T ə r ə f d a ş L i q va s I t ə s I l ə t ə h L ü k ə s I z L i k



Yüklə 373,47 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix14.03.2018
ölçüsü373,47 Kb.
#31420
1   2   3   4   5   6   7   8   9   ...   14

Avro-Atlantika Tərəfdaşlıq 



Şurası

Avro-Atlantika Tərəfdaşlıq Şurası (AATŞ) NATO 

ölkələri və Tərəfdaş-dövlətləri birləşdirir. Hal-

hazırda ona 46 ölkə daxildir. O, siyasət və 

təhlükəsizlik məsələləri üzrə daim dialoq və 

məsləhətləşmələrin aparıldığı çoxtərəfl i 

forumdur. O, həmçinin NATO ilə Sülh Naminə 

Tərəfdaşlıqda iştirak edən ölkələr arasında ayrı-

ayrı ikitərəfl i əlaqələrin siyasi əsası kimi 

çıxış edir.

AATŞ yaradılması haqda 1997-ci ildə qəbul 

olunmuş qərar Şimali Atlantika Əməkdaşlığı 

Şurasının nailiyyətləri əsasında irəliləmək üzrə 

səylərin inikası oldu. Bu məqsədlə Tərəfdaşlığın 

dərinləşdirilməsi və onun əməliyyatlar üzrə rolunun 

artırılması üçün Məsləhətçi Təhlükəsizlik Strukturu 

yaradıldı. O, NATO-nun Tərəfdaş-dövlətlərlə «Sülh 

Naminə Tərəfdaşlıq» (SNT) Proqramı çərçivəsində 

hərtərəfl i əlaqələrinə daha çox müvafi q idi. Bu, 

həmçinin 1996-cı ildə on dörd Tərəfdaş-dövlətin 

hərbi qulluqçularının NATO hərbi qulluqçuları ilə 

birgə hərbi xidmətdə olmaq üçün göndərildiyi 

Bosniya və Herseqovinada sülhyaratma əməliyyatı 

ilə əlaqədar yerinə yetirildi. Bu qərar paralel olaraq 

görülmüş və Tərəfdaşlığın fəaliyyət növlərinin 

bütün spektri üzrə qərarların qəbul edilməsi və 

planlaşdırılmasında Tərəfdaş-dövlətlərin iştirakının 

genişləndirilməsinə, Sülh Naminə Tərəfdaşlığın 

rolunun artırılmasına yönəlmiş tədbirləri 

tamamladı. AATŞ-nın yaradılması həmçinin 

Tərəfdaşlığın əvvəlcə keçmiş Varşava Müqaviləsi 

ölkələrini onda iştirak etməyə cəlb etmək üçün 

nəzərdə tutulmuş bu struktura qoşulmamış Qərbi 

Avropa ölkələri üçün açıq etdi.

Siyasət və təhlükəsizliyin cari məsələləri üzrə 

qısamüddətli məsləhətləşmələrə əlavə olaraq 

AATŞ-da geniş sahə diapazonunda uzunmüddətli 

məsləhətləşmələr və əməkdaşlıq aparılır. Onlara 

böhran tənzimlənməsi və sülhə yardım üzrə 

əməliyyatların bütün məsələləri; regional 

məsələlər, silahlara nəzarət və kütləvi qırğın 

silahının yayılması ilə bağlı məsələlər; beynəlxalq 

terrorizm; müdafi əni planlaşdırma, büdcənin 

formalaşdırılması, siyasəti və strategiyası kimi 

məsələləri; mülki-fövqəladə planlaşdırma və 

fövqəladə vəziyyətlərin qarşısının alınması; 

hərbi-texniki əməkdaşlıq; nüvə təhlükəsizliyi; hava 

nəqliyyatı hərəkəti sahəsində hərbi-mülki 

əlaqələndirmə; elmi əməkdaşlıq məsələləri daxildir. 

AATŞ-da fəaliyyət müxtəlif variantların geniş 

diapazonunda təşkil oluna bilər ki, bu da müzakirə 

mövzusundan asılı olaraq NATO üzrə bütün 

Müttəfi q və Tərəfdaşlar arasında görüşlər 

keçirməyə və ya tərkibcə məhdudlaşdırılmamış, 

sayca az olan qruplarda işləməyə imkan verir. Bu 

cür fəaliyyətin çevik xarakteri onun uğurlu 

olmasının rəhnidir.

Tərəfdaş-dövlətlərin əksəriyyəti NATO-nun 

Brüsseldə yerləşən mənzil-qərargahında öz 

diplomatik missiyalarını açıb ki, bu da müntəzəm 

əlaqələri asanlaşdırır və hər dəfə buna ehtiyac 

yarandıqda, məsləhətləşmələr keçirməyə imkan 

verir. AATŞ-nın sessiyaları hər ay səfi rlər 

səviyyəsində, hər il isə xarici işlər nazirləri, müdafi ə 

nazirləri və baş qərargah rəisləri səviyyəsində, 

həmçinin bəzən ən yüksək səviyyədə keçirilir. 

2005-ci ildən etibarən yeni yüksək səviyyəli AATŞ 

Təhlükəsizlik Forumu işinə başlayacaq və mühüm 

təhlükəsizlik məsələlərini müzakirə etmək və NATO 

və Tərəfdaş-dövlətlərin birgə səyləri çərçivəsində 

onların optimal həll yollarını müzakirə etmək 

məqsədilə onun iclasları hər il keçiriləcəkdir. 

> Avro-Atlantik Tərəfdaşlıq Şurasının görüşlərinə 

Baş Katibi tərəfi ndən sədrlik edilir.

rəisləri səv

k səviyyə

yüksək səviyyə

başlayacaq 

üzakirə etmək 

qərargah 

n yüksə

ən etibarən ye



Forumu işi

zlik məsələlərin

ddaş-dövlət

al həll yolla

ə onun iclasları

əri çərçiv

 müzakir

ər il keçiriləcə

r



10 

Sülh Naminə Tərəfdaşlıq

«Sülh Naminə Tərəfdaşlıq» (SNT) Proqramı əməli 

əməkdaşlıq və Şimali Atlantika Şurasının istinad etdiyi 

demokratik prinsiplərə sadiqliyə əsaslanır. O, sabitliyin 

möhkəmləndirilməsi, sülh üçün təhlükənin azalması və 

təhlükəsizlik sahəsində NATO ilə ayrı-ayrı Tərəfdaş-

dövlətlər, həmçinin Tərəfdaş-dövlətlər arasında 

möhkəm əlaqələrin yaradılmasını qarşısına 

məqsəd qoyur. 

SNT Proqramının mahiyyəti ayrı-ayrı Tərəfdaş-

dövlətlər və NATO arasında onların hər birinin konkret 

tələbatlarının nəzərə alınması ilə fərdi əsaslar 

üzərində formalaşdırılan Tərəfdaşlıqdan ibarətdir.

O, birgə, iştirakçı-ölkə hökumətinin seçdiyi sürət və 

səviyyədə həyata keçirilir. Sülh Naminə Tərəfdaşlıq 

çərçivəsində SNT Proqramının vəzifə və məqsədlərini 

həyata keçirmək və onun ideyalarını əməli fəaliyyətə 

çevirmək imkanı verən müxtəlif vasitələr dəsti 

hazırlanıb. Bu cür vasitə və təşəbbüslər aşağıda 

nəzərdən keçirilib. Onlar ikitərəfl i və çoxtərəfl i 

fəaliyyətin əsasını təşkil edir və Tərəfdaşlara 

səmərəlilik və şəffafl ıq prinsipləri üzərində qurulmuş 

və Tərəfdaşların NATO-nun fəaliyyətində iştirakının 

dəstəklənməsinə yönəlmiş proqramlarda iştirak etmək 

imkanı verir. 

«Sülh Naminə Tərəfdaşlıq» Proqramının rəsmi 

əsasını hər bir Tərəfdaş-dövlətin konkret vəzifələrinin 

göstərildiyi Çərçivə Sənədi təşkil edir. Bütün 

Tərəfdaşlar öz üzərinə bir sıra genişmiqyaslı siyasi 

öhdəlik götürür – demokratik cəmiyyətin əsaslarını 

qorumaq; beynəlxalq hüquq prinsiplərini dəstəkləmək; 

BMT-nin Nizamnaməsi, Umumi İnsan Haqları 

Deklarasiyası, Helsinki Yekun Aktı və tərksilah və 

silahlanma üzərində nəzarət haqqında sazişlər üzrə 

öhdəlikləri yerinə yetirmək; başqa dövlətlərə qarşı 

qüvvə tətbiq etməklə hədələməkdən və ya onu tətbiq 

etməkdən imtina etmək; mövcud sərhədləri gözləmək; 

mübahisələri sülh yolu ilə həll etmək. Eyni zamanda, 

silahlı qüvvələr üzərində demokratik nəzarət tətbiq 

etmək məqsədi ilə milli hərbi planlaşdırma və hərbi 

büdcənin formalaşdırılması sahəsində şəffafl ığın 

artırılması, həmçinin NATO ilə sülhyaratma və 

humanitar əməliyyatlarda birgə fəaliyyət göstərmək 

üçün qüvvə və vasitələr yaratmaq üzrə konkret 

öhdəliklər götürülür. Çərçivə sənədi həm də NATO 

üzrə Müttəfi qlərin öz ərazi bütövlüyünə, siyasi 

müstəqilliyinə və ya təhlükəsizliyinə bilavasitə təhlükə 

görən hər bir Tərəfdaş-dövlətlə məsləhətləşmələr 

aparmaq öhdəliyini təsbit edir – bu, məsələn, Albaniya 

və keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın* 

Kosovo böhranı zamanı istifadə etdikləri mexanizmdir.

Tərəfdaş-dövlətlər öz məqsəd və imkanlarından asılı 

olaraq ayrı-ayrı fəaliyyət növlərini seçirlər. Onlar 

həmin fəaliyyət növlərini Təqdimat Sənədində NATO 

üzrə Müttəfi qlərə təqdim edirlər. Bundan sonra 

birlikdə Fərdi Tərəfdaşlıq Proqramı hazırlanır və 

NATO ilə konkret Tərəfdaş-dövlət tərəfi ndən təsdiq 

edilir. Bu cür ikiillik proqramların fəaliyyət növlərinin 

geniş «menyu»su əsasında hər bir ölkənin konkret 

maraqları və tələbatına müvafi q surətdə hazırlanır. Bu 

cür əməkdaşlıqda əsas diqqət, o cümlədən, müdafi ə 

fəaliyyəti, hərbi islahatlar və hərbi islahatların 

nəticələrinin ləğv edilməsi ilə bağlı məsələlərə yetirilir. 

Lakin bu zaman o, demək olar ki, hərbi siyasət və 

planlaşdırma, hərbi-mülki əlaqələr, təhsil və təlim 

hazırlığı, hava hücumundan müdafi ə, informasiya və 

rabitə sistemləri, böhran tənzimlənməsi və fövqəladə 

mülki planlaşdırma da daxil olmaqla, NATO-nun bütün 

fəaliyyət sahələrinə toxunur. 

1999-cu ilin aprelində Vaşinqtonda keçirilmiş Zirvə 

görüşündə mühüm təşəbbüslər irəli sürüldü. Onlar 

Sülh Naminə Tərəfdaşlığın əməliyyat səmtləşməsinin 

və Tərəfdaş-dövlətlərin SNT çərçivəsində qərarların 

qəbulu və planlaşdırmada iştirakının 

qüvvətləndirilməsinə yönəlib. Bunlara «Əməliyyat 

> Xorvatiya Sülh Naminə Tərəfdaşlıq Çərçivə 

Sənədini 2000-ci ilin may ayında imzalayır.

10 



Yüklə 373,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə