T ü r k o L o g I y a №4 2015



Yüklə 114,47 Kb.

tarix31.10.2018
ölçüsü114,47 Kb.


T Ü R K O L O G İ Y A  

 

№ 4 

2015 

 

 



 

 

M A T E R İ A L L A R   V Ə   M Ə R U Z Ə L Ə R  

 

 

 

 

SEVİL MEHDİYEVA 

 

İSTİQLAL ŞAİRİ BƏXTİYAR VAHABZADƏ  

 

X ü l a s ə.  XX  əsr  Azərbaycan  ədəbiyyatının  görkəmli  nümunəsi  Azərbaycanın  Xalq  şairi, 

ədəbiyyatşünas, ictimai-siyasi xadim, akademik Bəxtiyar Vahabzadə xalqına, torpağına dərin köklərlə 

bağlı şair olmaqla həm də xalq mənəviyyatına, xalq dilinə dərin köklərlə bağlı olmuş bir istiqlal şairi 

olaraq  xalqın  ictimai-siyasi  ruhunun  özünə  qaytarılmasında  mühüm  rol  oynamışdır.  Yaradıcılığının 

ilk  illərindən  xalq  şairi  B.Vahabzadə  özünü  daha  çox  savaş  meydanında  xalqın  müstəqilliyi  və 

azadlığı uğrunda mübarizənin əsgəri hesab etmiş və bunu öz yaradıcılıq amalına çevirmişdir.  



 

Açar sözlər: poeziya, şeir, vətən, istiqlal, xalq, xalq dili 

 

 

Çağdaş türk dünyasının böyük siyasi xadi-



mi, Azərbaycan  xalqının ümummilli  lideri Hey-

dər Əliyev XX əsr Azərbaycan istiqlal ədəbiyya-

tından  danışarkən  xalq  şairi  akad.  Bəxtiyar  Va-

habzadəni  bu  ədəbiyyatın  önündə  gedən  milli 

şair olduğunu qeyd edərək göstərirdi ki, Bəxtiyar 

Vahabzadə,  Məmməd  Araz,  Xəlil  Rza  Ulutürk, 

XX  əsrin  istiqlal  şairləri  kimi,  xalqın  önündə 

getdilər,  xalq  onları  sevdi,  onlara  inandı,  xalqın 

milli şüur və düşüncələrini özünə qaytarılmasın-

da bu şairlər mühüm rol oynadılar. 

Bu  gün  fəxarət  hissilə  deyirik  ki,  Bəxtiyar 

Vahabzadə hələ 50-ci illərdən özünü xalqın milli 

şairi kimi təsdiq edə bildi. «Gülüstan» poemasın-

da  vətənin  ikiyə  parçalanmasına  etiraz  olaraq  öz 

milli-mənəvi ağrılarını xalqın diqqətinə çatdırdı: 

 

Min ləkə vurdular şərəfimizə… 



Biri «baran» dedi, biri «xər» dedi [1. S.5].  

Şair ürək  yanğısı  ilə  iki  imperiya (rus və 

fars) əsarətində olan Azərbaycan türk xalqının 

mənəvi təhqir olunmasını xalqa ünvanladı. 

Akad. Yaşar Qarayev göstərirdi ki, «Gü-

lüstan»  poemasının  ədəbiyyatımıza  gəlişi  ta-

mamilə  yeni  səsli  bir  şairin  gəlişi  olmaqla, 

həm  də  poeziyamıza  «milli  narahatlığın tərcü-

manı»,  xalqın  «dərdinin dəlisi»,  azadlıq,  istiq-

lal uğrunda mübarizənin əsgəri – bu mübarizə-

də  xalqın  «vəkil»inin  gəlişi  demək  idi.  Şair 

özü bu haqda 1968-ci ildə belə deyirdi:  

 

Mən kiməm, qərəzim nə? 



Qarşı durdum zillətə.  

Vəkil etdi kim məni 

Bilmirəm bu millətə?! [1. S.5] 

 

Sonralar  Bəxtiyar  Vahabzadə  rəsmi  şəkil-



də  millət  vəkili  seçilsə  də,  şair  özünün  çox-çox 

6 «Türkologiya», № 4 




SEVİL MEHDİYEVA 

 

 



82 

əvvəllərdən  xalqa  vəkil  olduğunun  cavabını 

yenə də özü verdi: 

 

Bu zülmün, bu zillətin 



Sonunu görmək çətin! 

Vəkil etdi millətin 

Çəkdiyi sitəm məni! [1. S.45; 2] 

 

Yaradıcılığının  ilk  illərindən  xalq  şairi 



özünü  sənət  meydanında  eşq,  gözəllik  aşiqin-

dən  daha  çox  savaş  meydanında  istiqlal  və 

azadlıq  əsgəri  hesab  etmiş,  millətin  azadlıq 

ideyalarını ön plana çəkmiş, öz poetik amalına 

çevirmişdir.  Bu  mənada  şairin  son  «Qeybdən 

səs»  şeirlər  çələngində  «Sandıqdan  səslər» 

bölməsində  verilmiş  şeirlər  məzmun  etibarilə 

bu  günə  qədər  məhz  siyasi  qayəsinə  görə  çap 

olunmayan,  milli  mənliyimizi  təhqir  edən  im-

periya siyasətini kəskin tənqid edən əsərlərdir. 

Bəxtiyar  Vahabzadə  çağdaş  şeirin  tari-

xinə ikinci dünya müharibəsindən sonrakı nəs-

lin  nümayəndəsi  kimi  daxil  olmuş,  Aprel 

çevrilişinin,  37-ci  illər  vəhşətinin,  dünya  mü-

haribəsinin imtahanından çıxan milli şeiri son-

rakı  «dinc  illərin»,  əxlaqi  axtarışların,  texniki 

inqilabların, «yenidənqurma»nın, azadlıq hərə-

katı  və  suverenliyin  sınağından  qoruyub-sax-

lamaq  bu  nəslin  öhdəsinə  düşmüşdür.  Nəslin 

uğurlarını  qabarıq  şəkildə  ifadə  etmək  isə  bir 

şair  kimi  Bəxtiyar  Vahabzadəyə  nəsib  oldu. 

Nəslinə,  kökünə,  xalqına  bağlılıq  təkrarsiz 

milli cəhdlər, milli sayıqlıq Bəxtiyar Vahabza-

də  şeirini  çağdaş  Azərbaycan  poeziyasının  ta-

rixi-bədii faktına və hadisəsinə çevirdi [3. S.7] 

XX  əsrin  50-ci  illərində  şair  «Gülüstan»  poe-

masını  yazmaqla  milli  təəssübkeşliyi  ilə  seçil-

di  və  sözün  həqiqi  mənasında  milli  şair  missi-

yasını  qazandı,  bu  adı  son  nəfəsinə  qədər  şə-

rəflə daşıdı. 

Akad.  Yaşar  Qarayev  Azərbaycan  milli 

fikrinin  inkişafında  60–70-ci  illəri  azadlıq  və 

müstəqillik  ideologiyasının  oyanış  dövrü  ad-

landırırdı.  Alimin  fikrincə,  bu  dövrlərdən  pər-

vazlanan  «milli  renessansı»  məhz  həmin  döv-

rün romantik şairlərinin, milli şüarlı ziyalıları-

nın  istiqlal  çağırışları  yetışdirib  ərsəyə gətirdi. 

Alim  məsələyə  bir qədər də aydınlıq gətirərək 

yazır:  «Ümumiyyətlə,  dünyanın  ən  romantik 

və  tragik  istiqlalı  Azərbaycan  istiqlalı  olmuş-

dur,  dünyada  istiqlalın  ən  romantik  şeirini  də 

həmişə  türk  şairləri  yaradıblar;  Mehmed  Akif 

Ərsoy, Məhəmməd Hadi, Hüseyn Cavid, Əhməd 

Cavad,  Nazim  Hikmət,  Səməd  Vurğun,  Rəsul 

Rza. İstiqlal rəmzini həm şeirində, həm sinəsin-

də  gəzdirən  onların  davaçıları,  çağdaş  şairlər  – 

Bəxtiyar  Vahabzadə,  Məmməd  Araz,  Xəlil  Rza 

bu ənənəni davam etdirmişlər» [3. S.9]. 

İstiqlal – xalqın azadlıq qələbəsi onun ana 

dilinin vəziyyəti, durumu ilə yaxından bağlıdır. 

V.Q.Belinski  ədəbi  dilin  apogey  –  ən  yüksək 

səviyyəsini onun xalq dilinin bütün incəlikləri-

nə  nə  dərəcədə  yiyələnməsində  görürdü.  O 

göstərirdi  ki,  A.S.Puşkinin  rus  ədəbi  dilinin 

banisi səviyyəsini fəth etməsində dayəsi Arina 

Rodionovnanın şairə uşaq yaşlarında söylədiyi 

rus  xalq  nağıllarının,  biliklərinin  az  təsiri  ol-

mamışdır.  Bu  mənada  XX  əsr  türk  xalqının 

böyük  istiqlal  şairi  Nazim  Hikmətin  dil  haq-

qında  dediyi  fikirlər  V.Q.Belinskinin  fikirləri 

ilə üst-üstə düşür. 

T.Hüseynovanın  tədqiqatına  görə,  türk 

istiqlalının  görkəmli  nümayəndəsi  böyük  şair 

Nazim Hikmət canlı xalq dili  ifadəsini (Belin-

skinin  işlətdiyi  «просторечие»)  daha  səmimi 

bir  variantda  –  «köylü  dili»  variantında  işlət-

mişdir.  Nazim  Hikmət  «köylü  dili»  deyərkən 

canlı danışıq dilinin içi, rüşeymini, ana dilinin 

qat-qat  geniş  mənzərəsini  nəzərdə  tuturdu  [4. 

S.18]. 


Müşahidələrimiz bir daha göstərir ki, Azər-

baycan  istiqlalının  öncül  nümayəndəsi  akad. 

B.Vahabzadə,  dil,  din,  məslək  qardaşı  Nazim 

Hikmət kimi, ana dilinin adi sözlərinə siyasi don 

geydirməklə, siyasi leksika ilə canlı danışıq dili 

leksikasını birləşdirərək, xüsusi bir üslubda öz 

məsləkini  tərənnüm  etmiş,  bununla  da,  siyasi 

leksikanı  milliləşdirmiş,  eyni  zamanda  canlı 

danışıq  dili  sözlərinə  çağdaş  dəb  vermiş,  onu, 



İSTİQLAL ŞAİRİ BƏXTİYAR VAHABZADƏ 

 

 



83 

bir  növ,  modernləşdirmiş,  özünəməxsus  üslu-

buna nail olmuşdur:  

  

Qoparmadı Tanrısı  



Qolumuzdan zənciri,  

Dilimizdən kilidi [1. S.17]. 

 

Torpağın altındadır torpağın sahibləri,  



Gəlmələr torpaq üstə torpağa sahib olmuş [1. S.19]. 

 

Məndən qorxursan? 



 – Bəli! 

Qorxursansa sən əgər,  



Ay pəzəvəng, yekəpər, 

Mənim köhnə düşmənim! 

Bəs niyə əl-qolumu 

Bağlamısan sən mənim?! [1. S.37] 

 

Vətəndaş  şair  milli  semantikalı  söz  bir-



ləşmələri,  sabit  ifadələr  işlətməklə  şeirlərini 

xalqın sevərək mənimsəməsinə imkan yaradır: 

 

Əcnəbi pul qırır xərabəsindən, 



Bizə düşmən olub sərvətimiz də! [1. S.20] 

 

Həm insanı, həm torpağı 



Necə verdik biz güdaza?? [1. S.87] 

 

Hansı qanunda var ki, 



Çağrılmamış qonaqlar 

Evin sahibi olsun?!  

Hansı qanunda var ki, xalqın ləyaqətini 

Ayaqlara atasan, «indi xoşbəxtsən» – deyə 

Əl çalıb oynadasan??!! [1. S.116] 

 

Bu  məqsədlə  şair  tez-tez  öz  siyasi  fikir-



lərini  xalqa  dərhal  çatdırmaq  üçün  adi  məişət 

sözlərini  məharətlə  şəxsləndirmə  prinsipindən 

istifadə edir: 

 

Cavidin əzabını, 



Dərdini yazanda mən, 

Söz cırdı köynəyini, 

Söz atdı örpəyini. 

Daş kimi çılpaq oldu  

Daş üzümə ağ oldu, 

Daş kimi şaqqıldayıb  



Söz bir-birinə dəydi, 

Sözlər başını əydi, 

Bu kədərin önündə... [1. S.110] 

 

Xalq şairi Bəxtiyar Vahabzadənin şeirlə-



rində kontrastlarla dolu motivlər linqvistik ba-

xımdan zidd mənalı sözlər-antonimlər vasitəsi-

lə təzahürünü tapır:  

 

Mən öz faciəmi səadət bildim, 



Toyumda ağladım, yasımda güldüm, 

Zülmətə nur dedim, yoxa var dedim. 

Ən böyük bədbəxtə bəxtiyar dedim. 

Ayıra bilmədim xeyiri şərdən, 

Doğrunu əyridən, duzu şəkərdən [1. S.97]. 

 

Qeyd  etmək  lazımdır  ki,  B.Vahabzadə-



nin  əsərləri  üçün  belə  ziddiyyətli  məqamlar 

çox  səciyyəvidir,  çünki  şairin  dünyagörüşü, 

ideyası,  məsləki  hər  zaman  mövcud  totalitar, 

imperiya  rejiminə  qarşı  kontrastlar,  ziddiyyət-

lər, mübarizələr müstəvisində toqquşurdu. 

Lenin  və  SSRİ  Dövlət  mükafatları  lau-

reatı, Sosialist Əməyi Qəhrəmanı, qırğız-sovet 

və dünya ədəbiyyatının görkəmli nümayəndəsi 

Çingiz Aytmatov şair haqqında deyirdi ki, bizi 

əhatə  edən  aləm  B.Vahabzadəni  dərindən  dü-

şündürür:  hər  incə  məqamı  poeziya  səviyyə-

sinə  qaldırmaq  ehtirası  B.Vahabzadənin  fitrə-

tindədir. Bu həqiqətlərə bir də onu əlavə etmək 

olar ki, bütün bunları şairin həm də Füzuli ahı-

nın alovlanan xüsusi can yanğısı və ürək ağrısı 

ilə  tərənnüm  etməsindədir.  Şairin  məşhur,  xal-

qın dilində artıq aforizmə çevrilmiş 1. Şam əgər 

yanmırsa,  yaşamır  demək!  2.  Onun  da  həyatı 

yanmağındadır!  –  beyti  şairin  yaradıcılığının 

əsas istiqaməti, qayəsi, leytmotivi olmuşdur. 

B.Vahabzadənin  yaradıcılığından  keçən 

həmin  ağrı  onun  ürəyinin  kapilyarlarına  qədər 

yayılaraq,  adi  qırmızı  xətt  yox,  dünyanın  ən 

böyük  nəhrləri  –  ərəb  dünyasını  yaşadan  Nil 

6 * 



SEVİL MEHDİYEVA 

 

 



84 

irmağı,  İtil  (Volqa),  Qanq  çayları  nəhəngliyi 

ilə  müqayisə  oluna  bilər.  Bu  ağrılar  –  xalq-

millət ağrısı, dil ağrısı, torpağın bölünməsi ağrı-

sı, unutqanlıq ağrısı, biganəlik – liberallıq ağrı-

sı,  vətəndaşlıq  ağrısı,  millətin  hüquqsuzluğu, 

milli-mənəvi  dəyər  ağrısı  ümumən  xalqın  tale-

yüklü  problemlərinin  ağrısı,  onun  bütün  bədii-

publisist yaradıcılığını səciyyələndirən məxsusi 

xüsusiyyətlərdir.  Bu  mənada  şairi,  «köksündə 

dərisi  soyulmuş  ürək  gəzdirən  dahi  insan»  he-

sab edənlərin sözlərində böyük həqiqət vardır. 

Şair, həqiqətən də, böyük ağrılar yaşaya-

yaşaya yazır, millətinin, xalqının tarixini yana-

yana təsvir edir: 

 

Tariximiz danıldı, 



Uydurma tarix ilə kimliyimiz anıldı.  

Öz kökünü bilməyən gözü küllü bu millət  

Zamanın yollarında hər addımda yanıldı... 

Uydurma tarix bizi anamızdan ayırıb, 

Yad anadan alınmış bələklə qundaqladı. 

Bu xalqın tarixini düz bildirən, düz yazan 

Tarix kitablarında hörümçək tor bağladı.  

Vicdan, düzlük, həqiqət, sürgün oldu bu yerdən 

Cəsarət qılıncının ağzı düşdü kəsərdən. 

Qəbzəsində, qınında hörümçək tor bağladı. 

Dilimiz yasaq oldu, 

Ruhumuz qəlbimizdə əbədi dustaq oldu... 

Ruhumuz qan ağladı, 

Məscid qapılarında hörümçək tor bağladı. 

Vuruşmadıq, barışdıq... 

Biz «azadlıq» adlanan bir uydurma nağılla! 

Ölən düşüncələrə qəlbimiz yas saxladı... 

Həqiqət deməkdən elə qorxduq... 

Ağılla həqiqət arasında hörümçək tor bağladı [1. S.47]. 

 

İlk baxışda adi məişət ifadəsi «hörümçək 



tor  bağladı»  xalqın  iç  dünyasından  götürüldü-

yü üçün  xalqa  aydın  bir  ifadədir;  xalq dilində, 

xalq məişətində bir əşya, diqqətdən çox kənar-

da  qaldığı  halda,  unudulduqda  o  əşyanın  üzə-

rində  hörümçək  tor  bağlayır.  Şair  əmindir  ki, 

həmin  ifadəni  işlədərkən  özünün  xalqa  təlqin 

etmək  istədiyi  mənanı  oxucu-xalq  maneəsiz 

başa düşəcək, çünki xalq bilir ki, hansı hallar-

da  hörümçək  tor  bağlayır!  Şairin  böyüklüyü 

ondadır  ki,  1.  Əvvəla,  xalq  dilindən  o  frazeo-

loji  vahidi  ədəbi-şeir  dilinə  gətirməklə  dili 

milli  ifadələr  hesabına  zənginləşdirir;  2.  Şair 

həmin  ifadəyə  siyasi  motiv  verir  –  məişət  ha-

disəsi  siyasi  məna  qazanır;  3.  Xalqa  aşılamaq 

istədiyi siyasi məna, – yəni onun tarixinin unu-

dulması, onun tarixinin təhrif edilməsi və bun-

ların  açıqlanıb  xalqa  çatdırılması  şüurlu  şəkil-

də unutdurulur  və  xalqın  istiqlalı,  siyasi  azad-

lığının  araşdırılmasına  mövcud  siyasi  qurum-

lar  tərəfindən  qadağalar  qoyulur  və  beləliklə, 

xalqın  halal  hüquqlarının  öyrənilməsinə,  aş-

karlanıb  xalqa  çatdırılmasına  qadağalar  qoyu-

lur: nəticədə repressiyalara rəvac verilir! Belə-

liklə, xalq dilində sadə, lakonik bir cümlə vasi-

təsilə  şair  böyük  ustalıqla  xalqa  başa  salır  ki, 

sənin hüquqlarının öyrənilməsi böyük qadağa-

lar  altındadır  ki, onun  qorunması, tarixin doğ-

ru-düzgün,  olduğu  kimi,  təhrif  olunmadan  aş-

karlanması  mümkünsüzdür,  çünki  xalqın  tari-

xinin  düzgün  ifadəsini  tapmış  kitablara  qada-

ğalar  qoyulmuşdur,  bu  tarixi  kitablarımız  bir 

lazımsız  əşya  kimi  atılmış  və  onların  üstündə 

artıq  hörümçək  tor  bağlamışdır!  Qeyd  etmək 

lazımdır  ki,  şair  hər  bir  söz  üzərində  beləcə 

ədəbi-bədii  poetik-semantik  əməliyyat  aparır, 

ədəbi  dilimizin  milli  zəmində  inkişafını,  ədəbi 

dilin öz xalqından uzaq düşməməsinə çalışır. Bu 

isə ədəbi dil – xalq münasibətində əsas xətdir. 

«Azadlığım-dünyam  mənim!»  –  deyən 

şair  «Zamanla  döş-döşə  gələrək»  «günəşin 

üfüqdən  qalxmasını  gözləyə-gözləyə»  gələcə-

yə böyük ümidlə yaşadı, həm də dövrünün, za-

manın hökmü ilə millətinin təhqirlərə məhkum 

olduğunu tənqid edə-edə açıb göstərdi: 

 

Hamı dua əvəzinə «lənət» deyib, 



Qəbrimizə tüpürəcək. 

Deyəcəklər, ey babalar, 

Yaş yetirib kal oldunuz! 

Görə-görə kor oldunuz! 

Dinə-dinə lal oldunuz! 



İSTİQLAL ŞAİRİ BƏXTİYAR VAHABZADƏ 

 

 



85 

Qəlbimizə heyrətdəyik! 

Siz dözümdə fil oldunuz! 

Ey nəvələr, nəticələr, 

Biz heç nəyik, biz heç nəyik! 

Heyrət edin sizsə bizim səbrimizə... 

«Lənət!» deyib siz tüpürün qəbrimizə... 

Keçirdik öz əlimizlə 

Boynumuzu biz xaltaya... [1. S.66] 

 

Bütün bunlara şair müdrikcəsinə, nikbin bir 



sonluq da verərək, xalqı mübarizəyə ruhlandırır: 

 

Toz-torpağı yel sovurar, 



Dənəsi də yelə qalmaz. 

Vallah, billah belə qalmaz [1. S.67]. 

 

B.Vahabzadə  babası  Sabirsayagı  XX  əs-



rin  ortalarından  başlayaraq  xalqının  böyük 

qahmarı olmaqla  yanaşı, onun  nöqsanlarını  da 

ümumi  nəticələr  şəklində  hər  zaman  millətin 

düz  üzünə deməkdən  heç  vaxt çəkinməmişdir; 

şair xalqının çatışmazlıqlarına göz yummadı: 

 

Xalq yolunda candan keçən ərənləri, 



«Xalq düşməni» damğasıyla  

Ləkələyib məhv etdilər! 

...Biz alçaldıq addımbaşı, 

Qul etdilər vətənində vətəndaşı. 

Ayaq altda palaz oldu ləyaqəti. 

Biz ucalıq zənn elədik rəzaləti! 

Səbr elədik! 

«Biz xoşbəxtik, bəxtəvərik» sözlərini 

Şüar kimi dilimizdə vird elədik... [1. S.87] 

 

Bədbəxtliyim ondadır ki, mənim səbrim 



Düşmənimin qüdrətindən daha böyük! [1. S.60] 

 

Bununla belə, şair bütün bunların səbəbi-



ni  və  səbəbkarını  da  apaydın  görmüş  və  oxu-

cusunu  sovet  totalitar  rejiminin  qəflət  yuxu-

sundan ayıltmağa çalışmışdır: 

 

Babam sultan idi, atam qul oldu 



Atam yağmalandı, atam soyuldu... 

Fikrimə, ağlıma qandal vurdular! 

Bu da bir üsuldur, qədimdən qədim... 

Zalımlar ayırır kökü budaqdan... [1. S.97] 

 

Bunların  səbəbini  şair  millətin  «yersiz 



dözümündə, yersiz susmağında» görür: 

 

Bizim karlığımız da! 



Bizim lallığımız da! [1. S.101] 

 

Doğub  susmağımızdan!  –  deyib  milləti-



ni, xalqını daima mübarizəyə çağırmışdır. 

Şairin dilində özəlliklə işlənib-cilalanmış 

onlarla,  hətta  yüzlərlə  xalq  söz  və  deyimləri 

vardır ki, bunlar da Bəxtiyar Vahabzadə şeirini 

xalq  fəlsəfəsinin  kökünə  bağlayır,  ona  müd-

riklik,  millilik,  milli  dad  verir.  B.Vahabzadə 

də  dahi  Nəsimi  kimi,  sözə  dad  vermiş,  «Dada 

gətirmiş onu (sözü) ləfzi-şəkərbarımız!» missi-

yasını  XX  əsrdə  davam  etdirmişdir:  yelə  ver-

mək, ətini yemək, tuş olmaq, özündən qaçmaq, 

pul qırmaq, qol-qanadını qırmaq (Qırdılar Və-

tənin  qol-qanadını),  gününə  ağlamaq,  dolama 



yollar, dumanlı  mahnı,  əsrlərlə öpüşmək, kök-

sünü ötürmək, ağsaçlı tarix, işini görmək (De-

mə, öz işini görürmüş zaman), kitablarda ayaq 



izləri qalmaq, gileyli olmaq, öz dili özünə yağı 

kəsilmək,  başına  bəla  olmaq,  dağı  dolaşmaq-

düzü dolaşmaq (‘hər yeri gəzmək’), ümidlərini 

dalamaq  (‘sancmaq’),  başını  dizinə  qoymaq 

(‘Bəlalı  başımı  qoyum  dizinə’),  kirimək,  gö-



zündən  düşmək,  araya  şeytan  girmək,  Haqqın 

sapı  uzanar-qırılmaz  və  s.  mənalı  ismi  bir-

ləşmələr;  qeyrət  torbası,  hünər  damarı,  xəstə 



millət  (‘siyasi  baxımdan  geri  qalmış’),  qəm 

yükü (Nəsiminin dilində ən fəal ismi frazeoloji 

vahiddir!) ağ yalan; atalar sözü və aforizmlər: 



dürr dənizin dibindəsə, çör-çöp suyun üzündə-

dir;  Taleyimə  yağdı  qar;  Günahkarı  qış  oldu; 

Bu çərxi-dövran; Atlını  necə də  salır atından; 

zaman  yaman  əyir  əyilməzləri;  Damcı  damar 

göl  olar;  Cığır  dönüb  yol  olar;  Su  bir  yerdə 

durmamalı;  Çöldə haqq  axtarma;  içində  yoxsa, 

poetik  qəliblər-qarğışlar;  Vəznimi  sındıranın, 


SEVİL MEHDİYEVA 

 

 



86 

ürəyimi  qıranın  səsi  tutulsun,  Allah!  /  Demək 

istədikləri  Qəlbində  qalsın,  Allah!  /  Mənim 

kimi naləsi Ərşə ucalsın, Allah! / Allah, tərsinə 

döndər sən bu əsən rüzgarı! s. və i.a. kimi şai-

rin üslubunda artıq siyasiləşmiş belə xalq dili-

nin dadlı-duzlu söz və ifadələrilə çağdaş Azər-

baycan  ədəbi  dilini  qırılmaz  tellərlə  xalqın 

özünə, onun şirin dilinə bağlayır. 

Şair çox  böyük  məharətlə ən  incə,  ən  li-

rik  sətirlərini  siyasi  məna  ilə  yükləyir  və  bu 

zaman eyni səviyyədə xalqın, kütlənin öz unu-

dulmuş, küsdürülmüş nüfuzu hüquqları uğrun-

da ədalətli mübarizəsini həzin bir lirika vasitə-

silə onun yadına salır: 

 

Şərin əliylə ölən xeyrin, xeyirxahlığın  



Sığalıyla dirildi! 

Yüz il yatmış gözəli bir nəvaziş, bir öpüş  

Dərhal oyada bildi! [1. S.105] 

 

Bu  şeir  1989-cu  ildə  yazılmışdır:  bu  hə-



min  illər  idi  ki,  xalq  öz  istiqlalı,  bağımsızlığı 

uğrunda  dönməz  mübarizəyə  qalxmışdı  və 

xalq şairi Bəxtiyar Vahabzadə o istiqlal müba-

rizələrinin önündə gedirdi! Bu zaman şairin 66 

yaşı  var  idi,  fiziki  cəhətdən  o  qədər  də  cavan 

deyildi, lakin hələ gənc yaşlarından – əlinə qə-

ləm  alan  gündən  daima,  ardıcıllıqla  xalqının 

istiqlalı  uğrunda  mücadilə  aparmış  şair  sanki 

həyatının gənclik dövrünü  yaşayırdı  – o gənc-

lik arzularının çin olduğunu görürdü, ömrü bo-

yu  xalqını  qəflət  yuxusundan  oyatmaq  amalı 

ilə  yaşayan  şair,  əlbəttə ki,  gənclik ehtirası  ilə 

öz  hüquqları  uğurunda,  ümumən  xalqlar  ara-

sında öz imzasını görmək uğrunda mübarizəyə 

qalxmış xalqın ön cərgəsində gedirdi. 

Bütün  bunlar  bir daha göstərir ki,  Bəxti-

yar  Vahabzadənin  siyasi  fəaliyyətinin  rüşey-

mini  xalqın  əsrlərin  hər  cür  təsirindən,  təzyi-

qindən  sinəsində  bəslədiyi  ən  böyük  varidatı 

olan  dilinə  böyük  vətəndaşlıq  qayğısı  təşkil 

edir.  Şair  özü  bunu  çox  gözəl  deyir:  «Ata-ba-

balarımızdan  miras  aldığımız  ana  dilimizi  göz 

bəbəyimizi  kimi  qorumaq, onu cilalaya-cilala-

ya, öz dadı-tamı və təmizliyi ilə gələcək nəsil-

lərə  təhvil  vermək  müqəddəs  borcumuzdur» 

[5.  S.181].  Qeyd  edək  ki,  şair  bədii  və  elmi-

publisist  yaradıcılığında  məhz  bu  istiqamətə, 

bu prinsipə üstünlük verdiyi üçün – onun yara-

dıcılığı XX əsr  Azərbaycan  ədəbi  dilinin  inki-

şaf  sütunlarından  birinə  çevrilmişdir.  Bu  gün 

əminliklə  deyə  bilərik  ki,  xalq  şairi  Bəxtiyar 

Vahabzadə  XX–XXI  əsr  Azərbaycan  ədəbiy-

yatının  klassikləri  Səməd  Vurğun,  Rəsul  Rza, 

Məmməd  Rahim,  Osman  Sarıvəlli  və  s.  kimi 

böyük Azərbaycan şairləri sırasında özünə sər-

fəli bir yer tutur. Onun şeir-sənət yaradıcılığının 

dili xalq dilinin, möhtəşəm nəhrindən – anasının 

şirin dilindən – onun ilk laylasından, oxşamala-

rından,  nənəsinin  bayatılarından,  ata  sözlərin-

dən,  ümumən  xalqın  şifahi  ədəbiyyatından 

pərvazlanıb  pik  səviyyəni,  ədəbi,  xəlqi,  milli 

ana  dilimizin  zirvəsini  fəth  etmiş  örnək  olası 

bir  ədəbi  dil  nümunəsidir.  Bu  ədəbi  dilin  üs-

tünlüyü xalq dilinə  maksimum mərhəm söz və 

ifadələrin  zənginliyindədir,  xalq  dili  qramma-

tikasındadır.  Biz  məqaləmizin  əvvəlində  de-

mişdik  ki,  bu  həqiqətin  təsdiqi  kimi  xalq  şairi 

Bəxtiyar  Vahabzadənin  bədii  və  publisist  ya-

radıcılığını işıqlandıran onlarla əsərlər, elmi-təd-

qiqatlar yazılmış və gələcəkdə də yazılacaqdır. 

Onu da qeyd edək ki, Bəxtiyar Vahabza-

dənin  şeirlərinin  formasından  daha  çox  onun 

sətraltı  mənaları-şairin  demək  istədiyi,  lakin 

siyasi-ictimai  basqılar səbəbindən  deyə  bilmə-

diyi  fəlsəfi  məzmunlu  şeirləri  şairin  zamana, 

dövrə, açıq-aşkar ittihamnaməsidir. 

 

Sən arifsən, Osman qağa! 



Gör bir insan nə gündədir! 

Hər muradın, hər istəyin 

Hələ sənin gözündədir. 

Küyə getmə sən bir qədər, 

Yelə vermə ömrü hədər. 

Kimə gərək yalan sözlər? 

Sözün gücü düzündədir. 

Aç gözünü, Osman dədə! 

Yüz «niyə?» var, hər «niyə»də 



İSTİQLAL ŞAİRİ BƏXTİYAR VAHABZADƏ 

 

 



87 

Ömür çatmır əlliyə də 

Günah əsrin özündədir! 1955 [1. S.15] 

 

Şair  bu  ittihamı  hələ  yaradıcılığının 



gənclik  dövründə  belə  –  1948-ci  ildə  qələmə 

almaqdan qorxmadan demişdir:  

 

Bir danış, hardadır görüm səadət? 



Bizim yurdumuza o niyə gəlməz? 

Danış, danış görüm, Məlik Məhəmməd, 

Zülmətdən işığa necə çıxdı bəs? [1. S.13] 

 

Yaxud: 



 

Başımızın üstündə sıyrılıb qılınc kimi 

Hədələyir o bizi, deyir mənimdir ölkə! 

Başınızı vuraram, ayaqlarım altından 

Başınızı çəksəniz, ayağım altındadır 

Namusunuz, arınız! 

Biz nə qədər yaşayaq 

Başımız üstə yumruq?! [1. S.25] 

 

Deyirlər  böyük  şairlər  Allah  tərəfindən 



sayılıb-seçilən  insanlar  olurlar.  Mənə  elə  gəlir 

ki, xalq şairi Bəxtiyar Vahabzadə də bu cərgə-

yə layiq müqəddəs insanlardan olmuşdur. 

1987-ci  ildə  Ankarada  olarkən  Azərbay-

can  istiqlalının  ən  böyük  şəhidi,  xalqımıza 

milli azadlığın nə olduğunu ilk dəfə başa salan 

Məmmədəmin  Rəsulzadənin  məzarı  önündə 

olarkən çox uzaqgörənliklə, xalqın totalitar reji-

min  dərin  yuxusundan  oyatmaq  uğrunda  apar-

dığı soyuq müharibəsinin ədalətlə qurtaracağına 

böyük əminliklə belə bir şeir söyləmişdir: 

 

Atam! Azadlığın nə olduğunu –  



Onun ləzzətini dərk etdi xalqım! 

Sabah, ya biri gün, bilirəm bunu 

Yenə qalxacaqdır enən bayrağım! [1. S.105] 

 

Bu da bir həqiqətdir ki, iliyinə qədər mil-



li olan şairlər yazıçılar bəşəri miqyasda düşün-

mə  qabiliyyətinə  malik  olurlar  və  zamanı  qa-

baqlaya  bilirlər.  Bəlkə,  buna  görədir  ki,  Bəx-

tiyar  Vahabzadə  bir  milli  şair  olaraq  millətin 

istiqlalının,  bağımsızlığının  yetişdiyini  çox 

uzaqgörənliklə  hiss  etmiş,  zamanın  yetdiyini 

duyaraq bu misraları yazmışdır. 

Bəxtiyar  Vahabzadə  xoşbəxt  insanlardan 

idi, o  xoşbəxt  şair  idi!  – ömrü  boyu  xalqın  is-

tiqlalı  və  azadlığı  uğrunda  apardığı  mübarizə-

sinin  uğurlu  nəticəsini  gördü  və  sözün  həqiqi 

mənasında,  haqq  dünyasına  xoşbəxt  şair  kimi 

qovuşdu!  

 

Məqalənin  elmi  yeniliyi  və  tətbiqi  əhə-

miyyəti. Məqalədə  verilmiş şeir nümunələri  ilk 

dəfə  olaraq  Azərbaycan  Xalq  şairi  B.Vahabza-

dənin  müxtəlif  illərdə  yazdığı,  lakin  sovet  im-

periyasının sosial-siyasi və mənəvi-əxlaqi çatış-

mazlıqlarını  cəsarətlə  tənqid  etdiyi  üçün  şairin 

həmin dövrdə çap etdirə bilmədiyi əsərlərindən 

istifadə  edilmişdir.  Məqalənin  elmi  yeniliyi  də 

məhz bununla ölçülə bilər. 

Məqalədən B.Vahabzadə poeziyasının dil 

və  üslub  baxımından  araşdırılmasında,  B.Va-

habzadə irsinin öyrənilməsində, habelə tədrisin-

də istifadə oluna bilər.  

 

ƏDƏBİYYAT VƏ QEYDLƏR 

 

1

  Vahabzadə  B.  Qeybdən  səs.  Bakı: 



Araz, 2014. 

2

  İstifadə  edilmiş  şeirlər  şairin,  əsasən 



70-ci  illərə  qədər  yazdığı,  lakin  totalitar  sovet 

rejiminin  sosial-siyasi  və  mənəvi-əxlaqi  eybə-

cərliklərini  cəsarətlə  qamçılayan  və  bu  sə-

bəbdən  də  şairin  çap  etdirə  bilmədiyi,  bu  gün 

isə  azad-demokratik  şəraitdə  artıq  çap  üzü 

görmüş  «Qeybdən  səs»  [1]  adlı  şeirlər  top-

lusundan verilir. 

3

  Qarayev  Y.  Şairin  və  şeirin  milliliyi. 



B.Vahabzadə. Qeybdən səs. Bakı, 2014. 

4

  Hüseynova  T.  Nazim  Hikmətin  şeir 

dilinin  leksikası:  Fil.ü.f.d.  dis.  avtoref.  Bakı, 

2015. 


5

  Vahabzadə  B.  Sənətkar  və  zaman. 

Bakı, 1976. 



SEVİL MEHDİYEVA 

 

 



88 

 

SEVIL MEHDIYEVA 



 

BAKHTIYAR VAHABZADEH – AN INDEPENDENT SINGER 

 

S u m m a r y 

 

The  prominent  representative  of  Azerbaijanian  literature,  Azerbaijani  people’s  poet, 



wellknown  literary,  public  and  political  figure,  academician  B.Vahabzadeh  had  deep  national 

roots  and  had  been  closely  related  with  homeland,  the  people’s  way  of  life  and  vernacular.  He 

played a great role in the struggle of Azerbaijani people for independence. From the first days of 

his poetic activity people’s poet B.Vahabzadeh showed himself mainly as a poet –warrior on the 

battle field for freedom and independence of the people, taking this the main focus of his creation. 

 

Key words: poetry, poem, motherland, independence, folk, folk language 

 

 

 

 

СЕВИЛЬ МЕХТИЕВА 

 

БАХТИЯР ВАГАБЗАДЕ – ПЕВЕЦ НЕЗАВИСИМОСТИ 

 

Р е з ю м е 

 

Видный  представитель  азербайджанской  литературы,  народный  поэт  Азербайджана, 



литературовед,  общественный  и  политический  деятель,  академик  Бахтияр  Вагабзаде,  чья 

жизнь была  тесно связана с  родиной, народом, его бытом и языком, сыграл значительную 

роль  в  становлении  независимости  своей  страны.  В  литературе  Б.Вагабзаде  проявил  себя 

поэтом-воином, для которого борьба за свободу народа стала основным направлением в его 

деятельности. 

 

Ключевые  слова:  поэзия,  стихотворение,  родина,  народ,  независимость,  народный 



язык 

 

 

 

Ünvan:  AZ1143. Bakı-143, Hüseyn  Cavid  pr., 115. AMEA-nın  Nəsimi  adına Dilçilik  İnstitutu – 

baş elmi işçi, fil.e.d. 



 

e-mail: gunel_hemidova@rambler.ru 

 

 



 


İSTİQLAL ŞAİRİ BƏXTİYAR VAHABZADƏ 

 

 



89 

Çapa təqdim edən 

Solmaz Süleymanova – 

«Türkologiya» jurnalının 

baş redaktorun müavini 

  

Məqalənin redaksiyaya  

daxil olma tarixi  

 

 



18.VI.2015 

 

 



Təkrar işlənməyə  

göndərilmə tarixi  

 

3.VII.2015 



 

Çapa göndərilmə tarixi 

 

9.XI.2015 



 

 

________ 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə