T ə r ə f d a ş L i q va s I t ə s I l ə t ə h L ü k ə s I z L i k



Yüklə 373,47 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix14.03.2018
ölçüsü373,47 Kb.
#31420
1   2   3   4   5   6   7   8   9   ...   14

11 

11 


İmkanları Konsepsiyası» və «Hərbi-Siyasi Çərçivə» 

sənədlərinin qəbul edilməsi üzrə təşəbbüslər aiddir.  

Tərəfdaş-dövlətlərə hərbi qulluqçuların təlim-təhsil 

hazırlığı vasitəsilə əməliyyat potensialının 

qüvvətləndirilməsində yardım etmək məqsədi ilə 

həmçinin təlim və təhsil hazırlığının genişləndirilməsi 

Proqramı qəbul olunub. 

Əməliyyat İmkanları Konsepsiyası Şimali Atlantika 

Alyansı və Tərəfdaş-dövlətlərin silahlı qüvvələrinin 

NATO-nun rəhbərliyi altında gələcək SNT 

əməliyyatları gedişində birgə fəaliyyət göstərmək 

qabiliyyətinin qüvvətləndirilməsi üçün hazırlanıb. 

Onun məqsədi NATO-nun rəhbərliyi altında SNT 

əməliyyatlarının keçirilməsi və cəbhəarxası təminat 

üçün ayrılan müxtəlif hərbi kontingentlərdən qoşun 

qruplaşmasının formalaşdırılması üzrə fəaliyyəti daha 

çevik etməkdən ibarətdir. Bu mexanizmdə əsas 

diqqət bu cür əməliyyatların keçirilməsi üçün potensial 

olaraq mövcud olan qüvvə və vasitələrə yetirilir. Bu 

cür əsgəri kontingentlərin NATO-nun komandanlığı 

altında qruplaşmalara inteqrasiyasına həmçinin 

Tərəfdaş-dövlətlərin və Şimali Atlantika Alyansı 

qoşunlarının idarəetmə orqanları və onların hissə və 

bölmələri arasında möhkəm iş əlaqələri kömək edir. 

Bu əlaqələr dinc dövrdə yaradılır və daim inkişaf 

etdirilir. İstanbul Zirvə görüşündə belə bir qərar qəbul 

olunmuşdu ki, Əməliyyat İmkanları Konsepsiyası 

həyata keçirildiyi zaman əməliyyat uyğunlaşması 

standartları və onunla bağlı fəaliyyət 

qiymətləndirilməsi NATO mexanizmləri ilə bir 

araya gətiriləcək.

«Hərbi-siyasi çərçivələr» Sənədində Tərəfdaş-

dövlətlərin siyasi məsləhətləşmələrdə, qərarların 

qəbul olunması prosesində, əməliyyat 

planlaşdırılması və komandanlıq etmə mexanizmində 

iştirakı prinsipləri, formaları və onların xüsusunda 

digər göstərişlər şərh edilir. İstanbul Zirvə görüşündə 

tərəfdaşları qərarların hazırlanması prosesinə onun 

erkən mərhələlərində cəlb olunmasının zəruriliyi 

vurğulanmışdır. Bu çərçivə sənədinin müddəaları 

NATO-nun rəhbərliyi altında Tərəfdaş-dövlətlərin 

iştirakı ilə həyata keçirilən bütün əməliyyatlarda tətbiq 

edilir, həmçinin NATO-nun təlim və Etimad 

Fondlarının yaradılması kimi başqa fəaliyət növlərində  

Tərəfdaşların kömək göstərdiyi zaman ümumi rəhbər 

göstərişlər kimi tətbiq olunur.

Tərəfdaş-dövlətlərin Tərəfdaşlığın gündəlik 

fəaliyyətinə inteqrasiyası dərəcəsini yüksəltmək üçün 

NATO-nun bir neçə qərargahında SNT-nin «qərargah 

elementləri» - Tərəfdaş-dövlətlərdən olan zabitlərdən 

təşkil edilmiş qərargah əməliyyat qrupları 

yaradılmışdı. NATO-nun Monsda (Belçika) yerləşən 

BSQ Əməliyyatlar üzrə Komandanlığı nəzdində 

Tərəfdaşlığın Əlaqələndirməsi Qrupu SNT təlim və 

döyüş hazırlığı məsələlərinin əlaqələndirilməsinə 

yardım edir. Bundan başqa, Beynəlxalq 

Əlaqələndirmə Mərkəzi NATO-nun rəhbərliyi altında 

keçirilən sülhyaratma əməliyyatlarında iştirak etmək 

üçün öz əsgəri kontingentlərini ayıran və NATO-ya 

daxil olmayan bütün ölkələrin nümayəndələrinə 

planlaşdırma üzrə iş üçün konfrans- zallarını və 

otaqlarını təqdim edir (bax s. 23).

Sülhyaratma əməliyyatlarında Tərəfdaş-dövlətlərin 

yeni təşkil edilmiş hərbi hissələri və NATO qüvvələri 

arasında qarşılıqlı əlaqələrin səviyyəsini artırmaq 

məqsədi ilə SNT-ın Planlaşdırma və Analiz Prosesi 

(PAP) yaradılır və onun çərçivəsində əməliyyat 

uyğunluğu prinsipləri və ayrılan qüvvələr və vasitələr 

qarşısında qoyulan tələblər müəyyənləşdirilir. Bu 

proses Balkanlar və Əfqanıstanda NATO-nun 

rəhbərliyi ilə sülhə yardım üzrə əməliyyatlar zamanı 

Tərəfdaş-dövlətlərlə əməkdaşlığın genişlənməsinə 

xeyli dərəcədə kömək etdi. PAP mexanizmi NATO 

silahlı qüvvələri quruculuğunun planlaşdırma 

sisteminin modeli üzrə yaradılıb və Tərfdaşlara əlavə 

əsaslar üzərində təklif olunur. Bu prosesin iştirakçısı 

olan hər bir ölkə ilə onün qəbul etdiyi plan göstəriciləri 

və ya Tərfdaşlıq məqsədlərinin müzakirəsi keçirilir

bundan sonra isə əldə edilmiş tərəqqinin dərin təhlili 

üzrə tədbirlər keçirilir. İllər keçdikcə PAP tələbləri 

daha yüksək oldu və kompleks xarakter qazandı. İndi 

onlar NATO üzrə Müttəfi qlərin öz qarşısında 

qoyduqları hərbi potensialın təkmilləşdirilməsi 

məsələləri ilə uzlaşdırılıb. Tərəfdaşlar PAP həmçinin 

səmərəli, ucuz, müstəqil, silahlı qüvvələrin quruculuğu 

və hərbi islahatlar sahəsində fəaliyyətin 

fəallaşdırılması üçün istifadə edilir. Bu mexanizm, 

məsələn, Ukraynada hərtərəfl i hərbi islahatlarda əsas 

rol oynadı (bax s. 25)

Tərəfdaşlığın bəzi təşəbbüsləri hərbi islahatların 

nəticələrinin aradan qaldırılmasında yardım edir, 

məsələn, buna SNT Etimad Fondlarının (bax. 



Qoşmaya, səh 28), yaradılmasına yönəlmiş siyasət 

kömək edir. Etimad Fondları ölkələrə piyadalara qarşı 

minaların və silah artıqlarının təhlükəsiz məhv 

edilməsi, həmçinin hərbi qulluqçuların yenidən peşə 

hazırlığı keçməsi və hərbi bazaların konversiyası 

işində əməli kömək göstərir. 




12 

12 


Əməkdaşlığın dərinləşdirilməsi 

NATO ilə Tərəfdaş-dövlə

tlər arasında əməkdaşlığın 

daha da dərinləşdirilməsi istiqamətində sonrakı 

tədbirlər Tərəfdaşlar tərəfi ndən 2002-ci ilin 

noyabrında Praqa Zirvə görüşündə həyata keçirilib. 

AATŞ və Sülh Naminə Tərəfdaşlığın fəaliyyətinin 

hərtərəfl i təhlili nəticələrinə əsasən, Tərəfdaş-

dövlətlər arasında siyasi dialoqu qüvvətləndirmək və 

gələcəkdə onların qatıldıqları fəaliyyət növlərinin 

planlaşdırma, yerinə yetirmə və nəzarətində iştirakını 

genişləndirmək tövsiyə edilib. 

Praqa Zirvə görüşündə əməkdaşlığın yeni mexanizmi 

– Tərəfdaşlıq Fəaliyyətinin Planlaşdırılması təqdim 

edildi. İlk bu cür plan Terrorizmə qarşı Tərəfdaşlıq 

Fəaliyyət Planı oldu (bax s. 15). Bundan başqa, ilk 

dəfə olaraq Şimali Atlantika İttifaqına yalnız 

Tərəfdaşlığın müxtəlif fəaliyyət növləri «menyu» 

sundan tədbirləri sadəcə olaraq seçmək deyil, bunda 

marağı olan, onların daxili islahatlarının, məsələn, 

müdafi ə və təhlükəsizlik sektorunda, daha 

sistemləşdirilmiş dəstəklənməsi barəsində xahişlə 

ona müraciət edən Tərəfdaş-dövlətlərə məqsədyönlü 

yardım etmək imkanı verən Fərdi Tərəfdaşlıq üzrə 

Əməliyyat Planı (FTƏP) təklif edildi (qoşmaya bax)

Praqada əldə edilmiş tərəqqi əsasında, 2004–cü ilin 

iyun ayında İstanbul Zirvə görüşündə Avro-Atlantika 

Tərəfdaşlığının daha da qüvvətləndirilməsi və onun 

ən mühüm tematik məsələlərin ayrı-ayrı Tərəfdaş-

dövlətlərin tələbatları və imkanları nəzərə alınmaqla 

həlli üçün həyata keçirilən tədbirlərinin ixtisaslaşması 

üzrə bir sıra ölçülər götürüldü. Bu Zirvə görüşündə 

vəzifəsi Tərəfdaş-dövlətlərə səmərəli və demokratik 

məsuliyyətli müdafi ə təsisatlarının quruculuğunda 

kömək və dəstək göstərməkdən ibarət olan Müdafi ə 

Təsisatlarının Qurulmasına dair Tərəfdaşlıq Fəaliyyət 

Planı qəbul olundu (bax s. 24)

Öz hərbi kontingentlərini ayıran ölkələrin qərarların 

qəbul olunması prosesində artıq onun erkən 

mərhələlərində iştirakı və Tərəfdaş-dövlətlərin siyasi 

məsləhətləşmələr aparılması üzrə imkanlarının 

genişləndirilməsi onlara NATO-nun rəhbərliyi altında 

keçirilən əməliyyatlara öz töhfəsini daha fəal verməyə 

imkan yaradır. Buna əlavə olaraq, Əməliyyat 

İmkanları Konsepsiyası genişləndiriləcək və 

Tərəfdaşlara vəzifəsi Şimali Atlantika İttifaqı silahlı 

qüvvələri və hərbi potensialının daim aparılan 

islahatları prosesinə yardım göstərmək və müşahidə 

etməkdən ibarət olan NATO BSQ Transformasiya 

üzrə Müttəfi q Komandanlığı öz nümayəndəliklərini 

açmağa imkan veriləcək.  Bu, NATO və Tərəfdaş-

dövlətlərin qüvvələri arasında hərbi sahədə əməliyyat 

uyğunluğunu artırmağa kömək edəcək və onların 

müdafi ə strukturlarının NATO-nun əməliyyat rolu və 

hərbi potensialının inkişafına uyğun ola

raq islah 

edilməsini fəallaşdıracaq. 

> İsveçrə KFOR vertolyotu 

Kosovaya, Priştinaya uçur: 

NATO tərəfi ndən həyata 

keçirilən sülhün qorunması 

əməliyyatlarında əməkdaşlığın 

genişlənməsi Tərəfdaşlığın əsas 

məsələsidir.  

© SWISSINT



Yüklə 373,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə