T əfəkkür jurnalının növbəti sayı çapdan çıxmışdır



Yüklə 25,25 Kb.
Pdf görüntüsü
tarix07.11.2017
ölçüsü25,25 Kb.
#8912


T

əfəkkür jurnalının növbəti sayı çapdan çıxmışdır. 

 

 



Oxuculara t

əqdim olunan (№3(9)2015)  bu sayda Azərbaycanın  görkəmli elm xadimlərinin 

sanballı məqalələri dərc olunmuşdur. “İqtisadiyyat və həyat” bölməsində, AMEA-nın müxbir üzvü, 

əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Əli Nuriyevin “Davamlı inkişaf konsep-



siyası:  mahiyyəti,  hazırlanma  səbəbləri, məqsədləri və  reallıqlar”  adlı  məqaləsində  davamlı 

inkişafın mahiyyəti açılır və əsas xarakterik cəhətləri göstərilir. İşsizliyin davamlı inkişafa, xüsusilə 

davamlı  insan  inkişafına  qarşı  yönəldiyi  əsaslandırılır.  BMT-nin  Davamlı  İnkişaf  Proqramının 

işlənib  hazırlanmasının  təkmilləşməsi istiqamətində  təkliflər verilir. Müəllif göstərir  ki,  davamlı 

inkişaf  və  onun tələblərini ödəmək bu gün bütün bəşəriyyətin mənafeyilə  bağlı  olan  və  daha da 

aktuallaşan bir problemdir. 

M

əqalədə  davamlı  inkişaf  anlayışı,  onun  yaranma  səbəbləri,  davamlı 



inkişaf konsepsiyaları, onların icrası sahəsində əldə olunmuş nailiyyətlər və 

mövcud probleml

ər nəzərdən keçirilir, həm nəzəri-metodoloji, həm də 

praktiki baxımdan mühüm əhəmiyyəti şərh olunur. 

Elm v

ə  Təhsil Mərkəzi Təfəkkür  Universitetinin  baş  müəllimi  Sevda 



M

əhərrəmovanın “Regional inteqrasiya və qloballaşmanın xüsusiyyətləri” 

adlı məqaləsində regional inteqrasiya və qloballaşmanın müasir xüsusiyyət-

l

ərindən bəhs edilir, beynəlxalq birliklərin və təşkilatların ölkələrin iqtisadi 



 

 

h



əyatında oynadığı mühüm rol elmi əsaslarla təhlil olunur. Dünya üzrə iqtisadi resursların və digər sərvətlərin səmərəli istifadəsi üçün bir 

sıra maraqlı təkliflər verilir. 

Professor  Zahid M

əmmədovun  və  iqtisad elmləri üzrə  fəlsəfə  doktoru  Günay  Məmmədovanın  hazırladıqları  “Azərbaycan 

Respublikasının  region  ölkələrinə  inteqrasiyasında  nəqliyyat amili”  adlı  məqalədə  Azərbaycan  Respublikasının  region  ölkələrinə 

inteqrasiya olunmasında nəqliyyat amili araşdırılır. Beynəlxalq inteqrasiyada mühüm rol oynayan dəmir yolu, dəniz nəqliyyatı, avtomobil 

n

əqliyyatının xarakterik xüsusiyyətləri təhlil olunur. 



Az

ərbaycan Dövlət Aqrar Universitetin doktorantı Fuad Bəşirovun “Sahibkarlığın dövlət tənzimlənməsi mexanizmləri” məqaləsi 

sahibkarlıq  fəaliyyətinin  dövlət tənzimlənməsi mexanizmləri ilə  bağlı  problemlərin tədqiqinə  həsr  olunmuşdur.  Məqalədə  çoxsaylı 



materiallar 

əsasında sahibkarlığın dövlət tənzimlənməsi prinsipləri, vəzifə və metodları, habelə onun təhlükəsizliyinin təminatı məsələləri 

t

əhlil edilmişdir. 



Akademik  Ziyad S

əmədzadənin və iqtisad elmləri doktoru Bəyalı Ataşovun “Müasir dövrün aktual problemləri haqqında sanballı 

monoqrafiya” 

adlı məqaləsi Z.Məmmədovun yenicə çapdan çıxmış “Azərbaycan Respublikasının region ölkələrinə inteqrasiyası” adlı 

kitabına  həsr  olunmuşdur.  Məqalədə  göstərilir ki, uzun illərin tədqiqatı  əsasında  professor  Zahid  Məmmədovun yazdığı  “Azərbaycan 

Respublikasının region ölkələrinə inteqrasiyası” adlı monoqrafiyada dünyanın regionları səviyyəsində müasir dövrün aktual problemləri 

öz 


əksini tapmış və onların həlli yollarının araşdırılmasına ciddi cəhd göstərilmişdir. Əsər regionşünaslıqla məşğul olan mütəxəssislər, ali 

m

əktəb müəllimləri, tələbələri, doktorantlar və coğrafiya elmi ilə maraqlananlar üçün faydalı ola bilər. 



\

 

 



“Tariximizi obyektiv t

əhlil edək” bölməsində  AMEA  Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacı-

yevin “Az

ərbaycanın itirilmiş tarixi torpaqları” adlı məqaləsində  XIX-XX əsrlərdə Azərbaycanın itirilmiş tarixi 

torpaqlarından bəhs olunur. Arxiv materialları, müəyyən tədqiqat əsərlərinə istinad olunaraq bildirilir ki, Cənubi 

Qafqazda erm

ənilər üçün dövlət yaratmaq cəhdi XVIII əsrdən  başlamış,  bunun  üçün  Azərbaycan  ərazilərinə 

erm

ənilər  köçürülmüş,  burada  yerləşdirilmiş  və  onlar üçün Ermənistan dövləti  yaradılmışdır.  Bu  dövlət 



yaradılarkən İrəvan xanlığının ərazisi seçilmiş, İrəvan şəhəri həmin dövlət üçün paytaxt hədiyyə edilmişdir. XX 

əsrin  əvvəllərindən isə  Azərbaycanın  tarixi  torpaqları  hesabına  Ermənistanın  ərazisi  genişləndirilmiş  və  40 min 

kv.km-d

ən çox tarixi torpaqlarımız işğal edilmişdir. Bu sahədə bir sıra iri kapitalist dövlətləri, xüsusilə çar Rusiyası 



v

ə Sovetlər Birliyi Ermənistana hər cür yardım və kömək göstərmişdir. Müəllifin gəldiyi nəticə bundan ibarətdir ki

itirilmiş tarixi torpaqlarımızı geri qaytarmaq üçün bütün vasitələrdən istifadə edilməlidir. 

 

 



Jurnalın “Dilimiz, ədəbiyyatımız, incəsənətimiz” bölməsi, Filologiya elmləri doktoru Fərman Zeynalovun 

“Dil, musiqi v

ə vokal ekologiya məsələlərinə dair” məqaləsi ilə açılır. Müəllif göstərir ki, digər incəsənət 

növlərinə nisbətən musiqi dilə dаһа yахındır və bir növ dilin һəmcinsidir. Bеləki, һəm dil, һəm də musiqi səslərdən 

istifаdə еdir, оnlаrın һər ikisinin mаddi əsаsındа təbiət səsləri və bu səslərin fоnеtik və vоkаl-instrumеntаl 

prоtоtipləri durur. Müəllif daha sonra poeziya ilə musiqinin qarşılıqlı və sıx əlaqəsindən yazır, poeziyanı ruhun və 

sözl

ərin musiqisi adlandırır. Sonda təklif edir ki, “ ...



 

musiqişünаslаrın və biоlоqlаrın vоkаl еkоlоgiyа 

prоblеmlərinə dаir diskussiyаlаrın, simpоziumlаrın kеçirilməsi və bu prоblеmin dаһа dərindən öyrənilməsi bəşər 

musiqi sisteminin, mədəniyyətinin dəyərlərini və təbiəti qоrumаq bахımındаn fаydаlı оlа bilər”. 

 



Elmi  işçi  Elnurə  Babayevanın  “Əbdürrəhman  Cami  yaradıcılığı  tədqiqatçıların  nəzərində”, Elm və  Təhsil Mərkəzi Təfəkkür 

Universitetinin dosenti Elman Mirz



əyevin “Siv” coğrafi termininin etimologiyasına dair”, Filologiya elmləri üzrə fəlsəfə doktoru Nailə 

Mustafayevanın “ Nişat Şirvaninin müxəmməsləri” məqalələrində olduqca maraqlı elmi problemlərdən bəhs olunur. 

 

 



“T

əbiət və  Təbabət”  bölməsində  Tibb üzrə  fəlsəfə  doktoru ATU Onkoloji Klinikasının  əməkdaşı  Günay 

Əhmədova  “Süd vəzi xərçənginin  müasir  diaqnostikası”  məqaləsində  süd vəzi xərçənginin  diaqnostikasının 

əyyənləşdirilməsi yolları və təcrübəsindən yazır. 



Ənənəyə uyğun olaraq oktyabrın əvvəllərində İsveçin paytaxtı Stokholmda Nobel Mükafatları Komitəsi ayrı-ayrı 

elm sah


ələrində 2015-ci ilin Nobel Mükafatı laureatlarının adlarını açıqlamışdır. Jurnalda Nobel mükafatı laureatlar 

haqqında ətraflı yazılar dərc olunmuşdur. 

 

 

Jurnalın sonuncu səhifəsindəki xəbərdə bildirilir.  



 

 

REDAKSİYADAN  

 

Elm v



ə  Təhsil Mərkəzi Təfəkkür Universitetinin Təfəkkür elmi xəbərlər  jurnalının  redaksiya  heyəti 

jurnalda d

ərc olunan ən yaxşı elmi məqalə üçün mükafat təsis etmişdir.  

H

ər ilin ən yaxşı elmi məqaləsi üçün 500 AZN həcmində bir mükafat nəzərdə tutulmuşdur. Mükafat 

h

ər il jurnalın sonuncu sayı nəşr olunduqdan sonra redaksiya heyətinin qərarı ilə veriləcəkdir.  

Mükafata layiq görülmüş məqalənin və müəllifin adı hər sonrakı ildə nəşr olunan jurnalın birinci 

sayında elan olunacaqdır. 

 

 

Yüklə 25,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə