T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə43/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

 
 
 
 
Yarımoxlar və intiqal valları 
Mexaniki transmissiyalı avtomobillərdə burucu moment aparan təkərlərə yarımoxlar və 
ya intiqal valları ilə ötürülür. 
Arxa intiqallı və asılı asqılı avtomobillərdə burucu moment diferensialdan təkər topuna 
yarımoxlar
vasitəsilə ötürülür. 
Avtomobillərdə müxtəlif tip yarımoxlar istifadə olunur.Yarımoxlar konstruksiyasına görə 
iki kateqoriyaya bölünür: 
yarım –yüksüzləşdirilmiş (semi-floating axle) yarımoxlu körpülər; 
tam yüksüzləşdirilmiş (full floating axle) yarımoxlu körpülər. 
Yarım-yüksüzləşdirilmiş yarımox xarici sonluğu ilə arxa körpünün tirində yerləşdirilmiş 
yastığa söykənir. Yarım-yüksüzləşdirilmiş yarımoxlu sxemdə yarımox burucu momenti 
ötürməklə yanaşı, eninə yükləmələri və avtomobilin çəkisini də qəbul edir. 
Yarım-yükləşdirilmiş yarımoxlar, adətən, oxa düşən yüklənmə böyük olmayan minik 
avtomobillərində və kiçik yükgötürmə qabiliyyəti yük avtomobillərində istifadə edilir. 
Yarım-yüksüzləşdirilmiş yarımoxlu sxemin üstünlükləri: 
daha sadə konstruksiyadır;çəkisi azdır; 
Çatışmayan cəhətləri: 
kiçik yüklənmə qabiliyyəti: 
yarımox qırıldıqda,bütün mümkün nəticələri ilə təkər sadəcə avtomobildən ayrılır. 
Tam yüksüzləşdirilmiş yarımox körpünün tirində iki yastıq üzərində yerləşdirilmiş təkər 
topuna malik olur.Nəticədə tam yüksüzləşdirilmiş yarımoxlu sxemdə yarımox yalnız 
burucu momenti ötürür, eninə yüklənmələri və avtomobilin çəkisini qəbul etmir.Tam 
yüksüzləşdirilmiş yarımoxlar,adətən, oxa düşən yüklənmə böyük olan orta və böyük 
yükgötürmə qabiliyyətli yük avtomobilləri və avtobusların aparan körpülərində istifadə 
edilir. 
Üstünlükləri: 
böyük yüklənmə qabiliyyəti; 


yarımox qırıldıqda,onu sadəcə çıxartmaq olar (əgər bu tam intiqallı avtomobildirsə -bir 
körpü ilə hərəkət etmək olar).
Çatışmayan cəhətləri: 
daha mürəkkəb konstruksiyadır;çəkisi çoxdur. 
Avt-bilin qabaq və arxa oxlarının 

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə