TariX-İ qezelbaşAN



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə1/17
tarix15.03.2018
ölçüsü0,53 Mb.
#32248
  1   2   3   4   5   6   7   8   9   ...   17


 

 

 



 

 

 

 

2015 

 

Vivo-book.com 

 

 

 



TARİX-İ QEZELBAŞAN

 

 



vivo 

TARİX-İ QEZELBAŞAN 

 



 

 

 



 

 

 



 

 

 



« Tarix-i Qezelbaşan » 

 

 



 

 

PDF hazırladı - Nizami Əlisoy (lisoynizami@gmail.com) 

 

 

©Vivo-Book.com |Bakı - 2015 




vivo 

TARİX-İ QEZELBAŞAN 

 



 

 

Q 16 (93) 



Redaktoru V. Qardaşlı 

 

 

Tərcümə və şərhlər M.Ə. Məhəmmədinindir. 



 

XVII əsrin əvvəllərində naməlum müəllif tərəfindən yazılmış bu əsər XV 

– 

XVI  əsrlərdə 



– 

Qaraqoyunlular, Ağqoyunlular  və  Səfəvilər dövründə  Azərbay-

canda və qonşu ölkələrdə baş verən tarixi hadisələri əks etdirir. 

 

Müəllif  müxtəlif  qızılbaş  tayfaları  və  bu  tayfalardan  çıxmış  görkəmli 



Şəxslər barədə məlumat verir ki, bu da qızılbaş hərəkatında hansı tayfaların iştirak 

etdiyini  və  bu  iştirakın  mühümlük  dərəcəsini  müəyyənləşdirməyə  imkan  yaradır. 

Bu  baxımdan  «Qızılbaşlar  tarixi»  tamamilə  orijinal  bir  mənbədir.  Əsər  indiyə 

qədər Azərbaycan tarixşünaslığında tədqiqata cəlb olunmamışdır. 

 

Tərcümə, əsərin Tehranda saxlanan yeganə əlyazması nüsxəsinin 1982-ci 



il nəşrindən edilmişdir. 

 

Tərcümə zamanı əsərin cüzi bir hissəsi ixtisar edilmişdir. 



 

Şərhlərin  yazılmasında  bir  sıra  tarixi  mənbələrdən  («Tarix-i  aləmara-yi 

Əmini»,  «Əhsən ət təvarix», «Şərəfnamə» və s), elmi və  məlumat xarakterli ədə-

biyyatdan, o cümlədən  Azərbaycan tarixçiləri  Z.M. Bünyadovun, O.Ə. Əfəndiye-

vin, Ş. F. Fərzəliyevin tədqiqatlarından istifadə olunmuşdur. 

 

 



 

Q 16(93) 

 

 

Qızılbaşlar tarixi. Tərcümə və Şərhlər M. Ə. Məhəmmədinindir. 

 Bakı, 



«Azərbaycan» nəşriyyatı. 1993 

– 

48 s. 



 

Q 48004000000-016(93) Q 16 (93) Azərb 

M 670(07)—93 

 

© «Azərbaycan» nəşriyyatı. 1993. 



© Vivo-book.com 2015. 


vivo 

TARİX-İ QEZELBAŞAN 

 



 

Bismillah ər-rəhman ər-rəhim! 

 

 



Pak can cövhərini su və torpaqla birləşdirib onların izdivacından zamanın 

möcüzəsi  və  dövranın  nadir  (varlığı)  olan  yüksək  məqamlı  insanın  üzünə 

mövcudluq  qapılarını  açmış  Allah  hədsiz  və  müqayisəsiz  pərəstiş  və  təşəkkürə, 

əbədi  dua  və  tərifə  layiqdir.  Şer:  Bütün  gələnlərdən  əvvəl  mövcud  olan,  Bütün 

varlıqlardan çox qalan! 

 

Və  Allah  tərəfindən  verilmiş  parlaq  tacın  sahibi,  Allahı  dərk  etmiş  və 



Allaha doğru süluk etmiş, Allahın elçisi Əbülqasim Məhəmmədə səmimi dualar, ən 

qiymətli salavat və ən yaxşı salamlar olsun! Nəzm: 



 

 

 

 

Yaradanın xüsusi elçisi, 

 

 

 

Möhkəm dəlilin

1

 yetiricisi! 

 

 

 

O, dar dəvət (yoluna) genişlik (bəxş edib). 

 

 

 

Daşlar onun möcüzəsinə Şəhadət verir

2

 

 



Və övliyaların başçısı, Həzrəti-Mustafanın qəyyumu, Allahın qalib gəlmiş 

Şiri,  möminlərin  əmiri,  dindarların  imamı  Əli  ibn  Əbutalibin  işıqlanmış  qəbri  və 

ətirlənmiş məzarı hədsiz-hüdudsuz və saysız-hesabsız nurla dolsun! Şer: 

 

 



 

 

Əgər yer kəməndə gəlsəydi, Xeybərin fatehi



3

 

 

 

 

Bir anda onu qoparıb bu firuzə rəngli gümbəzə atardı! 

 

 

 

Kövsərin saqisi behiştə saqilik etməsə

 

 

 

Peyğəmbərlərin ağzı Kövsər suyundan islanmayacaq!

4

 

 

 



Və onların nəslinə və övladlarına salam olsun! 

 

Amma  sonra.  Bu  kitab  parlaq  Şahlıq  tacı  ilə  fəxr  edən  və  Şanlı  Səfəvi 



xanədanına  xidmət  edib  İran  vilayətlərində  yüksək  xanlıq  və  sultanlıq  mənsəbinə 

layiq görülmüş qızılbaş tayfaları haqqındadır. Və bu kitab iki hissəyə bölünür. 

 

 



vivo 

TARİX-İ QEZELBAŞAN 

 



 

 

BİRİNCİ HİSSƏ 

 

SAĞ TƏRƏFDƏ (CİNAHDA) OLAN TAYFALAR HAQQINDA 

 

Şamlu tayfası 

 

Onlar  Hələb,  Ədirnə,  Tərsus



5

 

və  digər  Şam  Şəhərləri  ətrafında  yaşayırlar 



və  Şanlı  Səfəvi  xanədanının  müridlərindəndir  və  Süleyman  məkanlı  va  İskəndər 

məqamlı  xaqan,  yüksək  hökmdarlıq  keyfiyyətləri  ilə  seçilmiş  Əbülfəth  Şah 

İsmayılın

6

 



– 

Allah onun qəbrini nurla doldursun! 

– 

zamanında bütün oymaqlardan 



böyük idilər. 

 

Onların  böyük  əmirlərindən



7

 

(biri)  Hüseyn  bəy  Lələdir.  O,  Lahicanda  I 



Şah İsmayılın xidmətində idi; o həzrətin zühurundan sonra əmir əl-üməra

8

 



oldu və 

Cihan çayı sahilində Saru Qaplan tərəfindən məğlub edildiyi üçün gözdən düşdü

9



Amma  Şeybək  xanın  qətli  və  Xorasanın  fəthindən  sonra  ki,  «fəth-e  şah-e  din 



(pənah)» ifadəsi onun tarixini göstərir, Herat hakimi oldu

10

. Əmir Nəcm-i Saninin 



məğlubiy-yətindən  sonra

11

 



aləmin  pənahı  olan  dərgaha  (saraya)  gəldi  və  Çaldıran 

döyüşündə

12

 

öldürüldü. 



 

Abdin  bəy  Sarutərcanda

13

 

Şam  şəhərlərindən  olan  iki  yüz  cavanla  I  Şah 



İsmayılın hüzuruna gəldi və o həzrətin diqqətini cəlb etdi, bütün əmirlərdən seçildi 

və Əmir xandan sonra Herat hakimi oldu və 931-ci ildə (29.X. 1524 

– 

17.X-1525) 



dünyadan köçdü və fərmana görə qardaşı Herat hakimi təyin edildi. 

 

Durmuş xan Çaldıran döyüşündən sonra çalışırdı ki, Şah İsmayılı camaat-



la əylənməyə vadar etsin. O cümlədən, bir dəstə adamın başına iri taqiyə

14

 



qoyur-

dular  ki,  onlara  «tacı  böyük»

15

 

deyirdilər  və  onları  bir  evə  salıb  qapını  bərk-bərk 



bağlayırdılar,  (sonra)  itə,  pişiyə,  canavara  gənəgərçək  yedirib  bacadan  otağa 

atırdılar.  Bəzən  onlardan  birini  vəhşi  öküzə  bağlayıb  buraxırdılar  və  bir  neçə 

gündən sonra pusqu qurub öküzü tutaraq o şəxsi öküzün belindən azad edirdilər. 

 

Və onların böyük əmirlərindən biri Durmuş xanın qardaşı Hüseyn xandır. 



O,  Şah  Təhmasibin  bacısı  oğlu  idi  və  Çuhə  Sultan  Təkəlunun  ölümündən  sonra 

əmir  əl-üməra  oldu  və  941-ci  ildə  (13.VII.  1534 

– 

1.VII.  1535)  o,  həzrətin 



(Təhmasibin) əmri ilə öldürüldü

16




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə