sabit qalır.Deməli tsikldə silindrin yanma məhsullarından təmizlənməsi və yeni qarışıqla
doldurulması prosesləri yoxdur. 3)ətraf mühitə istilik verilmir,sıxma və genişlənmə
prosesləri adiabatikdir.4)yanacağın yanması , istilik mübadiləsi , silindrlərin
təmizlənməsi prosesləri əvəzinə işçi cismə isti mənbədən Q1 istiliyinin verilməsi və
ondan Q2 istiliyinin alınması prosesləri gedir.İsti mənbədən istilik sabit
həcmdə(V=const) ,sabit təziqdə (p=const) və ya həm həcmdə,qismən sabit olduğu
(qismən V=const,qismən də p=const) şəraitdə, soyuq mənbəyə isə istilik yalnız sabit
həcmdə (V=const) verilir. Tsikldə istiliyin mexaniki işə çevrilməsi mümkün olan
dərəcədədə, yəni ideal tsiklin termodinamik faydalı iş əmsalı maksimum qiyməyə
malikdir.Porşenli mühərriklər nəzəriyyəsində ideal tiskldən başqa nəzəri və real tsikllər
də öyrənilir. NƏZƏRİ TSİKL ideal tsikldən onunla fərqlənir ki, ondakı içşi cisim real
mühərrikdə olduğu kimi tərkibi və istilik tutumu dəyişən real qazdır.Yanacaq
tamamilə yanır, istilik itkiləri yoxdur(istilik mübadiləsi yoxdur) və həmçinin yanma
prosesi ideal tsikldəki istilik tutumu verilmə qanunları üzrə gedir.Real tsikllər
mühərrikin silindrlərində alınır. Tsikl ideal şəraitdə əmələ gəlir və ən yüksək
ğöstəricilərə malik olur.Nəzəri tsiklin əmələ gəlmə şəraiti real tsiklin şəraitinə
yaxınlaşır.Real tsikl isə real mühərrikdə alınır.Nəzəri tsikl ideal və real tsikllərə nisbətən
aralıq yer tutur.Nəzəri tsikl də ideal tsikl kimi yalnız nəzəri olaraq mümkündür,ancaq
onun alınma şəraiti həqiqi tsikin alınma şəraitinə daha yaxındır.İdeal və nəzəri tsikllərin
öyrənilməsindən məqsəd sıxma dərəcəsi , istiliyin verilmə üsulu ( yanma prosesi),
mühərrikin yükü ( verilən istiliyin miqdarı) kimi əsas parametrlərin mühərrikin işinə
təsirini aydınlaşdırmaqdır.
Dostları ilə paylaş: