Targeting: what promises do country



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix14.09.2018
ölçüsü0,81 Mb.
#68335
1   2   3   4   5   6   7   8   9   ...   19

11 

 

Digər tərəfdən, mərkəzi banklar tərəfindən müəyyən olunan məcburi ehtiyatlar da bankların 



ehtiyatlara  marjinal  tələbinin  formalaşmasında  əsas  rol  oynaya  bilər.  Bunun  üçün,  iki  şərtin 

ödənməsi  zəruridir:  (i)  bankların  məcburi  ehtiyatlardan  hesablaşma  ehtiyaclarının  ödənilməsi 

üçün  istifadə  imkanı  olmalı,  (ii)  mərkəzi  bank  tərəfindən  müəyyənləşdirilən  məcburi  ehtiyat 

tələbi  onların  işçi  balansı  hədəfini  aşmalıdır.  Əgər  banklar  müəyyən  olunmuş  məcburi  ehtiyat 

tələbini  günlük  ödəməyə  məcburdurlarsa,  bu  zaman  banklar  məcburi  ehtiyatlardan  likvidlik 

ehtiyacalarının  ödənilməsi  üçün  istifadə  edə  bilməz.  Belə  olduqda,  marjinal  tələbi 

müəyyənləşdirən faktor işçi balansı hədəfi olacaqdır (Borio (1997, 2001)).  

Lakin  məcburi  ehtiyatlar  orta  yanaşması



10

  əsasında  hesablanarsa,  onda  məcburi  ehtiyatlar 

marjinal  tələbin  formalaşmasında  əsas  amilə  çevriləcəkdir.  Əgər  gecəlik  faizlərdə  əhəmiyyətli 

dəyişmə  gözlənilmirsə  və  bundan  yüksək  əminlik  mövcuddursa,  bu  zaman  bank  ehtiyatlarına 

olan  tələb  yüksək  elastiklik  nümayiş  etdirəcəkdir.  Başqa  ifadə  ilə,  gecəlik  faizlərin  cüzi  yuxarı 

qalxması ehtiyatlara tələbdə əhəmiyyətli azalma meydana gətirəcəkdir.   

 Ehtiyatlar  bazarında  qeyri-elastik  və  qeyri-stabil  tələbin  mövcud  olması,  ehtiyat  təklifinin 

cüzi  dəyişməsi  zamanı  gecəlik  faizlərdə  əhəmiyyətli  volatillik  yarada  bilər.  Buna  görə, 

ehtiyatlara  orta  yanaşmasının  gətirilməsi  tələb  əyrisinin  elastikliyini  yüksəltdiyindən  gecəlik 

faizlərədə  baş  verəbiləcək  oynaqlığın  qarşısını  alır.  Başqa  ifadə  ilə,  orta  ehtiyat  yanaşması 

banklararası bazarda gecəlik faizlərin volatilliyinin azaldılması üçün bufer rolunu oynayır. Lakin 

orta ehtiyat yanaşması volatil gözləntilərin hakim olduğu dövrlərdə tələbdə qeyri-stabillik yarada 

bilər.  Belə  olan  halda,  mərkəzi  bankın  kommersiya  bankları  ilə  güclü  kommunikasiyası  və 

bazara düzgün siqnal ötürməsi xüsusi əhəmiyyət kəsb edir. 

Cədvəl 1. Mərkəzi bankın balansı 

Aktivlər 

Passivlər 

 

 



Xalis xarici aktivlər (XXA) 

Nağd pul (NP) 

Mərkəzi hökumətə xalis tələblər (MHXT) 

Bank ehtiyatları (BE) 

Banklara xalis tələblər   (BXT) 

 

Digər aktivlər (DA)



11

 

 



 

 

 



Beləliklə,  bank  ehtiyatlarına  tələbin  xarakteristikasını  nəzərə  alan  mərkəzi  bank  təklif 

kanalını  tənzimləməklə  faiz  dərəcəsi  və  ya  kəmiyyət  hədəfinə  nail  olmaq  məqsədi  güdür.  Bu 

əməliyyatlar  mərkəzi  bankın  likvidlik  idarəetməsi  çərçivəsinə  daxil  edilir.  Avropa  Mərkəzi 

Bankına  görə  “Mərkəzi  bankın  likvidlik  idarəetməsinə  bank  sisteminin  likvidlik  ehtiyaclarının 

                                                           

10

  İngilis  dilində  qarşılığı  “reserve  averaging”  –  bu  sistemdə  banklar  ehtiyatların  saxlanma  dövrü  (“maintenance 



period”) ərzində məcburi ehtiyat normasını hər gün deyil, həmin dövr ərzində orta hesabla təmin etməlidirlər. Yəni 

bəzi  günlərdə  onlar  mərkəzi  bankdakı  hesablarında  normadan  aşağı  və  ya  yuxarı  ehtiyat  saxlaya  bilərlər.  Lakin 

ehtiyatların saxlanma dövrü ərzində norma orta hesabla ödənməlidir.  

11

 Analitik balansın bu komponenti “balanslaşdırıcı komponent” də adlandırıla bilər.  




12 

 

müəyyənləşdirilməsi  (ölçülməsi)  və  açıq  bazar  əməliyyatları  vasitəsi  bazara  zəruri  likvidliyin 



inyeksiyası və ya absorbsiyası daxildir”. 

Mərkəzi  bankın  likvidlik  idarəetməsi  avtonom  (muxtar)  faktorların  Bankın  analitik 

balansında  (Cədvəl  1)  yaratdığı  likvidlik  dəyişməsinin  neytrallaşdırılmasına  xidmət  edir. 

Avtonom faktorlar sistemin likvidliyinə təsri göstərən, lakin mərkəzi bankın birbaşa nəzarətində 

olmayan  və  proqnozlaşdırılması  tələb  olunan  analitik  balansın  komponentləridir.  Avtonom 

faktorlara misal olaraq analitik balansın xalis xarici aktivlərhökumətə xalis tələbdigər aktivlər, 



dövriyyədə  olan  nağd  pul  komponentlərini  göstərə  bilərik.  Avtonom  (və  ya  struktur)  likvidlik 

mövqeyi belə hesablanır: 

Avtonom likvidlik mövqeyi = Xalis xarici aktivlər + Mərkəzi hökumətə xalis tələblər +  

Digər aktivlər - Nağd pul                                      (7) 

Avtonom likvidlik mövqeyinin müsbət olması struktur likvidlik profisitini, mənfi olması isə 

defisitini  nümayiş  etdirir.  Avtonom  likvidlik  mövqeyindəki  dəyişmə  isə  sistemdə  xalis 

likvidliyin artmasını (azalmasını) göstərir.  

Yuxarıdakı cədvəldə, mərkəzi bankın müvafiq dövr ərzində likvidliyə təsir göstərmək üçün 

istifadə  etdiyi,  nəzarəti  altında  olan  bütün  kanallar  banklara  xalis  tələblər  (və  ya  xalis  siyasət 

mövqeyi)  komponenti  adı  altında  toplanmışdır.  Ex-post  (fakt  sonrası)  düşünsək,  onda  analitik 

balansa görə aşağıdakı bərabərlik özünü doğrultmalıdır: 

Bank ehtiyatları = Avtonom likvidlik mövqeyi + Xalis siyasət mövqeyi             (8) 

 Lakin  likvidlik  idarəetməsi  baxımından  (8)  tənliyini  bir  az  dəyişməliyik.  Belə  ki,  həmin 

tənliyə  mərkəzi  bankın  gecəlik  faizi  (ex-ante)  təsbit  etmək  nöqteyi-nəzərindən  yanaşa  bilərik. 

Mərkəzi bank avtonom likvidlik mövqeyini və müvafiq faiz dərəcəsində bank ehtiyatları tələbini 

(

T

Bank  ehtiyatları)  öncədən  proqnozlaşdırmağa  çalışır.  Bu  iki  faktor  arasındakı  fərq  xalis 



likvidlik  mövqeyi  adlanır  və  mərkəzi  bankın  bazarı  balanslaşdırmaq  üçün  aparacağı  monetar 

əməliyyatların həcmini göstərir: 

Xalis likvidlik mövqeyi = Avtonom likvidlik mövqeyi - 

T

Bank ehtiyatları         (9) 



Beləliklə,  təsbit  etdiyi  faiz  dərəcəsində  xalis  likvidlik  mövqeyini  proqnozlaşdıran  mərkəzi 

bank  aparacağı  əməliyyatların  həcmini  ex-ante  olaraq  müəyyənləşdirir.  Əgər  tələb  təklifi 

üstələyirsə,  “xalis  likvidlik  defisiti”  yaranır  ki,  bu  zaman  mərkəzi  bankın  sistemə  likvidlik 

inyeksiya etməsi zərurəti ortaya çıxır. Əksinə, əgər “xalis likvidlik profisiti” yaranırsa, bu zaman 

mərkəzi bank sistemdən likvidlik çəkməlidir (absorbsiya etməlidir). 

Praktikada,  mərkəzi  banklar  bazarda  xalis  likvidlik  mövqeyində  defisit  yaranmasını  üstün 

tuturlar. Çünki, xalis likvidlik profisitinin mövcud olması xalis likvidlik defisitinin tam tərsi kimi 

qəbul  edilə  bilməz  –  burada  simmetriya  mövcud  deyil.  Çox  vaxt,  bank  sektorunda  izafi 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə