T. S. Məmmədov. “Ekologiya”, Baki, “Elm”, 2004, 449 səh



Yüklə 6,2 Kb.
Pdf görüntüsü
tarix30.04.2018
ölçüsü6,2 Kb.
#40786

background image
T.S.Məmmədov. “Ekologiya”, Baki,  “Elm”, 2004, 449 səh. 

XX  əsrin  ortalarında  biosferdə  baş  verən  qlobal  problemlərin,  ətraf  mühitin canlı 

aləmlə  qarşılıqlı  əlaqələrı  ekologiya  elmində  hərtərəfli  geniş  vüsət almış,  dünya 

ictimaiyyətinin ekoloji təhsil proqramlarında öz əksini tapmışdır. İnsan tərəfindən 

yaradılmış ekoloji sistemin təbiətlə qarşılıqlı əlaqələrinin və münasıbətlərinin aşkar 

edilməsi  istiqamətində  elmi  işlər  aparılmışdır.  Tədqiqatların  nəticəsi  olaraq  tərtib 

olunan  “Ekologiya”  dərsliyi  bir  çox  sahələri  özündə  əks  etdirən  çoxsaylı  dünya 

ədəbiyyatından,  o  cümlədən  Azərbaycan  alimlərinin  elmi  əsərlərindən  və şəxsən 

müəlifin  elmi  axtarışlarının  yekunlarından  istifadə  etməklə  müasir  dövrdə 

tələbələrin,  müxtəlif  sahələrdə  çalışan  mütəxəssislərin  ekoloji  biliklərinin 

artırılması  istiqamətində  yazılmış  monoqrafik  bir  əsərdir.  “Ekologiya”  kitabı 

Fundamental  ekologiya  və  Müasir  ekologiya  bölmələrini  əhatə  edib,  12 

fəsildən  ibarətdir. 

Kitabda tədbiqi ekologiya bölməsində, ekologiyanin yaranma tarixi, Autekologiya, 

Demekologiya,  Simekologiya  sosioloji  aspektləri,  məqsəd  və  vəzifələri,  təcrübə 

əhəmiyyəti  elmi  əsaslarla  açiqlanmişdir.  Dünyada  baş  verən  təbii  fəlakətlərin, 

müharibələrin,  sənayenin,  nəqliyyatın  biosferdə  əmələ  gətirdiyi  ətraf  mühit 

çirklənmələrinin ekologiyaya təsiri araşdırılmışdır. 

Dərslikdə Azərbaycanın ekoloji problemləri, meşə, su, dəniz ekosistemləri, xüsusi 

qorunan  ərazilər  və  digər  problemlər  haqda  geniş  məlumat  verilmişdir. 

Kitab orta və ali məktəblər üçün ümumi ekologiya proqramında dərs vəsaiti kimi 

və cəmiyyətin ekoloji təhsilində deniş istifadə oluna bilər. 



 

Yüklə 6,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə