T ə r ə f d a ş L i q va s I t ə s I l ə t ə h L ü k ə s I z L i k



Yüklə 373,47 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix14.03.2018
ölçüsü373,47 Kb.
#31420
1   2   3   4   5   6   7   8   9   ...   14

Over the years, 30 countries have joined the Bu illər 

ərzində Tərəfdaşlığa otuz ölkə qoşuldu - Avstriya, 

Azərbaycan, Albaniya, Belorusiya, Bolqarıstan, 

Çexiya, Qazaxıstan, Qırğızıstan, Finlandiya, 

Gürcüstan, Ermənistan, Estoniya, İrlandiya, 

İsveç, İsveçrə, Latviya, Litva, Macarıstan, keçmiş 

Yuqoslaviya Respublikası Makedoniya*, Moldova, 

Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Slovakiya

Sloveniya, Tacikistan, Türkmənistan, Ukrayna, 

Xorvatiya.

1997-ci ildən etibarən, Rusiya və NATO arasında 

Qarşılıqlı Əlaqələr, Əməkdaşlıq və Təhlükəsizlik 

haqqında Əsas Akt və NATO və Ukrayna arasında 

Xüsusi Tərəfdaşlığa dair Xartiya imzalandıqdan 

sonra Rusiya və Ukrayna ilə xüsusi münasibətlər 

inkişaf etməyə başladı. Həmin vaxt ərzində 

2002-ci ildə Rusiya və NATO üzrə Müttəfi qlərin 

nümayəndələrinin bərabər əsaslarla iclaslarında 

iştirak etdikləri Rusiya-NATO Şurası yaradıldıqdan 

sonra Rusiya ilə əlaqələr möhkəmləndi. 2002-ci 

ilin noyabrında NATO-Ukrayna Fəaliyyət Planı 

qəbul edildikdən sonra NATO ilə Ukrayna arasında 

əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi üzrə 

tədbirlər görüldü. Onlar Ukraynanın Şimali Atlantika 

Təhlükəsizliyi strukturlarına tam inteqrasiyası 

prosesində islahatlar sahəsində səylərinin 

dəstəklənməsinə yönəlmişdir.    

On Tərəfdaş-dövlət NATO üzrə Müttəfi q oldu. 

1999-cu ildə Şimali Atlantika Alyansına Macarıstan, 

Polşa və Çexiya daxil oldu, sonra isə 2004-cü ildə 

Bolqarıstan, Latviya, Litva, Rumıniya, Slovakiya, 

Sloveniya və Estoniya onun üzvü oldular. Üç 

namizəd–dövlət (Albaniya, Keçmiş Yuqoslaviya 

Respublikası Makedoniya*, və Xorvatiya) gələcək 

üzvlüyə hazırlaşırlar.

Bosniya və Herseqovina və Serbiya və Çernoqoriya 

da həmçinin Sülh Naminə Tərəfdaşlığa (SNT) 

və Şimali Atlantika Tərəfdaşlıq Şurasına (ŞATŞ) 

qoşulmaq ümidindədirlər. NATO onların səylərini 

dəstəkləyir, lakin bununla belə bu ölkələrdən əvvəlcə 

bir sıra tələblərin yerinə yetirilməsi gözlənilir. 

Bunlara keçmiş Yuqoslaviya üçün Beynəlxalq 

Cinayət Tribunalı ilə tammiqyaslı əməkdaşlıq, o 

cümlədən, hərbi cinayətlər törətməkdə şübhəli bilinən 

və buna görə də yaxşı tanınan Radovan Karadciç 

və Ratko Mladiçin yaxalanması tələbi aiddir. 

Eyni zamanda, NATO Bosniya və Herseqovinaya 

hərbi islahatlar keçirməkdə artıq kömək edir. 

Təhlükəsizliyin təmin olunması sahəsində məhdud 

əməkdaşlıq Serbiya və Çernoqoriya ilə də aparılır. Bu 

əməkdaşlığa Hərbi və mülki şəxslərin onları Şimali 

Atlantika Alyansı, böhran tənzimlənməsi, sülhün 

dəstəklənməsi üzrə əməliyyatlar və hərbi-mülki 

əməkdaşlıq məsələləri ilə tanış etmək məqsədilə 

keçirilən NATO kurslarında təlim keçməyi daxildir.



MÜTTƏFIQLƏR VƏ TƏRƏFDAŞLAR




1991

 

Şimali Atlantika Əməkdaşlıq Şurasının 



ilk iclası

 

1994



 

«Sülh Naminə Tərəfdaşlıq» (SNT) 

Proqramının qəbul edilməsi; 

NATO-nun nəzdində Tərəfdaş-dövlətlərin 

missiyalarının açılması; 

Müttəfi q Qüvvələrin Avropadakı Ali Baş 

Qərargahı (MQAABQ) nəzdində Tərəfdaşlıq 

əlaqələndirmə Qrupunun yaradılması



1995

 Müttəfi q Qüvvələrin Avropadakı Ali Baş 

Qərargahı (MQAABQ) nəzdində Beynəlxalq 

Əlaqələndirmə Mərkəzi yaradıldı



1996

 

Tərəfdaş-dövlətlər NATO-nun rəhbərliyi 



altında Bosniya üzrə sülh sazişinin həyata 

keçirilməsi üçün yaradılmış qüvvələrdə 

iştirak edir

1997

 

Sintrada (Portuqaliya) Avro-Atlantika 

Tərəfdaşlıq Şurasının (AATŞ) ilk iclası;

 NATO 


və ŞATŞ Madriddə (İspaniya) 

keçirilmiş sonrakı Zirvə görüşündə SNT-nin 

əməliyyatlar üzrə rolu gücləndirildi

1998

 

Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika 



əlaqələndirmə Mərkəzi (FCAAƏM) və 

Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika 

Birliyinin yaradılması

 

1999

 

Üç Tərəfdaş – Macarıstan, Polşa, Çexiya – 



NATO-ya daxil olur;

 Dialoq 


və Əməkdaşlıq məsələləri NATO-

nun təhlükəsizliyin təminatı sahəsində ən 

mühüm vəzifələrinin ayrılmaz hissəsi kimi 

şimali Atlantika Alyansının Strateji 

konsepsiyasına daxil edildi;

 

Vaşinqton Zirvə görüşündə SNT-nin daha da 



genişləndirilməsi və bu proqramın 

əməliyyatlar üzrə rolunun gücləndirilməsi 

haqqında qərar qəbul edildi;

 NATO-nun 

rəhbərliyi altında Kosovo 

Qüvvələrinin (KFOR) tərkibində Tərəfdaş-

dövlətlərin hərbi kontingentinin cəbhə 

boyu düzülməsi



2001

 

Sentyabrın 12-də AATŞ-da keçirilmiş 



iclasda ABŞ-da baş vermiş terror aktları 

müzakirə edildi və terrorizm bəlası ilə 

mübarizə aparmaq üzrə öhdəçilik 

qəbul olundu



2002

 

Fəaliyyətin Praqa Zirvə görüşündə 



keçirilmiş hərtərəfl i təhlili AATŞ və SNT 

Proqramının qüvvətlənməsinə səbəb olur;

 

Tərəfdaşlığın terrorizmlə mübarizə üzrə 



fəaliyyət Planı qəbul edildi

2003

 

Tərəfdaş-dövlətlər öz hərbi kontingentlərini 



NATO-nun rəhbərliyi altında Əfqanıstanda 

Beynəlxalq Təhlükəsizliyə Yardım 

Qüvvələrinin tərkibinə daxil edir

2004

 Yeddi Tərəfdaş-dövlət (Bolqarıstan, Estoniya, 

Latviya, Litva, Rumıniya, Slovakiya və 

Sloveniya) NATO-ya daxil oldu;

 

İstanbul Zirvə görüşündə Tərəfdaşlığın daha 



da möhkəmləşdirilməsi üzrə 

tədbirlər görüldü;

 Müdafi ə təsisatlarının quruculuğu üzrə 

İstanbul Tərəfdaşlığın Fəaliyyət Planı 

qəbul olundu

TƏRƏFDAŞLIĞIN ƏSAS MƏRHƏLƏLƏRI 

Əsas mexanizmlər

NATO, Tərəfdaşları ilə əlaqələrin tammiqyaslı 

siyasi əsasını təşkil edən Avro-Atlantika Tərəfdaşlıq 

Şurasında (AATŞ) Təfərdaşları ilə müntəzəm 

surətdə məsləhətləşmələr aparır. Hər bir Tərəfdaş-

dövlət həmçinin Şimali Atlantika Alyansı ilə Sülh 

Naminə Tərəfdaşlıq (SNT) çərçivəsində əllahiddə 

əlaqələr yarada bilər. Əməli fəaliyyət növlərini 

ehtiva edən bu Proqram Tərəfdaşlara öz 

əməkdaşlıqlarının əsas vəzifələrinin onların özləri 

tərəfi ndən müəyyənləşdirilməsinə imkan verir. 

Tərəfdaşlığın bu iki başlıca mexanizmi Avro-

Atlantika Təhlükəsizliyi arxitekturasının əsas 

elementləri olub.

Madrid (1997-ci il), Vaşinqton (1999-cu il), Praqa 

(2002-ci il) və İstanbul (2004-cü il) Zirvə 

görüşlərində həmçinin NATO üzrə Müttəfi qlər 

arasındakı Əməkdaşlığın daha da dərinləşdirilməsi 

üzrə tədbirlər görüldü. Bu təşəbbüslər 

Əməkdaşlığın bünövrəsində yerləşən dəyərlər və 

prinsiplərə əsaslanır və NATO-nun Tərəfdaşlığın 

əsas məramlarına - Avro-Atlantika bölgəsində və 

onun hüdudlarından kənarda sülh və sabitliyin 

möhkəmləndirilməsi və inkişaf etdirilməsinə daim 

sadiq qaldığını əyani surətdə nümayiş etdirir.




Yüklə 373,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə