TariX-İ qezelbaşAN



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə11/17
tarix15.03.2018
ölçüsü0,53 Mb.
#32248
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

vivo 

TARİX-İ QEZELBAŞAN 

 

32 



 

Vəli Sultan. 

 

Bu  tayfanın  böyük  əmirlərindən  Məhəmməd  xan  Zülqədroğlu  ibn  Kor 



Şahrux ibn Əlaüddövlə paşa Zülqədr Şah Təhmasibin yanında böyük nüfuza malik 

idi və 940-cı ildə (23.VI.1533 

– 

12.VII.1534) Rum padşahı Sultan Süleyman İrana 



gələrkən,  o,  Sultaniyyədə  onun  ordusuna  qoşuldu  və  onun  adından  Ərzənərrüm 

(Ərzrum) hakimi oldu. Orada bir qala tikdi və axırda Rumelidə

196

 vəfat etdi. 



 

Bu  tayfanın  başqa  bir  böyük  əmiri  Şahqulu  Xəlifədir.  Əvvəlcə  Şah 

Təhmasibin  qorçisi  idi,  Dəlu  Şeyxinin  öldürülməsindən  sonra  eşikağası  oldu. 

Məhəmməd  bəy  Ərdivanoğlunun  vəfatından  sonra  Şah  Təhmasibin  möhrdarı

197 

oldu. Astrabadda sancıdan öldü. 



 

Onların böyük əmirlərindən biri Şahrux xandır. O da II Şah İsmayılın və 

Sultan  Məhəmməd  padşahın  vaxtında  möhrdarlıq  mənsəbi  ilə  şərəflənmiş  və 

əzizlənmişdi

198



 



Başqa  biri  Ümmət  xandır  ki,  türkman  və  təkəlu  döyüşündə

199


  məğlub 

olandan  sonra  Yəzdə  getdi  və  orada  qorçibaşı  Qulu  xan  Əfşarın  vəziri  Məqsud 

bəyin əli ilə öldürüldü. 

 

Başqa  biri  Əli  xandır  ki,  Sultan  Məhəmməd  padşah  onu  Şiraza  hakim 



göndərdi.  Zülqədr  əyanları  ondan  üz  döndərdilər,  onun  vəkili  və  kürəkəni  olan 

Mehdiqulu bəy onu öldürüb xan oldu. 

 

Bu tayfanın böyük  əmirlərindən biri Yaqub xandır. Mehdiqulu  xan  Qəz-



vində  Mürşüdqulu  xan  Ustaclunun  göstərişi  ilə  öldürüldükdə,  I  Şah  Abbas  Fars 

vilayətinin idarəsini ona həvalə etdi. Elə ki, o, Yəzd döyüşündə Bəktaş xana qalib 

gəldi və tam istiqlal və təsvirolunmaz təntənə ilə Farsa qayıtdı, İstəxr qalasının

200


 

möhkəmliyinə güvənib üsyan və itaətsizlikdən dəm vurmağa başladı, qalaya həd-

dən artıq ehtiyat və azuqə daşıyıb yığdı. I Şah Abbas o tərəfə yollandıqda, o, qor-

xub  və  ümidsizləşib  qaladan  çıxdı,  bir  neçə  gündən  sonra  öldürüldü  və  cəsədini 

onunla qalaya çəkilmiş 150 əyanı ilə birlikdə həmin gün tamaşa göstərən kəndirba-

zın kəndirindən asdılar və o vilayətin idarəsi Bünyad xana tapşırıldı

201



 



Hazırda bu tayfanın əmirlərindən Nədir xan möhrdardır. 

 

Əfşar tayfası 

 

«Əfşar» 



– 

yəni  «ovda  çevik  olan».  Onlar  Oğuz  xanın  oğlu  Yıldız  xanın 

övladlarıdır. Qədimdən İranda olmuşlar və bir qismi Şamdan gəlmişdir. 



vivo 

TARİX-İ QEZELBAŞAN 

 

33 



 

 

Atabəy  Məhəmməd  Cahan  Pəhləvan  ibn  Eldənizin



202

  zamanında  Şumlə 

Əfşar  Xuzistan  valisi  idi  və  onunla  çəkişirdi,  590-cı  ildə  (27.XII.1193 

15.XII. 



1194) ölmüşdü. 

 

Həsən padşahın və digər Ağqoyunlu sultanlarının zamanında Mənsur bəy 



Əfşar  Kuhkiluye

203


  hakimi  idi.  (O),  Qasım  bəy  Pornakı  məğlub  etmişdi.  Əbədi 

qızılbaş  dövləti  vaxtında  Şahrux  xan,  Əlvənd  xan,  Mahmud  xan,  Rüstəm  xan  və 

Xəlil xan Kuhkiluye hakimi olmuşlar. 

 

Başqa  biri  Danə  bəydir  ki,  I  Şah  İsmayıl  zamanında  böyük  əmir  idi  və 



916-cı ildə (10.IV.1510 

– 

30.III.1511) Mərv (yaxınlığındakı) Tahirabad (kəndində) 



özbək Qənbər bəy və Canvəfa Mirza ilə döyüşüb həlak oldu. 

 

Onların  böyük  əmirlərindən  biri  Mustafa  Sultanın  oğlu  Şahqulu  Sultan 



Kerman hakimidir. 

 

Yaqubsultan bəy də onların əmirlərindəndir. 



 

Başqa biri Sevindik bəy qorçibaşıdır ki, Şah Təhmasibin yaxın adamların-

dan idi

204


 

Şah Təhmasibin vəfat etdiyi ildə Qulu Sultan 



– 

Kerman hakimi, Xəlil xan 

– 

Kuhkiluye  hakimi,  Hüseyn  Sultan 



– 

Fərah


205

  hakimi  (idi),  Xosrov  bəy,  Şahəli 

bəy  və  Əliyar  bəy 

– 

Xorasan  mahallarında,  Həmzə  bəy 



– 

Azərbaycanda  və 

Məhəmməd bəy Farsda idi. 

 

Sultan  Məhəmməd  padşahın  vaxtında  Qulu  Sultan  qorçibaşı  oldu



206

  və 


Kermanın  idarəsi  onun  əmisi  uşaqlarından  biri  olan  Vəli  Sultana  tapşırıldı.  Xacə 

İxtiyarəddin Əbdülqadir Kermaninin saxtakarlıqla  əldə  edilmiş  dövlətinin  və  Ağa 

Kəmalinin  oğlu  Ağa  Zeynəddinin  əmlakının  ələ  keçirilməsi  Vəli  Sultanın  oğlu 

Bəktaş  bəyə  həvalə  edildi

207

.  Bəktaş  bəy  bacarıqlı  və  hiyləgər  adam  olduğu  üçün 



əlindən  gələn üsullarla  Xacə  Əbdülqadirin qızını aldı.  Xacə  və  onun ağıllı,  dəya-

nətli,  cavan  oğlu  Mirza  Məhəmməd  Müzəffər  bu  itkiyə  dözməyib  Kəbəni  ziyarət 

bəhanəsi  ilə  çıxıb  getdilər.  Bəktaş  bəy  onların  hər  il  on  min  tümən  gəlir  verən 

mülklərini, Kermanın digər zadəganları və sultanlarının əmlakı ilə birlikdə öz əlinə 

keçirdi və atasına sultanlıqdan yalnız quru ad qaldı və get-gedə işi o yerə çatdı ki, 

seyidlər seyidi və səadət mənbəyi, islam məmləkətlərinin seçilmişi və insan tayfa-

larının yolgöstərəni Əmir Qiyasəddin Məhəmməd Mirmiranın

208


 qızına evləndi və 

Yəzdi (də) əlinə keçirib özünü xan və sultan adlandırdı. 




vivo 

TARİX-İ QEZELBAŞAN 

 

34 



 

 

Qulu xan Qorçibaşının oğlu Yusif xan Əbərkuh hakimi idi və həlim, səxa-



vətli, dərviş təbiətli adam idi, alimlərə və şairlərə iltifat göstərirdi, ağıllı adamlarla 

bir  saatlıq  söhbəti  yüz  illik  hökmdarlığa  bərabər  tuturdu.  Bəktaş  xan  onu  arabir 

Yəzdə  dəvət  edir  və  onunla  söhbət  edirdi,  Əbərkuh  da  onun  (Bəktaş  xanın) 

hökmranlığı altında idi. Və paytaxt İsfahanın darğası Yuli Sultanı da vədə və hədə-

lərlə aldadıb (öz tərəfinə çəkmişdi). 

 

I  Şah  Abbas  İbrahim  xan  Zülqədrin  oğlu  Yaqub  xanı  Farsa  hakim  təyin 



etdikdən sonra (Yaqub xan  yola düşüb) Yəzdə çatdıqda, Bəktaş  xan onu qarşıladı 

və istəyirdi ki, o, (dincəlmək üçün) düşsün və söhbət zamanı mülazimləri ilə birgə 

həbs  etsin.  O,  (Yaqub  xan)  onların  istəyindən  duyuq  düşüb  yorğunluğunu  bəhanə 

gətirərək,  Əhəristanda

209

  yerləşən  Baği-Gülşəndə  dayandı,  həmin  günün  axşamı 



icazəsiz və vidalaşmadan Farsa yollandı. Orada müstəqil olan kimi qoşun toplayıb 

10

-



12 min nəfərlə Yəzdə tərəf yeridi. Bəktaş xan yanında olan süvari və piyadaları 

cəm  edib  min  nəfərlə  onun  qarşısına  çıxdı  və  Yəzdin  4  fərsəxliyində  yerləşən 

Çəmtəft  düzənliyində  düşmən  qoşunlar  üz-üzə  gəldilər.  Bəktaş  xan  mərdliklə 

vuruşsa  da,  bəxti  müsaid  olmadığı  üçün  məğlub  oldu  və  geri  qayıtdı.  Yaqub  xan 

onu  təqib etdi. O, (Bəktaş xan) Mirmiranın (Əmir  Qiyasəddinin)  hündür  hasarları 

olan evində gizləndi. Yaqub xan Əhəristanda düşərgə saldı və bir neçə nəfəri onu 

gözətləməyə  saxladı.  O,  (Bəktaş  xan)  gecə  istədi  ki,  evin  arxasında  olan  qapıdan 

çıxıb Kermana getsin. Onu gözətləyən İbrahim bəy Alıcı Zülqədr onunla rastlaşıb 

tanıdı və istədi ki, onu tutub (Yaqub) xanın yanına aparsın Bəktaş xan qəzəblənib o 

qədər vuruşdu ki, (axırda) həlak oldu. 

 

Bu hadisədən sonra Yaqub xan Yusif xanı Kermanı idarə etməyə göndərdi 



və  bu  zaman  Vəli  xan  sarayda  qorçibaşı  idi.  Əliqulu  xan  Geramilu-Şamlu  Yəzd 

qalasında  idi 

– 

Bəktaş  xan  onu  mühasirədə  saxlayırdı.  O,  bu  mühasirədən  xilas 



olub Yəzdin müstəqil darğası oldu və bir həftə sonra Yaqub xan Yəzddən köç edib 

Farsa yollandı. 

 

Yusif xan Kermana çatıb Bəktaş xanın tikdirdiyi dağ qalasını möhkəmlən-



dirdi. (Lakin) lazımi fərman verilmədən Kerman hakimi olduğu üçün I Şah Abbas 

əmr etdi ki, o vaxt Fars valisi olan Fərhad xan qorçibaşı Vəli xan Əfşarla və indi 

yüksək  xanlıq  mənsəbinə  layiq  görülmüş  və  Fərah,  İsfizar,  Ğur  və  o  ətrafın

210


 

hakimi olmuş İsmayılqulu Sultan Alplu-Əfşarla birlikdə Kermana gedib Yusif xanı 

həbs  etsin  və  Kerman  əyalətinin  yarısı  Vəli  xana,  yarısı  İsmayıl  xana  mənsub 

olsun. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə