T ü r k o L o g I y a №3 2015



Yüklə 49,33 Kb.

tarix20.08.2018
ölçüsü49,33 Kb.


T Ü R K O L O G İ Y A  

 

№ 3 



2015 

 

 



 

 

 

 

 

 

FƏRMAN XƏLİLOV 

 

MÜXBİR ÜZV QULİYEV ƏBÜLFƏZ AMAN OĞLU  

 

 

Tanınmış elm xadimi və pedaqoq Ə.A.Qu-



liyevin anadan olmasının altmış beş, elmi-peda-

qoji fəaliyyətinin 45 ili tamam olur. Əbülfəz Qu-

liyev  1971-ci  ildə  Azərbaycan  Dövlət  Univer-

sitetinin Filologiya fakültəsini fərqlənmə diplomu 

ilə bitirib bütün ömrünü Naxçıvan Dövlət Univer-

sitetində pedaqoji işə həsr etmişdir. O artıq 45 ilə 

yaxındır ki, Naxçıvan Dövlət Universitetinin Ta-

rix-filologiya fakültəsində dilimizin ilkin qaynaq-

larını  təşkil  edən  qədim  türk  dilini,  ədəbiyyatını 

və mədəniyyətini tədris edir. Gənclərə türk dillə-

rinin  formalaşması,  tarixi  inkişaf  yolları,  türk 

xalqlarının istifadə etdiyi yazı sistemləri, əlifbalar 

haqqında mühazirələr oxuyur. 

Ə.A.Quliyev  həm də,  bu  fənnin tədrisini 

təkmilləşdirmək  məqsədilə  «Qədim  türk  abi-

dələrindən  seminar  məşğələləri»  (1988)  adlı 

metodik vəsait və «Qədim türk yazılı abidələri 

müntəxəbatı»  (1993)  kitabını  hazırlayıb  nəşr 

etdirmişdir.  Ömrünün  böyük  bir  hissəsini  qə-

dim  türk  yazılarının  öyrənilməsinə,  tədris  və 

təbliğinə  həsr  edən  Əbülfəz  Quliyevin  nami-

zədlik və doktorluq dissertasiyalarının da möv-

zusu qədim türk abidələrinin dilinin tədqiqi ilə 

bağlıdır. Onun «Qədim türk yazılı abidələrinin 

sintaksisi»,  «Qədim  türk  onomastikası»,  «Or-

xon-Yenisey abidələrində feilin təsriflənməyən 

formaları»,  «Orxon-Yenisey  abidələrində  to-

ponim  və etnonimlər»,  «Qədim türk abidələri-

nə  aid  materiallar»,  «Qədim  türk  onomastika-

sının  leksik-semantik  sistemi  (2  cild)»,  «Qədim 

uyğur  türklərinin  onomastikası»  kimi  monoqra-

fik tədqiqat əsərləri bu istiqamətdə apardığı gər-

gin araşdırmaların dəyərli  nəticəsidir. Ə.A.Quli-

yevin filoloq tələbə, magistrant və elmi işçilərin 

ehtiyacını  ödəmək  üçün  «Qədim  türk  abidə-

lərinin sözlüyü» və «Əski türk onomastik sözlü-

yü»  kitablarını  çap  etdirməsi  isə  elmi  fəaliy-

yətinin  digər  bir  istiqamətini  təşkil  edir.  Yeri 

gəlmişkən qeyd edək ki, 2006-cı ildən professor 

elmi  adını  alan  bu  zəhmətkeş-alim  30  kitabın, 

300-ə yaxın elmi məqalənin müəllifidir. 

Əbülfəz  Quliyev  bir  neçə  il  dövlət  sə-

viyyəsində  Türkiyə  Cümhuriyyətinin  ali  mək-

təblərində  mühazirə  oxumağa  dəvət  olunmuş, 

o burada türkologiya,  qədim türkcə, orta türk-

cə  fənlərini  tədris  etmiş,  gənclərə  türk  dilinin 

və  ədəbiyyatının  tarixini  öyrətmiş,  sevdirmiş-

dir.  Bu  illərdə  o,  qardaş  ölkədə  zəngin  Azər-

baycan folklorunun təbliği və tərcüməçilik fəa-

liyyəti ilə də məşğul olmuşdur. Nəticədə onun 

Türkiyədə  «Azərbaycan  xalq  ədəbiyyatında 

Naxçıvan  maniləri»  və  «Azərbaycan  düyün 

türküləri» kitabları nəşr olunmuş və bu əsərlər 

oxucuların  dərin  marağına  səbəb  olmuşdur. 

Türkiyədə işləyərkən o eyni zamanda rus şərq-

şünası  A.Borovkovun  «Orta  Asiyada  tapılmış 

türkcə  “Quran”  təfsirinin  leksikası  (XII–XIII 

əsr)» adlı  irihəcmli  monoqrafiyasını (2002) türk 

dilinə  tərcümə  edərək  Türk  Dil  Qurumunun 



MÜXBİR ÜZV QULİYEV ƏBÜLFƏZ AMAN OĞLU 

 

 



73 

nəşriyyatında nəşr etdirmişdir. Bu kitabın nəşri 

Türkiyədə  həmin  sahənin  tədqiqatçıları  tərə-

findən  yüksək  qiymətləndirilmişdir.  Ə.İ.Quli-

yev eyni zamanda 1920–1921-ci illərdə Naxçı-

vanın  erməni  işğalından  xilas  edilməsində 

böyük  fədakarlıq  göstərən  türk  sərkərdəsi  ge-

neral  Veysel  Ünüvarın  Türkiyədə  nəşr  olun-

muş xatirələrini Azərbaycan dilinə uyğunlaşdı-

raraq  «Əcəmi»  nəşriyyatında  (Naxçıvan)  «Sək-

kiz ay bolşeviklərlə üz-üzə» adı ilə 2014-cü ildə 

çap etdirmişdir. 

Əbülfəz Quliyev 15 ilə yaxındır ki, ümum-

milli  liderimiz  Heydər  Əliyevin  sərəncamı  ilə 

təşkil  edilmiş  AMEA-nın  Naxçıvan  Bölməsinin 

İncəsənət,  Dil  və  Ədəbiyyat  İnstitutunun  direk-

toru vəzifəsində çalışır,  bu  elmi  tədqiqat  quru-

munun təşkili, komplektləşməsi və inkişafında 

böyük  əmək  sərf  edir.  İnstitutun  Dialektologi-

ya  şöbəsi  onun  rəhbərliyi  altında  Naxçıvanın 

dialekt  və  şivələrinin  öyrənilməsi  istiqamətin-

də  səmərəli  elmi  tədqiqat  işləri  ilə  məşğuldur. 

Bu istiqamətdə Əbülfəz Quliyev, eləcə də şöbə 

əməkdaşları  mühüm  elmi  nəticələr əldə etmiş-

lər. Şöbə AMEA Nəsimi adına Dilçilik İnstitu-

tu  ilə  səmərəli  əməkdaşlıq  edir,  həmin  bu 

əməkdaşlığın bəhrəsi olaraq akad. Tofiq Hacı-

yevin  məsul  redaktorluğu  ilə  bu  yaxınlarda 

«Elm  və  Təhsil»  nəşriyyatında  nəfis  şəkildə 

«Azərbaycan  dilinin  Naxçıvan  dialektoloji  at-

lası»  işıq  üzü  görmüşdür.  Əbülfəz  Quliyevin 

də  müəllif  kollektivində  yer  aldığı  bu  atlas 

1990-cı ildə nəşr olunmuş «Azərbaycan dilinin 

dialektoloji  atlası»  kitabının  uğurlu  davamı 

kimi diqqəti cəlb edir. Əbülfəz Quliyevin bu at-

lasın tərtibində əsas müəlliflərdən biri olması tə-

sadüfi deyil, çünki o, hələ 2010-cu və 2011-ci il-

lərdə Türk Dil Qurumu nəşriyyatında ilk dəfə iri-

həcmli  «Naxçıvan  dialekti»  və  «Naxçıvan  ağız-

larının  söz  varlığı»  monoqrafiyalarını  çapa  ha-

zırlayarkən bu sahədə zəngin təcrübə toplamışdı.  

Əbülfəz  Quliyev  dilçilik  elminin gələcə-

yi olan gənc kadrların hazırlığında öz  məhsul-

dar fəaliyyəti ilə də diqqəti cəlb edir. Onun el-

mi rəhbərliyi altında 10 nəfər dissertasiya mü-

dafiə  edərək  elmi  dərəcə  almışdır.  O,  Naxçı-

van  Dövlət  Universitetinin  nəzdində  fəaliyyət 

göstərən Dissertasiya Şurasının sədri kimi filo-

logiya  üzrə  kadr  hazırlığında  öz  əməyini  əsir-

gəmir, eyni zamanda Azərbaycan Respublikası 

Nazirlər  Kabineti  yanında  fəaliyyət  göstərən 

Terminologiya Komitəsinin və Filologiya üzrə 

Respublika  Problem  Şurasının  üzvü  kimi  sə-

mərəli  çalışmaqdadır.  Beynəlxalq  «Türkolo-

giya» jurnalının, «AMEA-nın Xəbərlər (huma-

nitar  elmlər  seriyası)»,  Türkiyədə  nəşr  olunan 

«Bilimsəl eksen», «Kültür evreni», Qazaxıstan 

Beynəlxalq Türk  Akademiyasında  nəşr olunan 

«Turki  jiğnak»  jurnalının  redaksiya  heyətinin 

üzvü kimi Azərbaycan və türk dünyasında fəa-

liyyətini, elmi əlaqələrini davam etdirir.  

Əbülfəz  Quliyev  həmişə  öz  elmi  bilik  və 

təcrübəsini həmkarları, məsləkdaşları ilə bölüşür, 

beynəlxalq  aləmdə  türkologiya  sahəsində  əldə 

olunmuş  nailiyyətləri  praktikaya  tətbiq  etməyə 

çalışır. Bu məqsədlə o, indiyədək dünyanın bir çox 

ölkəsinə  elmi  ezamiyyətə  getmiş,  Azərbaycan  el-

mini şərəflə təmsil etmişdir. O, Ankara, İstambul, 

Moskva,  Zaqreb,  Tiflis,  Tehran,  Aşqabad,  Daş-

kənd və s. şəhərlərdə türkologiyaya aid keçirilmiş 

qurultay və konfranslarda yüksək səviyyədə iştirak 

və  məruzə  etmişdir.  Bu  beynəlxalq  elmi  məclis-

lərdə aldığı təşəkkürnamə və diplomlar alimin ar-

xivində qiymətli sənəd kimi qorunur.  

Azərbaycan Yazıçılar Birliyi və Türk Dün-

yası Yazarlar Birliyinin Türkiyə üzvü olan Əbül-

fəz  müəllim  bədii  yaradıcılıqla  da  davamlı  şə-

kildə məşğul olur. Azərbaycanın Türkiyədəki ilk 

səfiri  həmyerlimiz  İbrahim  Əbilovun  Türkiyə 

Cümhuriyyətinin qurucusu Mustafa Kamal  Ata-

türklə dostluğundan, birgə əməkdaşlığından poe-

tik bir üslubda bəhs edən «Qazi Mustafa Kama-

lın  dostu»  sənədli  povesti  Azərbaycan-Türkiyə 

dostluğunun şanlı tarixinin öyrənilməsi baxımın-

dan  qiymətli  bir  mənbədir.  Bu  kitab  Bakıdakı 

Azərbaycan  Atatürk  Mərkəzi  tərəfindən  nəşr 

olunmuşdur. 2013-cü ildə bu əsər Yusuf Gədikli 

tərəfindən  Türkiyə  türkcəsinə  tərcümə  edilərək 

Türkiyə  Cümhuriyyəti  Mədəniyyət  və  Turizm 



FƏRMAN XƏLİLOV 

 

 



74 

Nazirliyinin  nəşriyyatında  işıq  üzü  görmüşdür. 

Əbülfəz Quliyev tərcümə işi ilə də geniş şəkildə 

məşğul olur. O, görkəmli türk şairi və sufi mütə-

fəkkiri  Mövlana  Cəlaləddin  Ruminin  (XIII  əsr) 

«Məsnəvi»sinin  ilk dəfə Azərbaycan dilinə  filo-

loji  tərcüməsini  həyata  keçirmiş,  Naxçıvandakı 

«Əcəmi»  nəşriyyatında  3  cilddə  (2012)  nəşr  et-

dirmişdir. Özbək şairi Məhəmməd Salihin «Şey-

baninamə» poemasını (XVI əsr) Azərbaycan di-

lində transkripsiya  və tərcümə  ilə birlikdə  nəşrə 

hazırlamışdır. 

Prof.  Ə.İ.Quliyev  məhsuldar  elmi  fəaliy-

yətinə görə 2007-ci  ildə  AMEA-nın  müxbir üz-

vü seçilmişdir.  

Əbülfəz Quliyev elmi-pedaqoji fəaliyyəti 

qədirbilən  xalqımız  və  müstəqil  dövlətimizin 

başçısı tərəfindən yüksək qiymətləndirilmiş, o, 

ölkə  prezidentinin  sərəncamı  ilə  respublikanın 

əməkdar müəllimi fəxri adını almışdır. Bundan 

əlavə, o, Türkiyə ilə Azərbaycan arasında elmi 

və  mədəni  əlaqələrin  inkişafındakı  səmərəli 

xidmətlərinə görə Avrasiya kurumunun ödülü-

nə  layiq  görülmüşdür.  Naxçıvan  Muxtar  Res-

publikasında  elmə  göstərilən  qayğının  bir  nü-

munəsi  kimi  Ali  Məclis  Sədrinin  göstərişi  ilə 

onun  bir  neçə  kitabının  türk  dilindən  tərcümə 

edilərək  Naxçıvanda  «Əcəmi»  nəşriyyatında 

nəşr edilməsini də qeyd etmək yerinə düşər. 

Zəhmətkeş  alim,  yorulmaz  tədqiqatçı  sə-

mərəli  elmi  fəaliyyətinə  görə  Azərbaycan  Milli 

Elmlər Akademiyasının Rəyasət Heyətinin fəxri 

fərmanı ilə təltif olunmuşdur. 

 

 

 

FARMAN KHALILOV 

 

CORRESPONDING MEMBER GULIYEV ABULFAZ AMAN OGHLU  

 

S u m m a r y 

 

Prominent  turkologist,  corresponding  member  of  ANAS,  doctor  on  philology,  professor 



Abulfaz  Aman oglu  Guliyev  has  lived  an  honourable  life.  Abulfaz Guliyev  who  has devoted  45 

years of his  life to education graduated from the Philology  faculty of Baki State University with 

honours diploma  in 1971th  years and  began to work  in  modern Nakhchivan  State University. In 

here  he  was  worked  as  teacher,  head  teacher,  docent,  professor,  chief  of  chair  duties.  From  the 

beginning  of  2003rd  year  he  is  the  director  of  Art,  Language  and  Literature  Institute  of 

Nakhchivan  Branch  of  ANAS.  Abulfaz  Guliyev`s  investigation  field  is  devoted  to  learn  ancient 

turkish written  monuments, turkish onomastics, dialectology and the history of turkish literature. 

Abulfaz Guliyev`s 32 monography and books, about 300 articles has been published till today.  



 

Key words: scientist, turkologist, Azerbaijan, linguistics, literature  

 

 



 

 

 



 

 

 




MÜXBİR ÜZV QULİYEV ƏBÜLFƏZ AMAN OĞLU 

 

 



75 

ФАРМАН ХАЛИЛОВ 

 

ЧЛЕН-КОРРЕСПОНДЕНТ ГУЛИЕВ АБУЛЬФАЗ АМАН ОГЛУ  

 

Р е з ю м е 

 

Известный  тюрколог,  член-корреспондент  НАНА,  доктор  филологических  наук, 



профессор  Абульфаз  Аман  оглу  Гулиев  прошёл  достойный  жизненный  путь.  45  лет  своей 

жизни  учёный  посвятил образованию.  В  1971 г., окончив  с отличием  филологический  фа-

культет  Азербайджанского  госуниверситета,  он  получил  назначение  в  Нахчыванский 

государственный  университет. Здесь А.Гулиев работал преподавателем, старшим препода-

вателем,  доцентом,  профессором,  заведующим  кафедрой.    С  2003  г.  он  является  директо-

ром  Института  культуры,  языка  и  литературы  Нахчыванского  отделения  НАНА.  Круг  его 

научных интересов – это древние тюркские письменные памятники, тюркская ономастика, 

диалектология  и  история  тюркской  литературы.  А.Гулиев  –  автор  32  книг  и  около  300 

научных статей. 

 

Ключевые слова: учёный, тюрколог, Азербайджан, языкознание, литература  

 

 

 



Ünvan: AZ7000. Naxçıvan, Heydər Əliyev pr., 76. AMEA-nın Naxçıvan Bölməsi. İncəsənət, Dil 

və Ədəbiyyat İnstitutu – şöbə müdiri, fil.e.d. 



 

e-mail: ebulfezamanoglu@yahoo.com 

 

 



 

Çapa təqdim edən 

 Solmaz Süleymanova – 

«Türkologiya» jurnalının  

baş redaktorun müavini 

 

 

Məqalənin redaksiyaya  



daxil olma tarixi  

 

 



15.VII.2015 

 

Təkrar işlənməyə  



göndərilmə tarixi  

 

4.IX.2015 



 

Çapa göndərilmə tarixi 

19.X.2015 



 

 

________ 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə