T ə r ə f d a ş L i q va s I t ə s I l ə t ə h L ü k ə s I z L i k



Yüklə 373,47 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix14.03.2018
ölçüsü373,47 Kb.
#31420
1   2   3   4   5   6   7   8   9   10   ...   14

16 

AATŞ-nin bioloji və kimyəvi silahla bağlı potensial 

təhlükələrinə həsr olunmuş simpoziumları 

Tərəfdaşlara informasiya mübadiləsi aparmağa və 

həmin təhlükələrin qarşısının alınmasının optimal 

əməli üsullarını işləyib hazırlamağa imkan verdi. 

KQS döyüş vasitələrindən yeni müdafi ə avadanlığı, 

müxtəlif vasitə və texnika sahəsində tədqiqat və 

inkişaf məsələlərinin müzakirəsi aparılır ki, bu da 

bu cür silahdan müdafi əyə ümumi hazırlığın 

artırılması üsullarının daha yaxşı dərk olunmasına 

yardım edir. 

NATO və Tərəfdaş-dövlətlərin tərksilah üzrə 

ekspertləri KQS-nin yayılması üzrə kəşfi yyat 

məlumatlarının birgə istifadə olunması aspektləri 

və siyasi məsələlərinin müzakirəsini keçiriblər. Bu 

məsləhətləşmələr KQS-nin yayılmasının ən 

mühüm təmayüllərinə həsr olunmuşdu. 

Məsləhətləşmələrdə AATŞ-ya daxil olmayan Çin, 

Yaponiya, İsrail, Cənubi Koreya kimi ölkələrin 

nümayəndələrinin həmin problemlərin regional 

aspektlərinə həsr olunmuş mövzularda çıxış 

etdikləri məruzələr dinlənilmişdi. Tərəfdaşlar ixrac 

nəzarəti üsulları və BMT-nin Təhlükəsizlik 

Şurasının nüvə silahının yayılmaması sahəsində 

N-1540 Qətnaməsi kimi son təşəbbüslərin 

gerçəkləşdirilməsi məsələləri üzrə informasiya 

mübadiləsi aparıb.

Şimali Atlantika Alyansının üzv-dövlətləri 

tərəfdaşlarını həmçinin NATO-nun kimyəvi, bioloji, 

radioloji və nüvə silahından (KBRNS) müdafi ənin 

konkret sahələrindəki fəaliyyət növləri, o cümlədən 

KBRNS–dən müdafi ə batalyonunun yaradılması və 

NATO BSQ-nin döyüş heyətinə daxil edilməsi 

barəsində məlumatlandırdı. 

Minalara və atıcı silahlara qarşı aksiyalar 

Qeyri-seçici surətdə tətbiq edilən ucuz silahların 

yayılması nəticəsində yaranan təhlükə dünya 

birliyinin diqqət mərkəzindədir və getdikcə artan 

narahatlıq doğurur. Asanlıqla əldə edilə bilən atıcı 

silahdan istifadə də   sadədir və uzun sürən silahlı 

münaqişələrin qızışdırılmasına səbəb olur. Dinc 

əhalinin getdikcə artan zorakılığın qurbanları 

olması halları get-gedə artır. BMT-nin və digər 

mənbələrin məlumatlarına əsasən, keçən əsrin 

90-cı illərindəki hərbi əməliyyatlarla bağlı olan 

4 milyon ölüm hallarının 90%-i dinc əhalinin payına 

düşür ki, bununda 80%-i qadın və uşaqlardır. 

Hesablamalara görə, dünyada 0,5 milyarddan çox 

atıcı və yüngül silah vardır, yəni hər 12 nəfərə bir 

vahid silah düşür. Onlar hər gün 1000-dən çox 

ölüm hallarına səbəb olur. Mövcud 

dəyərləndirmələrə görə, dünyada yerin altında 

quraşdırılmış piyada əleyhinə minaların sayı 

100 milyondur. Orta hesabla, hər 22 dəqiqədən bir 

piyada əleyhinə minalardan biri partlayır və bunun 

nəticəsində ildə 26 min adam ölür və ya şikəst olur.

> Yüngül və atıcı 

silahların yayılması 

artan beynəlxalq 

narahatlığın diqqət 

mərkəzindədir.



17 

Qlobal, regional və yerli səviyyələrdə atıcı 

silahların yayılmaması probleminin həlli və 

minalara qarşı humanitar aksiyaların keçirilməsi 

üçün çoxtərəfl i təşəbbüslər irəli sürülüb. NATO və 

Tərəfdaş-dövlətlər Avro-Atlantika bölgəsində bu 

problemlərlə mübarizədə əldə edilmiş hərbi-siyasi 

təcrübə və xüsusi biliklərdən istifadə edərək, bu 

səyləri tamamlamağa çalışırlar. 

AATŞ Yüngül və Atıcı Silahlar və Minalar üzrə 

Xüsusi İşçi Qrup yaradıb. Bu qrup bu cür silahların 

ötürülməsi üzərində optimal nəzarət formaları, 

məsələn, milli ixrac nəzarəti və hüquq-mühafi zə 

mexanizmləri vasitəsi ilə nəzarət haqqında 

informasiya mübadiləsi üçün forum kimi çıxış edir.  

SNT Proqramında həmçinin silah ehtiyatlarının 

rasional istifadəsi, onların təhlükəsiz saxlanması, 

utilizasiyası (fayda ilə başqa məqsədlər üçün 

işlədilməsi) və onun artıqlarının məhv edilməsi və 

habelə sülhyaratma əməliyyatları zamanı onun 

yığılması və məhv edilməsi məsələləri üzrə təlim 

hazırlığının genişləndirilməsinə yardım üzrə 

fəaliyyət nəzərdə tutulub. Buna əlavə olaraq

ayrı-ayrı ölkələrə sorğular üzrə ixtisaslaşdırılmış 

yardım təqdim edilir. 

Bu İşçi Qrupda, həmçinin SNT Proqramı 

çərçivəsində piyada əleyhinə minalar problemi 

müzakirə edilir. Bu problemin konkret aspektlərinə 

seminar və simpoziumlar həsr olunub. Bundan 

başqa, hərçənd səhra şəraitində humanitar 

minasızlaşdırma məsələləri BMT-nin Minalara 

qarşı Aksiyalar Xidmətinin müstəsna huququ olsa 

da, NATO və Tərəfdaş-dövlətlərin Balkanlar və 

Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak 

edən hərbi qulluqçuları müntəzəm olaraq mülki 

təşkilatlara humanitar minasızlaşdırma üzrə 

səylərində kömək göstərirlər. Balkanlarda artıq 

26 mln. kv. km. ərazi minalardan təmizlənib, 

Əfqanıstanda isə Beynəlxalq Təhlükəsizliyə 

Yardım Qüvvələri (BTYQ) Kabil Beynəlxalq Hava 

Limanının və məsul olduqları zonalardakı digər 

yerlərin piyada əleyhinə minalardan 

təmizlənməsində yardım edirlər.

2000-ci ildə SNT-nin Etimad Fondlar mexanizmi 

yaradılıb (bax. səh.28). Onların məqsədi donor-

dövlətlərin piyada əleyhinə minaların məhv 

edilməsi üçün ayırdığı vəsaitlərin ötürülməsi 

kanalı olmaqdan ibarətdir. 2004-cü ilin dekabr 

ayına 2 milyondan çox piyada əleyhinə mina 

məhv edilib. Gələcəkdə bu cür layihələrin sayını 

artırmaq planlaşdırılıb. Bu vaxt ərzində Etimad 

Fondlarının onlara döyüş sursatları və atıcı və 

yüngül silahların artıqlarının məhv edilməsi 

vəzifələri də daxil edilməklə tətbiq edildiyi 

sahə genişləndirilib.

> NATO və Tərəfdaş dövlətlərdən olan 

sülhməramlılar müntəzəm olaraq humanitar 

minalardan təmizləmə üzrə səyləri dəstəkləyirlər. 



© SHAPE


Yüklə 373,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə