T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
137
inteqrasiya olmaq zərurətinin dərkindən irəli gəlirdi. O dövrün
maarifçilik hərəkatında qərbçilik meyillərini təmsil edən
ictimai məfkurə sahibləri Həsən bəy Zərdabi, Nəcəf bəy
Vəzirov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd
Əmin Rəsulzadə, Nəriman Nərimanov, Yusif Vəzir Çəmənzə-
minli, Əlimərdan bəy Topçubaşov, Üzeyir Hacıbəyov, Haşım
bəy Vəzirov, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Sur,
Məhəmməd Hadi, Firidun bəy Köçərli, Abdulla Şaiq, Ömər
Faiq, Cəlil Məmmədquluzadə, Ələkbər Sabir, Əhməd
Cəfəroğlu, Məhəmməd ağa Şahtaxtlı, Əhməd Cavad, Nigar
xanım, İbrahim Tahir, Səid Səlmasi, Axund Yusif Talıbzadə,
Həsən Səbri və b. görkəmli mütəfəkkir ziyalıların son dərəcə
fədakar, qaynar fəaliyyəti Azərbaycanda sənəti, ədəbiyyatı,
mədəniyyəti, milli şüuru ümumbəşəri tərəqqi idealı işığında
sürətlə inkişaf etdirirdi. Belə çox geniş fəaliyyət spektrində
təbii olaraq, müxtəlif fikirlər, ideyalar, qütblər arasında,
məfkurələr daxilində mübarizələr, çəkişmələr də gedir və son
nəticədə bütün bunlar dövrün ictimai-siyasi, ədəbi-mədəni
gerçəkliyinin dialektik panoramını təşkil edirdi.
Böyük, qlobal bir maarifçilik məfkurəsindən irəli gələn
hərəkatda iki ədəbi-mətbu orqanın ətrafında birləşmiş
“Füyuzat”çılar və “Molla Nəsrəddin”çilərin müəyyən prob-
lemlərə münasibətlərində fikir ayrılığı olsa da, onları qərbçilik
meylləri birləşdirirdi. Zamanın, dövrün özündən gələn bir
qaynarlıq, tələsiklik, milləti və xalqı çox tez bir zamanda şüur
ətalətindən çıxarmaq arzusu və bu arzunu ən qısa bir zaman
kəsiyində gerçəkliyə çevirmək ehtirası, milli istiqlaliyyət
ideallarının gündəlik əməli işlərlə həyata keçirilməyə başlan-
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
138
ması, habelə Azərbaycanın sivil dünyaya qovuşması prose-
sinin intensiv olaraq yüksələn xətlə getməsi gözəl bir
gələcəkdən xəbər verirdi. Tənqid, teatr, publisistika, bədii
yaradıcılıq, elm, təhsil, məktəbdarlıq, tərcümə sənəti – bütün
bunlar xalqın xidmətinə, onun dünya mədəniyyətinə inteq-
rasiya olunmasına tabe etdirilmişdi. Azərbaycanın bir müstəm-
ləkə kimi daxil olduğu Rusiya imperiyasının mərkəzi şəhər-
lərində və əyalətlərində də böyük siyasi dəyişikliklər baş verir,
dünyanın yenidən bölünməsi prosesi gedirdi.
XX əsrin əvvəllərində milli ziyalıların, maarifpərvər
yazıçıların Qərb və dünya mədəniyyətinə qovuşmaq isti-
qamətində irəli sürdükləri azadlıq yönlü fikir və düşüncələr,
göstərdikləri səylər, vətənpərvər əməllər, çox təəssüf ki,
xalqımızı yalnız qısa bir zamanda – Azərbaycan Xalq Cümhu-
riyyətinin timsalında (1918-1920) istiqlala gətirib çıxara bildi.
Dünyanın yenidən bölüşdürülməsi nəticəsində 1920-ci ilin
aprelində Azərbaycan bolşevik-kommunist Rusiyası tərəfin-
dən yenidən işğal olundu və sovet imperiyasının tərkibinə
qatıldı. Bu dəfəki işğal 70 ildən artıq bir müddətdə XX əsrin
sonlarına – 1991-ci il 18 oktyabr tarixinə qədər davam etdi.
Həmin tarixdə yenidən istiqlaliyyət qazanmış Azər-
baycan Respublikası, XX əsrin əvvəllərində müsəlman
Şərqində yaradılmış ilk respublikanın – Azərbaycan Xalq
Cümhuriyyətinin varisidir. İndi müstəqil dövlətimizin ölkə
daxilində və xaricdə apardığı siyasət, sosial-iqtisadi və elmi-
mədəni quruculuq işlərinin müstəvisində hər cür ideoloji dik-
tatdan azad, yeni baxışla XX əsrin əvvəllərindəki Azərbay-
canımızda ədəbi-bədii fikrin, publisistikanın mədəni gerçək-
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
139
liklərin obyektiv elmi araşdırılması bir zərurətə çevrilmişdir.
Məhz bu zərurətə cavab olaraq ədəbiyyatımızın həmin dövrü
son illərdə elmi-nəzəri fikirdə intensiv olaraq öyrənilməkdədir
və təqdim olunan əsər də bu istiqamətdə atılan addımlardan
biridir.
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
140
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
1. Kitablar
1.
Abdullayev B. Yusif Vəzir Çəmənzəminli və folklor.
Bakı: Elm, 1981.
2.
Ağayev İ.M. Satirik “Zənbur” jurnalı. Bakı: Azərb. EA-
nın nəşriyyatı, 1969.
3.
Ağayev İ.M. Əlabbas Müznib (həyatı, yaradıcılığı,
əsərlərindən seçmələr). Bakı: Elm, 2003.
4.
Axundov M.F. Əsərləri. 3 cilddə, II c., Bakı: Azərb. EA
Nəşriyyatı, 1961.
5.
Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, II c., Bakı: Azərb.
EA Nəşriyyatı, 1960.
6.
Azərbaycan Xalq Cümhuriyyəti
(Ədəbiyyat, Dil,
Mədəniyyət quruculuğu). Bakı: Elm, 1998.
7.
Azərbaycan tarixi üzrə qaynaqlar (Professor S.S.Əliyarov
və dosent Y.M.Mahmudovun redaktəsi ilə). Bakı:
Azərbaycan Universiteti Nəşriyyatı, 1989.
8.
Брандес Г. Литература XIX века в ее главных
течениях. Санк-Петербург, 1895, 370 с.
9.
Buzuzu Mahmud, Sonuncu Peyğəmbər, Bakı, 1990.
10.
Cavid H. Əsərləri, 4 cilddə, IV c., Bakı: Yazıçı, 1985.
11.
Cəfər M. Azərbaycan ədəbiyyatında romantizm, Bakı:
Azərbaycan EA Nəşriyyatı, 1963.
12.
Cəfərov N. Azərbaycanşünaslığa giriş. Bakı, 2002.
13.
Çəmənzəminli Y.V. Azərbaycan ədəbiyyatına bir nəzər.
İstanbul, 1919.
14.
Çəmənzəminli Y.V. Bir cavanın dəftəri. Bakı: Azərnəşr,
1966.
15.
Çəmənzəminli Y.V. Son bahar. Bakı: Gənclik, 1968.
16.
Çəmənzəminli Y.V. Əsərləri. 3 cilddə, III c., Bakı: Elm,
1977.
Dostları ilə paylaş: |