Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə1/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   52


www.kitabxana.net

 

Milli Virtual Kitabxana 



 

 

Taptıq Həsənov 

Əbdürrəhim Hacızadə 

 

Coğrafiya  tarixi 



Dərs vəsaiti 

 

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23.01.2001-ci il tarixli əmri 

ilə  ali məktəblərin coğrafiya ixtisasları üçün dərs vəsaiti kimi təsdiq edilmişdir. 

 

 



Bakı Universitetinin  Nəşriyyatı, 2001 

 

Elmi redaktor:  Akademik A.A. Nadirov 



Rəyçilər: c.e.d., Professor N.A. Babaxanov,  

p.e.n., Dosent B.A. Paşayev 

 

 

 



Dərs vəsaiti maraqlı coğrafi axtarışlar və kəşflər nəticəsində Yerin hərtərəfli öyrənilməsi, 

xəritələşdirilməsi, coğrafi ideyaların yaranması və inkişafı tarixindən bəhs edir. Azər-

baycanda coğrafiya elmi, onun sahələrinin inkişaf tarixi və görkəmli coğrafiyaçı alimləri 

və s. haqqında kitabda geniş məlumat verilir. 

Dərs vəsaiti tələbələr, magistrlər, 

aspirantlar və orta məktəbin coğrafiya müəllimləri üçün nəzərdə tutulur.  

 

 

 

 

İçindəkilər 

 

Giriş  

Kursun mahiyyəti, obyekti və vəzifələri  

 

I. FƏSİL. Qədim dünya coğrafiyası (V əsrə qədərki dövr)  

İlkin coğrafi bilik və təsəvvürlərin yaranması    

Qədim misirlilərin coğrafi təsəvvür 

Qərbi, Cənubi və Şərqi Asiyanın qədim 

xalqlarının coğrafi təsəvvürləri 

Avropa antik dövrünün coğrafiyası 

 

II. FƏSİL. Orta əsr coğrafiyası (V-XV əsrlər) 

 

1



Ərəb coğrafiyası  

Türk xalqlarının coğrafi kəşfləri və nailiyyətləri  

Normanların coğrafi kəşfləri 

Orta əsr Rusiyasında coğrafi biliklər  

Marko Polo və onun Kitabı haqqında  

Böyük İpək yolu 

 

III. FƏSİL. Yeni dövrün coğrafiyası  (XV-XIX əsərlər) 

Böyük Coğrafi kəşflər dövrü  (XV-XVII əsərlər)  

Böyük Coğrafi kəşflərə hazırlıq dövrü  

Böyük Coğrafi kəşflərin birinci dövrü (1492-1550-ci illər)  

Böyük Coğrafi kəşflərin ikinci dövrü (1550-1650-ci illər)  

Yeni dövrün başlanğıcı (XVII əsrin ortası – XVIII əsrin ortası)  

Yeni dövrün coğrafiyası (XVIII əsrin ortası XIX əsrin ortası)  

 

IV. FƏSİL. Müasir dövrün coğrafiyasının yaranması  (XIX əsrin ikinci yarısı – XX əsrin başlanğıcı)   

XIX əsrin yeni coğrafiyasının yaranması  

XIX əsrin ortalarında coğrafi ideyaların inkişafı 

XIX əsrin ikinci yarısında coğrafi ideyaların inkişafı  

Coğrafiya XX əsrin əvvəllərində (1900-1918-ci illər)  

 

V. FƏSİL. Müasir dövrün coğrafiyası  

Xarici ölkələrin müasir dövrünün coğrafiyası  

MDB məkanında müasir coğrafiyanın inkişafının birinci mərhələsi   

(1918-1945-ci illər)  

MDB məkanında müasir coğrafiyanın inkişafının  

ikinci mərhələsi (1945-1980-ci illər)  

Müasir coğrafiya XX əsrin 90-cı illərində  

 

VI. FƏSİL. Azərbaycanın coğrafiyasının inkişaf tarixi  

.Azərbaycan coğrafiya tarixinin ümumi icmalı 

Ümumi fiziki coğrafiyanın inkişafı  

Landşaftşünaslıq  

Paleocoğrafiyanın inkişafı  

Geomorfologiya elminin inkişafı   

İqlimşünaslıq və hidrologiya elmi ideyalarının inkişafı   

Xəzər dənizinin öyrənilməsi  

İqtisadi və sosial coğrafiya  

Toponimika  

Kartoqrafiya və aerokosmik tədqiqatlar  

Ətraf mühitin mühafizəsi  

Məktəb coğrafiyası   

Xülasə əvəzi  

 

ƏDƏBİYYAT  



 

*  *  * 

 

 

 

 

 

2




 

Coğrafiya tarixi 

Taptıq Həsənov, Əbdürrəhim Hacızadə 

 

 

Giriş 

 

Coğrafiya Yer səthini və təbiətlə cəmiyyətin qarşılıqlı təsiri gedişində onda yaranan təbii-təsərrüfat  ərazi 



sistemlərinin inkişafı  və idarə olunmasının qanunauyğunluqlarını öyrənən yeganə elmdir. Bu elmin 

üfüqləri getdikcə genişlənir, nəzəri və  təcrübi əhəmiyyəti artır. Ona görə  də coğrafiya elminin müxtəlif 

sahələrinə, o cümlədən tarixinə maraq xeyli artmışdır. Bunu nəzərə alaraq Bakı Dövlət Universitetinin 

coğrafiya fakültəsində bakalavr-coğraf ixtisas pilləsində yeni tədris kursu – «Coğrafiya tarixi» 

keçirilməyə başlanmışdır. 

 

Bu böyük təhsil ocağında bütün elmlərin, o cümlədən coğrafiyanın tarixinə  həmişə böyük əhəmiyyət 



verilir. Lakin Azərbaycan dilində coğrafiya tarixi kursu üzrə ümumiləşdirilmiş dərs vəsaiti və yaxud digər 

yazılı ədəbiyyatlar hələlik yox dərəcəsində idi. Tələbələr bu sahədə olan bilikləri coğrafiyanın ayrı-ayrı 

kurslarında səpələnmiş halda verilən tarixi məlumatlardan toplamalı olurdular. Bu da onların sistem 

şəklində biliklər almasına çətinliklər törədirdi və hazırlıq səviyyələrinə mənfi təsir göstərirdi. Ona görə də 

«Coğrafiya tarixi» kursunun proqramının və dərs vəsaitinin hazırlanmasına və Azərbaycan dilində çapına 

böyük ehtiyac var idi. 

 

Coğrafiya tarixi kursunda qədim, orta əsr, yeni və müasir dövrdə Yerin  bütövlükdə  təbiəti, onun 



təsərrüfatda mənimsənilməsi yolları, materik və okeanların kəşf olunması  və s. haqqında biliklərin 

toplanması və xəritələşdirilməsi tarixi işıqlandırılır. Özü də ilk dəfə olaraq müstəqil Azərbaycanın yaxın 

çevrəsi olan Şərqi Avropa, Cənubi, Qərbi və Mərkəzi Asiya və Qafqazın coğrafiya tarixinə daha geniş yer 

verilir. Kitabda ilk dəfədir ki, türk xalqları və onların içərisindən çıxmış alimlərin coğrafi təsəvvürləri və 

kəşfləri ayrıca bölmə şəklində verilir. 

 

Böyük coğrafi  əhəmiyyəti olan məşhur «Tarixi İpək yolunun» yaranması, onun keçdiyi ölkələr, ticarət 



əlaqələrində rolu və Azərbaycanla bağlılığı, müasir bazar iqtisadiyyatı  şəraitində  əhəmiyyəti və s. 

haqqında yığcam biliklər vermək üçün kitabda xüsusi bölmə ayrılmışdır. 

 

Coğrafiya tarixi elmi Yerin coğrafi mənzərəsinin tarixini tələbələr qarşısında aydınlaşdırır, onun 



öyrənilməsi mərhələlərini açıb göstərir. Bir sözlə, «Coğrafiya tarixi» kursunun başlıca vəzifəsi Yer 

haqqındakı ilkin coğrafi təsəvvürlərin, elmi biliklərin keçmişi, indisi və  həm də  gələcək istiqamətləri 

haqqında yetkin biliklər verməkdir. 

 

Tələbələr əmin olacaqlar ki, Yerin ümumi mənzərəsinin işıqlandırılması və xəritələrin düzəldilməsi çoxlu 



xalqların, səyyahların, dənizçilərin və coğrafiyaçı alimlərin böyük fədakar əməklərinin nəticəsidir. 

 

Kitabın yazılmasında Azərbaycanın görkəmli coğrafiyaşünas alim prof. Ə.M.Hacızadənin (1920-1991) 



hazırladığı, lakin vəfatı    ilə bağlı  çap etdirə bilmədiyi «Coğrafiyanın tarixi və metodologiyası»na aid 

əlyazmaları ilkin mənbə rolunu oynamışdır. Ancaq Azərbaycan 1991-ci ildə müstəqillik qazanandan və 

informasiya səddləri çökəndən sonra cəmiyyət sovet vaxtı marksizm-leninizm «prinsiplərinə» uyğun 

olmadığına görə qadağan olunan biliklərlə azad  şəkildə tanış olmaq imkanı  əldə etdi. Bundan başqa, 

kursun yeni proqramına uyğun olaraq coğrafiyanın tarixinə aid bölmələr genişləndirilib və çoxlu əlavələr 

edilmişdir. Deyilənləri nəzərə alaraq c.e.d., prof. Ə.M.Hacızadənin mövzu ilə bağlı topladığı materialların 

 

3



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə