T ə r ə f d a ş L i q va s I t ə s I l ə t ə h L ü k ə s I z L i k



Yüklə 373,47 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix14.03.2018
ölçüsü373,47 Kb.
#31420
1   2   3   4   5   6   7   8   9   ...   14

13 

13 


Həmçinin əsas diqqəti iki strateji əhəmiyyət kəsb 

edən bölgə, o cümlədən, Qafqaz (Azərbaycan, 

Ermənistan və Gürcüstan) və Orta Asiya 

(Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan 

və Özbəkistan) ilə qarşılıqlı əlaqələrin 

fəallaşdırılmasına yönəltmək qərar alındı. NATO-

da bu iki bölgə üzrə xüsusi təmsilçi, həmçinin iki 

əlaqələndirmə zabiti təyin edildi. Onların qarşısına 

zərurət yarandıqca Fərdi Tərəfdaşlıq üzrə 

Əməliyyat Planlarının (FTƏP), Müdafi ə 

Təsisatlarının Qurulmasına və Terrorizmə qarşı 

mübarizəyə dair Tərəfdaşlıq Fəaliyyət Planlarının 

müvafi q aspektlərinin gerçəkləşdirilməsi, həmçinin 

Planlaşdırma və Analiz Prosesi (PAP) çərçivəsində 

əməkdaşlıq məsələləri üzrə yardım etmək və 

məsləhətlər vermək vəzifəsi qoyulur. 



Ətrafl ı məlumat üçün: 

www.nato.int/issues/eapc/index.html

www.nato.int/issues/pfp/index.html

FƏRDI TƏRƏFDAŞLIQ ÜZRƏ ƏMƏLIYYAT PLANLARI

Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planlarının  

(FTƏP) qəbul edilməsi təşəbbüsü 2002–ci ilin 

noyabrında Praqada keçirilmiş Zirvə görüşündə irəli 

sürülüb. Onlarda NATO ilə əlaqələrini 

dərinləşdirmək üzrə siyasi arzusu və iqtidarı olan 

ölkələr iştirak edə bilər. Bu cür planlar ikiillik 

əsasda tərtib edilir və onların vasitəsi ilə Tərəfdaş-

dövlətin Şimali Atlantika İttifaqı ilə, onların daxili 

islahatlarının dəstəklənməsinə kömək edən fəaliyyət 

növlərinə xüsusi diqqət yetirməklə, qarşılıqlı 

əlaqələrdə ola biləcəyi müxtəlif əməkdaşlıq 

mexanizmlərinin birləşməsinə yönəlibdir. 

FTƏP-də əməkdaşlığın məqsədləri konkret 

tərəfdaşlığın üstünlükləri aydın ifadə edilməli və 

istifadə olunması üçün təqdim edilmiş 

mexanizmlərin bilavasitə həmin üstünlüklərinə 

uyğun gəldiyinə zəmanət verilməlidir. NATO bu 

cür ölkələrlə onlarda keçirilən islahatların 

məqsədləri ilə bağlı konkret məsələlər üzrə 

məsləhətləşmələr aparmağı öhdəsinə götürür. 

FTƏP prosesi həmçinin aktual məsələlər üzrə fəal 

siyasi dialoqu ehtiva edə bilər.  Bundan başqa, 

FTƏP vasitəsilə NATO-nun ayrı-ayrı Müttəfi qləri 

tərəfi ndən göstərilən ikitərfəli yardımı, həmçinin 

digər beynəlxalq təşkilatlarla birgə səyləri 

əlaqələndirmək daha asan olacaq. 

Planın vəzifələri siyasət və təhlükəsizlik 

məsələlərinin; müdafi ə, təhlükəsizlik və hərbi 

məsələlərin; ictimaiyyət üçün informasiya; elm və 

ətraf mühitin; mülki fövqəladə planlaşdırmanın; 

inzibati məsələlərin; mühafi zə və təhlükəsizliyin 

təminatı; ehtiyatlar məsələlərinin ümumi 

kateqoriyasını əhatə edir.

2004-cü ilin noyabrında Gürcüstan NATO ilə 

FTƏP-nin ilk iştirakçı-ölkəsi oldu. Hazırda 

Azərbaycan və Özbəkistanla FTƏP hazırlanır. Bu 

cür planın hazırlanmasına Ermənistan da 

maraq göstərib.

> Avro-Atlantik 

Tərəfdaşlığı 2004-cü 

il İstanbul Sammitində 

daha da gücləndirildi.



14 

Təhlükəsizlik şəraiti inkişaf etdikcə, Avro-Atlantika 

Tərəfdaşlığı da inkişaf edir. Bu, NATO üzrə 

Müttəfi qlər və Tərəfdaş-dövlətlər üçün böyük 

əhəmiyyət kəsb edən bir çox təhlükəsizlik 

problemlərini həll etmək zərurəti ilə 

müəyyənləşdirilir. NATO ölkələri və Tərəfdaş-

dövlətlərin Sülhə Yardım üzrə Birgə Qüvvələrinin 

yerləşdirildiyi Balkanlar və Əfqanıstanda 

təhlükəsizlik şəraitinin inkişafı məsələləri üzrə 

müntəzəm surətdə fi kir mübadiləsi aparılır. 

Terrorizmə qarşı mübərizə və kütləvi qırğın silahı, 

həmçinin atıcı və yüngül silahların yayılması ilə 

bağlı problemlərin həlli kimi əsas fəaliyyət 

sahələrində xüsusi biliklərin mübadiləsinə, əməli 

əməkdaşlığın inkişafı və onun əlaqələndirilməsinə 

yardım göstərməyə yönəlmiş təşəbbüslər 

qəbul olunur. 

Bir çox təhlükəsizlik problemləri qonşu ölkələrlə 

qarşılıqlı sıx əlaqələr sayəsində daha yaxşı həll 

edilir. AATŞ və SNT Proqramı Tərəfdaş-dövlətlər 

arasında əsas məsələlər üzrə regional və 

subregional səviyyədə, xüsusən Cənubi-Şərqi 

Avropa, Qafqaz və Mərkəzi Asiyada, əməkdaşlığın 

inkişafı və dəstəklənməsi üçün yaxşı əsasdır.

Terrorizmə qarşı mübarizə

Terrorizmə qarşı mübarizə indi NATO-nun ən 

mühüm vəzifələrindən biri olub. 2001-ci il 

sentyabrın 11-də ABŞ-da törədilmiş terror aktları 

NATO-nun Vaşinqton müqaviləsinin (Şimali 

Atlantika Alyansının kollektiv müdafi ə haqqında 

əsas Müqaviləsinin) 5-ci Maddəsinin tətbiq 

etməsinə səbəb oldu. Terror aktlarının ertəsi günü 

ən qısa müddət ərzində çağırılmış iclasda NATO 

ölkələri və Tərəfdaş-dövlətlərin səfi rləri qətiyyətlə 

bu aktları pislədilər və terrorizm zülmü ilə 

mübarizədə qüvvələrini əsirgəməyəcəklərini 

öhdələrinə götürürdlər. 

Təhlükəsizlik və əməkdaşlıq 

məsələləri üzrə dialoq

«Biz bu barbar hərəkətlərindən sarsılmışıq 

və qətiyyətlə onları pisləyirik. Bu hərəkətlər 

bizim ümumi dəyərlərimizə qarşı yönəlibdir. 

Biz bu dəyərlərin zorakılıq yolu ilə gedənlər 

tərəfi ndən nüfuzdan salınmasına yol 

vermərik. Biz terrorizm bəlası ilə 

mübarizədə bütün qüvvələrimizi sərf 

edəcəyimizi öhdəmizə götürürük. Biz 

Tərəfdaşlıq və Əməkdaşlıq ideallarının 

qələbə çalacağına əminliyimizdə birik». 

(AATŞ-nın Bəyanatı, 12 sentyabr 2001-ci il)



15 

AATŞ-nın Şimali Amerika və Avropadan başlamış 

Mərkəzi Asiyaya qədər uzanan bölgədə yerləşmiş 

üzv-dövlətlərinin o gün ifadə etdiyi və sonradan  

terrorizmə qarşı mübarizə kampaniyasında özünü 

büruzə verdiyi həmrəylik göstərdi ki, NATO-nun 

Tərəfdaşlıq Təşəbbüsləri əsl Avro-Atlantika 

təhlükəsizliyi mədəniyyətinin yaranmasına 

səbəb olmuşdur. 

Terrorizm təhlükəsinə qarşı mübarizədə qüvvələrin 

birləşdirilməsi üzrə ümumi qətiyyət Terrorizmə 

qarşı mübarizəyə dair Tərəfdaşlıq Fəaliyyət 

Planının qəbul edildiyi Praqa Zirvə görüşündə öz 

konkret ifadəsini tapdı. Bu Fəaliyyət Planı siyasi 

məsləhətləşmələr və əməli tədbirlər vasitəsilə bu 

sahədə əməkdaşlıq və xüsusi biliklər mübadiləsinin 

əsasını təşkil edir. O, sərhədlərin təhlükəsizliyi, 

terrorizmə qarşı mübarizə məsələləri üzrə məşq 

xüsusunda təlimlər və döyüş hazırlığı, terror 

aktlarından müdafi ə və onların nəticələrinin aradan 

qaldırılması üçün qüvvə və vasitələrin yaradılması 

kimi sahələrdə kəşfi yyat məlumatları mübadiləsi və 

əməkdaşlığın təkmilləşdirilməsinə kömək edir 

(bax, səh.32). Bu plan həmçinin döyüş 

sursatlarının, habelə köçürülən zenit-raket 

kompleksləri və qumbaraatanları kimi atıcı və 

yüngül silahların artığının fi ziki təhlükəsizliyi və 

təhlükəsiz məhv edilməsinin təmin edilməsi üzrə 

fəaliyyətin inkişafına yardım göstərir. 

Kütləvi qırğın silahının 

yayılmasına qarşı mübarizə



Kütləvi qırğın silahı

Kütləvi qırğın silahının (KQS) yayılmasının 

qarşısını almaq XXI əsrin təhlükəsizliyinin təmin 

edilməsi üzrə ən mühüm vəzifələrindən biridir. 

NATO-nun öz Tərəfdaşları ilə dialoqu Şimali 

Atlantika Alyansının kütləvi qırğın silahının 

yayılmaması sahəsindəki məqsədlərinə nail 

olmaqda xüsusi rol oynayır. Etimad - kütləvi qırğın 

silahının yayılmasına qarşı mübarizədə səylərin 

uğurlu olmasının zəruri şərtidir. Onu isə yalnız 

açıqlıq və şəffafl ıq şəraitində yaratmaq olar. 

Şimali Atlantika Alyansı Tərəfdaşları ilə 

məsləhətləşmələr vasitəsilə KQS yayılması ilə 

bağlı məsələlər üzrə qarşılıqlı anlaşma və 

informasiya mübadiləsini genişləndirməyə çalışır. 

Xarici işlər və müdafi ə nazirlikləri əməkdaşlarının 

iştirak etdiyi bu cür məsləhətləşmələr siyasi və 

hərbi fəaliyyətin müzakirəsinə yönəlib və etimadın 

möhkəmləndirilməsinə mühüm töhfə verir. Bundan 

başqa, bir sıra Tərəfdaş-dövlətlər KQS-nin tətbiqi 

zamanı yaranan xüsusi şəraitə hazırlıq planında 

böyük imkanlara malikdir və buna görə də bu 

sahədə birgə səylərin fəallaşdırılmasına 

əhəmiyyətli töhfəsini verə bilərlər.

Bu problemin konkret aspektlərinin müzakirə 

edildiyi bir neçə seminar və simpozium keçirilib. Bu 

tədbirlərdə həmin problemin, o cümlədən, 

«Qarayara – ibrət dərsləri» mövzusu üzrə 

məsələlər müzakirə olunub, ABŞ-da 2001-ci ilin 

payızında və digər ölkələrdə baş vermiş 

hadisələrin nəticələri üzrə toplanmış təcrübənin 

əsasında fövqəladə hadisələr ehtimalına qarşı bəzi 

ən mühüm planlaşdırma aspektləri qeyd edilib. 

Digər mövzu sənayenin ətraf mühitə vurduğu 

ziyanla bağlı problemlər və digər praktiki tibbi 

məsələlərlə bağlı idi.  

> Kütləvi qırğın silahlarının yayılması XXI əsr üçün 

ciddi təhlükəsizlik təhdidi yaradır. 




Yüklə 373,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə