TariX-İ qezelbaşAN



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə16/17
tarix15.03.2018
ölçüsü0,53 Mb.
#32248
1   ...   9   10   11   12   13   14   15   16   17

vivo 

TARİX-İ QEZELBAŞAN 

 

44 



 

çıxardıqdan  sonra  dövlətin  işlərini  əlində  cəmləşdirmişdi.  Lakin  digər  nüfuzlu 

əmirlər 

– 

Köpək Sultan Ustaclu və Çuhə Sultan Təkəlu da hakimiyyətə can atırdı-



lar. Div Sultan Çuhə Sultanla birləşib Köpək Sultanı məğlub etmiş, sonra isə özü 

Çuhə  Sultanın  təhriki  ilə  1527-ci  ilin  iyul  ayında  şah  tərəfindən  öldürülmüşdü. 

Bundan sonra real hakimiyyət Çuhə Sultanın əlinə keçmişdi. 

 

93.

 

Əmir  Sultan  məşhur  tarixçi,  «Əhsən  ət-təvarix»  əsərinin  müəllifi 



Həsən bəy Rumlunun babasıdır. 

 

94.

 

Təbil və bayraq («təbl-o-ələm») hakimiyyət rəmzi idi. 



 

95.

 

I Sultan Süleymanın İrana ikinci yürüşü 1535-ci ilin yazında olmuşdu. 



 

96.

 

Dərcəzin (Dərgəzin) Həmədandan şimalda yerləşirdi. 



 

97.

 

Saucbulaq  (Soucbulaq,  Souxbulaq) 



– 

Urmiya  gölünün  cənubunda 

yerləşən indiki Mehabad şəhəri. Pişkildərə, Ərəbsəidi və Simnani kəndləri Qəzvin 

ətrafında yerləşir. 



 

98.

 

«Əhsən  ət-təvarix»ə  görə, bu hadisə  942-ci  il rəcəb ayının 20-də  (13 



yanvar 1536-cı il) olmuşdur. 

 

99.

 

Mustafa paşa Çavuş (əsl adı Bıyıklı Məhəmməd) Trabzon hakimi idi. 



Bu döyüşdən sonra Ərzincan osmanlıların əlinə keçdi. 

 

100.

 

Vəramin 



– 

Tehrandan cənub-şərqdə yerləşən şəhər. 



 

101.

 

Çuxursəd 



–  İ

rəvan  ətrafında  Araz  çayı  ilə  Göyçə  gölü  arasındakı 

torpaqlar  belə  adlanırdı.  Səfəvilərin  ərazi-inzibati  bölgüsünə  görə,  Çuxursəd 

bəylərbəyliyi (mərkəzi İrəvan olmaqla) Azərbaycanın dörd əsas bəylərbəyliklərin-

dən biri idi. 

 

102.

 

İskəndər paşa Ərzrum hakimi idi və tez-tez Çuxursədə hücum edirdi. 



Yalnız 1552-ci ildə qızılbaşlar Şah Təhmasibin oğlu İsmayıl Mirzanın sərkərdəliyi 

ilə onu qəti məğlubiyyətə uğratdılar. 



 

103.

 

Aras xan Rumlu 1578-ci ildə Şamaxı yaxınlığında osmanlıların, Krım 



tatarlarının və yerli qiyamçıların birləşmiş qoşunları ilə qeyri-bərabər döyüşdə əsir 

düşmüş və edam edilmişdi. 



 

104.

 

Turşiz şəhəri Məşhəddən cənub-qərbdə yerləşir. 



 

105.

 

Təkə  eli  dedikdə,  Anadolunun  cənubunda  Alaniyadan  qərbdə  və 



Qocaçaydan şərqdə yerləşən torpaqlar nəzərdə tutulur. 

 

106.

 

Osmanlı sultanı II Bayəzid (1481 



– 

1512). 


 

107.

 

Yekan bəy Təkəlu bir müddət I Şah İsmayılın qorçubaşısı olmuşdur. 




vivo 

TARİX-İ QEZELBAŞAN 

 

45 



 

 

108.

 

Kəlhor 



–  İ

randakı  Zohab  şəhərindən  tutmuş  İraqdakı  Məndəliyə 

qədər eyni adlı tayfanın yaşadığı böyük ərazi belə adlanırdı. 

 

109.

 

Kəndoman 



– İ

sfahanla Xunsar arasında yerləşən kənd. 



 

110.

 

Hüseyn xan Şamlu Herat hakimi idi və bu ərəfədə özbəklərlə döyüşdə 



böyük  qəhrəmanlıq  göstərmişdi.  Lakin  mühasirədə  olduğu  zaman  Çuhə  Sultan 

Təkəlunun  qəsdən  kömək  göndərmədiyini  başa  düşüb  özbəklərlə  danışığa  girmiş 

və öz dəstəsi ilə Şiraza çəkilmişdi, oradan da şahın yanına gəlmişdi. 

 

111.

 

İmamzadə Səhləli 



– 

hazırda Astana adlanan bu qəsəbə Ərak şəhərin-

dən 36 km cənubda yerləşir. 

 

112.

 

Mətndə «Qudur Sultan» getmişdir. 



 

113.

 

«Afət-e təkəlu» ifadəsi əbcəd hesabı ilə 937-ci ili (1530-31) göstərir. 



 

114.

 

Üləma bəyin qiyamı 1531-ci ildə olmuşdu. 



 

115.

 

Üləma  bəy  Sultan  Süleymanın  İrana  birinci  (1534-cü  il),  ikinci 



(1535-ci il) və üçüncü (1548-ci il) yürüşlərində iştirak etmişdi. 

 

116.

 

Şah  Təhmasibin  oğlu  Sultan  Məhəmməd  Xudabəndə  (hakimiyyət 



illəri: 1577 

– 

1587). 



 

117.

 

Qazi xan Təkəlu 1534-cü ildə Sultan Süleymanın İrana birinci hücu-



mu zamanı şaha xəyanət edib osmanlıların tərəfinə keçmişdi. 

 

118.

 

Qazi  xan  1540-cı  ildə  Bakıya  hücum  edib  çətinliklə  şəhəri  tutmuş, 



əhalinin bir hissəsini qılıncdan keçirmişdi. 

 

119.

 

Söhbət Sultan Hüseyn Bayqaranın (1469 



– 

1506) nəvəsi Məhəmməd 

Zaman Mirzadan gedir. O, atası Bədiüzzaman Mirza ilə birlikdə özbəklərdən qaçıb 

I Şah İsmayıla pənah gətirmişdi. Lakin Çaldıran döyüşündən sonra Astrabadı tutub 

müstəqillikdən  dəm  vurmağa  başlamışdı.  1514-cü  il  noyabrın  4-də  baş  vermiş 

döyüşdə qızılbaş əmirləri onu məğlub etmişdilər və o, Bəlxə qaçmışdı. 



 

120.

 

1526-cı  ildə  Səksəncəkdə  (Xalxal  yaxınlığında  yerləşir)  rumlu  və 



təkəlu  tayfalarının  birləşmiş  qüvvələri  ilə  ustaclu  tayfası  arasında  sonuncuların 

məğlubiyyəti  ilə  nəticələnən  döyüş  olmuşdu.  Bunun  səbəbi  həmin  tayfaların 

başçılarının  (Div  Sultan  Rumlu,  Çuhə  Sultan  Təkəlu  və  Köpək  Sultan  Ustaclu) 

vəkillik mənsəbi uğrunda mübarizəsi idi. 



 

121.

 

Müəllif Ağqoyunlularda olduğu kimi, burada da əvvəlcə Qaraqoyun-



lu hökmdarları haqqında danışır, sonra isə ayrı-ayrı tayfalardan və onlardan çıxmış 

əmirlərdən bəhs edir. 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə