Tağı Əhmədov “Azadlıq” qəzetini məhkəməyə verib



Yüklə 10,57 Kb.
tarix17.11.2017
ölçüsü10,57 Kb.
#10712

Media Hüququ Institutu


Tel: +99 412 441 28 17



Fax: +99 412 441 28 17

web: www.mediarights.az



Rəylərinizi bu ünvana göndərin: xaled_yes@hotmail.com


Press-reliz 5 iyun 2012


Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq” qəzetini defamasiyaya görə məhkəməyə verib. Məhkəmə T.Əhmədovun iddiasını haqlı hesab etsə tənqidçi qəzetin üzərinə 200 000 AZN təzminat ödəmək yükü qoyula bilər.
T.Əhmədov tənqidçi qəzetin 8 aprel 2012-ci il tarixli sayında dərc olunan “Taşı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli məqalədən narazı qalıb. Sözügedən yazıda 2012-ci ilin yanvarında metroda gediş haqlarının artırılmasından bəhs olunub. Yasamal Məhkəməsinə təqdim olunan iddia ərizəsində qeyd olunur ki, qəzet yazısında Tağı Əhmədovun fəaliyyətinə qərəzli yanaşılıb. İddiaçı hesab edir ki, yazıdakı “...yanvar ayında metroda gediş haqqı on beş qəpikdən iyirmi qəpiyə qaldırılanda çoxlarının kartında beş qəpiklər qaldı. Bax, metropoliten rəisi həmən pulları mənimsəyib...” cümlələri onun şərəf və ləyaqətini aşağılayıb. İddiaçı qeyd edir ki, məqalədə Bakı Metropoliteninin rəisi kimi vəzifəsindən sui-istifadə etməklə mənimsəmə cinayəti törətməkdə ittiham olunub. “Bu fikirlər jurnalistin uydurmasından, onun qərəzli münasibətindən və məni aşağılamaq, şərəf və ləyaqətimi, uzun illər ərzində dövlətə sədaqətlə xidmət göstərməyimlə, peşəmi, vəzifə borcumu vicdanla yerinə yetirməyimlə topladığım işgüzar nüfuzumu ləkələmək cəhdindən başqa bir şey deyil” iddia ərizəsində vurğulanır. İddiaçı məhkəmədən xahiş edib ki, məqaləni onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab etsin, “Azadlıq” qəzetinin üzərinə təkzib vermək və vurduğu mənəvi zərərə görə 200 000 AZN təzminat ödəmək vəzifəsi qoyan qərar qəbul etsin.
Qəzetin hüquqlarını Media Hüququ İnstitutu müdafiə edir. Yasamal Məhkəməsində hazırlıq iclası keçirilib. MHİ-nin vəkillərindən Fariz Namazlı iddiaya etiraz edib. Etirizda bildirilir ki, sözügedən məqalədə iddiaçının işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən ifadələrə yer veriməyib. Yazı milyonlarla insanın istifadə etdiyi metropolitendə gediş haqlarının artırılması kimi ictimai önəmli mövzuya həsr olunub. Gediş qiymətlərinin dəyişməsi ilə ictimaiyyət arasında doğrudan da “beş qəpik” polemikası yaranıb və əksər media qurumları bu mövzuda müzakirələr açıblar. Etirazda həmçinin Bakı Metropoliteninin, xüsusilə də metropolitendə pul vəsaitlərinin xərclənməsi ilə bağlı bilgilərin media üçün qapalı olduğu, bu qapalılığın bəzi ehtimalların irəli sürülməsinə səbəb olduğu vurğulanır. Qəzetin müdafiəçiləri iddianın rədd olunmasını xahiş ediblər.


Media Hüququ İnstitutu Azərbaycanda ifadə və bilgi azadlığı ilə bağlı qanunvericiliyi və hüquq təcrübəsini qabaqcıl meyarlara uyğunlaşdırmaq, medianın və jurnalistlərin qorunması yönündə çalışan civil toplum qurumudur
Yüklə 10,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə