TariX-İ qezelbaşAN



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə10/17
tarix15.03.2018
ölçüsü0,53 Mb.
#32248
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

vivo 

TARİX-İ QEZELBAŞAN 

 

30 



 

 

Başqa birisi Qazaq Sultanın oğlu 



– 

Çayan Sultanın qardaşı oğlu 

– Ş

ahqu-


lu  Sultandır  ki,  uzun  illər  Şah  Təhmasibin  adından  Məşhəd  hakimi  idi  və  958-ci 

ildə  (1551)  Şah  Təhmasib  onu  çağırıb  İsmayıl  Mirzanın

184

  lələsi  təyin  etdi. 



Hüseyncan Sultan Rumlunun vəfatından sonra Çuxursədin əmir əl-ümərası oldu və 

Şah Təhmasib onu Ruma səfir göndərdi

185

. Oradan qayıtdıqdan sonra Qəzvin şəhə-



rində  axirətə  köçdü.  Şah  Təhmasib  onun  qoşununu  Məhəmmədi  xana 

– 

boyunun 



qısalığına görə şah ona «Toxmaq xan» ləqəbi vermişdi

186


 

Onun  qardaşı  Şahəli  Sultan  uzun  illər  Astrabad  hakimi  idi  və  az  bir 



qoşunla özbək Əli Sultanı məğlub etdi və axırda Reydə fani dünyadan əbədi aləmə 

köçdü. 


 

Başqa  birisi  Sədrəddin  xandır  ki,  Astrabad  hakimi  və  İsmayıl  Mirzanın 

lələsi idi. Axırda əmirlikdən azad edildi. Öz səxavəti ilə bütün əmirlərdən seçilirdi. 

 

Başqa biri də Məhəmməd xan Asayişoğludur ki, Astrabad hakimi idi. 



 

Başqa birisi Əhməd Sultan Sufioğludur ki, I Şah İsmayılın vaxtından Cam 

döyüşünün  baş  verdiyi  935-ci  ilə  (15.IX.1528 

– 

4.IX.1529)  qədər



187

  Kerman 

hakimi  idi.  Əvvəlcə  Çuhə  Sultan  və  başqa  əmirlərlə  birlikdə  məğlub  oldu  və 

özbəklər  kəsibə

188

  başladılar.  Qəziyyə  əksinə  dönüb  Übeyd  xanın  çiyninə  şeşpər 



dəyəndə, vuruşdan əl çəkib Kuckunci xan və Canıbəy xanla Mərvə qədər dayanma-

dı.  Həmin  günün  axşamı  Çuhə  Sultan  geri  dönüb  şahın  düşərgəsinə  gəldi  və 

Əhməd  xan  Kermanadək  heç  bir  yerdə  atının  cilovunu  çəkmədi.  Buna  görə  Şah 

Təhmasib onu azad edib Kermanın idarəsini Mustafa bəy Saruşeyxlu-Əfşarın oğlu 

Şahqulu  bəyə  tapşırdı,  çünki  o  həmin  döyüşdə  mərdlik  göstərib  on  yeddi  yara 

almışdı.  Şah  Təhmasib  onun  qamətini  sultanlıq  xalatı  ilə  bəzəyib  Kermana  yola 

saldı. 

 

Bu tayfanın böyük əmirlərindən biri Şahqulu Sultan Yekandır. Uzun illər 



Herat  hakimi  və  şahzadə  Məhəmməd  Xudabəndənin  lələsi  idi.  II  Şah  İsmayılın 

taxta çıxdığı ildə onu Heratda öldürüb malını qarət etdilər

189



 



Şah  Təhmasibin  vəfat  ilində

190


  bu  tayfadan  hakim  olan  digər  əmirlər 

aşağıdakılardır: 

 

Məhəmməd xanın nəticəsi və Məntəşa Sultanın nəvəsi Murad xan Lahican 



valisi idi. 

 

Piri bəy Rey hakimi idi. 



 

Məhəmməd Sultan Çuxursəd əmir əl-ümərası idi. 




vivo 

TARİX-İ QEZELBAŞAN 

 

31 



 

 

Məntəşa Sultanın oğlu Temir xan Sistan hakimi idi. 



 

Vəli bəy Xorasan mahallarından birində idi. 

 

Hüseyn bəy Yüzbaşı sarayda idi. 



 

Allahqulu Sultan və İbrahim bəy Xorasanın bəzi mahallarına hakim idilər. 

 

Pirqulu bəy də Xorasanda idi. 



 

Mahmud bəy Nişaburda idi. 

 

Çıraq Sultan və Mustafa bəy Xoy şəhərində idilər. 



 

Şahqulu  Sultan  Yekanın  oğlanları  Mürşüdqulu  Sultan  və  İbrahim  Sultan 

Xorasanda  istiqlal bayrağı ucaltdılar. Mürşüdqulu  Sultan Türbət qalasını

191


  tutdu. 

Şanlı Sultan Məhəmməd padşah (Xudabəndə) Xorasana gəldi. O, itaətsizlikdən və 

üsyandan dəm vurdu və müzəffər əsgərlər Türbət qalasını bir müddət mühasirədə 

saxladıqdan sonra sülh təklif etdi. Bu cürət nəticəsində günbəgün işləri həddini aşdı 

və  ona  gətirib  çıxardı  ki,  Əliqulu  xan  Şamlu  və  Xorasanda  olan  digər  əmirlərlə 

döyüşəsi  oldu  və  qələbə  küləyi  ona  tərəf  əsdi  və  o  vaxt  15  yaşında  olan  I  Şah 

Abbası  Şamlu  əmirlərinin  əlindən  alıb  Məşhədə  yollandı

192


.  Qardaşı  İbrahim  xan 

Ustaclunu orada qoyub köçbəköç paytaxt Qəzvinə gəldi, sikkə və xütbələr həzrəti

25 

əlanın xoşbəxt ləqəbləri ilə 



– 

Allah-taala  onları  ucaltsın! 

– 

bağlanıb bəzədildi və 



bu həqirin «Əsəhh ət-təvarix»də yazdığı kimi, İraqı (İraqi-Əcəmi) digər qiyamçı və 

itaətsizlərdən  azad  etdikdən  sonra  özbək  Abdulla  xanın  Xorasana  hücum  xəbəri 

yetişdi.  Ətraf-əknafda  olan  əsgərləri  toplayıb  I  Şah  Abbasla  birlikdə  Xorasana 

yollandı.  Həddən  artıq  müstəqillik  qazandığı  üçün  Keyvanın  (Saturi)  qulamlıq 

etdiyi  o  şahın  (Abbasın)  əmri  ilə  Bistam  çəmənliyində  öldürüldü

193


  və  Məşhədin 

idarəsi Ümmət xana tapşırıldı. 

 

Bu tayfanın böyük əmirlərindən biri Həmədan valisi Həsən xandır. 



 

Başqa birisi Mahmud Sultan Sufioğlunun oğlu Əlixan Sultandır. 



 

Zülqədr tayfası 

 

Bu tayfa Əlbistan və Mərəşdə yaşayır



194

  və özlərinin  müstəqil padşahları 

olub; məsələn, Məlik Aslan, Nəsirəddin, Süleyman və Əlaüddövlə

195


 

Onların  çoxu  şanlı  Səfəvi  xanədanının  müridləridir.  I  Şah  İsmayılın 



cülusunun  əvvəllərində  onların  böyük  əksəriyyəti  aləmin  pənahı  olan  dərgaha 

gəldilər və Şirazın idarəsi onlara tapşırıldı. Şirazda hakimlik etmiş şəxslərin adları 

belədir: Sultan Xəlil, Əli Sultan, Murad Sultan, Həmzə Sultan, Qazi xan,  İbrahim 

xan,  Əli Sultan Tatioğlu, Şahvəli Sultan, Bərxurdar Sultan, Məhəmmədcan Sultan,  




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə