Targeting: what promises do country



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix14.09.2018
ölçüsü0,81 Mb.
#68335
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

17 

 

olunurdu.  Lakin  2009-cu  ildən  etibarən  İngiltərə  Bankı  bütün  ehtiyatlar  üçün  remunerasiya 



ödəməyə başladı və beləliklə, hazırda faiz dəhlizinin döşəməsini bank faizi təşkil edir.  

Yeni  çərçivə  ilə  ehtiyatların  ortalanması  mexanizmi  qəbul  edildikdən  sonra,  Bank 

qısamüddətli açıq bazar əməliyyatlarını hər həftə, həmçinin ehtiyat saxlama müddətinin son günü 

keçirməyə başladı. Belə qısamüddətli repo/əks repo əməliyyatlarının müddəti 1 həftə təşkil edir 

və  həmin  əməliyyatlar  bank  faizi  ilə  aparılır.  Bank  ehtiyat  saxlama  müddətinin  son  günündə 

gecəlik  açıq  bazar  əməliyyatları  vasitəsi  ilə  rutin  kökləmə  əməliyyatları  həyata  keçirir.  Həmin 

gün faiz dəhlizinin eni digər günlərə nisbətən daha da daraldılır. Uzunmüddətli repo açıq bazar 

əməliyyatlarının  günləri  isə  əvvəlcədən  elan  olunmuş  illik  qrafikə  nəzərən  aparılır.  Həmin 

əməliyyatlar  üzrə  müddətlər  3,  6,  9  və  12  aya  kimi  təyin  oluna  bilər.  Bank  belə  uzunmüddətli 

repo əməliyyatlarını dəyişən faizlə aparır və bazarda qiymət götürən

14

 kimi çıxış edir. Bank həm 



də açıq bazar əməliyyatları ilə istiqrazlar da alıb satır və belə istiqraz alışlarının həcmi gələcək il 

üçün əvvəlcədən elan olunur. Alınan istiqrazların maksimum qalıq dövrü 21 il, minimum dövrü 

isə  3  il  təşkil  edir  və  həmin  istiqrazlar  Bank  tərəfindən  əvvəlcədən  müəyyənləşdirilmiş  qrafikə 

əsasən bərabər həcmlərlə alınır. İngiltərə Bankı həm də bazardan yüksək keyfiyyətli xarici dövlət 

istiqrazlarının birbaşa alınmasını da həyata keçirir.  

 

(ii)



 

Türkiyə Mərkəzi Bankı 

2002-2005-ci  illəri  ərzində  Türkiyə  Mərkəzi  Bankı  qısamüddətli  faiz  dərəcələrindən  siyasət 

aləti  kimi  istifadə  etməklə  elan  olunmamış  İH  rejimində  fəaliyyət  göstərirdi.  2006-cı  ildən 

etibarən  Mərkəzi  Bank  elan  olunmuş  inflyasiya  hədəflənməsi  rejiminə  keçid  etmişdir.  Bu 

çərçivədə  Bank,  hökumətlə  birgə  qarşıdan  gələcək  üç  il  müddətinə  illik  inflyasiya  (İQİ)  üzrə 

nöqtə hədəfi müəyyən edir. Qanuna görə, Mərkəzi Bank hədəfdən yayındığı təqdirdə hökumətə 

açıq  məktub  yazaraq  hədəfdən  yayınmanın  səbəblərini  və  görülən  tədbirləri  bildirir.  Hədəfdən 

yayınma,  inflyasiyanın  Mərkəzi  Bankın  ixtiyari  təyin  etdiyi  qeyri-müəyyənlik  intervalnın 

xaricinə  çıxması  kimi  şərh  olunur.  Rüblük  inflyasiyanın  intervaldan  kənara  çıxması  halında 

rüblük  nəşr  olunan  inflyasiya  hesabatında  kənarlaşmanın  səbəbləri  və  hədəfə  nail  olmaq  üçün 

Bank tərəfindən görülən tədbirləri göstərilir. İllik inflyasiyanın hər iki istiqamətdə iki faiz bəndi 

hədəfdən yayınması halında Mərkəzi Bank hökumətə təfsilatlı açıq məktub yazır. 

Mərkəzi  Bankın  siyasət  faizləri  olaraq  2010-cu  ilə  qədər  Bankın  gecəlik  borc  vermə/alma 

faizləri  müəyyənləşdirilsə  də,  2009-cu  ilin  sonlarından  etibarən  1  həfəlik  repo  faizi  bençmark 

faiz  dərəcəsi  olaraq  mənimsənilmişdir.  Həmin  dövrdə  faiz  korridorunun  parameterlərini  təşkil 

edən  gecəlik  borc  vermə/alma  faizləri  siyasət  faizindən  125  faiz  bəndi  yuxarı  və  aşağı 

müəyyənləşdirilirdi.  Gec  likvidlik  pəncərəsi  üzrə  faizlər  isə  simmetrik  qaydada  repo  faizindən 

400 faiz bəndi aşağı və yuxarı təyin olunmağa başlandı. Mərkəzi Bankın bazar qurucu

15

 banklara 



1 həftəlik borc vermə əməliyyatları isə repo faizindən 75 faiz bəndi aşağı müəyyənləşdirilmişdi. 

                                                           

14

  İngilis  dilində  qarşılığı  “price  taker”  –  bazar  iştirakçısının  qiymətləri  müəyyənləşdirmək  və  ya  ona  təsir  etmək 



imkanının olmaması. 

15

 İngilis dilində qarşlığı “market maker” kimidir.  




18 

 

Lakin  2010-cu  ildən  etibarən  mövcud  çərçivə  müəyyən  dərəcədə  dəyişdirildi,  həmçinin  yeni 



siyasət çərçivəsinə görə assimetrik korridor istifadə olunmağa başladı.  

Mərkəzi Bank səhər saat 10.00-12.00 və günorta 13.00-16.00 saatları arasında keçərli olmaq 

şərti  ilə  gecəlik  kredit  və  depozit  faizlərini  elan  edir.  Həmin  müddət  ərzində  banklar  Mərkəzi 

Bankdan girov qarşılığında (öz limitləri daxlində) borc ala və Banka limitsiz borc verə bilərlər. 

Axşam16.00-17.00  saatları  arasında,  ehtiyat  saxlama  dövrünün  son  günündə  isə  16.00-17.15 

saatları arasında Bankın  gec likvidlik pəncərəsi aktivləşir. Eyni qayda ilə banklar bu imkandan 

girov qarşılığında limitsiz borc ala və verə bilərlər. Bir qayda olaraq gec likvidlik pəncərəsi üzrə 

faiz dərəcələri gecəlik kredit və depozit imkanları üzrə faiz dərəcələri dəhlizini əhatə edir.  

Mərkəzi  Bankın  həftəlik  repo  əməliyyatları  üzrə  tenderi  səhər  saat  11.00-də  başlayır, 

nəticələr  isə  saat  11.30-dan  gec  olmayaraq  elan  olunur.  Mərkəzi  Bank  bazarda  gözlənilməz 

likvidlik  problemləri  yarandığı  təqdirdə  planlaşdırılmamış  repo  əməliyyatları  da  keçirir.  Repo 

əməliyyatları üzrə tender  sabit faiz dərəcəsi  əsasında aparılır  və təkliflər  alış həcmi üzrə qəbul 

edilir.  Bazarda  likvidlik  profisiti  meydana  gəldiyi  zaman  Mərkəzi  Bank  1  həftəlik  əks-repo 

əməliyyatları üzrə tenderləri eyni şərtlərlə və repo əməliyyatları üzrə eyni faizlə həyata keçirir. 

Sabit  faizli  tenderlər  yalnız  1  həftəlik  repo/əks-repo  əməliyyatları  üçün  keçərlidir.  Müddəti  bir 

həftədən  uzun  olan  repo/əks  repo  əməliyyatları  üzrə  tenderlər  dəyişkən  faiz  yolu  ilə  həyata 

keçirilir və beləliklə, həmin əməliyyatlar üzrə faizlərin bazar şərtləri altında formalaşması təmin 

olunur.  Mərkəzi  Bank  bazar  qurucuları  ilə  repo  əməiyyatlarını  isə  saat  10.00-12.00  və  13.00-

16.00 arasında aparır. 

Bazarda izafi likvidlik yarandığı zaman Mərkəzi Bank 91 günə kimi müddəti olan notlarını 

və  əvvəllər  bazardan  alınan  hökumətin  borc  kağızlarını  satışa  çıxarır.  Əgər  ehtiyac  olarsa, 

Mərkəzi  Bank  1,  2  və  4  həftəlik  standard  müddəti  olan  Türk  Lirəsi  depozit  alma  hərracına, 

həmçinin 91 günlük əks-repo əməliyyatlarına start verir. Bazarda uzunmüddətli likvidlik defisiti 

yarandığı  zaman  isə  tam  əks  əməliyyatlara  başlayır.  Notlar  və  hökumətin  istiqrazları  üzrə 

alış/satışlar Reuters platformasından saat 10.00-da hərracdan bir gün əvvəl elan olunur. Hərraclar 

isə sonrakı gün saat 11.00-də başlayır, nəticələr isə 11.30-dan gec olmayaraq elan olunur. 

2010-ci  ilin  ikinci  yarısından  başlayaraq  Türkiyə  Mərkəzi  Bankı  ölkəyə  xarici  kapital 

axınlarının  güclənməsi  və  bank  sektorunun  kreditlərinin  həcminin  əhəmiyyətli  şişməsinə  görə 

yeni siyasət paketi dizayn etməyə başladı. Bu siyasətin ilk sütunu siyasət  faizinin 75 faiz bəndi 

azaldılaraq 6.25 faizə çəkilməsi, faiz dəhlizinin döşəməsinin isə 500 faiz bəndi azaldılaraq 1.50 

faiz  müəyyən  edilməsi  oldu.  Beləliklə,  Bankın  həm  siyasət  faizi  aşağı  çəkildi,  həm  də  faiz 

korridoru  üzrə  aşağıya  doğru  geniş  dəhliz  formalaşdırıldı.  Mərkəzi  Bank  ehtiyatlar  üzrə  orta 

gəlirliyi  endirmək  və  volatilliyi  artırmaqla  gəlirlilik-risk  nisbətini  (Şarp  nisbəti)  aşağı  çəkməyə 

çalışırdı ki, bu da kapital axınlarının qarşısını almaq məqsədi güdürdü. 

Paketin ikinci sütunu isə kredit artımının qarşısını almağa yönəlmişdi. Bu məqsədlə, Mərkəzi 

Bank  məcburi  ehtiyat  normasından  aktiv  istifadə  edərək  likvidlik  və  kredit  şərtlərini 

sərtləşdirməyə  çalışırdı.  Həmin  dövr  Mərkəzi  Bank  məcburi  ehtiyatlar  üzrə  faiz  ödənişlərini 

dayandırdı və məcburi ehtiyat bazasını genişləndirdi.   



 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə