T. Ş. ŞÜKÜrov, R. Ş. ŞÜKÜrov marketinq təDQİqatlari



Yüklə 123,26 Kb.
tarix02.10.2017
ölçüsü123,26 Kb.
#2565
növüDərs

T. Ş. ŞÜKÜROV, R. Ş. ŞÜKÜROV

MARKETİNQ TƏDQİQATLARI

(Dərs vəsaiti)

Azərbaycan Respııblikasının Təhsil Nazirliyi tərəfindən 13 fevral 2003-cü il tarixli 129 saylı əmrlə "Marketinq" ixtisası üzrə təhsil alan ali məktəblərin magistr tələbələri üçün dərs vəsaiti kimi tövsiyyə edilmişdir.

"Kooperasiya" nəşriyyatı

Bakı -2007

UDK 658.014.1

BBK 65.290-2 (Az) T51
Rəy verənlər:

İqtisad elmbri doktoru, professor



Ş.H.Hacıyev (ADİU); İqtisad elmləri doktoru, professor

Ş.Ə.Axıındov (ADİU-nin "Marketinq" kafedrası);
i.e.n., dosent N. M. Kərimov,

AKU-nin "Kooperasiyanın iqtisadiyyatı

və marketinq" kafedrasının müdiri.
T.Ş.ŞÜKÜROV, R.Ş.ŞÜKÜROV. Marketinq tədqiqatları. Ali məktəb tələbələri üçün dərs vəsaiti. Yenidən işlənmiş və əlavələr edilmiş 2-ci nəşr. Bakı, "Kooperasiya" nəşriyyatı, 2007, 424 səh.
Yenidən işləıımiş və əlavələr edilmiş 2-ci nəşr dərs vəsaiti marketinqin və omın tədqiqinin miihiim nəzəri-metodoloji və praktiki məsələlərini özündə əks etdirir. Dərs vəsaitində marketinqin mahiyyəti, müasir inkişaf konsepsiyaları, fəaliyyət miilıiti, əsas prinsipləri və funksiyaları, strateji planlasdırmada rolu, təşkili və idarə edilməsi, hər seydən əvvəl marketinq tədqiqatlarımn məzmunu, əsas istiqamətləri, aparılma metodları, bazarın, istehlakçıların, rəqiblərin, malların, qiymət və satışın, reklamın və digər marketinq kompleksi elementlərinin tədqiqi məsələlərinə, həmçinin fəaliyyət sahələrində marketinqin xüsusiyyətlərinə haxılır. Vəsait tələbələr, aspirantlar, müəllimlər və praktiki isçilər iiçiin nəzərdə tutulmuşdur.


0503020907-33 © "Kooperasiya" nəşriyyatı,2003

Ş

124-2007 © "Kooperasiya" nəşriyyatı, 2007

© T.Ş.Şükürov, R.Ş.Şükürov




Marketinq tədqiqatları




MÜƏLLİFDƏN
Əziz oxucular! Sizə təqdim olunan bu kitabı oxumazdan əvvəl insan münasibətləri sahəsində Amerikanın ən görkəmli mütəxəssisi Deyl Karneginin "Dostu necə qazanmalı və adamlara necə təsir göstərməli" kitabından və Azərbaycan klassiklərinin əsərlərindən götürülmüş bəzi məqamlara diqqət yetirməyi düşündüm. Çünki, dünya şöhrətli mütəfəkkirlərin və alimlərin hər kəsin stolüstü kitabı hesab edilə bilən yuxarıda göstərdiyimiz və digər əsərləri bizim topladığımız və yazaraq kitab formasma saldığımız bu kitabı ən başlıcası isə insanların, ayrı-ayrı şəxslərin və fərdlərin marketinqini daha yaxşı başa düşməyimizə imkan verəcəkdir.

Əvvəlcə deyim ki, Deyl Korneginin həmin kitabında insanların marketinqindən, insan münasibətlərindən, adamlarla rəftarın əsas metodlarından, adamları öz baxışma meylləndirməyə, təhqir edib incitmədən onlara təsir göstərməyə, ailə xoşbəxtliyinə imkan verən qaydalardan bəhs edilir. Başqa sözlə, bütün elmlərin ən alisi olan insanşünaslıq elminin məşğul olduğu problemlərin müəyyən hissəsinə toxunulur.

Əlbəttə, marketinq tədqiqatlarına bu məsələlərin aid olmadığını və müəlliflərin fikirlərinə etiraz edən oxucularımız bəlkə də olacaq. Lakin, həmin kitabda söhbət ar-namusdan, qeyrət və vətənpərvərlikdən deyil, işgüzar əlaqələrin-biznes münasibətlərinin uğur qazanmasını təmin etmək üçün zəruri yolların axtardıb tapılmasından getdiyini başa düşənlər də olacaqdır. D.Karnegi təkzibedilməz faktlar və misallarla sübut edir: "Tənqid mənasızdır, ona görə ki, insanı müdafiəyə keçməyə məcbur edir və bir qayda olaraq, özünə haqq qazandırmağa çalışır. Tənqid təhlükəlidir, ona görə ki, adamın qüruruna zərbə vurur, əhəmiyyətlilik hissinə toxunur və onda inciklik yaradır. Alman ordusunda əsgərə bu və ya digər hadisədən dərhal sonra şikayət və tənqid etməyə icazə verilmir. O, əvvəlcə yatmalı və hirsi soyumahdır. Əgər dərhal şikayət verirsə onu cəzalandırırlar. Allaha and olsun bu cür qayda mülki həyatda da fəaliyyət göstərməlidir daim narazı valideyinlər, davakar arvadlar, öcəşkən sahibkarlar və bütün tənqidbazlar bundan nəticə çıxarmalıdır. "Tənqid həmişə evə qayıdan poçt göyərçini kimidir".

Bu hallar insanların marketinqində işgüzar adamlar, sahibkarlıq və bazar şəraitində istehlakçı davranışı, bazarın seqmentləşməsi və digər marketinq məsələlərinin həllində çox əhəmiyyətlidir. Uğurlu biznes qurmaq və sahibkarlıq fəaliyyətində son nəticəyə-mənfəət əldə edilməsinə nail olmaq üçün ilk növbədə insan münasibətlərinə diqqət yetirilməlidir.

Amerika mütəxəssisi sonra deyir "Etiraf etmək səmimiyyətdir, yaltaqcasına tərif isə ikiüzlülük. Birincisi ürəkdən gəlir. O, təmənnasızdır. İkincisi isə dildən gəlir, bu xudbinlikdir. Birinciyə hamı heyran olur, ikincisi isə söz-söhbət doğurur. Sizə hücum edən düşmənlərdən qorxmayın. Sizi yaltaqcasına tərifləyən dostlarınızdan qorxun. Yaltaqcasına tərifləmək adamın özü haqqında düşündüyünü ona deməkdir".

Fikrimizcə, marketinqin mahiyyətinin alqı-satqı və ya mübadilə vasitəsilə tələbat və ehtiyaclarımızın ödənilməsi olduğunu öyrənməkdənsə, əvvəlcə yuxarıda qeyd edilənləri və aşağıda yeri gəldikcə eşidəcəyiniz "möcüzələri"-insanların marketinqini bilmək daha faydalıdır. Bu insanların, ayrı-ayrı


5
T.Ş.Şükürov, R.Ş.Şükürov


şəxslərin və fərdlərin marketinqidir. D.Karnegiyə görə, yer üzündə başqa adama təsir göstərməyin yeganə üsulu onun istəyi haqqında danışmaq və həmin istəyə nail olmağın yolunu göstərməkdir. "... oğlunuzun papiros çəkməsini istəmirsinizsə, ona nəsihətnamə oxumayın və nə istədiyinizi deməyin. İzah edin ki, papiros çəkmək beysbol komandasına götürülməkdə, yaxud yüz metr məsafəyə qaçış yarışında qələbə qazanmaqda ona mane ola bilər". Hər kəs istər biznesdə, istərsə də digər hallarda özü haqqında, öz fəaliyyəti barədə danışmağa meyllidir. Onlara imkan verək öz mövqeylərini bildirsinlər.



Deyl Kornegi mübahisədə qələbə qazanmağın yeganə yolunu ondan yayınmaqda görür, əgər haqsızsımzsa bunu tezcə və qətiyyətlə etiraf etməyə çağırır, adama haqsız olduğunu deməməyi, hadisələrə müsahibinizin gözüycə baxmağı, başqalarının fikir və istəklərinə səmimi və canıyananlıqla yana-şmağı məsləhət görür. İnsanlara haqsız olduğunu demək, onlara meydan oxumaqdır və "sizdən ağıllıyam" deməkdir. Bunu heç kəs qəbul etməz. Böyük adamın böyüklüyü kiçik adamlarla rəftarında aşkara çıxır.

İnsanlar həmişə "görkəmli adam olmaq arzusu" ilə yaşayır, qərəkliliyini bildirməyə və qiymətləndirilməyə qızğın cəhd edirlər.



Şvab demişdir: "Hələ elə adam görməmişəm ki, nə qədər böyük və yüksək vəzifə tutsa da mehribanlıq şəraitində tənqid şəraitində olduğundan daha yaxşı işləməsin". Rokfellerin adamlarla rəftarda müvəffəqiyyət qazanmasının sirlərindən biri onları səmimi qiymətləndirməyi bacarması idi.

Alıcdarda nə isə almaq istəyi yaratmaq bacarığı marketoloqun incə sənətidir. Reklam elanları və ticarət agentləri ilk növbədə alıcüarda nəyəsə maraq yaratmaq və onların istəyi haqqında düşünməlidir. Qədim çinlilərin atalar sözü vardır: "Sifətində təbəssüm olmayan adam mağaza açmamalıdır".

Amerikanın reklam agentliklərindən birinin reklam nümunələri belədir:

-Təbəssüm heç nəyə dəymir, lakin çox şey verir;

-Təbəssüm alıcını zənginləşdirir, eyni zamanda onu bəxş edəni kasıblaşdırmır;

-Heç kəs o qədər varlı deyildir ki, təbəssümsüz keçinə bilsin və elə bir kasıb yoxdur ki, təbəssümdən varlansın;

-Təbəssüm bir an çəkir, xatirədə isə bəzən əbədi qalır;

-Təbəssüm evdə xoşbəxtlik yaradır, işgüzar münasibətlərdə xeyirxahlıq doğurur və dostlar arasında parol rolunu oynayır.

Adamların xoşuna gəlmək və biznesdə uğur qazanmaq istəyirsinizsə "gülümsəyin".

Adamları özünüzdən uzaqlaşdırmağı, onların sizə gülməsini və ya hətta sizdən zəhlələrinin getməsini istəyirsinizsə, sizə resept, bax budur: "Heç vaxt heç kəsi uzun müddət dinləməyin. Fasiləsiz surətdə özünüz haqqında danışın. Müsahibiniz danışan məqamda sizdə hər hansı fikir meydana çıxsa, müsahibinizin sözünü qurtarmasını gözləməyin. O, sizin qədər ağıllı deyildir. Onun boş danışığını dinləməyə niyə vaxt sərf edəsiniz! Dərhal söhbətə müdaxilə edin və onun sözünü yarımçıq qoyun". Belə adamlar öz şəxsiyyətlərinin qoynunda olan, öz vacibliklərinin dərk edilməsindən məst olan adamlardır. Yalnız özü haqqında danışan adam yalnız özü haqqında da düşünür. Kolumbiya Universitetinin prezidenti doktor Nikolas deyir:
6
Marketinq tədqiqatları




"Yalnız özü haqqında danışan adam nə qədər yüksək təhsili olursa olsun, mədəniyyətsizdir".

Yadda saxlayın ki, "söhbət etdiyiniz adamı sizdən və problemlərinizdən yüz dəfə çox özü, öz ehtiyaclan və öz problemləri maraqlandırır". İnsanın dişinin ağrısı Afrikada baş vermiş qırx zəlzələdən daha çox maraqlıdır.



Əziz oxucu!

Əgər Siz bu kitabdan daha çox fayda götürmək istəyirsinizsə, nəzərə alın ki, hər hansı qayda və üsuldan son dərəcə daha vacib olan bir zəruri şərt və mühüm tələb vardır. Əgər bu əsas şərtə cavab vermirsinizsə, kitabı öyrənmək barəsində min qayda belə sizə az kömək edər. Budur həmin şərt-dərin, ehtiraslı öyrənmək istəyinin və özündə adamlarla rəftar bacarığını inkişaf etdirmək qətiyyətinin olması.



D.Karnegi deyir: "Adamların xoşuna gəlmək istəyirsinizsə onlarla ürəkdən maraqlanın".

"...Dünyada mübahisədə qələbə qazanmağın yalnız bir yolu vardır- bu, mübahisədən yayınmaqdır. Zəlzələdən qaçdığınız kimi mübahisədən də qaçın". Mübahisədə hamı özünü haqlı sayır. Mübahisədə üstünlük qazanmaq olmaz. Ona görə ki, mübahisədə uduzsanız da, uduzursunuz, qalib gəlsəniz də. İradəsi əleyhinə inandırılan adam əlacsız qalsa belə öz fıkrindən əl çəkməz.

Mütəxəssis psixoloqlar da sübut edir ki, əsl ticarət və marketoloq sənəti mübahisəni sevmir.

Beləliklə, insan münasibətlərinin formalaşmasına təsir edən, gənclərə ailə xoşbəxtliyi bəxş edə biləcək və sahibkarlara "sinirsiz" biznesin yolunu göstərən məşhur D.Karneginin fikir və nəticələri barədə müvafiq paraqrafların sonunda "haşiyə"lər verilmişdir. Hər mövzunu oxuduqdan sonra "haşiyə"yə çıxaraq özünüz barədə düşünün.

Marketinq bizi dağa-daşa salır. Qarayazı, Tuqay, Soltanbud meşələrinə və Ceyrançöl düzünə üz tutmağa vadar edir. Çünki biz marketinqin geniş imkanlarından bəhrələnərək sərvətlərə tələbatlarımızı və ehtiyaclarımızı ödəmək, mənfəət və qazanc əldə etmək üçün yerin təkini və üstünü, suyun dibi və üzünü, meşələrdəki bitki və heyvanlar aləmini yaxşı tanımalı, bilməli və onları əldə edib öz məqsədimizə uyğunlaşdıraraq mübadilə vasitəsilə istifadə etməliyik. Marketinq məqsədli bazarı, onun seqmentləşməsini, istehlakçıları, rəqabəti, mal, çeşid, satış, qiymət, mal yeridilişi və kommunikasiya siyasətini, həmçinin marketinqin təşkili və idarə edilməsi proseslərinin tədqiqini nəzərdə tutur. O, kütləvi informasiya vasitələrindəki, əsasən televiziya biznes reklamları ilə bizi daim təqib edir. Siyasətçilər və biznesmenlərimiz marketinq kommunikasiyasının tərkib hissəsi kimi, reklam yayımı vasitələrilə öz fəaliyyətlərini, mallannı və xidmətlərini təklif edir. Onlardan bəhrələnməyimizə eyham vurur. Bizi mallara və xidmətə ehtiyacımızın ödənilməsi üçün zəruri tədqiqatlar aparmağa, tələb və mal təklifinin ümumi həcmi və quruluşunu müəyyən etməyə sövq edir. Marketinq bizi qovur,ondan qaça bilmirik, o həm evimizdə, həm yolumuzda, həm də işimizdədir. Günümüz - güzəranımız onsuz keçmir. Onun əlindən rahatlığımız yoxdur.

Səhər yuxudan durandan axşam yatanadək kimə nəisə ediriksə, əvəzində "çox sağ ol" olmasa da, adi "sağ ol" sözünü umuruq. Biz çox vaxt marketinqin pulsuz, malsız mübadilə, əvəzetmə, dəyişmə forması ilə məşğuluq.


7
T.Ş.Şükürov, R.Ş.Şükürov




Hətta ailə üzvlərimizə xoş söz dedikdə əvəz umuruq. Bu da xoş sözün pulsuz mübadiləsi və marketinq prosesidir. Qadın öz evinin xanımıdır. O, öz evinə, övladlarına, ərinə və əzizlərinə xidmət və nəvaziş göstərərkən əvəzində xoş söz umur. Bu onun xoş sözə "ehtiyacının" göstərdiyi xidmət və nəvazişə "mübadilə" vasitəsilə ödənilməsidir. Şərt o, deyil ki, mübadilə pul və ya mal ilə olsun. Dilənçiyə pul və ya nə isə verərkən bu təmənnasız deyil. Lakin əvəzində ondan mal və ya pul da ummuruq. Mübadilə vasitəsi və əvəz kimi, etdiyimiz yaxşılığa və ya verdiyimiz nəzir xatirinə ölənlərimizə rəhmət, balalarımıza və özümüzə alqış umuruq. Heç bir ölkə digər ölkəyə təmənnasız yardım etmir. Edirsə, əvəzində humanist dövlət olduğunu göstərmək və siyasi məqsədlə edir.

Ümumiyyətlə, biz marketinqlə hər an, bilərəkdən və ya hiss etmədən məşqul oluruq. Əgər pul verib mal və ya əksinə mal verib pul alırıqsa, yəni pulu əmtəəyə və ya əmtəəni pula, həmçinin malı mala mübadilə ediriksə, dəyişiriksə, avtobusa minib pul veririk və əvəzində bizi "Gənclik" metrostansiyasına aparırsa, pul və ya onu əvəz edə bilən nə isə verib əvə-zində paltar tikdirir, ev təmir etdiririksə, Azərbaycan hansı ölkəyəsə pul, pambıq və ya neft xammah verib əvəzində nə isə ahrsa, biz hətta dilənçiyə pul və ya nəisə verib əvəzində Allahın rəhmini diləyiriksə, imkansızlara kömək edib əvəzində xoş söz umuruqsa və kimə isə borc və ya kredit verib öz nüfuzumuzu yüksəltməyə çalışırıqsa bunların hamısı mübadilə, dəyişmə və ya əvəzetmə ilə nəyəsə ehtiyacın ödənilməsi və marketinq prosesidir. Deməli, bütün hallarda istehlakçüar, xüsusilə insanlar yalnız mübadilə vasitəsilə ehtiyaclarını ödəyirlər. Hətta oruc tutarkən və namaz qdarkən əvəzində Allahın günahımızdan keçməsini və ya hər hansı işimizə kömək etməsini umuruq. Biz tələbələr dərsə ən çoxu ona görə gəlirik ki, əvəzində bilik, diplom alacağıq və işləyib tələbatımızı ödəmək üçün qazanc götürəcəyik. İşə yalnız təmənnasız, əvəzsiz, xalqın və ya hansısa sahibkarın xatirinə gedib məhsul və ya xidmət göstərmirik. Bazarın, marketinqin, müəssisənin,sahibkarın və bizim də son məqsədimiz ehtiyaclarımızın mübadilə vasitəsilə ödənilməsi və mənfəət əldə etməkdir. Biz hər an, ilk növbədə ehtiyacımızın ödənilməsində mübadilə ilə rastlaşırıq. Kimisi əməyini mala, pula, xidmətə dəyişir (mübadilə edir), kimisi də əksinə, malını, pulunu, xidmətini nəiləsə əvəz edir.

İndi isə, pul və mal ilə alqı-satqıdan, biznesdən, marketinqdən, var-dövlət və sərvət toplamaq yollarını axtarmaqdan bir qədər ayrılaq və fıkrimizi insan münasibətlərinə yönəltməklə zehnimizə istirahət verək.



Haşiyə: Əgər Sizdə uşaqları tənqid etmək arzusıı yaranarsa əvvəlcə Amerika jurnalistikasııun klassik əsərlərindən biri olan "Atanın peşmançılığı"nı oxuyun.
ATANIN PEŞMANÇILIĞI
U.LİVİNQSTON LARNED
"Qulaq as, oğul. Bu sözləri sən yatarkən söyləyirəm; balaca əlin yanağının altındadır, qıvrım sarışın saçların isə tərləmiş alnına tökülmüşdür. Otağına gizli yolla təkcə gəlmişəm. Bir neçə dəqiqə bundan əvvəl, kitabxanada oturub qəzet
8
Marketinq tədqiqatları


oxuyarkən məni ağır peşmançılıq dalğası bürümüşdü. Sənin çarpayının yanına öz günahımı dərk etməklə gəlmişəm.



Gör nə barədə düşünürdüm, oğul; yanına gəlməklə pis əhval-ruhiyyəmi yaxşdaşdırmaq istəyirdim. Məktəbə gedərkən geyinib yaş dəsmalı üzünə yaxınlaşdıran kimi səni danlayardım. Çəkmələrini təmizləmədiyinə görə dərsini verərdim. Paltarından nəyisə döşəməyə atarkən hirslə üstünə qışqırardım.

Nahar vaxtı da səninlə öcəşərdim: Çayı yerə tökdün. Xörəyi acgözlüklə yedin. Dirsəyini stola qoydun. Yağı çörəyin üstünə həddindən artıq qalın yaxdm. Sonra sən oynamağa yollananda, mən də qatara tələsəndə, əl edib qışqırardın: "Salamat qal, ata!", mən isə üz-gözümü turşudaraq deyərdim: "Çiyinlərini düz tut!"

Sonra axşam hər şey yenidən başlanardı. Yolla evə qayıdarkən dizlərində şar oynatdığım görərdim. Çorablarında yırtıq vardı. Məndən irəlidə getməyə məcbur etməklə səni yoldaşlarının qarşısında xəcil edərdim.Corab bahadır-əgər onu öz pulunla almış olsaydın, daha səliqəli olardın! Bircə təsəvvür elə, oğul, bunları sənin atan deyirdi!

Yadındamı, qəzet oxuduğum kitabxanaya necə gəldin-qorxa-qorxa, baxışında kədərlə. Mənə mane olunduğundan əsəbləşərək qəzetin üstündən ötəri sənə baxarkən qətiyyətsizliklə qapının ağzında dayandın. Mən kəskinliklə soruşdum: "Nə istəyirsən?"

Heç nə cavab vermədin, lakin bir göz qırpımında üstümə atddm, boynumu qucaqlayıb öpdün. Balaca əllərin Allahın sənin qəlbində yerləşdirdiyi və hətta mənim etinasız münasibətimin söndürə bilmədiyi məhəbbətlə məni qucaqladı. Sonra isə kiçik addımlarla pilləkənlə yuxarı qalxıb getdin.

Oğul, bax bundan dərhal sonra qəzet əllərimdən sürüşüb yerə düşdü və məni dəhşətli, ürəkbulandırıcı qorxu bürüdü. Vərdiş məni nəyə çevirmişdir? Öcəşmək, danlamaq vərdişi-kiçik oğlan olduğuna görə sənə mükafatım bu idi. Axı, səni sevmədiyimi demək olmazdı. İş burasındadır ki, mən cavanlıqdan son dərəcə çox şey gözləyirdim və səni öz yaşımın meyarı ilə ölçürdüm.

Sənin xasiyyətində isə nə qədər sağlam, gözəl, səmimi cəhətlər vardır. Sənin kiçik ürəyin uzaq təpəliklər üzərində dan yeri kimi böyükdür. Bu, yatağa getməmişdən əvvəl məni öpmək üçün sürətlə üstümə atıldığın zaman özünü göstərirdi. Bu gün başqa heç nəyin əhəmiyyəti yoxdur, oğul. Sənin çarpayının yanına qaranlıqda utana-utana, qarşında diz çökərək gəlmişəm.



Bu, günahı yumağın zəif yoludur. Bütün bunlan sən oyanarkən desəm, bilirəm ki, başa düşməzsən. Ancaq sabah əsl ata olacağam! Səninlə dostluq edəcək, sən əziyyət çəkəndə mən də əziyyət çəkəcəyəm, sən güləndə mən də dilimi dişləyəcəyəm. And kimi təkrar edəcəyəm: "Axı, o, vur-tut oğlandır, körpəcə bir oğlan!"

Xəyalən səndə yaşlı kişini görürdüm. Lakin indi, çarpayında səni yorğun-arğın görəndə, oğul, körpə olduğunu başa düşürəm. Hələ dünən ananın qucağında idin və balaca başını onun çiyinlərinə söykəmişdin. Mən səndən çox, lap çox şey tələb edirdim".



Beləliklə, əgər ailə həyatınızı xoşbəxt saxlamaq istəyirsinizsə, üçüncü qaydanı yadda saxlayın:

Tənqid etməyin.

9
T.Ş.Şükürov, R.Ş.Şükürov





GİRİŞ
Ali təhsilli hdr kəs dövht başçısı -prezident vəzifəsinədək yüksələ bilər. Bunun üçiin dünyada tanınmış siyasi xadim Heydər Əliyev siyasi, iqtisadi, pisixolojı və idarəetmə məktəbini, həmçinin müasir bazarı-marketinq problemtərini öyrənmək lazımdır.

Müəllif
Azərbaycanda siyasi və iqtisadi islahatların müasir mərhələsi bazar iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən hərtərəfli biliyə və adamlarla ünsiyyətə malik mütəxəssis kadrlann hazırlanmasını tələb edir. Bazar şəraitində mütəxəssis və təşkilatçı-rəhbər hər şeydən əvvəl sahibkar-rəhbər, sahibkar-kommersant və biznesmen olmalıdır.

Azərbaycanda sahibkarlığın inkişafı və ona dövlət qayğısı, həmçinin xarici-iqtisadi fəaliyyət üzərində dövlət inhisarının ləğvi ölkənin çoxsaylı sahibkarlarına xarici bazara çıxmaq imkanı vermişdir. Lakin keçid dövrünün kəskin problemləri-işsizlik, MDB ölkələri arasında təsərrüfat əlaqələrinin pozulması, maliyyə, rəqabət, nəqliyyat, valyuta-kredit, investisiya qoyuluşu və s. daxili bazarın inkişafını ləngidir.

Buna baxmayaraq, Azərbaycanın neft strategiyası və "əsrin müqaviləsi" öz bəhrəsini verir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru neft kəmərinin fəaliyyətə başlaması ölkəmizin bazar iqtisadiyatına keçidin formalaşma istiqamətlərini müəyyən edir. Məhz bu baxımdan, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası və bazar problemlərinin həllində marketinq tədqiqatlarının rolu əvəzsizdir.

Marketinq istehlakçı təşkilatların və son istehlakçıların-əhalinin tələbat və ehtiyaclarının mübadilə vasitəsilə ödənilməsinə yönəlmiş fəaliyyətdir.

Marketinqin imkanlarından həm kommersiya və qeyri-kommersiya xarakterli ayrı-ayrı müəssisə və təşkilatlar, həm də regional və dövlət səviyyəsində istifadə edilir.

Qeyd etmək lazımdır ki, respublikamızda hələlik müasir marketinqin yalnız ayrı-ayrı prinsip və metodları tətbiq edilir.

Son illər Azərbaycanda bazarın inkişafı və onun xarici-iqtisadi fəaliyyəti imkanlarının genişlənməsi marketinq tədqiqatlarına marağı xeyli artırmışdır.

Hal-hazırda, bir çox bazar iqtisadiyyatı yolunu seçmiş ölkələrdə marketinq məsələləri üzrə milli institutlar və marketinq tədqiqatları şəbəkəsi inkişaf edir.

Marketinq tədqiqatları istehlakçdarın bütün tələblərini daha dolğun ödəmək nöqteyi-nəzərdən kommersiya-təsərrüfat qərarlarının qəbulunu özündə təcəssüm etdirir. Bu, analitik funksiya kimi,bazarın və ya istehlakçıların kompleks öyrənilməsinə yönəlmiş proses olub, firmanın marketinq fəaliyyətinin mühüm cəhətləri üzrə zəruri informasiyanın sistematik olaraq toplanması, işlənməsi və təhlilini nəzərdə tutur.

Marketinq tədqiqatlarında əsas məqsəd bazarın inkişafının vəziyyəti və meylini qiymətləndirmək, istehlakçı davranışını tədqiq etmək, rəqiblərin, malgöndərənlərin və vasitəçilərin fəaliyyətinin təhlili, marketinq kompleksinin

10
Marketinq tədqiqatları


öyrənilməsi, qiymət, satış, çeşid siyasəti və həvəsləndirmənin tətbiqi istiqamətlərini müəyyən etməkdən ibarətdir.

Azərbaycanda sahibkarlığm bazar fəaliyyəti üzrə toplanmış təcrübəsi təsdiq edir ki, hal-hazırda marketinq tədqiqatları apanlmadan daxili və xarici bazarda satış problemini düzgün həll etmək mümkün deyil.

Müasir şəraitdə bazar iqtisadiyyatı və sahibkarhğın əsas tələbi öz fəaliyyətində "nə istehsal edilirsə onu "satmaq" deyil, ən başlıcası" nə satılırsa onu "istehsal etmək" prinsipinə əsaslanmalıdır.

Marketinq tədqiqatları nə vaxt, hansı çeşiddə və miqdarda, hansı qiymətə kimin üçün, nə istehsal etməli, həmçinin mal yeridilişi və satış vaxtını müəyyən etməyə imkan verir.

Nəzərə almaq lazımdır ki, bazarın öyrənilməsi, malların konkret növlərinin istehsal proqramının hazırlanması, uyğun kommunikasiyanın və mallann daşınmasının dəqiq təşkili, optimal qiymət və tariflərin müəyyən edilməsi, servis xidmətinin genişləndirilməsi, mal bazarlarının infrastrukturunun formalaşdırılması və fəaliyyəti marketinqin əsaslarının tərkibinə daxildir.

Marketinq tədqiqatlarının prinsip və əsasları barədə dərindən biliyə malik olmaq kommersiya risqlərini azaltmağa, daha optimal variant və şərait seçməyə, rəqabət şəraitində yüksək keyfıyyətli məhsul və xidmət göstərməklə istehsal və satışın mənfəətliliyini təmin etməyə, həmçinin sabit satış şəraitində müxtəlif istehlakçı qrupları üçün daha əlverişli satış qiymətini müəyyən etməyə imkan verir.

Bazar şəraitində müasir marketinq tədqiqatlarının əsas problemi yeni malların istehsah və onların vaxtlı-vaxtında bazara çıxarılmasıdır. Müəssisənin inkişafı bazara çıxarılan yeni məhsulun uğur qazanmasından, onun müflisləşməsi və rəqabət mübarizəsində davamsızlığı isə uğursuzluğundan asdıdır.

Qeyd edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, marketinq tədqiqatları bazar iqtisadiyyatının müasir vəziyyətini əks etdirən sistem kimi, biznes sferasında mütəxəssislərə müəyyən dərəcədə kömək etmək qabiliyyətinə malikdir.

Rusiya müəlliflərindən V.A.Aleksunin və başqalarının fikrincə, xüsusi tədqiqatlar sübut edir ki, dünya bazarında kommersiya uğursuzluqlarının 75 faizdən çoxu marketinq fəaliyyətində yol verilmiş nöqsanlara görə, yalnız dörddə biri isə digər səbəblərlə əlaqədar baş verir.

İqtisadiyyatı yüksək səviyyədə inkişaf etmiş ölkələrdə marketinq aparıcı təsərrüfat sahələrindən birinə çevrilmişdir. Lakin Azərbaycan iqtisadiyyatında marketinqin fəal tətbiqinə mane olan əsas problem yüksək ixtisaslı mütəxəssis marketoloqların çatışmamasıdır. Fikrimizcə, əgər bu gün ölkəmizdə 21 mindən çox yalnız kiçik, xarici və müştərək müəssisələr fəaliyyət göstərirsə, onların hər birinə orta hesabla bir nəfər marketoloq tələb olunarsa, onda "bazar" mütəxəssislərinə ehtiyacı müəyyən etmək çətin deyildir.

Dərs vəsaitində bazarın, istehlakçdarın və rəqiblərin marketinq tədqiqatlarının aparılması təcrübəsinin təhlilinə xüsusi yer verilir və faktiki məlumatlar əsasında aparılmış bazar tədqiqatlarının nəticələri şərh edilir. Bu da öz növbəsində marketinqin nəzəri məsələlərinin praktiki olaraq yaddaşa həkk edilməsinə imkan verir. Tədqiqatçıların məlumatına görə, insanın yaddaşında özü əldə etdiyi informasiyanın 90%- ə qədəri, gördüyü informasiyanın 50%-i və eşitdiyi informasiyanın yalnız 10%-i saxlanılır.
11
T.Ş.Şükürov, R.Ş.Şükürov


Odur ki, praktiki tapşırıqlar nəzəri məsələləri mənimsəmək üçün çox vacibdir. Marketinq problemləri üzrə Azərbaycanın və xarici ölkə mütəxəssislərinin bir çox əsərləri nəşr edilmişdir. Onlar Azərbaycan iqtisadiyyatında böyük maraq doğurur.

Azərbaycanın iqtisadçı alimləri, akademiklər - A.A.Nadirov, Z.Ə.Səmədzadə, Ə.Abbasov, professorlar- Ş.H.Hacıyev, Ş.Ə.Axundov, İ.Ə.Feyzullabəyli, F.N.Ələsgərov, M.Ə.Axundov, T.S.Vəliyev, S.İ.Səfərov, G.Ə.Gənciyev, T.Ə.Hüseynov, Ə.Q.Əlirzayev, A.Ş.Şəkərəliyev, A.N.Tağıyev, Ə.P.Həsənov və dosentlər - Ş.O.Orucov, S.Ə.Əhmədov, N.Mustafayev, M.Q.Məmmədov, A.T.Məmmədov, Ş.Ə.Ağabəyov, N.M.Kərimov, F.H.Hacıyev, E.M.Hüseynov, M.Q.Ağamalıyev, Ə.Ə.Ələkbərov və başqaları marketinq, bazar iqtisadiyyatının ayrı-ayrı sahələri üzrə müəyyən tədqiqat əhəmiyyətli dərslik, dərs vəsaiti, monoqrafiya və elmi məqalələr çap etdirmişlər.

Qeyd etmək lazımdır ki, ölkənin iqtisadiyyatında baş verən dəyişiklik təhsil və elmdə marketinqin statusunu da dəyişdirdi. İndi özünün nüfuzunu qoruyan və Avropa standartlarına uyğun kadr hazırhğı ilə öyünən elə bir ali məktəb tapmaq olmaz ki, marketinq kursunu öyrənmədən mütəxəssis hazırlığı proqramını yerinə yetirsin.

1990-ci ilədək keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanın təhsil müəssisələrində "Marketinq" kursunun proqramını müəyyən qədər əks etdirən "Tələbin proqnozlaşdırılmasının əsasları və ticarətin konyunkturası", "Tələbatşünaslıq" və "Bazarşünaslıq" fənləri tədris edilmişdir.

1997-ci ildən respublikamızın ali təhsil məktəblərində bakalavr və magistr səviyyəsində İİ 020300-"Marketinq" ixtisası üzrə marketoloq hazırlığının Dövlət Təhsil Standartı fəaliyyət göstərir və bu 2006-cı ildə yeniləşmişdir.

Yaxın zamanlarda "Marketinq" qısa kursu orta məktəblərdə də öyrənilməyə başlanacaqdır.

Müəlliflər-T.Ş.Şükürov 1980-çi ildən Azərbaycan Kooperasiya Universitetində "Bazarşünaşlıq"-"Marketinq", R.Ş.Şükürov isə Azərbaycan Texnologiya Universitetində "İqtisadi nəzəriyyə"-"İqtisadiyyat" kurslarını tədris etməklə çoxillik pedaqoji praktikaya malikdir. Həmin dövrdən başlayaraq elmi məqalələrini, metodiki göstəriş, proqram və bir neçə dərs vəsaitini məhz marketinq problemlərinə həsr etmişlər.

Müəlliflər bu kitabın hazırlanmasında və ərsəyə çatmasında böyük əməyi olan ali təhsilli texnoloq, Z.Ş.ƏIiyevaya və İqtisadiyyat magistri, kompüter-dizayn tərtibatçısı Fuad Şirin oğlu Şükürova təşəkkür edirlər.

Ən başlıcası, rəyçilər-Azərbaycan Dövlət İqtisad Universitetinin pro-fessoru, iqtisad elmləri doktoru, Ş.H.Hacıyevə, həmin universitetin "Mar-ketinq" kafedrasının professoru, iqtisad elmləri doktoru, Ş.Ə.Axundova və Azərbaycan Kooperasiya Universitetinin kafedra müdiri, iqtisad elmləri namizədi, dosent N.M.Kərimova dərin minnətdarlığını bildirirlər.

Bu dərs vəsaiti bakalavr və magistr tələbələrə, həmçinin marketinq fəaliyyəti ilə məşğul olan müəssisə rəhbərləri, sahibkarlar, biznesmenlər, kommersantlar və digər mütəxəssislərə marketinq tədqiqatları üzrə tədris ədəbiyyatlarında mövcud çatışmamazlığı aradan qaldırmağa kömək edəcəkdir.

Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 sentyabr 2002-ci il tarixli 887 saylı əmri ilə təsdiq edilmiş "İİM 020023-Marketinq" ixtisası üzrə təhsilin magistr pilləsi üçün "Marketinq tədqiqatları" kursunun nümunəvi

12
Marketinq tədqiqatları


proqramma uyğun olaraq hazırlanmışdır. Bu istiqamətdə "Magistr" pilləsi üçün sistemləşdirilmiş dərs vəsaiti ilk təşəbbüsdür. Odur ki, nöqsansız deyildir.

Rəy və təkliflərini bildirən oxuculara (Bakı, Nəcəf Nərimanov küçəsi 8b, Azərbaycan Kooperasiya Universiteti) əvvəlcədən təşəkkür edirik.




13
Marketinq tədqiqatları



MÜNDƏRİCAT

Müəllifdən 5

Atanın peşmançılığı 10

Giriş 12
I BÖLMƏ

MARKETİNQİN NƏZƏRİ -METODOLOJİ ƏSASLARI
I Fəsil. Marketinqin müasir konsepsiyaları, fəaliyyət mühiti və fıınksiyaları

  1. Marketinqin mahiyyəti, məzmunu, müasir inkişaf konsepsiyaları və əsas problemləri 17

  1. Marketinq mühiti və marketinq kompleksi 32

  2. Marketinqin əsas vəzifələri, prinsipləri və funksiyaları 50


II Fəsil. Marketinqin planlaşdırılması, təşkili və idarə edilməsi

  1. Marketinqin planlaşdırılması 55

  2. Marketinqin təşkili, idarəetmə və nəzarət 63


II BÖLMƏ
MARKETİNQ TƏDQİQATLARI


III Fəsil. Marketinq tədqiqatları və informasiya təminatı
3.1. Marketinq tədqiqatlarının məqsədi, vəzifələri və əsas

istiqamətləri 80

3.2 Marketinq tədqiqatlarının inkişaf mərhələləri

və qiymətləndirilmə meyarları 89

3.3. Marketinq tədqiqatlarının metodiki əsasları və

informasiya sistemi 102

3.4. Marketinq informasiyasının toplanması və təhlili 117



IV Fəsil. Marketinq tədqiqatlarının apardmasının təşkili və texnologiyası
4.1.Marketinq tədqiqatlarının aparılmasının

təşkili və prosesləri 133

4.2.Mal bazarlarınm tədqiqi 148

4.3.Marketinq sistemində mal siyasəti və malların tədqiqi 167

4.4.İstehlakçıların tədqiqi 174

4.5.Bazarın fırma quruluşu və rəqabətin tədqiqi 186

4.6.Bazarın seqmentləşdirilməsi 199

4.7.Marketinqdə qiymət siyasəti və onun tədqiqi 211


421
T.Ş.Şükürov, R.Ş.Şükürov


4.8.Marketinq tədqiqatları sistemində satış siyasəti və mal

yeridilişinin təşkili 223

4.9.Marketinq tədqiqatlarında kommunikasiya

strategiyası və reklam 231

4.10. İnternet şəbəkədən marketinq tədqiqatlarında istifadə 251

4.1 l.Marketinq tədqiqatlarında proqnozlaşdırma 263
III BÖLMƏ

FƏALİYYƏT SAHƏLƏRİ VƏ SFERALARINDA MARKETİNQ
V Fəsil. İstehsal vasitələri bazarında marketinq, maddi-texniki

təchizat və satış
5.1.İstehsal vasitələrinin mahiyyəti və təsnifatı 282

5.2.İstehsal vasitələri marketinqinin məzmunu,

xüsusiyyətləri və funksiyaları 287

5.3. Maddi-texniki təchizat və satış-istehsal vasitələrinin

marketinqi kimi 293
VI Fəsil. Sənayedə marketinq


  1. Sənayedə marketinqin mahiyyəti və funksiyaları 299

  2. Sənaye marketinqinin idarə edilməsi 306


VII Fəsil. Aqrobiznesdə marketinq

  1. Aqromarketinqin xüsusiyyətləri və funksiyaları 313

  2. Aqromarketinqin idarəetmə, informasya və

planlaşdırma sistemi 319

7.3. Aqrobiznesdə marketinq tədqiqatları 322


VIII Fəsil. Ticarətdə marketinq
8.1. Ticarət marketinqinin mahiyyəti, növləri, məqsədi

və vəzifələri 325

8.2. Ticarət marketinqinin qanunauyğunluqları, prinsipləri və
idarəetmə qərarları 331
IX Fəsil. Təhsil xidmətində marketinq
9.1.Təhsil xidməti marketinqinin mahiyyəti, məqsədi və vəzifələri.......... 346


  1. Təhsil xidməti marketinqinin prinsipləri və ətraf mühiti 353

  2. Azərbaycanda marketoloq kadrlann hazırlanması 357


X Fəsil. Beynəlxalq marketinq

  1. Beynəlxalq marketinqin mahiyyəti və əsas konsepsiyaları 363


422
Marketinq tədqiqatları




  1. Beynəlxalq marketinq tədqiqatları 373

XI Fəsil. Kooperasiyada marketinq-koopmarketinq

  1. Kooperasiyanın mahiyyəti və xüsusiyyətləri 381

  2. Kooperasiya sistemində marketinq tədqiqatları 383

  3. Koopmarketinqin təşkili və idarə edilməsi 387

Əlavələr 393

Ədəbiyyat 415



423
T.Ş.Şükürov, R.Ş.Şükürov



Tahir Şükür oğlu Şükürov Rəfael Şükür oğlu Şükürov
MARKETİNQ TƏDQİQATLARI

(dərs vəsaiti)

Nəşriyyatın müdiri: Əhməd ZİYƏDDİNOĞL U Kompüter tərtibatçısı

və dizayn: Namiq VƏLİOGLU

Korrektor: Nuranə MEHTİYEVA

Yığılmağa verilib: 08.01.2007

Çapa imzalanmış: 30.03.2007.

Kağız formatı 70x100 1/8

Fiziki çap vərəqi 53.



Tirajı 500.


Kitab Azərbaycan Kooperasiya Universitetinin mətbəəsində səhifələnmiş və ofset üsulu ilə çap olunmuşdur.

Ünvan: Bakı şəhəri, Nəcəf Nərimanov küç. 8b .


424

Yüklə 123,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə