T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə9/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   5   6   7   8   9   10   11   12   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
28 
İştə əsl əfsungirlik, sahirlik bundan ibarətdir!” (78) 
Qeyd  etmək  lazımdır  ki,  ümumiyyətlə,  dünya  tarix 
səhnəsinə  çıxmış  burjuaziyanın  təbiətindəki  qeyri-məhdud 
maraq  dairəsi  XX  əsrin  əvvəlləri  Azərbaycanda  yenicə 
təşəkkül  tapmış  milli  burjuaziyaya  da  məxsus  olduğundan, 
milli-mədəni  tərəqqi  ideyası  onun  maraqlarına,  tələblərinə 
cavab  verirdi  və  bu  da  ictimai-siyasi  mühitdə  mütərəqqi 
ziyalıların  fəaliyyəti  üçün  müəyyən  bir  münbit  zəmin 
yaradırdı.  Xüsusilə  məzmunca  ədəbi-bədii  yaradıcılıq  və 
publisistikadan  ibarət  olan  milli  mətbuatın  sürətlə  inkişafı 
bunun  bariz  örnəklərindən  idi.  Mətbuat  həmin  dövrdə  milli 
ziyalılığın  ağırlıq  mərkəzinə,  onun  ən  çevik  və  döyüşkən 
fəaliyyət  meydanına  çevrilmişdi.  Bu  dövrün  H.Zərdabi, 
N.Vəzirov, C.Məmmədquluzadə, Ə.Cavad, S.Səlmasi, A.Şaiq, 
Nigar  xanım,  İ.Tahir  Musayev,  Sabir,  A.Səhhət,  Ə.Hüseyn-
zadə,  Üzeyir  və  Ceyhun  Hacıbəyli  qardaşları,  Ə.Ağayev, 
M.Ə.Rəsulzadə,  N.Nərimanov,  M.Hadi,  Y.V.Çəmənzəminli, 
Ə.Haqverdiyev,  H.Vəzirov,  F.Köçərli,  Ö.F.Nemanzadə, 
M.S.Ordubadi,  S.Hüseyn  kimi  ictimai  xadimləri  və  ədəbi 
simaları öz vətəndaşlıq mövqelərini məhz mətbuat səhifələrin-
də  ortaya  qoyurdular.  Doğrudur,  bu  mövqelər  heç  də  həmişə 
üst-üstə  düşmürdü,  bəzən  kəskin,  barışmaz  ideya  ixtilaflarına 
da gətirib çıxarırdı. Lakin bununla belə, həmin mövqeləri, heç 
şübhəsiz, qovuşduran konkret ortaq bir məxrəc vardı ki, bu da, 
qeyd-şərtsiz, milli tərəqqiyə, rifah və inkişafa xidmət amili idi. 
Sabirin: 
Dindirir əsr bizi dinməyiriz, 
Atılan toplara diksinməyiriz. 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
29 
Əcnəbi seyrə balonlarla çıxır, 
Biz hələ avtomobil minməyiriz
(57, 261) 
–    misralarında  ifadə  edilən  vətəndaşlıq  təlaşı  və  həyəcanının 
bu və ya digər cəhətdən, həmin şəxsiyyətlərin həyat fəlsəfəsinə 
dərindən  nüfuz  etmiş  olduğu  şübhəsiz  idi.  XX  əsrin 
əvvəllərində  ictimai-milli  düşüncənin  təşkiledici,  istiqamət-
verici  və  cazibə  mərkəzini  iki  mətbuat-nəşr  qurumu  təmsil 
edirdi:  “Molla  Nəsrəddin”  və  “Füyuzat”  jurnalları.  Bu  mətbu 
orqanların  bizim  günlər  üçün  mühüm  mənəvi-ədəbi  əhəmiy-
yəti – onların dövrün ictimai-tarixi səciyyəsini mövcud məfku-
rəvi mübarizələrin, həyat fəlsəfəsi və sənət idealları arasındakı 
ziddiyyətlərin  tipik  cizgilərini  çox  dəqiq  və  sərrast  əks 
etdirmələrindədir.  Aralarındakı  fikir  ixtilaflarına  baxmayaraq, 
hər iki jurnalın ətrafında məfkurə tariximizin və ədəbiyyatımı-
zın  parlaq  simaları  olan  yaradıcı  ziyalılar  toplaşmışdılar.  On-
lardan  bir  çoxu  Avropanın,  Rusiyanın,  Türkiyənin  məşhur 
universitetlərində, ali məktəblərində təhsil almış, dünya ictimai 
və  bədii  fikrinin,  Qərb  mədəniyyətinin  ən  son  nailiyyətləri  ilə 
silahlanmış,  məhz  xalqa,  Vətənə  xidmət  arzusu  və  amalı  ilə 
yaşayıb  mübarizə  aparan  ensiklopedik  bilik  və  böyük  istedad 
sahibləri idilər. 
Həyata  “Sizi  deyib  gəlmişəm,  ey  mənim  müsəlman 
qardaşlarım!”  xitabı  ilə  atılan  “Molla  Nəsrəddin”  məcmuəsi 
haqda  bizim  ədəbiyyatşünaslıqda  kifayət  qədər  yazılmışdır. 
Onun  milli-tarixi  xidmətlərinə  onlarca  monoqrafik  tədqiqatlar 
həsr  olunmuşdur.  Burada,  biz  yalnız,  mövzumuzla  bağlı  belə 
bir  cəhəti  qeyd  etməyi  vacib  bilirik  ki,  öz  satirik  səpgisinə, 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
30 
folklorvari  üslubuna,  daha  çox  “həyatın  dibi”ylə  maraqlan-
masına  baxmayaraq,  “Molla  Nəsrəddin”  özünün  aşağı-yuxarı 
bir  qərinəlik  ömrü  ərzində  həmişə  ümumbəşəri  dəyərlərə 
istiqamətlənmiş, avamlığa, əsarətə, səfalətə, nadanlığa, fanatiz-
mə,  mənəvi  korluğa  qarşı  güzəştsiz  mübarizə  aparmış  və 
bununla  əslində  mənsub  olduğu  və  təmsil  etdiyi  xalqı  dün-
yanın inkişaf etmiş mədəni xalqı kimi görmək arzusuna tərcü-
manlıq  etmişdir.  Jurnalın  dünyəvi  təhsil,  azad  vicdan,  sivil 
məişət,  qadın  azadlığı  uğrunda  inadlı  mübarizəsi  insanda  indi 
də  dərin  minnətdarlıq  hissləri  doğurur.  Təsadüfi  deyildir  ki, 
XX  əsr  inqilabi-demokratik  və  ədəbi  fikrimizin  Cəlil 
Məmmədquluzadə,  Sabir  kimi  iki  korifeyi  məhz  “Molla 
Nəsrəddin”  ətrafında  böyük  canlanma  yarada  bilmiş,  onun 
səhifələrində  öz  mənəvi  kamilliyinə,  vətəndaş  bütövlüyünə 
qovuşmuşlar. Bu jurnal XX əsrin əvvəllərində “molla nəsrəd-
dinçilər”  (Ö.F.Nemanzadə,  Əli  Nəzmi,  Ə.Qəmküsar,  Ə. 
Haqverdiyev,  M.S.Ordubadi  və  b.)  deyilən  cəsur  və  işıqlı  bir 
ədəbi  məktəbin  təməlini  qoymuşdur.  Bu  məktəbin  başlıca 
ideya-estetik  platforması  onun  realist  dəst-xəttə  sədaqətində, 
həyat  hadisələrinə,  ictimai  proseslərə  tənqidi  baxışlarında  üzə 
çıxırdı. Hər cür idilliya və illüziyalardan, romantika və dəbdə-
bədən  təmizlənmiş  acı  həyat  dərsləri  “molla  nəsrəddinçilərin” 
bədii dünyagörüşünü daha çox məşğul edir, daha çox həyəcan-
landırırdı.  Sabirin  “şairəm,  əsrimin  ayinəsiyəm!”  –  poetik 
kredosunu müəyyən mənada, onların hamısını səciyyələndirən 
bir  ədəbi  deviz  kimi  qəbul  etmək  olardı.  Yeri  gəlmişkən, 
deyək ki, bu məktəbin “füyuzat”çılarla (“Füyuzat” jurnalı ətra-
fında birləşən ədəbi qüvvələr) əsas fikir ixtilafları da məhz bu 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə