I t ə s I l ə t ə h L ü k ə s I z L i k



Yüklə 373,47 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix14.03.2018
ölçüsü373,47 Kb.
#31420
1   2   3   4   5   6   7   8   9   ...   14

Alyansının məqsədlərinə siyasi vasitələrlə çatmaq 

üçün imkanları əvvəllər görünməmiş dərəcədə çox 

idi. Müdafi ənin təmin olunması vəzifələrinin özünün 

çox böyük əhəmiyyətini saxlamasına baxmayaraq, 

indi bütövlükdə Avro-Atlantika bölgəsində sabitlik 

və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım 

etmək üçün iqtisadi, sosial və ekoloji məsələlərə 

daha çox diqqət yetirmək olardı. Dialoq və 

əməkdaşlıq Alyansın qarşılaşdığı təhdidlər 

müxtəlifl iyinin idarəolunması üçün tələb olunan 

yanaşmanın ayrılmaz hissələri olacaqdı. Soyuq 

müharibədən sonra əsas məqsədlər bundan ibarət 

idi: anlaşılmazlıq və ya məqsədli şəkildə 

münaqişələrin yaranması təhlükəsinin azaldılması; 

NATO üzrə müttəfi qlərin təhlükəsizliyinə təsir edən 

böhranların idarə olunmasının təkmilləşdirilməsi; 

bütün Avropa dövlətləri arasında qarşılıqlı anlaşma 

və etimadın möhkəmləndirilməsi; təhlükəsizliyin 

ümumi problemlərinin həllində əsl tərəfdaşlıq üçün 

imkanların genişləndirilməsi. 

Bilavasitə soyuq müharibədən sonra gələn dövrdə 

ŞAƏŞ-də məsləhətləşmələr Rusiya qoşunlarının 

Baltikyanı dövlətlərdən çıxarılması kimi soyuq 

müharibə vaxtından qalmış təhlükəsizlik 

problemləri üzərində cəmlənmişdi. Həmçinin bir 

sıra təhlükəsizlik və müdafi ə məsələləri üzrə siyasi 

əməkdaşlıq başlandı. ŞAƏŞ müxtəlif istiqamətlər 

üzrə yeni yollar açırdı. Lakin onun işində əsas 

diqqət çoxtərəfl i siyasi dialoqa yetirilirdi, bu isə 

ayrı-ayrı tərəfdaş-dövlətləri NATO fərdi əməkdaşlıq 

münasibətlərini inkişaf etdirmək imkanından 

məhrum edirdi. 

Bu vəziyyət 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq 

(SNT) Proqramının - NATO ilə ayrı-ayrı tərəfdaş-

dövlətlər arasında əməli ikitərəfl i əməkdaşlığın 

əsas proqramının qəbul edilməsi ilə dəyişdi. Bu, 

əməkdaşlıq prosesində ən əhəmiyyətli addım oldu. 

Nəhayət, 1997-ci ildə ŞAƏŞ-in yerinə Şimali 

Atlantika Tərəfdaşlıq Şurası (ŞATŞ) yaradıldı. 

Onun məqsədi Tərəfdaşlığın genişləndirilməsi və 

artıq əldə edilmiş tərəqqi əsasında daha əməli 

Tərəfdaşlığın inkişaf etdirilməsi üçün yol 

açmaqdan ibarət oldu. 

«Bu Tərəfdaşlıq ümumi inamın ifadəsi 

kimi müəyyənləşdirilib ki, Avro-Atlantik 

məkanda stabillik və təhlükəsizlik yalnız 

əməkdaşlıq və birgə fəaliyyət nəticəsində 

əldə edilə bilər. Əsas azadlıqların və insan 

hüquqlarının müdafi əsi və inkişafı və 

azadlığın, ədalətin və demokratiya yolu 

ilə sülhün qorunub saxlanılması 

Tərəfdaşlığın ümumi dəyərlərini 

təşkil edir.» 

(Sülh naminə Tərəfdaşlıq: Çərçivə Sənədi – 

Brussel Sammiti, 10 Yanvar 1994-cü il)




Çoxtərəfl i səviyyədə Tərəfdaşlıq və Əməkdaşlığın 

mahiyyəti bütün Avro-Atlantika məkanı miqyasında 

şəffafl ıq və etimadın artırılmasına yönəlmiş 

müntəzəm məsləhətləşmə və birgə fəaliyyət 

növlərinin aparılmasından ibarətdir. İkitərəfl i 

səviyyədə bu cür Tərəfdaşlıq ayrı-ayrı tərəfdaş-

dövlətlər ilə NATO arasında onların konkret 

vəziyyət və tələblərinə uyğun olaraq əməli işçi 

əlaqələrin inkişafını nəzərdə tutur. 

Tərəfdaşlıq prosesi bir-birinə qarşı duran 

alyanslara mənsub olmuş keçmiş düşmənlər və ya 

aralarında uzun müddət ərzində regional, ərazi, 

siyasi, etnoslararası və ya dini mübahisələrin 

olduğu ölkələr arasında dialoqun və anlaşmanın 

bərqərar olmasını nəzərdə tutur. Ümumi 

təhlükəsizlik problemləri ilə qarşıdurmada ümumi 

həllərin axtarışına yönəlmiş birgə fəaliyyət 

keçmişin vurduğu ziyanın aradan qaldırılmasında 

və əməkdaşlıqdan əldə ediləcək qarşılıqlı faydanın 

aydın dərkinin yaranmasında əhəmiyyətli uğurlara 

nail olmağa imkan verdi.

Tərəfdaşlıq prosesinin başlanmasından sonra bu 

yolda maneələr və çətinliklərə rast gəlməsinə 

baxmayaraq, keçən vaxt ərzində nəzərəçarpacaq 

tərəqqi əldə edilmişdir. Ola bilsin, bu, Mərkəzi və 

Şərqi Avropada, həmçinin keçmiş SSRİ-də siyasi, 

iqtisadi və sosial dəyişikliklər prosesinin 

mürəkkəbliyi nəzərə alınarsa, qaçılmaz idi. 

Yaradılmış Tərəfdaşlıq mexanizmlərinə 

əsaslanaraq NATO və onun Tərəfdaşları 

təhlükəsizlik sahəsində əməkdaşlığın 

genişləndirilməsi üzrə ardıcıl tədbirlər gördükcə 

ŞATŞ və SNT Proqramı sabit inkişaf etmiş və öz 

dinamikasını tapmışdır. Dəyişən təhlükəsizlik 

şəraitində yeni təhdidlərin cavablandırılması üçün 

bu illər ərzində NATO-da yeni müxtəlif islahatların 

aparılması ilə yanaşı Tərəfdaşlıq da inkişaf 

etmişdir. Şimali Atlantika Alyansının dinamizminin 

və ona olan tələbatın qorunub saxlanması üçün 

Tərəfdaşlığın bütün fəaliyyət növləri və 

mexanizmlərini NATO-nun yeni ən mühüm 

vəzifələrinin həllinə uyğunlaşdırmaq lazım idi 

(«Əsas mexanizmlər» fəslinə bax)

Bununla bərabər, tərəfdaş-dövlətlərin 

məqsədlərinə uyğun olması və öz cəlbediciliyini 

saxlaması üçün Tərəfdaşlığı dərinləşdirmək və 

genişləndirmək lazım idi. NATO-nun 

genişləndirilməsinin iki turu Müttəfi qlər və 

Tərəfdaşlar arasında kəmiyyət tarazlığını 

dəyişdirdi (qoşmaya bax). 2004-cü ilin mart 

ayından etibarən Müttəfi qlərin sayı Tərəfdaşların 

sayını ötüb keçdi. Həmcinin, indi yerdə qalan 

tərəfdaş-dövlətləri çox müxtəlif tərkibli qruplar 

təşkil edir. Bu qrupa hələ də öz keçmişindən 

qalmış mirasın dəf edilməsi ilə məşğul olan Balkan 

ölkələri, strateji cəhətdən əhəmiyyətli, lakin az 

inkişaf etmiş Qafqaz və Orta Asiya ölkələri, 

həmçinin Qərbi Avropanın bitərəf dövlətləri 

daxildir. Onlardan bəziləri öz müdafi ə strukturları 

və hərbi potensialının yaradılması prosesində 

olduğu halda, digərləri artıq NATO-nun rəhbərliyi 

altında keçirilən müxtəlif əməliyyatlar üçün hərbi 

kontingent ayıra bilir və Tərəfdaşlıq üzrə 

həmkarlarına məsləhət, təlim və müxtəlif 

sahələrdə yardım təklif edə bilir.

Bu gün 20 tərəfdaş-dövlət AATŞ–da Müttəfi qlərlə 

müntəzəm olaraq məsləhətləşmələrdə iştirak edir 

və təhlükəsizlik və müdafi ənin müxtəlif 

aspektlərinə toxunan məsələlər üzrə əməkdaşlığı 

inkişaf etdirir. Onların silahlı qüvvələrinin 

nümayəndələri tez-tez bir-biri ilə qarşılıqlı əlaqə 

saxlayır. Onlar birgə təlim keçirir, onların hərbi 

qulluqçuları NATO-nun rəhbərliyi altında sülhün 

qorunması əməliyyatlarında bir-biri ilə yanaşı 

xidmət edir, Müttəfi qlər və Tərəfdaşlar terrorizm 

təhlükəsinə qarşı ümumi mübarizədə birgə 

fəaliyyət göstərir. Heç kəs soyuq müharibə 

qurtaran zaman Avro-Atlantika məkanında strateji 

vəziyyətdə bu cür dramatik dönüşün olacağını 

deyə bilməzdi. 

NATO-nun Tərəfdaşlıq siyasətinin ilkin məqsədi 

mövcud maneələri aradan qaldırmaq və dialoq və 

əməkdaşlıq vasitəsilə təhlükəsizliyin yaradılmasına 

nail olmaq idi. Hal-hazırda bu məqsədlər daha 

genişmiqyaslı olub, çünki tərəfdaş-dövlətlər NATO 

ilə birlikdə XXI-ci əsrin terrorizm, kütləvi qırğın 

silahının yayılmasının və hüquqi xarakterli fəaliyət 

göstərməyə hüququ olmayan dövlətlər kimi 

təhlükəsizlik təhdidlərinin dəf edilməsində 

iştirak edirlər.




Yüklə 373,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə