T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə7/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   2   3   4   5   6   7   8   9   10   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
22 
ları,  zəhmətkeş  insanların  zülmə  boyun  əyməməsi  barədə 
düşüncələri bizim ictimai fikrimizi xeyli zənginləşdirmişdir. 
XIX  əsrin  ikinci  yarısında  Azərbaycan  teatrının  və 
mətbuatının  banisi  Həsən  bəy  Zərdabi  (1842-1907)  özünün 
hərtərəfli  fəaliyyəti  ilə  Azərbaycan  xalqının  ictimai  şüurunun 
yüksəlməsində,  rus  və  Qərbi  Avropa  mədəni  sərvətlərindən 
bəhrələnməklə  yeni  tipli  düşüncə  və  həyat  tərzinə  yiyələn-
məsində  mühüm  xidmətlər  göstərmişdir.  H.Zərdabi  ali  təhsil 
almaq  üçün  Moskva  universitetinin  fizika-riyaziyyat  fakültə-
sinin  təbiətşünaslıq  şöbəsinə  qəbul  olunur.  O,  burada  K.A. 
Timiryazev,  İ.İ.Meçnikov,  D.İ.Pisarev  kimi  rus  alimlərinin  və 
inqilabçı-demokratların  əsərlərini  öyrənməklə  müasir  elmi  və 
ictimai-siyasi  dünyagörüşə  yiyələnir.  Ç.Darvinin  təkamül 
nəzəriyyəsini də o, tələbəlik illərində mənimsəmiş və sonra da 
onun  təbliğatçısına  çevrilmişdir.  1873-cü  ildə  H.  Zərdabinin 
rəhbərliyi  ilə  Azərbaycan  teatrı  yaranmışdı.  Lakin  onun  bu 
hadisədən  az  əhəmiyyətli  olmayan  böyük  bir  xidməti  də 
“Əkinçi” (1875-1877) qəzetinin naşiri və redaktoru olması idi. 
“Dünyagörüşünün  əsas  xüsusiyyətləri  ilə  Qərb  və  rus 
maarifçilərinə  yaxın olan Zərdabi feodalizm və onun iqtisadi-
ictimai  və  mədəni  sahələrdəki  təzahürləri  əleyhinə  mübarizə 
aparırdı” (21, 6). Zərdabi Axundzadənin ləyaqətli və  mübariz 
bir  ardıcılı  idi.  Öz  yüksək  amalını  həyata  keçirmək  yolundakı 
mübarizədə Zərdabi Axundzadəyə, habelə dövrünün görkəmli 
ziyalıları  olan  şair  və  yazıçılara,  o  cümlədən  Seyid  Əzim 
Şirvani, Nəcəfbəy Vəzirov, Əsgər ağa Adıgözəlov (Gorani) və 
başqa  qabaqcıl  dünyagörüşlü  həmvətənlərinin  qüvvəsinə, 
köməyinə  arxalanırdı.  “Əkinçi”  qəzeti  iqtisadiyyatda,  ictimai 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
23 
münasibətlərdə,  maarif,  mədəniyyət,  ədəbiyyat,  məişət,  əxlaq 
və geyimdə – hər sahədə, hər işdə yenilik, tərəqqi, gözəlləşmə, 
təzələnmə  tərəfdarı  idi  (21,  9).  Elə  ona  görə  də  Rusiya  və 
Qərbin  tərəqqisi,  inkişaf  səviyyəsi  bir  nümunə  kimi  “Əkinçi” 
tərəfindən təbliğ edilirdi. Tarixi inkişafda xalqın ideya tərbiyə-
sini  həlledici  amil  sayan  “Əkinçi”  öz  fəaliyyətində  realizmi, 
humanizmi,  demokratizmi  əsas  prinsiplər  kimi  rəhbər  tutaraq, 
bədii  ədəbiyyatı,  incəsənəti,  məktəb  və  maarifi,  mətbuat  və 
kitab  nəşrini,  jurnalistikanı  həyatın  və  dövrün  xidmətinə 
verirdi.  Qəzet  feodalizm  əsarəti,  Şərq  despotizmi,  zülm  və 
istismar  dünyası  əleyhinə  mübarizə  aparırdı.  H.Zərdabi 
yazırdı: “Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu 
tövr  dünyanın  gərdişinə  görə  gərək  habelə  öz  rəftarını  da 
dəyişdirsin,  necə  ki,  məsəldir  deyəllər,  zəmanə  dəyişilməyi, 
əlbəttə,  hər  anlayan  kəsə  məlumdur  və  bu  tövr  zəmanənin 
dəyişilməyi  bizim  ilə  deyil,  həmçinin  biz  qadir  deyilik  ki, 
zəmanəni dəyişilməkdən saxlayaq” (21, 18). 
H.Zərdabinin naşirliyi və redaktorluğu ilə çıxan “Əkinçi” 
qəzeti  və  onun  ətrafında  toplaşan  müəlliflər  məhz  həyatın, 
zəmanənin  dəyişməsinə  müvafiq  şəkildə  xalqın  Avropa  və 
dünya meyarları ilə tərəqqi və intibah yoluna düşməsinə səy və 
qeyrət  edirdilər.  Bu  isə  XX  əsrin  əvvəllərində  Azərbaycan 
maarifçiliyindəki  qərbçilik  meyillərinin  təşəkkülünə,  güclən-
məsinə səbəb və şərait yaradırdı. 
XX  əsrin  əvvəlləri  Azərbaycan  ədəbi  fikrində  qərbçilik 
meyillərinin  öyrənilmsi  yalnız  öz-özlüyündə  deyil,  eyni 
zamanda,  ümumiyyətlə  həmin  dövrün  ədəbi-mədəni,  ictimai-
siyasi  xarakterini  açmaq,  onun  tam  obyektiv  elmi  panoramını 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
24 
yaratmaq üçün də çox əhəmiyyətli və aktual bir problemdir. 
Bu  dövrün  ədəbi-mədəni  mənzərənin  hərtərəfli  öyrənil-
məsi,  ona  qarşı  ədəbiyyatşünaslıqda  uzun  illər  mövcud  olmuş 
qeyri-obyektiv münasibəti aradan qaldırmaqla öyrənməyin Əli 
bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsul-
zadə,  Yusif  Vəzir  Çəmənzəminli,  Haşım  bəy  Vəzirov,  habelə 
realist  və  romantik  sənətkarların,  digər  əbədiyyatçı  və  publi-
sistlərin maarifçilik ideyalarındakı və mədəniyyət konsepsiya-
larındakı  bir  çox  aspektlər:  ümumtürk  mədəniyyətində  bizim 
yerimiz və rolumuz, mənəviyyatımızın islam dini ilə bağlılığı, 
rus və Qərb elminə, mədəniyyətinə rasional mövqedən müsbət 
münasibət,Avropa və dünya sivilizasiyasına inteqrasiya meyil-
ləri,  bədii  tərcümə  məsələləri  və  s.  bu  gün  də  öz  aktuallığını 
saxlayan problemlərin elmi şərhinə, nəhayət, uzun illər bu irsə 
bəslənilmiş “ittihamçı” münasibətlərin yenidən təhlili, qiymət-
ləndirilməsi və elmi dəlil-sübutlarla təkzibinə imkan verir. 
 
1.2. Maarifçilik hərəkatında Qərbə meyilli yaradıcı 
ziyalıların və “Füyuzat” ədəbi məktəbinin rolu 
 
XX əsrin əvvəllərində və Azərbaycan Xalq Cümhuriyyəti 
dövründə  davamını  tapan  və  ya  başlanğıcını  götürən  bütün 
sosial-mədəni  proseslərin,  o  cümlədən  Avropaya  və  Qərbə 
doğru meyillərin təşkilatçısı və ilhamvericisi, şübhəsiz ki, yeni 
ruhlu, yeni düşüncəli yaradıcı ziyalılar idi. Orta əsrlər Şərqinin 
həyat  tərzinin  tükənmiş  adət  və  ənənələrindən,  sxolastika  və 
ehkamlarından  sürətlə  uzaqlaşma,  sosial  ətalətin,  təkamül 
fəlsəfəsinin,  milli  qapalılığın  qətiyyətli  dəfi  məhz  bu  yeni 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə