T ə r ə f d a ş L i q va s I t ə s I l ə t ə h L ü k ə s I z L i k



Yüklə 373,47 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix14.03.2018
ölçüsü373,47 Kb.
#31420
1   ...   6   7   8   9   10   11   12   13   14

21 

21 


2004-cü ilin sentyabrında BTYQ-də bəzilərinin yeni 

düzəldilmiş hərbi polis hissələri və minasızlaşdırmaq 

üzrə qruplar kimi hərbi kontingentlər ayırmış olduğu 

10 Tərəfdaş-dövlət iştirak edirdi. Bundan əlavə, Orta 

Asiyadan olan Tərəfdaş-dövlətlər BTYQ bölmələrinə 

arxa yardımının təmin edilməsinə kömək göstərib, 

çünki Əfqanıstana gəlməmişdən əvvəl hərbi 

texnikanın olduğu yüklər bir neçə Tərəfdaş-dövlətin 

ərazisindən keçməli idi. «Sülh Naminə Tərəfdaşlıq» 

Proqramı sayəsində inkişaf edən münasibətlər NATO 

üzrə Müttəfi qlər tərəfi ndən hərbi texnikanın həmin 

dövlətlərin ərazisindən keçməklə tranzit daşınması və 

onların ərazisində qüvvə və maddi vəsaitlər 

ehtiyatlarının yerləşdirilməsi haqqında ikitərəfl i 

sazişlərin hazırlanmasının bünövrəsini qoydu.  

Məsələn, Kabil və Əfqanıstanın şimal hissəsinə hava 

körpüsü yaratmaq məqsədilə Almaniya və Özbəkistan 

Əfqanıstanla sərhəddin yaxınlığında yerləşən 

Termezdəki hərbi təyyarə meydanından istifadə 

edilməsi haqda rəsmi saziş imzaladılar; Niderland və 

Qırğızıstan arasında imzalanmış sazişə əsasən, 

Hollandiyanın F-16 qırıcı təyyarələri Bişkekdəki 

təyyarə meydanından istifadə edə bilər; Tacikistanla 

bağladığı analoji sazişə əsasən, Fransa Düşənbədəki 

Arxa Təchizatı Mərkəzindən faydalana bilər. 

Əfqanıstanın etnik tərkibinin müxtəlif olduğunu nəzərə 

alaraq, bir neçə Orta Asiya Tərəfdaşı nüfuzlu yerli 

xadimlərə onlardan BTYQ məqsədlərinin 

dəstəklənməsi üçün istifadə edilməsi istiqamətində 

təsir göstərə bilər. 

Tərəfdaşların BTYQ əməliyyatları iştirakçılarına 

NATO-nun ənənəvi məsuliyyət zonasından uzaqlarda 

göstərdiyi yardım Tərəfdaşlığın Şimali Atlantika 

Alyansı üçün bu qədər böyük əhəmiyyət kəsb 

etməsinin səbəblərindən biridir.

Balkan əməliyyatları 

Şimali Atlantika Alyansının ilk sülhyaratma missiyası 

çərçivəsində NATO-nun tarixində ilk dəfə olaraq 

qoşunların Bosniya və Herseqovinada 

yerləşdirilməsindən sonrakı dövrdə Tərəfdaş-

dövlətlərin hərbi kontingentləri NATO-nun rəhbərliyi 

altında Balkanlarda keçirilən sülhə yardım 

əməliyyatlarının ayrılmaz hissəsi oldu. İllər keçdikcə 

Tərəfdaş-dövlətlərin və NATO-ya daxil olmayan və 

NATO-nun rəhbərliyi altında Bosniya və 

Herseqovinada keçirilən sülhə yardım 

əməliyyatlarında iştirak edən ölkələrin hərbi 

qulluqçularının payı 10%, Kosovo Sülhyaratma 

Qüvvələrində (KSYQ) isə 18% təşkil etdi.

 

Bosniya və Herseqovina

1995-ci il dekabrın 14-də Deyton Sülh Sazişinin 

imzalanmasından sonra Bosniya və Herseqovinada 

yerləşdirilmiş Həyatakeçirmə Qüvvələrində (İFOR) 

14 Tərəfdaş-dövlətdən olan hərbi qulluqçular xidmət 

edirdi. BMT-nin mandatına əsasən, İFOR-nin sülh 

sazişinin hərbi aspektlərinin gerçəkləşdirilməsi üzrə 

missiyası hərbi əməliyyatların qurtarmasını təmin 

etmək, müharibənin parçaladığı ölkənin yenicə 

yaradılmış qurumlarının (Bosniya və Herseqovina 

Federasiyası və Serbiya Respublikasının) silahlı 

qüvvələrini ayırmaq, həmin iki qurum arasında 

ərazilərin təhvil verilməsini təşkil etməkdən ibarət idi. 

1996-cı ilin dekabrında İFOR say tərkibi az olan 

Sabitləşdirmə Qüvvələrlə (SFOR) əvəz olundu. Hərbi 

əməliyyatların yenidən başlanmasının qarşısını almaq 

və sülh prosesinin inkişaf etməsi üçün zəruri olan 

mühitin yaradılması vəzifəsinə əlavə olaraq SFOR-a 

beynəlxalq birliyin bu ölkədə möhkəm sülh 

yaradılması üzrə səylərində iştirak edən mülki 

təşkilatlara yardım göstərmək həvalə edilmişdi. 

> İsveç SFOR sülhməramlısı və onun iti torpaqda 

olan minaları yoxlayır.

© SFOR



22 

22 


Sülhyaratma qüvvələrinin hərbi qulluqçuları qaçqın və 

başqa yerlərə köçürülmüş şəxslərə öz evlərinə 

qayıtmağa kömək edir və Bosniya silahlı qüvvələrinin 

islah edilməsinə öz töhfələrini verirdilər. Təhlükəsizlik 

şəraiti tədricən yaxşılaşdığından ölkədəki Sülhə 

Yardım Qüvvələrinin sayı mərhələlərlə əvvəlcə orada 

yerləşdirilmiş 60 min hərbi qulluqçudan 2004-cü ildə 

təqribən 7 min nəfərə qədər azaldıldı.  

NATO-nun rəhbərliyi altında Bosniya və 

Herseqovinada keçirilən əməliyyat 2004-cü ilin 

dekabrında təhlükəsizliyin qorunub saxlanması üçün 

məsuliyyət başda Avropa Şurası olmaqla əvəzedici 

missiyaya verilən zaman başa çatdı. SFOR-ın 

missiyasının uğurla yerinə yetirilməsi sülhyaratma və 

ölkənin bərpası vəzifələrinə genişmiqyaslı 

uzunmüddətli səmtləşmənin düzgün olduğunu sübut 

edir. O, həmçinin NATO üzrə Müttəfi qlərin və 

Tərəfdaş-dövlətlərin Balkanlar bölgəsində əvvəlki 

onillik ərzində göstərdikləri və indi də Kosovoda 

nümayiş etdirməkdə olduqları səbir, dözüm və 

sadiqliyə görə onlara bəxş olunmuş uğur idi. 

Sabitləşdirmə Qüvvələrinin fəaliyyətinin başa çatması 

NATO-nun Bosniya və Herseqovinadakı 

öhdəliklərindən imtina etməsi demək deyil. NATO bu 

ölkədə əsas vəzifəsi Bosniya iqtidarına hərbi 

islahatlar keçirməkdə və «Sülh Naminə Tərəfdaşlıq» 

Proqramında iştirak etməyə hazırlaşmaqda kömək 

göstərməkdən ibarət olan qərargahını saxlayıb. O, 

həmçinin terrorizmə qarşı mübarizə, hərbi 

cinayətlərdə şübhəli bilinən şəxslərin saxlanılması 

üzrə məsələləri həll edir və kəşfi yyat məlumatlarının 

toplanmasını təşkil edir.



Kosovo

Müttəfi qlərin 78 gün davam edən və gedişində 

Yuqoslaviya Federativ Respublikasındakı hədəfl ərə 

zərbələr endirildiyi hava kampaniyası nəticəsində 

Miloşeviç rejiminin beynəlxalq birliyin serb 

qoşunlarının Kosovodan çıxarılması, etnik albanları 

sıxışdırmasına son qoyulması və qaçqınların diyara 

qayıtmasına icazə verilməsi tələbləri ilə 

razılaşdığından sonra NATO-nun rəhbərliyi altında 

Sülhə Yardım Qüvvələri Serbiya diyarı olan 

Kosovoda yerləşdirilmişdi. 

NATO və Yuqoslaviya komandanlıqları arasında 

Hərbi-Texniki Razılaşma imzalanandan sonra 

BMT-nin mandatı ilə bu diyarda Kosovo Qüvvələri 

(KFOR) 1999-cu ilin iyun ayında yerləşdirildi. Onların 

əsas vəzifəsi hərbi əməliyyatların yenidən 

başlanmasının qarşısını almaq, təhlükəsizlik şəraitini 

yaratmaq, beynəlxalq humanitar səylərə və BMT-nin 

Kosovoda Müvəqqəti Administrasiyası Missiyasına 

(BMTKM) yardım göstərməkdən ibarət idi.  

Bu qüvvələrin tam sayca tərkibi ilk yerləşdirmə 

zamanı təqribən 43 min hərbi qulluqçu təşkil edirdi. 

Qoşunların sayca tərkibinin tədricən azaldılması 

nəticəsində onların sayı yarıdan da çox azaldı. 

2004–cü ilin oktyabrında 18 min nəfərdən ibarət olan 

bu qüvvələrə bir çox NATO ölkələrindən, 9 Tərəfdaş-

dövlətdən və NATO-ya daxil olmayan 2 digər ölkədən 

– Argentina və Mərakeşdən olan hərbi qulluqçular 

daxil idi.

BMTKM ilə sıx əməkdaşlıq şəraitində KFOR 

beynəlxalq birliyin yardımının demokratiyanın 

möhkəmlənməsinə kömək etdiyi Kosovoda 

təhlükəsizlik şəraitinin yaradılmasına yardım edir. 

Normal həyatın müəyyən qədər bərpa olunduğu və 

təhlükəsizlik şəraitinin yaradıldığı diyarda mülki 

hakimiyyət təsisatlarının yenidən yaradılması davam 

edir. Lakin, 2004-cü ilin martında etnoslararası 

zorakılığın qızışmasının göstərdiyi kimi, Kosovo 

əvvəlki kimi ciddi problemlərlə üzləşir və buna görə 

də orada böyük hərbi qüvvə iştirakına daim 

tələbat vardır.

Birgə işləyərkən

Sülh Naminə Tərəfdaşlığın əsas məqsədlərindən biri 

Tərəfdaş-dövlətlərin silahlı qüvvələrinin onların NATO 

qüvvələri ilə sülhyaratma fəaliyyətində qarşılıqlı 

əlaqədə ola bilməsi üçün inkişaf etdirilməsindən 

ibarətdir (bax həmçinin səh. 10-11). İkitərəfl i 

proqramlar və hərbi təlimlər Tərəfdaş-dövlətlərə 

sülhyaratma fəaliyyətində NATO qüvvələri ilə birlikdə 

iştirak edə bilən hərbi hissələr yaratmağa kömək edir. 

Ümumi xarici dilin (ingilis dilinin) öyrənilməsi və qüvvə 

və vasitələrin əməliyyat uyğunluğunun inkişaf 

etdirilməsi böyük əhəmiyyət kəsb edir. Onların silahlı 

qüvvələri Şimali Atlantika Alyansının əməliyyat 

normalarına uyğunluğu getdikcə daha çox yaxınlaşır 

ki, bu da onlara öz fəaliyyətinin səmərəliliyini 

artırmağa, həmçinin bu fəaliyyətə NATO-da istifadə 

olunanlara uyğun olan iş metod və sistemlərini tətbiq 

etməyə imkan verir. Bu sahədə Əməliyyat İmkanları 

Konsepsiyası əsas rol oynayır. 1994-cü ildə Müttəfi q 

Qüvvələrin Avropadakı Ali Baş Qərargahı (MQAABQ) 

nəzdində yaradılmış Tərəfdaşlıq əlaqələndirmə Qrupu 




Yüklə 373,47 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə