TariX-İ qezelbaşAN



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə2/17
tarix15.03.2018
ölçüsü0,53 Mb.
#32248
1   2   3   4   5   6   7   8   9   ...   17

vivo 

TARİX-İ QEZELBAŞAN 

 



 

 

Zeynal  xan  fərmana  görə  bir  neçə  il  Herat  valisi  oldu,  lakin  o,  əraziləri 



tuta bilmədiyi üçün azad edildi. Bir neçə il Astrabada

17 


hakimlik etdi və 934-cü ildə 

(27.IX.1527 

– 

14.IX.1528) Firuzguhda



18

 

özbək Zeynəşlə vuruşub həlak oldu. 



 

Bu  tayfanın  başqa  bir  böyük  əmiri  Ağzıvar  xandır.  Pəhləvanlıqda  tayı-

bərabəri  yox  idi,  əmrə  görə  Sam  Mirzanın  lələsi

19

 



və  Herat  hakimi  təyin  edildi. 

Hüseyn  xanın  öldürülməsindən  sonra  qorxuya  düşdü  və  Sam  Mirzanı  da  götürüb 

Qəndəhara

20

 



yollandı  və  cığatay  şahı  Baburun  oğlu  Kamran  Mirza

21

 



ilə  döyüşdə 

həlak oldu. Onun (Ağzıvar xanın) atası Dəmri Sultan Şah Təhmasibin böyük əmir-

lərindən idi və Bistamda özbək Übeyd xanla döyüşüb öldürüldü

22



 

Bu  tayfanın  böyük  əmirlərindən  biri  Zeynəddin  Sultandır.  Uzun  illər 

İsfəraində

23

 



hakimlik  edib  Şah  Təhmasibin  zamanında  o  diyarda  dünyadan  köçdü 

və Pirəli Sultan onun yerinə keçdi. 

 

Başqa  biri  Vəli  Xəlifədir.  Bir  neçə  il  Bəhram  Mirzanın



24

 

mülazimi  olub 



axırda Quma

25

 



hakim təyin edildi və qazaxlarla döyüşdə igidliklər göstərib müqəd-

dəs Məşhədin valisi oldu. 

 

Bu tayfanın böyük xanlarından biri Əliqulu xandır. O, Sultan Hüseyn xan 



ibn Əbdi bəy  ibn Durmuş  xanın oğludur  və  II  Şah  İsmayılın taxta çıxmasından

26

 



özbək Abdulla xanın Xorasanı tutmasına qədər o, Herat valisi idi. Özbəklər doqquz 

aydan sonra o çiçəklənən diyarı fəth etdikdə onu tutub öldürdülər

27



 



Və  bu  tayfanın  böyük  əmirlərindən  biri  Hüseyn  xandır.  O,  bir  müddət 

Qum hakimi idi və 1007-ci ildə (4.VIII.1598 

– 

23.VII.1599) I Şah Abbas Xorasanı 



azad etdikdə Herat hakimliyini ona tapşırdı və hazırda o, vilayətin valisidir. 

 

Bu  tayfanın  başqa  bir  əmiri  Əliqulu  xandır.  Bir  müddət  Yəzd  və 



Əbərkuh

28

  hakimliyi  onun  öhdəsində  idi.  Hal-hazırda  I  Şah  Abbasın  xidmətində 



eşikağası mənsəbindədir və Rey torpaqları onun tiyuludur

29



 

Daha  birisi  Qəmbər  xanın  oğlu  Nəcəfqulu  xandır  ki,  hazırda  Qain

30

 

hakimidir. 



 

Rumlu tayfası 

 

Bu  tayfa  Tokat,  Sivas,  Amasya,  Farava,  Məşhədvali  və  sair  Rum 



şəhərlərində yaşayır

31

. Bir hissəsi maldar, bir hissəsi şəhərlidir. 



 

Onların böyük əmiri Cahanşah idi. O, Sultan Əbu Səidin qətlindən sonra

32

 

Həsən padşahın



33

 

sarayına gəlib əmirlik rütbəsi aldı. 




vivo 

TARİX-İ QEZELBAŞAN 

 



 

 

Başqa  bir  əmir  Hacı  Hüseyn  bəydir  ki,  Cahanşahın



34

 

oğlu  Həsənəlinin 



adından Qəzvin

35

 



hakimi idi. 

 

Ağacəri tayfası 

 

Əli bəy Cahanşah (Qaraqoyunlu) zamanında böyük əmir idi. 



 

Bayramlu tayfası 

 

Şahəli  bəy  Cahanşah  zamanında  böyük  əmir  idi.  Cahanşahın  qətlindən 



sonra (Ağqoyunlu) Həsən padşahın hüzuruna gəlib böyük nüfuz qazandı və Sultan 

Əbu  Səidi  tutub  gətirəndə  Həsən  padşah  ona  Şahəli  bəy  Bayramidən  aşağıda  yer 

verdi. 

 

Bu tayfadan Şahsuvar bəy Yaqub padşahın



36

 

vaxtında böyük əmir idi. 



 

Əkrəmi tayfası 

 

(Bu tayfa) iyirmi dörd qoldan ibarətdir. 



 

Ördəklu tayfası 

 

Onlardan heç kəs əmirlik etməmişdir. 



 

Qaracarlu tayfası 

 

Onlar da əmirlik etməmişlər. 



 

 

AĞQOYUNLU (TAYFALARI) HAQQINDA 



 

 

Bu  tayfaya  «Bayanduri»  də  deyirlər  və  onlar  36  il  İran  torpaqlarında 



sultanlıq ediblər

37

. Onların padşahları aşağıdakılardır: Həsən padşah, Sultan Xəlil, 



Yaqub  padşah,  Baysunqur  Mirza,  Rüstəm  padşah;  Əhməd  padşah,  Məhəmmədi 

Mirza, Əlvənd padşah, Sultan Murad. 



 

Əbu-n-Nəsr  Həsən  padşah:  O,  Əli  bəy  ibn  Qara  Osmanın  oğludur. 

Bayandur xan ki, bu tayfa özünü onun nəsli hesab edir, Gün xan ibn Oğuz  xanın 

oğludur  və  Oğuz  xan  Həsən  padşahın  əlli  birinci  babasıdır.  O,  əslən  padşah  və 

padşah oğludur, babası Qara Osman məşhur qəhrəmanlardan olmuşdur. 839-cu ildə 

(27.VII.1435 

– 

15.VII.1436) Qara  Yusifin  oğlu  İskəndər  Mirza  Şahruxun  qorxu-




vivo 

TARİX-İ QEZELBAŞAN 

 

10 



 

sundan qaçarkən, Qara Osman onun yolunu kəsib tutmaq istəyirdi

38

. Döyüş zamanı 



Qara  Osman  atdan  yıxılıb  başından  ağır  yara  aldı.  Onu  Ərzən-ərruma  (Ərzruma) 

apardılar. Səksən yaşı olduğu üçün o (yaradan) öldü və orada dəfn edildi. İskəndər 

həmin vaxt oranı tutub onu qəbirdən çıxardı, başını kəsib Misirə göndərdi. 

 

Cahanşah  (Qaraqoyunlu)  gücləndikdən  sonra  bu  fikrə  düşdü  ki,  düşmən 



xanədanın  (Ağqoyunluların)  kökünü  tamamilə  kəssin  və  buna  görə  də  872-ci  il 

şəvval  ayının  10-da  (3.V.1468) Təbrizdən  çıxıb  Diyarbəkrə  tərəf  yollandı.  Həsən 

bəy  qoşununu  topladı  və  qardaşı  Cahangir  bəy  öz  oğulları  Murad  bəy  və  İbrahim 

bəylə  ona  qoşuldu.  Cahanşah  Muş  düzənliyinə

39

 

çatanda  böyük  əmirlərdən  olan 



Qəzvin  (yaxınlığındakı)  Tarom

40

 



hakimi  Qasım  Pərvanəcini  irəli  göndərdi  (və  o) 

məğlub oldu. Cahanşah bir neçə gün dayanıb geri qayıtdı. Ağqoyunlu sərkərdələri 

dedilər ki, o bizə bir ziyan vurmayıb geri döndü, gəlin biz də qayıdaq, Həsən bəy 

razı olmadı. 

 

Elə  ki,  Cahanşah  o  yerdən  hərəkət  edib  Səncəqdə



41

 

düşərgə  saldı,  Həsən 



bəy altı min süvari ilə ordudan ayrılıb vuruş əzminə düşdü. Qaravul

42

 



xəbər gətirdi 

ki, Cahanşah ordunu  yola salıb yaxın adamları ilə  mənzildə yatır. Həsən bəy  yola 

düşdü  və  onun  yatdığı  yerə  yaxınlaşanda  padşaha  onun  gəlişini  xəbər  verdilər. 

Atlara mindilər və düşmənlər bir-birinə qarışdı. Bir nəfər arxadan Cahanşaha çatıb 

tanımadan  ona  namərdcəsinə  zərbə  endirdi.  O,  fəryad  etdi  ki:  «Məni  öldürmə, 

Həsən bəyin yanına apar, sənə xeyri dəyər!». Lakin o yaradan taqətsiz olduğu üçün 

(həmin adam onun) başını kəsdi və qorxdu ki, məbada ona bir zərər yetər, ona görə

 

(heç kimə) heç nə demədi. Nəhayət, axtarıb onun atını və yarağını tanıdılar, başını 



tapıb  Xorasana 

– 

Sultan  Əbu  Səidə  göndərdilər



43

 

və  övladları  Məhəmmədini  və 



Əbu Yusifi əsir aldılar. 

 

Həsən  bəy  qayıdıb  Amid



44

 

qışlağına  gəldi  və  yazda  Bağdad  əhalisinin 



xahişi ilə oraya getdi, Pir Məhəmməd Alpaut oranın hakimi idi, onu ora (Bağdada) 

buraxmadı. Həsən bəy qırx günlük mühasirədən sonra Azərbaycana qoşun çəkdi və 

Xoyda Həsənəlinin

45

 



qoşunu vəlvələyə düşdü və onun bir sıra əmirləri, o cümlədən, 

Şahmənsur, Şahsuvar bəy və Əmir İbrahimşah Həsən bəyin tərəfinə keçdilər. 

 

Bu zaman Əmir Məzid Ərğun Sultan Əbu Səid tərəfindən Təbrizin darğası 



təyin edilmişdi. 

 

Həsən bəy oradan Naxçıvana getdi və Sultan Əbu Səid Miyanədən Qara-



bağa  yollandı.  Həsən bəy dəfələrlə  elçi  göndərib itaətini bildirdi,  (amma)  faydası 

olmadı.  Cığatay  ordusu  Mahmudabad

46

 

yaxınlığında  düşərgə  saldı.  Həsən  bəy 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə