T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə2/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   2   3   4   5   6   7   8   9   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 

Qərbin üzündə xəndə, bizim çeşmimizdə ab, 
Qərbin həyatı şəndi, bizimki, yazıq, xərab. 
 
XX  əsrdə  bu  məsələlər  barədə  Aəzrbaycan  ədəbiyyat-
şünasları müəyyən fikirlər söyləsə də, mövzunun əhatəli təhlili 
filologiya üzrə fəlsəfə doktoru Təranə Abdullayevanın “Azər-
baycan  ədəbi  fikrində  qərbçilik  meyilləri”  kitabında  verilir. 
Gənc tədqiqatçı ilk dəfə olaraq XX əsrin əvvəlləri Azərbaycan 
mətbuatında,  xüsusilə  “Füyuzat”  jurnalının  və  “Həyat”, 
“İrşad”,  “Kaspi”  qəzetlərinin  səhifələrində  çap  olunmuş  pub-
lisistika nümunələrini geniş tədqiqata cəlb edərək, milli ədəbi-
ictimai  fikirdə  Qərbə  meyillərin  təşəkkül  tarixini  izləyir. 
Doğru olaraq bu tarixin XIX əsrin ortalarından başlandığını və 
getdikcə  çoxaldığını,  XX  əsrin  əvvəllərində  isə  xeyli  mürək-
kəbləşdiyini  üzə  çıxardır.  Bunun  səbəblərini  həmin  dövrdə 
Azərbaycan  maarifçiliyinin  yeni  səciyyə  alması,  ziyalıların 
Qərblə daha yaxından tanış olması ilə bağlanır. 
Kitabda həm XIX əsr, həm də XX əsr ziyalılarının qərb-
çilik görüşlərinin ideya müasirliyi, bu ideyaların ədəbi-ictimai 
mühitdə yayılmasında M.F.Axundzadə, H.Zərdabi, N.Vəzirov, 
xüsusilə  “Füyuzat”çı  şair,  mütəfəkkir  və  jurnalistlərin  rolu 
yeni  elmi  təfəkkür  işığında  qiymətləndirilir.  Müəllif  Azərbay-
canda qərbçilik meyillərinin və Qərb ölkələrinə rəğbətin mey-
dana  gəlməsi  səbəblərini  aydınlaşdırarkən  Rusiyanın  mütə-
rəqqi  rolunu,  Azərbaycan  ziyalılarının  bu  ölkə  ilə  təmasını  və 
oradakı ictimai azadlıq hərəkatından xəbərdar olduğunu xüsusi 
nəzərə  çatdırır.  Doğrudan  da  Azərbaycan  ziyalılarının  Qərblə 
tanışlığı XIX əsrdə, əsasən Rusiya vasitəsilə olurdu. M.Kazım 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 

bəy,  Mirzə  Cəfər  Topçubaşov  ömürlərinin  bir  hissəsini  Peter-
burqda,  M.F.Axundzadə  Tiflisdə  –  Rusiya  canişinliyinin  yer-
ləşdiyi  bir  şəhərdə  yaşamış,  H.Zərdabi,  N.Vəzirov,  Ə.Gorani 
Moskvada,  Ə.Haqverdiyev  Peterburqda,  Y.V.Çəmənzəminli 
Kiyevdə təhsil almış, bu yolla avropalıların da fikir və düşün-
cələri  ilə  yaxından  tanış  olmuşdular.  Bu  ziyalılar  Rusiya 
imperiyasının  tərkibində  yaşayırdılar  və  Rusiya  imperiyasının 
vətəndaşı  idilər.  Ölkəyə  sürətlə  axan  Qərb  düşüncəsindən, 
eləcə  də  çarın  verdiyi  fərman  və  manifestlərdən  öz  doğma 
vətənlərinin  və  xalqlarının  mədəni-siyasi  tərəqqisi  üçün 
istifadə edirdilər. Onların Qərbə maraq və rəğbəti birinci növ-
bədə  milli  azadlıq  arzusundan,  Rusiyanın  əsarətindən  qurtul-
maq,  onun  şovinist  və  imperialist  əməllərinə  qarşı  etiraz 
duyğularından,  müstəmləkəçilik  siyasətinə  nifrət  hisslərindən 
qaynaqlanırdı.Azərbaycanın  mütəfəkkir  ədibləri  belə  güman 
edirdilər  ki,  Qərbin  –  Avropanın  düşüncə  və  yaşayış  tərzinə, 
elm  və  mədəniyyətinə  yiyələnməklə  feodal-burjua  əxlaq 
prinsiplərindən,  müstəmləkə  asılılığından  xilas  olub,  xoşbəxt 
həyat, yeni cəmiyyət qurmaq mümkündür.  
Nəhayət,  Azərbaycan  maarifçilərinin  Qərbə  meyilli 
olması  onların  türkçülüyə  və  islamçılığa  sevgisindən  irəli 
gəlirdi.  Osmanlı  nə  qədər  Şərq  idisə,  ondan  artıq  dərəcədə 
Qərb idi. Orada Asiya ilə Avropa vahid məkandır. Hətta İstan-
bulun  da  bir  hissəsi  Avropada  yerləşir  və  bir  çox  ziyalıların 
Qərbə  rəğbəti  İstanbula  məhəbbətin  nəticəsi  idi.  Onların 
qərbçilik  baxışlarının  əsasında  milli  birlik,  mənəvi-əxlaqi 
dəyərlərə  möhkəm  sədaqət  prinsipi  dururdu.  Ziyalılar  Qərblə 
tanış olduqca  milli-mənəvi köklərə  – türklüyə və islama daha 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 

möhkəm  tellərlə  bağlanır,  onların  hər  cür  şovinizmdən  uzaq 
olan  bəşəri  mahiyyətini  yüksək  qiymətləndirirdilər.Bu  baxım-
dan  kitabın  “Qərbçilik  meyillərində  islam  dini  məsələləri” 
bölməsində  söylənən  fikir  və  mülahizələr  də  əsaslı  görünür. 
Məlumdur  ki,  XIX  əsrdə  M.F.Axundzadə  Şərq  xalqlarının 
mədəni  geriliyinin  başlıca  səbəbini  islam  dinində  görərək 
yazırdı:  “Müsəlmanların  geri  qalmasının  səbəbi  islam  dini, 
fanatizmdir”.  XX  əsrin  əvvəllərində  isə  Azərbaycan  ziyalıları 
islamlaşmağı  mədəni  tərəqqi  üçün  vacib  sayırdılar.  Ə.Hü-
seynzadə  “Həyat”  qəzetində  yazırdı:  “Bizim  üçün  islam 
xaricində  nicat  yoxdur”.  Ə.Ağaoğlu  isə  “İslam  və  tərəqqi” 
məqaləsində mənsub olduğu dinlə elm, sənaye, maarif, təhsil – 
ümumiyyətlə  avropalaşma  arasında  heç  bir  ziddiyyət  ol-
madığını  bildirərək,  müsəlman  xalqlarını  “Quran  vasitəsilə” 
tərəqqi  edib  yüksəlməyə  çağırırdı:  “İslamın  maariflə  düşmən-
çiliyi,  uyğunsuzluğu  haqqında  vulqar  düşüncə  mənasız  və 
əsassız olmaqla bərabər, həm də ən kiçik tənqidə belə dözmür. 
Həqiqi  islam,  əsl  müsəlman  təhsilsiz,  maarifsiz  təsəvvür 
olunmazdır”. 
Göründüyü  kimi,  Mirzə  Fətəli  islamı  mədəni  tərəqqi 
üçün  əngəl,  XX  əsr  ziyalıları  isə  vacib  sayır.  Bunun  səbəbini 
T.Abdullayeva  yeni  faktlar  əsasında  izah  edir.  Aydın  olur  ki, 
islam  bir  sıra  Qərb  və  rus  mütəfəkkirlərinin  söylədiklərinə 
rəğmən  elmi,  mədəniyyəti  qiymətləndirən,  olduqca  humanist, 
eyni  zamanda  müsəlman  xalqlarının  birliyinə  və  inkişafına 
təminat  verən  amillərdəndir.  Quranda  zülm,  əsarət  pislənir, 
insanların azadlığı, bərabərliyi təbliğ edilir. Elə buna görə XX 
əsrin  əvvəllərində  fəaliyyət  göstərən  ziyalıların  çoxu  dindən 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə