T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə4/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   2   3   4   5   6   7   8   9   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
12 
atılmışdır. Bu elmi araşdırmaların müəllifləri arasında əvvəlki 
onilliklərdə  ideoloji  diktata  tabe  olmaq  məcburiyyətində 
qaldıqlarından  XX  əsrin  əvvəllərindəki  ədəbi-bədii  fikri  ob-
yektivliklə işıqlandıra bilməyərək, ona yenidən qayıdan nüfuz-
lu tədqiqatçılar ilə yanaşı, çox təbii ki, ədəbiyyatşünaslığa son 
vaxtlar  gəlmiş,  vulqar  sosiologizmdən  azad  yeni  nəslin 
nümayəndələri də vardır.  
Şübhəsiz  ki,  XX  əsrin  əvvəllərinin  elmi-mədəni-ədəbi 
mənzərəsi  özündə  ictimai-tarixi  şəraitin  mürəkkəbliyini  əks 
etdirirdi,  çünki  o,  həyatın  özündən,  həmin  dövrün    gerçək-
liyindən doğurdu, onu ifadə edirdi. 
“1900-cü illərin Bakısı, Tiflisi necə idi?” sualının doğru-
düzgün cavabı XX əsrin əvvəllərində Azərbaycan ictimai-milli 
mühitində baş verən keyfiyyət dəyişiklikləri, yeni ədəbi-estetik 
istiqamətin və bədii təfəkkür tipinin təşəkkül məqamları ilə sıx 
bağlıdır.  Bu  məqamlar  istər  tarixi  gedişatın  ümumi  inkişaf 
istiqaməti  baxımından,  istərsə  də  ədəbi  təcrübədə  sürəkli  ola-
raq  davam  edən  ideya-bədii  axtarışların  tendensiyasına  görə 
obyektiv zərurəti ifadə edirdi. Azərbaycan özünün zəngin neft 
ehtiyatına  görə  mövcud  beynəlxalq  maraq  və  ehtiyacın  tələbi 
ilə  Şərqdə  birinci  olaraq  kapitalizm  mərhələsinə  girir  və 
xüsusilə  Bakının  timsalında  feodalizmdən  (təbii  ki,  həm  də 
onun mənəviyyatından, dünyagörüşündən və ideya təsisatların-
dan) sürətlə uzaqlaşırdı. Neftin istehsalı, emalı, dünya bazarına 
daşınması  ilə  bağlı  olaraq  təbii-zəruri  sənayeləşmə,  Qərb 
kapitalının  Azərbaycana  axını,  fəhlə  sinfinin  formalaşması, 
Bakıya şimaldan – Rusiyadan və cənubdan –  İrandan kütləvi 
miqrasiya,  böyük  tikinti-quruculuq  işləri  –  bütün  bunlar 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
13 
ölkənin sosial, iqtisadi, siyasi həyatında, mədəni-mənəvi mühi-
tində,  sözün  əsl  mənasında,  inqilabi  yeniləşmənin  də 
müqəddəm şərtlərinə çevrilirdi. XX əsrin əvvəllərində maarif-
çilik  məcrasında  cərəyan  edən  ədəbi-bədii  fikir,  qabaqcıl 
yaradıcı ziyalı hərəkatı da bu proseslərdən kənarda qalmırdı. 
Bu  dövrdə  artıq  maarifçilik  hərəkatında  xalqı  Qərb  və 
dünya mədəniyyətinə qovuşdurmaq, onun ictimai-siyasi və el-
mi-mədəni  şüur  səviyyəsini  yüksəltmək  təşəbbüs  və  ideyaları 
ilə  çıxış  edən  yaradıcı  ziyalıların  yeni  nəsli  yetişmişdi. 
Ensiklopedik  bilik  sahibləri,  universal  yaradıcılıq  qabiliyyətli 
yazıçı,  şair  və  publisistlər:  Həsən  bəy  Zərdabi,  Nəcəf  bəy 
Vəzirov,  Məhəmməd  ağa  Şahtaxtlı,  Əli  bəy  Hüseynzadə, 
Əhməd  bəy  Ağaoğlu,  Mirzə  Cəlil,  Ömər  Faiq  Nemanzadə, 
Yusif  Vəzir  Çəmənzəminli,  Məhəmməd  Hadi,  Haşım  bəy 
Vəzirov,  M.Ə.Sabir,  Məhəmməd  Əmin  Rəsulzadə,  Səid 
Səlmasi,  Nigar  xanım,  Nəriman  Nərimanov,  Abdulla  Şaiq, 
Üzeyir  Hacıbəyov,  Abdulla  Cövdət,  Axund  Yusif  Talıbzadə, 
Abdulla  Sur,  Firudinbəy  Köçərli,  Süleyman  Sani  Axundov, 
Seyid  Hüseyn,  Əbdürrəhim  bəy  Haqverdiyev,  Hüseyn  Cavid, 
İbrahim Tahir Musayev, Abbas Səhhət, Əhməd Cavad, Həsən 
Səbri Ayvazov və başqa yaradıcı, maarifpərvər ziyalılar xalqın 
milli  və  ictimai  şüurunu  yüksəltmək,  mənəvi  birliyini  möh-
kəmləndirmək, dünyagörüşünü genişləndirmək uğrunda qələm 
çalır.  Qərbin  və  demokratik  Rusiyanın  Şekspir,  Volter,  Höte, 
Şiller,  Hayne,  Şopenhauer,  Fixte,  Meçnikov,  İbsen,  Bayron, 
Darvin,  Puşkin,  Qoqol,  Tolstoy,  Hüqo,  Mendeleyev  və  digər 
böyük elm və sənət adamlarının həyat və  yaradıcılığını təbliğ 
edir,  onların  əsərlərini  bir  nümunə  kimi  Azərbaycan  dilinə 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
14 
tərcümədə  çap  edir,  təlim-tərbiyə  məsələlərini  Qərbi  Avropa 
sistemi  üzrə  qurmaq  təklifini  verirdilər.  Məsələn,  Əhməd  bəy 
Ağaoğlu  Bakıda  rus  dilində  çıxan  “Kaspi”  qəzetində  yazırdı: 
“Tərbiyənin  əsasına  daxil  edilməli  olan  ümumbəşəri  ideya  və 
hissləri  almaq  üçün  biz  hara  müraciət  etməliyik?  Aydındır  ki, 
Qərbə” (107). 
Azərbaycan  siyasi  müstəqilliyini  bərpa  edənə  qədər 
ədəbiyyatşünaslıq  və  nəzəri-estetik  fikir  XX  əsrin  əvvəllərin-
dən  başlayaraq  19-20-ci  illərə  cən  mövcud  olmuş  zəngin 
ədəbiyyatımızı, mədəni prosesləri çox vaxt birtərəfli öyrənmiş, 
yalnız  ideoloji  prinsipləri,  partiyalı  münasibəti  əldə  rəhbər 
tutaraq  “Füyuzat”  jurnalının  və  onun  ətrafında  birləşən  mütə-
rəqqi  ziyalıların  fəaliyyətini  obyektiv  qiymətləndirə  bilmə-
mişdir.  XX  əsrin  əvvəllərində  və  Azərbaycan  Xalq  Cümhu-
riyyəti  vaxtında  cərəyan  edən  ədəbi-mədəni  hərəkat  məzmun 
və  tərkibcə  çox  mürəkkəb  olduğundan  bu  dövrün  Əli  bəy 
Hüseynzadə,  Əhməd  bəy  Ağaoğlu,  Y.V.Çəmənzəminli, 
M.Ə.Rəsulzadə.  M.B.Məhəmmədzadə,  Əhməd  Cəfəroğlu,  Əli 
abbas Müznib, Səməd Mənsur  və bu kimi görkəmli şəxsiyyət-
lərin  yaradıcılığı  ya  siyasi  direktivlər  və  sosializm  realizmi 
“metodu”  nöqteyi-nəzərindən  tənqid  və  inkar  edilmiş  və  ya 
lazımi elmi obyektivliklə araşdırılmamışdır.  
“Füyuzat”  ədəbi  məktəbinin  və  “Füyuzat”çıların  mə-
dəniyyət  konsepsiyalarındakı  qərbçilik  meyllərinin  tədqiq 
edilib  öyrənilməsi  bu  gün  də  öz  aktuallığını  saxlamaqdadır. 
Hər  şeydən  əvvəl  ona  görə  ki,  azərbaycan  xalqının  müasir 
dünya  mədəniyyətinə  inteqrasiya  olunmasında  həmin  ədəbi 
məktəb tarixən böyük rol oynamışdır. Digər tərəfdən mədəniy-


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə