T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə3/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   2   3   4   5   6   7   8   9   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 

uzaqlaşmağı deyil, əksinə, islamla silahlanmağı lazım bilirdilər. 
Kitabda  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  Y.V.Çəmənzəminli 
kimi ziyalıların “qərbçilik fəaliyyəti”, Avropa mədəniyyətinin 
Azərbaycana  gətirilməsində  onların  məqsədi,  rolu  və  xidmət-
ləri  obyektiv  dəyərləndirilir,  Qərb  mədəniyyətinin  öyrənilib 
mənimsənilməsində  və  Qafqaz  müsəlmanları  arasında  yayıl-
masında bədii tərcümənin əhəmiyyəti qeyd olunur. Avropa və 
rus  klassik  ədəbiyyatı  nümunələrinin  Azərbaycan  oxucusuna 
çatdırılmasında Ə.Hüseynzadə, A.Cövdət, A.Səhhət, M.Ə.Rə-
sulzadə, M.Hacınski və b. ziyalıların fəaliyyəti qədirşünaslıqda 
dəyərləndirilir. 
Tədqiqatçının  söhbət  açdığı  müəlliflərin  bədii  tərcümə 
əsərlərini  onların  nəzəri  mülahizələri  ilə  vəhdətdə  öyrənməsi 
mühüm  keyfiyyətdir.  Belə  araşdırma  üsulu  müəllifə  milli 
ədəbiyyatların inkişafında bədii tərcümənin əhəmiyyəti, habelə 
XX  əsrin  əvvəllərindəki  tərcümə  nəzəriyyəsinə  dair  də 
müəyyən  fikirlər  söyləməyə  imkan  verir.  T.Abdullayeva 
Ə.Hüseynzadənin  Hötedən,  A.Cövdətin  Bayrondan,  N.Nəri-
manovun  Qoqoldan  etdiyi  tərcümələrin  bədii  məziyyətləri 
haqqında söhbət açmaqla Azərbaycan dilinə tərcümə tarixi və 
nəzəriyyəsinə aid fikirləri daha da zənginləşdirir. 
“Azərbaycan ədəbi fikrində qərbçilik meyilləri” kitabının 
bütün  fəsil  və  bölmələrində  söylənən  fikirlər,  istinad  olunan 
faktlar,  elmi  təhlil  və  şərhlər  sübut    edir  ki,  XX  əsrin  əvvəl-
lərində  Azərbaycan  maarifçi  ziyalılarının  Qərbə  –  Avropaya 
meyli onların vətən sevgisindən, vətənpərvərlik duyğularından, 
Azərbaycanı,  bütün  türk-müsəlman  aləmini  Şərq  ətalətindən, 
maddi  və  mənəvi  əsarətdən  xilas  etmək,  Qərbin  təcavüzkar-


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 

imperialist  siyasətindən  qorumaq  türk-müsəlman  xalqlarının 
dünya  sivilizasiyasına  inteqrasiyasını  sürətləndirmək,  onları 
dünya  mədəniyyətinə  yiyələnmiş  azad,  müstəqil,  suveren 
ölkənin vətəndaşı etmək məqsədi daşımış, bu məqsədə çatmaq 
üçün  əllərində  olan  bütün  imkanlardan  istifadə  etmişlər. 
Onların  yorulmadan,  ehtirasla  apardıqları  mübarizə  Yaxın 
Şərqdə  ilk  demokratik  dövlətin  –  Azərbaycan  Xalq  Cumhu-
riyyətinin yaranması ilə nəticələnmişdir. 
Əlbəttə,  kitabın  bölmələrindəki  şərh,  izah  və  təhlillərin 
hamısının eyni dərəcədə yüksək səviyyədə olduğunu söyləmək 
mübaliğə  olar.  Çox  güman  ki,  mütəxəssislər  orada  az  diqqət 
yetirilən, yaxud daha əhatəli təhlil və şərhə möhtac fikirlərə də 
təsadüf  edəcək  və  kitabı  təkmilləşdirmək  üçün  öz  xeyirxah 
məsləhətlərini əsirgəməyəcəklər. 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
10 
G İ R İ Ş 
Azərbaycan  tarixinin  ən  mürəkkəb  və  ziddiyyətli  dövr-
lərindən  biri  XX  əsrin  əvvəlləridir.  Bu  dövrün  həm  ictimai-
siyasi,  həm  də  ədəbi-mədəni  mənzərəsi  son  illərə  qədər  lazı-
mınca  obyektiv  şəkildə  tədqiq  olunmamışdı.  Ədəbiyyatşünas-
larımız  “Molla  Nəsrəddin”  jurnalının  ətrafında  formalaşan 
ədəbi-mədəni  hərəkatı  ətraflı  öyrəndikləri  halda,son  dövrlərə 
qədər    “Füyuzat”  jurnalının  və  onun  adı  ilə  bağlı  olan  ədəbi 
məktəbin Azərbaycan mədəniyyətində tutduğu mövqeyi, oyna-
dığı rolu elmi obyektivliklə tədqiqata cəlb etməmişlər.  
 Əslində  “Şərqi-Rus”,  “Həyat”,  “İrşad”,  “Kaspi”,  “Tə-
rəqqi”    və  b.  ədəbi  orqanları  da  şərti  olaraq  “Füyuzatçı”lar 
adlandırmaq  olar,  çünki  onların  ədəbi-estetik  platforması  və 
mədəniyyət  anlayışına  münasibəti  bir  sıra  hallarda  “Füyuzat” 
məktəbinin prinsiplərini ehtiva edirdi. Lakin çox vaxt ideoloji 
stereotipləri  və  vulqar-sosioloji  prinsipləri  rəhbər  tutan  sovet 
elmi-nəzəri  fikri  XX  əsrin  əvvəllərindəki  mürəkkəb  ədəbi-
mədəni prosesləri birtərəfli öyrənmişdi. 
XX 
əsrin  əvvəllərində  milyonçu-xeyriyyəçi  Hacı 
Zeynalabdin  Tağıyevin  maliyyəsi  (sahib-imtiyaz)  və  Əli  bəy 
Hüseynzadənin  naşirliyi  -  baş  redaktorluğu  (müdir  və  baş 
mühərrir)  ilə  çap  olunan  “Füyuzat”  jurnalı  (1906-1907) 
romantizmlə  yanaşı,  hələ  M.F.Axundzadənin  yaradıcılığında 
yüksək  səviyyədə  təcəssümünü  tapmış  maarifçi  realizmi  də 
yeni  tarixi  şəraitdə  davam  etdirirdi.  “Füyuzat”çılar  da  öz 
sələfləri  kimi  Rusiyadakı  demokratik  fikirdən,  Qərbi  Avropa 
maarifçilik  ideyalarından,  romantizm  və  realizm  ədəbi 
məktəblərindən  bəhrələnərək,  Azərbaycan  xalqının  zəruri 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
11 
sosial  və  mədəni  ehtiyaclarını  ödəmək  istiqamətində  fəaliyyət 
göstərirdilər.  “Molla  Nəsrəddin”  kimi  “Füyuzat”ı  da  “zaman 
və həyat” doğurmuşdu. O da tarixi bir zərurəti ifadə edir, öz ta-
rixi-ədəbi  missiyasını  vicdanla  yerinə  yetirirdi.  Vaxtilə 
ədəbiyyatşünaslıqda  və  estetik  fikirdə  “burjua  mətbuatı”, 
“burjua mühərrirləri”, “xəstə estetlər”, “mürtəce romantiklər”, 
“nihilist  (inkarçı)  pantürküsitlər”,  “qatı  panislamistlər”  və  s. 
belə  süni  ittihamlarla  damğalanan  “Füyuzat”  və  “Füyuzat”çı 
ziyalı  qrupu  əslində  xalqın  ictimai  şüurunun  oyanmasında, 
onun 
Qərb 
maarifçiliyinə 
qovuşmasında 
və 
mədəni 
səviyyəsinin  yüksəlməsində böyük xidmətlər göstərmişdir. Bu 
mənada  “Molla  Nəsrəddin”  və  “Füyuzat”  jurnalları  xalqın 
oyanması, mədəni dəyərləri əxz etməsi, dünya sivilizasiyasına 
qovuşması  istiqamətində  eyni  ideallara  xidmət  edirdilər. 
Onların, yalnız bu ideallara aparan yol və vasitələrə, ədəbi dil 
məsələsinə  münasibətlərində  müəyyən  fikir  ayrılıqları  var  idi. 
Həqiqətən,  “Füyuzat”  və  “Molla  Nəsrəddin”  özləri  həyatda, 
tarixin  konkret  gerçəkliyində  cəmi  iki  il  mübarizə  aparmışlar. 
Vulqar  sosiologistlər  isə,  onları  ədəbiyyatşünaslıqda  yetmiş 
ildir ki, vuruşdururlar” (36, 96). 
XX  əsrin  əvvəllərinin  çox  mürəkkəb  ədəbi-mədəni 
proseslərinin  hər  hansı  istiqamətinə  birtərəfli,  birmənalı 
yanaşmaq,  onu  mürəkkəb  ziddiyyətlər  kontekstindən  qoparıb 
dərk etməyə, qiymətləndirməyə çalışmağın uğursuzluqları son 
illər  elmi  fikirdə  dəfələrlə  təsdiqləndiyindən,  paralel  şəkildə 
başqa humanitar elm sahələrində olduğu kimi, ədəbiyyatşünas-
lıqda  da  həmin  dövrün  ədəbi-mədəni  həyatının  obyektiv  elmi 
mənzərəsini  yaratmaq  yönündə  bir  sıra  uğurlu  addımlar 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə