T. Q. MƏLİkov müŞAHİDƏ NƏTİCƏLƏRİNİn riyazi araşdirilmasi



Yüklə 2,58 Kb.

səhifə3/7
tarix20.09.2017
ölçüsü2,58 Kb.
1   2   3   4   5   6   7

 
11
Geofizika və Mühəndis Geoloqiyası  İstehsal Birliyinin 
rəhbərliyinə,  şəxsən baş direktor, AMEA-nın müxbir üzvü, 
geologiya-mineralogiya elmləri doktoru, prof. K.M.Kərimova öz 
minnətdarlığımı bildirirəm.  
Kitabın  əlyazmasını oxuyub, onun tələbələr tərəfindən 
daha asan qavrayıb istifadə olunması üçün dəyərli məsləhətlər 
vermiş, sonra onun redaktoru kimi ağır bir işi yerinə yetirmiş 
Azərbaycan Dövlət Neft Akademiyasının "Kompüter texnikası 
və proqralaşdırma" kafedrasının dosenti, t.e.n. G.S.Həsənova 
təşəkkürümü bildirirəm. 
Kitabın  ərsəyə çatmasında zəhmətləri olan, fəaliyyət 
göstərdiyim Dövlət Neft Şirkətinin Geofizika və Geologiya 
İdarəsinin «İstehsal proseslərinin kompyüterləşdirmə  və riyazi 
təminatı»  şöbəsinin  əməkdaşları: g.-m.e.n. E.S.Novruzova, 
R.İ.Şərifova Ə.M.Həmidova öz razılığımı bildirirəm. 
  


 
12
REDAKTORDAN 
 
    Təbiət və  cəmiyyətdə gedən prosseslərin tədqiqində 
riyazi metodların tətbiqinin müstəsna əhəmiyyəti vardır. 
Riyazi    metodlar    bu   prosseslərdəki   ümumi    qanuna-
uyğunluqları    aşkara çıxarmağa,  bu qanunauyğunluqları riyazi 
düsturlar  şəklində ifadə etməyə imkan verir. Sonralar bu   
ifadələr   araşdırılaraq   öyrənilən   prosses   haqqında müəyyən 
nəticələr çıxarılır. 
Belə riyazi məsələlərin həllində hesablama texnikası 
vasitələrindən istifadə etmədən keçinmək mümkün deyildir. Bu 
da  ədədi metodlara marağı artırır. Azərbaycan dilndə 
riyaziyyatın  əksər bölmələrini  əhatə edən  ədədi üsullara aid 
vahid ədəbiyyat yox dərəcəsindədir. 
Ölkəmizin müxtəlif ali, orta ixtisas təhsili müəsissələrində 
uzun müddətli pedaqoji və istehsalat təcrübəsinə, o cümlədən 
xarici ölkə təhsil sistemində böyük təcrübəsi olan t.e n., dosent 
Teyfur Məlikovun bu kitabı  ədədi üsüllar sahəsində mövcud 
olan boşluğu qismən doldurmalıdır. T.Məlikovun kitabı 
tələbələrə, xüsusilə texniki universitetlərin tətbiqi riyaziyyat və 
kompüter yönümlü fakultələrində oxuyan tələbələrə 
ünvanlanmışdır. 
Kitabda nəzəri materiallar, çox saylı misallarla müşayət 
olunur. Bu da nəzəri materialları daha tez mənimsəməyə 
köməklik göstərməlidir. Kitabda həmçinin çoxlu nəticələr və 
faktlar da vardır. Onlarda riyaziyyatın tətbiqi məsələləri ilə 
məşqul olan elmi ictimayyətin gündəlik işi 
 


 
13
üçün gərəkli və xeyrli olacaqdır.  
T.Məlikov bu kitabında  ədədi üsülları tam əhatə etmək 
iddiasında olmamış və əslində də böyük həcmli belə bir material 
bir kitabda tam əhatə etmək münıkün deyildir. Məhz buna görə 
kitab nöqsansız da deyildir. Məlum olduğu kimi son zamanlar 
elmi ictimayyətin böyük marağına səbəb olmuş L.Zadənin fazzi 
riyaziyyata  ədədi üsulların tətbiqi imkanları araşdırılmamış  və 
kitabda öz əksini tapmamışdır. Halbuki, bu günki gündə buna 
böyük ehtiyac vardır. 
Lakin bununla yanaşı qeyd etməliyik ki, kitab ədədi 
üsülların müasir vəziyyətini və  əsas bölmələrini  əhatə edir. Bu 
praktik yönumlu elmi ictimayyətin və  tələbələrin təlabatını 
qismən də olsa ödəyəcəkdir. Bu ümidlə  də kitab oxuculara 
təqdim olunur. 
 
 
  Azarbaycan Dövlət Neft Akademiyası 
" KT və proqramlaşdırma " kafedrasının 
dosenti, t.e.n. G.S.Həsənov 
 


 
14
GİRİŞ 
 
Bütün təbiətşünaslığın əsasını, müşahidə və təcrübə təşkil 
edir. Nəticələri rəqəmlərlə ifadə olunmuş müşahidə  və 
təcrübələr xüsusi əhəmiyyət daşıyır. 
Müasir texnikanın sürətü inkişafı  və mühəndis 
tədqiqatlarında müasir riyaziyyatın daha da geniş tətbiq edilməsi 
zərurəti tətbiqi məsələlərlə məşğul olan mütəxəssislərin və elmi 
işçilərin riyazi hazırlığına daha yüksək tələblər qoyur. 
İndiki zamanda mühəndis-tədqiqatçının riyazi biliyinin 
əsas istiqamətləri, keçən əsrin əvvəllərində formalaşmış klassik 
analizlə kifayətlənə bilməz. 
Elmi-tədqiqat institutlarında çalışan mühəndisdən indi 
müasir riyaziyyatın bir çox sahələri haqda, ilk növbədə 
hesablama riyaziyyatının metod və üsullarının  əsaslı  işlənməsi 
tələb olunur, çünki bütün mühəndis məsələlərinin həlli  ədədi 
nəticə ilə başa çatdırılmalıdır. 
Digər tərəfdən hal-hazırda hesablama texnikası hesablama 
işlərində faktiki yerinə yetirən yeni güclü vasitə ilə  təmsil 
olunur. Elə buna görə  də  tətbiqi məsələlərin dəqiq qoyulmuş 
həllinə keçmək mümkün olmuşdur. Bu isə öz növbəsində 
riyaziyyatın daha dərin bölmələrindən istifadə olunmasını tələb 
edir. 
Müasir hesablama texnikasından düşünülmüş surətdə 
istifadə olunması, tətbiqi və  ədədi analiz metodlarından  ətraflı 
tətbiq olunmadan mümkün deyildir. 
 


 
15
Elə buna görə  də  həm ölkəmizdə, həm də xaricdə 
hesablama texnikası metodlarının görünməmiş dərəcədə inkişafı 
baş vermişdir.   
Ölkəmizdə ali texniki təhsil müəssisələrinin tələbələri və 
elmi tədqiqat institutlarının  əməkdaşları üçün bu səpkidə 
Azərbaycan dilində  dərsliklərin və  ədəbiyyatın olmaması 
gələcəkdə yüksək səviyyəli mühəndis kadrların hazırlanmasında 
çətinlik yaradır. 
Bu kitabın yazılmasında  əsas məqsəd ali riyaziyyatın 
ümumi ali texniki universtetlərin «Ali riyaziyyat» kursu 
əsasında metod və üsulların imkan daxilində sistematik və 
müasir səviyyədə izahını verməkdən ibarətdir. 
Məsələnin təqribi yanaşma üsulu ilə  həlli zamanı alınmış 
nəticələrin xətasının qiymətləndirilməsi tələb olunur. Çox saylı 
rəqəmlərlə hesablama apararkən biz çox vacib bir məsələ ilə
hesablama sxeminin dayanaqlığı məsələsi ilə qarşılaşırıq. 
Ölçmələr zamanı 
təcrübədə alınmış 
ədədlərin 
yuvarlaqlaşdırılarkən qaçılmaz olan xətaların cəmi nəzərə 
çarpacaq dərəcədə böyük ola bilər. Belə hesablama sxemi 
dayanıqlı deyildir və  işdə istifadə olunması yararsızdır. Məlum 
olan üsullar arasında seçilən ədədi metodlardan istifadə edərkən 
və ya yenisinin hazırlanması zamanı biz təbii olaraq məsələnin 
həlli üçün nəzərdə tutulmuş kompüterlərin xüsusiyyətini də 
nəzərə almalıyıq.    
 
 



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə