vivo
TARİX-İ QEZELBAŞAN
11
sülhdən əl çəkdi, Ağqoyunlu bahadırları onun (Əbu Səidin) qoşununun yan-
yörəsinə hücumlar edib qətl və qarətə başladılar, Sultanın təchizatı hansı tərəfdən
gəlirdisə, ələ keçirirdilər.
Həmin vaxt Həsən bəy Şirvan valisi Fərrux Yasara
47
bir neçə məktub
göndərdi. Şirvanlılar da tərəddüdü bir kənara qoydular. Cığatay ordusunda elə
qıtlıq başladı ki, Sultanın xüsusi atları on iki gün yemsiz qaldı və məcbur olub geri
döndülər.
Sultanın əmir əl-ümərası Əmir Məzid Ərğun qaravulda tutuldu. Sultan
Əbu Səid anasını sülh bağlamaq üçün göndərdi, lakin (o), ümidsiz geri qayıtdı. Bir
anda o əzəmətdə qoşun darmadağın oldu. O, (Əbu Səid) övladları ilə qaçdı. Həsən
bəyin oğlu Zeynal bəy onu təqib edib tutdu. Həsən bəy onu Yadigar Məhəmməd
Mirzaya verdi, (o da) xeyirli işlər görmüş Gövhərşad bəyimin intiqamını almaq
üçün onu qətlə yetirdi
48
.
Bu hadisə 873-cü il rəcəb ayının 22-də (7.II.1469) baş verdi və Əllamə
Dəvani
49
onun tarixini belə deyib:
Sultan Əbu Səid ki, şahlıq fərrində
Qoca fələyin gözü onun tək cavan görməyib;
Ölümünə necə inanmayasan ki, öldürülmüşdür
–
Qətlinin tarixi: «məqtəl-e Sultan Əbu Səid»
50
.
Və Həsən bəy o qışı Muğanda qışlayıb bütün İraqa və Azərbaycana darğa-
lar göndərdi və yazda Həmədana gəldi, Uğurlu Məhəmmədi o vaxt Farsa hücum
etmiş Əbu Yusifin üstünə göndərdi
51
və özü də ardınca getdi. Əbu Yusif Uğurlu
Məhəmməd tərəfindən öldürüldü. 881-ci ildə (26.IV.1476
–
14.IV.1477) (Həsən
bəy) Gürcüstana qoşun çəkib Tiflisi tutdu və elə o vaxt da qayıdası oldu, yolda
xəstələndi və xəstəlik uzun çəkdikdə, Sultan Xəlilin anası Səlcuq bəyim Şiraza
təcili çapar göndərdi və onu Təbrizə çağırdı. Atası onu görüb vəsiyyətini etdi və
882-ci ilin ramazan bayramı gecəsi (5.I.1478) vəfat etdi. Təvəllüdü 828-ci ildə
(23.XI.1424
–
12.XI.1425) olmuşdu. Özünün saldırdığı «Nəsriyyə» bağında dəfn
edildi. O, son dərəcə ədalətli, siyasətcil və rəiyyətə mərhəmətli idi. Onun vəfatının
tarixi barədə demişlər:
vivo
TARİX-İ QEZELBAŞAN
12
Vəfatının tarixi üçün hər kəs
«Şəh-e dinpərvər-e adil» dedi
52
.
Sultan Xəlil ibn Həsən bəy: Atasından sonra padşahlıq (taxtına) oturub,
ilk növbədə, Təbrizdə «Məqsudiyyə» (məscidini) tikdirmiş qardaşı Məqsud bəyi
öldürtdü və bu hərəkət başqa qardaşlarını, xüsusən Yaqub bəyi qorxuya saldı.
Yaqub bəy iqtası hesab olunan Diyarbəkrə getməyə icazə aldı və 883-cü ilin (1478)
yazında Diyarbəkrdə qardaşına qarşı qiyam qaldırdı; qonşu əmirlər də ona
qoşuldular.
Bu xəbər Xərrəqanda
53
Sultana çatdı və o, Azərbaycana getdi. 883-cü il
rəbi'ülaxir ayının 14-də (15.VII.1478) çərşənbə günü nahar çağı Xoy çayının
sahilində iki qardaş arasında döyüş oldu, Əvvəl Yaqubun tərəfdarları məğlub
olurdular və Sultan Xəlilin böyük əmirlərindən biri olan Osman bəy Miranşahi
Yaqub bəyin ordusundan (olan) Bayandur bəyin evini tutub talan etdi. Bir anda tale
əksinə döndü və Sultanı atın üstündəcə parça-parça etdilər və qələbə Yaqub bəyə
nəsib oldu.
Yaqub bəy ibn Həsən bəy: Onun hakimiyyətinin əvvəllərində Sultan
Xəlilin oğlu Əlvənd bəy Şirazda və Kosa Hacı
–
o da bayanduri əyanlarından idi
–
İsfahanda üsyan etdi. Yaqub bəy Bayandur bəyi İraqa göndərdi və Kosa Hacını
tədbirlə əsir aldı, (həmçinin) Əlvəndi ram etdi.
885-ci ildə (13.III.1480
–
1.III.1481) Misir padşahı Qansuhun davatdarı
Pəşəng Ərəbistan qoşunu ilə Diyarbəkrə gəldi
54
. Yaqub bəy özü müdafiəyə getmək
istədi, əmirlər qoymadılar. Ona görə Yaqub bəy Bayandur (bəyi), Süleyman Bijəni
və Sufi Xəlil Mosullunu onun üstünə göndərdi. Qoşunlar Ruha qalası
55
ətrafında
üz-üzə gəldilər və özünü «Baş» adlandıran Pəşəng digər əmirləri ilə birlikdə əsir
düşüb öldürüldü.
Yaqub bəy bu qələbənin şərəfinə İsfahan əyalətini Bayandura verdi. Lakin
o, bundan daha böyük (mükafat) gözləyirdi və buna görə də 886-cı ilin sonlarında
(1482-ci ilin əvvəllərində) qiyam qaldırdı. Yaqub bəy onu yatırmağa tələsdi və Sufi
Xəlil (Mosullu) Savə
56
yaxınlığındakı Zahir (kəndində) onu (Bayandur bəyi)
öldürdü.
vivo
TARİX-İ QEZELBAŞAN
13
Yaqub bəy Qumda qışlayıb 887-ci ildə (20. II.1482
–
8.II.1483) Gürcü-
stanı tutmağa getdi. Əxiska və Xatun
57
qalalarını
tutdu və 888-ci ildə (9.II.1483
–
29.I.1484) «Həşt behişt»i tikməyə başladı
58
.
Əksər vaxt yaylağı Səhənd, qışlağı Təbriz idi və gününü eyş-işrətdə
keçirərdi, şair və alimlərə böyük meyli var idi. Axırda Qarabağ qışlağına getdi və
orada xəstələndi. Elə ki, ondan əllərini üzdülər, onun oğlu Baysunqurun lələsi və
mürəbbisi Sufi Xəlil (Mosullu) padşahlığa əsl namizəd olan Sultan Xəlilin oğlu
Sultan Əli Mirzanı Yaqub bəyin keçindiyi gecə
59
öldürdü və müxalifətdə olan
dəstəni aradan götürdü, o cümlədən, Qazi İsa Sədri (896-cı il) rəbi'üləvvəl ayının 8-
də (19.I.1491) həbs edib (həmin ayın) 13-də (24.1.1491) bazar ertəsi ordubazarda
asdı
60
.
Baysunqur Mirza ibn Yaqub: Sufi Xəlilin və (digər) Mosullu əmirləri-
nin səyi ilə taxta çıxdı. Bayandurilər arasında ciddi ixtilaf düşdü. Bəzi əmirlər və
şahzadələr Həsən padşahın oğlu Məsih bəyi sultan hesab etməyə başladılar və
onlarla Sufi Xəlil arasında döyüş oldu. Məsih bəy öldürüldü və Rüstəm bəy ibn
Məqsud bəy ibn Həsən bəy tutulub Əlincəq (Əlincə) qalasına aparıldı.
Bir müddət sonra Süleyman Bijən Diyarbəkrdə Sufi Xəlilə qarşı çıxdı və
Van
61
yaxınlığında iki tərəf arasında döyüş oldu. 897-ci ilin axırında (1492-ci ilin
payızında) Sufi Xəlil öldürüldü və Süleyman (Bijən) onun əvəzinə Mirza Baysun-
qurun lələsi oldu.
Rüstəm bəy ibn Məsud bəy: Əlincəq qalasında həbsdə idi. İbrahim bəy
Eybə Sultanın qardaşı Yaqubcanı Fars hakimi təyin edib özü İraqa getdi.
908-ci il səfər ayının 3-də (8.VIII.1502) şənbə günü Hacı bəy Bayandurun
qardaşı oğlu, Kerman hakimi Əbülfəth bəy Şiraza hücum etdi. Yaqubcan Beyza
62
tərəfdən çıxıb getdi və Əbülfəth son dərəcə gücləndi. Elə o dövrdə Firuzabad
63
dağlarında ov edərkən uca dağ qülləsinə çıxdı və təsadüfən 908-ci il şəban ayının
8-də (7.II.1503) şənbə günü dağdan yıxılıb öldü.
Sultan Murad ibn Yaqub: 908-ci il ziqədə ayının 4-də (1.V.1503) bazar
ertəsi I Şah İsmayıl tərəfindən məğlub edilib Şiraza, oradan Dizfula, sonra isə
Bağdada getdi və təxminən beş il yarım orada sultanlıq etdi. Nəhayət, 914-cü ildə
(2.V.1508—20.IV.1509) I Şah İsmayılın yaxınlaşmasından xəbər tutub illərlə
İraqi-Ərəbin mütləq hakimi olmuş Barik bəy Pornak ilə birlikdə Diyarbəkrə qaçdı,
oradan Əlaüd-dövlə Zülqədrin yanına getdi və onun qızını istədi. O qızdan iki oğlu
oldu: biri Yaqub, o biri Həsən.
Dostları ilə paylaş: |