TariX-İ qezelbaşAN



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə14/17
tarix15.03.2018
ölçüsü0,53 Mb.
#32248
1   ...   9   10   11   12   13   14   15   16   17

vivo 

TARİX-İ QEZELBAŞAN 

 

40 



 

 

27.

 

1587-ci  ilin  yazında  özbəklər  II  Abdulla  xanın  (1583-1598)  başçılığı 



ilə Herata hücum etmiş, 9 ay 21 gün şəhəri mühasirədə saxlamışdılar. Əliqulu xan 

Şamlu  o  zaman  Məşhəddə  olan  Mürşüdqulu  xan  Ustacluya  və  Abbas  Mirzaya 

(gələcək I Şah Abbas) müraciət etmiş, lakin heç bir kömək görməmişdi. 

 

28.

 

Əbərkuh 



– 

Fars vilayətində İstəxrlə Yəzd arasında yerləşən şəhər-qala. 



 

29.

 

Adətən,  kim  eşikağasıbaşı  vəzifəsinə  təyin  edilirdisə,  Rey  və  Tehran 



ona tiyul verilirdi. 

 

30.

 

Qain İranın şərqində yerləşir. 



 

31.

 

Farava və Məşhədvali şəhərlərinin yerini müəyyənləşdirmək mümkün 



olmadı. 

 

32.

 

Sultan Əbu Səid (1452 



– 

1469) Orta Asiyanın Teymuri hökmdarların-

dan idi. Onun öldürülməsinin tarixçəsini müəllif sonrakı səhifələrdə nəql edir. 

 

33.

 

Ağqoyunlu Uzun Həsən (1453 



– 

1478) nəzərdə tutulur. 



 

34.

 

Qaraqoyunlu hökmdarı Cahançah (1405 



– 

1467) nəzərdə tutulur. 



 

35.

 

Qəzvin şəhəri Tehrandan şimal-qərbdə yerləşir. 



 

36.

 

Ağqoyunlu Sultan Yaqub 1478 



– 

1490-cı illərdə hökmdarlıq etmişdir. 



 

37.

 

Ağqoyunlu sülaləsinin hakimiyyəti 1468 



– 

1502-ci illəri əhatə edir. 



 

38.

 

Qara Yusifin oğlu İskəndərlə (1420 



– 

1437) Teymurləngin oğlu Şahru-

xun (1405 

– 

1447) mübarizəsinin təfsilatı bir qədər sonra verilir. 



 

39.

 

Muş düzənliyi Van gölündən qərbdə yerləşir. 



 

40.

 

Tarom 



– İ

randa bu cür adlanan iki şəhər vardır. Onlardan biri Qəzvin 

yaxınlığında, digəri isə Fars vilayətində yerləşir. 

 

41.

 

Səncəq (Səncaq) 



– 

Mehabaddan 24 km şərqdə yerləşən kənd. 



 

42.

 

«Qaravul» döyüş başlamazdan qabaq düşmənin vəziyyətini öyrənmək 



və əsir ələ keçirmək üçün göndərilən kəşfiyyat dəstəsinə deyilirdi. 

 

43.

 

Cahanşah Sultan Əbu Səidin müttəfiqi idi. 



 

44.

 

Amid 



– 

Diyarbəkr, daha doğrusu, onun mərkəzi nəzərdə tutulur. Qara 

daşdan tikildiyi üçün «Qara-Amid» də deyilir. «Hamid», «Həmid» variantlarına da 

təsadüf olunur. 



 

45.

 

Həsənəli Cahanşahın oğlu idi. 1469-cu ildə öldürülmüşdür. 



 

46.

 

Mahmudabad 



– 

Kürün sahilində, Salyandan şimalda yerləşirdi. 




vivo 

TARİX-İ QEZELBAŞAN 

 

41 



 

 

47.

 

Şirvanşah Fərrux Yasar (1462 



– 

1500)  əvvəlcə  Əbu  Səidin  müttəfiqi 

idi və ona ərzaqla kömək göstərirdi. Sonra isə Uzun Həsənin tərəfinə keçmişdi. 

 

48.

 

Sultan Əbu Səid 1456/57-ci ildə Heratda Şahruxun arvadı Gövhərşad 



bəyimi edam etdirmişdi. Yadigar Məhəmməd Mirza Şahruxun nəticəsi idi. 

 

49.

 

Dövrün tanınmış şairi və alimi Cəlaləddin Dəvani (1426



1502) nəzər-

də tutulur. 

 

50.

 

«Məqtəl-e  Sultan  Əbu  Səid»  («Sultan  Əbu  Səidin  qətl  yeri»)  ifadəsi 



əbcəd hesabı ilə 873-cü ili (22.VII.1468 

– 

10.VII.1469) göstərir. 



 

51.

 

Uğurlu Məhəmməd Uzun Həsənin, Əbu Yusif isə Cahanşahın oğlu idi. 



 

52.

 

«Şəh-e dinpərvər-e adil» («ədalətli və dinə hamilik edən şah») ifadəsi 



əbcəd hesabı ilə hicri 882-ci ili (1477 

– 

78) göstərir. 



 

53.

 

Xərrəqan 



– 

Həmədandan şimalda yerləşən yaşayış məntəqəsi. 



 

54.

 

Müəllif Qansuh dedikdə, yəqin ki, 1498 



– 

1500-cü illərdə hökmranlıq 

etmiş məmluk sultanı Zahir Qansuhu nəzərdə tutur. Lakin o, səhv edir. Göstərilən 

dövrdə Misir hökmdarı Əşrəf Seyfəddin Qaitbay (1468 

– 

1496) idi. Misir sultanı-



nın  davatdarının  (davatdar 

– 

katib;  sultanın  xüsusi  göstərişlərini  yerinə  yetirən 



yüksək  rütbəli  əmir)  adı  əslində  Yaşbək  olmuşdur.  Onun  «Baş»  adlanmasının 

səbəbi,  görünür,  bundadır  ki,  Yaşbək  Misir  qoşununun  ali  başş  komandanı  («baş 

əl-əsgər») idi. 

 

55.

 

Ruha 



– 

Anadolunun  cənubunda,  Cəzirədən  şimalda  yerləşən  qala-

şəhər. 

 

56.

 

Savə Tehrandan cənub-qərbdə yerləşir. 



 

57.

 

Əxiska (Axaltsixe) və Xatun (Atskuri) qalaları Tiflisdən cənub-şərqdə 



yerləşirdi. 

 

58.

 

Təbrizdəki səkkizbucaq formalı «Həşt behişt» sarayı nəzərdə tutulur. 



 

59.

 

Sultan Yaqub 896-cı il səfər ayının 11-də (1490-cı ilin dekabrın 24-də) 



vəfat  etmişdir.  Bəzi  mənbələrin  məlumatına  görə,  o,  anası  tərəfindən  zəhərlənib 

öldürülmüşdur. 



 

60.

 

Qazi İsa Sədr (Səfiəddin Savəci) Sultan Yaqub sarayının baş qazısı idi. 



 

61.

 

Van 



– 

Van gölündən şərqdə yerləşən qala-şəhər. 



 

62.

 

Beyza 



– Ş

irazdan şimalda yerləşən kiçik şəhər. 



 

63.

 

Firuzabad şəhəri və dağları Şirazdan cənubda yerləşir. 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə