www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Tofiq Seyidzadə.
“Hər an ölümlə üzbəüz”
52
barədə məlumatı E.ġabanova kəĢfiyyat və tayfalarla iĢ xəttinin rəisi polkovnik
Rəfiq Feyzulrəhman Xan verirdi. O, mücahidlərlə görüĢə ya onunla, ya da 5-ci
xəttin rəisi Rəfiq Mansur ilə gedirdi və görüĢ onların iĢtirakı ilə keçirilirdi.
Onların hər ikisi mücahidlərlə əlaqədə idilər. Belə ki, Fəyzulrəhman Xanın
qaynatası Pakistan sərhədində tayfa baĢçısı - silahlı dəstələtin rəhbərlərindən
biri idi. Mücahidlərin düĢərgələrinə gedir, gəlir, rəhbərlikdə yaxın adamları var
idi. Məlumatı isə Fəyzulrəhman Xanla görüĢərək ona çatdırırdı. Məlumatlar
təsdiq olunsa da ElĢad, onunla bir neçə dəfə görüĢ- müĢ, tayfa baĢçısının
hörmətini qazana bilmiĢdi. Fəyzulrəhman Xan və onun qaynatasının öz Ģəxsi
maraqları var idi. GörüĢdə, onlar, bunları müĢavirdən gizlətmirdi, ondan
müəyyən xahiĢlər edirdi. ġabanov bu xahiĢləri qrupun rəhbəri Ratnikova
çatdırır-
dı. Mərkəzdən icazə aldıqdan sonra məsələlər öz həllini tapırdı. Ona görə
tərəflər arasında problem yox idi.
Axır vaxtlar mənbələrdən elə məlumatlar daxil olurdu ki, Ratnikov əvvəl
təəccüblənirdi. Sonra məlumat Feyzulrəhman Xan vasitəsi ilə yoxlanılırdı.
Əvvəllər Mərkəz bu kəĢfiyyat məlumatlarımıza Ģübhəylə yanaĢırdı. Ratnikov
ElĢada deyirdi ki, “Edik, Mərkəz buna inanmır.” ElĢad isə arxayınlıqla cavab
verirdi ki, “Konstantinoviç, qoy, SSRĠ-nin Pakistanda olan kəĢfiyyatı vasitəsi ilə
yoxlasınlar.” 1 həftədən sonra alınmıĢ Ģifrə - teleqramı Ratnikov tələsik ElĢada
göstərdi: “Hər Ģey təsdiq olundu. Bizə təĢəkkür edir, fəaliyyəti davam etdirməyi
əmr edirlər.”
KəĢfiyyat məlumatlarının analizindən ElĢad baĢa düĢürdü ki, vəziyyət get
- gedə gərginləĢir, mücahidlər yeni - yeni qüvvələr toplayır, silahlar alır,
qarĢıdakı döyüĢlərə hazırlaĢırlar. 1986-cı ilin noyabr ayında bir aylıq
məzuniyyətdən qayıdan ElĢad Ratnikovla eyvanda oturub, ezamiyyəti necə
keçirməsindən danıĢırdı. Bu vaxt raket atəĢi baĢlayır. Onların qalxıb evə girməyi
ilə raketin həmin oturduqları yerə düĢməsi bir anda baĢ verir. Raket qəlpələri
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Tofiq Seyidzadə.
“Hər an ölümlə üzbəüz”
53
divarları, eyvandakı masanı yerlə yeksan edir. Ġkinci raket onun yanına düĢür,
partlayır,
qapı - pəncərəni dağıdır.
MüĢavirlər, Pastuxov, Parxotenko, Novikov zirzəmiyə endilər. Ratnikov isə
ElĢadla qalın çiy kərpicdən olan divarın arxasında daldalanırlar. ElĢad ona deyir
ki, “Konstantinoviç, mücahidlər raket atəĢi altında hücuma keçə bilərlər.” Hər
ikisi AQS və DÇK-nın yerləĢdirildiyi dama çıxırlar. Hər iki silahdan raket atəĢi
gələn istiqaməti atəĢə tuturlar. AĢağıda XAD-ın və Sarandoyun ətrafında da
atıĢma səsləri eĢidilir. Bir azdan qa- ranlıq düĢür, atəĢ səsləri kəsilir.
Gözlənilmədən külək - “Əf- qani” baĢlayır, hər tərəf toza - dumana bürünür.
Qaranlıqda heç nə görünmür. AtəĢ səsləri kəsilir. Külək yalquzaq kimi ulamağa
baĢlayır.
QıĢ düĢür. Soyuqlar baĢlayır, mücahidlərin isə fəallaĢdığı, qüvvətləndikləri,
yeni silah və sursatlarla təmin olunduqları, ABġ, Pakistan baĢda olmaqla, Qərb
ölkələrinin, hətta Çinin də onlara köməyi barədə məlumatlar daxil olurdu.
Əməliyyat qrupunun intensiv raket atəĢinə tutulması, ərzaq qıtlığı, adi
içməli suyun olmaması müĢavirlərin fəaliy- yətini çətinləĢdirirdi.
Bu Ģərait rabitəçi iĢləyən əsgər - sərhədçilər üçün daha dözülməz olurdu.
Belə hallarda ElĢad çörəyini axıra qədər yemir, xeyirxahlıq göstərərək
yeməyinin yarısını ayıraraq, əsgərlərə verir, dəmir çaĢkasına çay süzərək yemək
otağını tərk edirdi.
Ərzaq Kabuldan gətirilirdi. Ora hər ay getmək mümkün olmurdu.
Əməliyyat qrupunda əməkdaĢ az idi. Kabula gedib - gəlmək bir ay çəkirdi.
BirbaĢa heç bir nəqliyyat yox idi. Məktublar Qəndahara gəlirdi. Kabuldan
qayıdan Ģəxs onu da gətirirdi. Bir də görürdün üç ay qabağa yazılmıĢ məktubla
on gün əvvəl yazılan məktub bir yerdə gəlir.
Yeni il - 1987-ci il gəlirdi. Dekabrın 31-i idi. Əməliyyat qrupunda
Ratnikov, ġabanov, rabitəçilərin komandiri texniki iĢçi “Ģifrəçi” MiĢa Barnyakov
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Tofiq Seyidzadə.
“Hər an ölümlə üzbəüz”
54
və 3 əsgər qalmıĢdı. Novikov raket atəĢlərinə dözməyərək böyrək ağrılarına
tutuldu və Pastu- xovla birlikdə Kabula göndərildi. Porxomenko isə məzuniy-
yətdə idi.
Əsgərlərdən serjant Qnofovski ġabanovdan xahiĢ etdi ki, “Yusifoviç,
kağızdan Yeni il üçün oyuncaqlar düzəltmiĢik, amma yolka ağaçı yoxdur.”
ElĢad heç nə demədi. Ratnikovla razılaĢdıqları kimi, 2 nəfər silahlı əfqanın
müĢayiəti ilə XAD-a, oradan da bazara getdi. Yeni il üçün ərzaq aldı. Sonra
əyalətin qubernatoru Rəfiq ġükür Xanın yanına gəldi. (Qubernator DTK
müĢavirlərindən çəkinir, ehtiyat edirdi. Səbəbi isə ElĢada ġabanova məlum idi.)
Məqsədi əsgərlərin xahiĢini yerinə yetirmək idi. Qubernator onu iki silahlı
döyüĢçü ilə görənbə bir az özünü itirdi, sonra
“XoĢ gəldin” deyə, onunla əfqan qaydası ilə üç dəfə öpüĢdü. Hal - əhval
tutandan sonra ElĢad ona, Rəfiq ġükür, - dedi, sizin həyətinizdə olan, ingilislərin
əkdiyi Ģam ağaclarından bir xırda budaq lazımdır. Qubernator bir az
təəccübləndi, sonra əlavə etdi: “Bəlkə zarafat edirsiniz?” “Bu gecə Yeni il
axĢamıdır, əs- gərlər xahiĢ ediblər.” Rəfiq ġükür sakitləĢdi və adamlarına gös-
təriĢ verdi ki, çay və Ģəkəri də maĢına qoysunlar. ElĢadın eti- razına baxmayaraq,
həmin kisələri maĢına qoydular.
Ratnikov və əsgərlər ElĢadı gözləyirdilər. Onlar gözlərinə inana bilmirdilər:
yolka budağı, üstəlik də çay və Ģəkər! Əsgər- lər sevinclə ElĢadın üstünə
atıldılar. Ratnikov yaxĢı kotlet biĢir- di. Qarmonda mahnılar çaldı və oxudu.
MiĢa Barnyakov isə “Lavanda” mahnısını oxuyub, ağladı. Beləcə,
döyüĢçülərimiz düĢmən içərisində Yeni ili qarĢıladılar.
ĠĢ və həyat öz axarı ilə gedirdi. Ratnikovun vaxtı tamam oldu. Sonralar
Rusiyanın birinci prezidenti olan Boris Yeltsin Təhlükəsizlik Xidmətinin rəis
müavini olmuĢ general - mayor Boris Konstantinoviç Rafukovla ElĢad
ġabanovun çox yaxĢı münasibətləri yaranmıĢdı. E.ġabanov həm də əməliyyat
qrupu Partiya TəĢkilatının rəhbəri idi (“partkom”). Rafukov Əfqanıs- tanda
Dostları ilə paylaş: |