TariX-İ qezelbaşAN



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə5/17
tarix15.03.2018
ölçüsü0,53 Mb.
#32248
1   2   3   4   5   6   7   8   9   ...   17

vivo 

TARİX-İ QEZELBAŞAN 

 

17 



 

 

Onların  kiçik  əmirləri  Hacı  Üveys  və  Seyf  bəy  olmuşlar  ki,  Əsilməz  



Sultandan  və  onun  oğlu  Dondar  Sultandan  sonra  Bayatın  əmirliyi  onların  əlinə 

keçdi. 


 

Onların  böyük  əmirlərindən  (biri)  Şahverdi  Sultandır  və  digəri  Uğurlu 

Sultandır  ki,  Şahverdi  xan  Lur  ilə  vuruşub  həlak  oldu

87

,  qardaşı  Şahqulu  Sultan 



Kərəhrud

88 


və onun ətrafının hakimidir. 

 

(Başqa  bir  əmir)  Məhəmməd  Sultandır  ki,  hazırda  Nişabur  şəhərinin 



əmirliyi ona mənsubdur. 

 

Ərəbgirlu (tayfası) 

 

Onlar Ərəbgir vilayətinin Çimişkəzək (mahalındandır)



89

 

və  I  Şah  İsmayıl 



– 

Allah ona Cənnət bağçalarında yer versin! 

– 

vaxtında onlar arasında böyük əmir 



olmayıb. 

Xınıslu tayfası 

 

Bu  tayfa  Xınıs,  Tərcan  və  Qarahisardandır



90

.  I  Şah  İsmayıl  vaxtında 

onların böyük əmiri Ərzincan valisi Həsən bəy Eyqutoğlu idi. 

 

(Onların  böyük  əmirlərindən)  Div  Sultan  I  Şah  İsmayıl  6  Tfzamanında 



Bəlx

91 


hakimi  oldu,  özbəklərlə  mühüm  döyüşlər  etdi  və  bütün  vuruşlardan  qalib 

çıxdı. Çaldıran döyüşündən sonra Şah İsmayıl onu hüzuruna çağırdı. Bir neçə dəfə 

Gürcüstana qoşun çəkdi və qələbələrlə geri döndü. Dayan Sultan Ustaclunun ölü-

mündən sonra əmir əl-üməra oldu. Şah İsmayılın vəfatından sonra Şah Təhmasibi 

taxta çıxardı. 933-cü ildə (8.X.1526 

– 

26.IX.1527) Çuhə Sultan Təkəlunun təhriki 



ilə öldürüldü

92



 

Əmir Sultan I Şah İsmayıl zamanında rumlu qorçilərin yüzbaşısı idi

93

.  O 


həzrətin vəfatından sonra Şah Təhmasibin xəzinədarı oldu. Çuhə Sultanın qətlindən 

sonra təbil və bayraq sahibi olub

94

, Qum valisi təyin edildi. Sultan Süleyman ikinci 



dəfə İraqa (İraqi-Əcəmə) gələndə

95

, o, Dərcəzin



96

 

yaxınlığındakı Vəsə kəndində 



idi.  Rumlularla  (osmanlılarla)  şiddətli  döyüşlər  aparıb  o  həzrətin  diqqətini  özünə 

cəlb  etdi  və  Qəzvin  şəhərinin  hakimliyini  aldı,  Saucbulaq,  Pişkildərə,  Ərəbsəidi, 

Simnani  (kəndləri)

97

 



ona  tiyul  verildi  və  944-cü  ildə  (10.VI.  1587 

– 

29.V.1538) 



Şah Təhmasib Damğandan Məşhədə qədər Xorasan əyalətlərinin əmir əlüməralığı-

nı ona əta etdi. O, 947-ci ildə (8.V.1540 

– 

26.IV.1541) Təbrizdə vəfat etdi. 




vivo 

TARİX-İ QEZELBAŞAN 

 

18 



 

 

(Bu tayfanın başqa  bir  əmiri) Zəif Yusifin oğlu Sufiyan Xəlifədir. Əslən 



Sivas şəhərindəndir. Pəhləvanlıqda birinci idi və özbəklər ilə şiddətli döyüşlər edib 

943-cü  ildə  (20.VI.1536 

– 

9.VI.1537)  Nişabur  (yaxınlığındakı)  Əbdülabad  (kən-



dində) Übeyd xanla vuruşda öldürüldü

98



 

Nurəli  Xəlifə  I  Şah  İsmayıl  vaxtında  Ərzincan  hakimi  idi.  Rumlularla 

(osmanlılarla)  mühüm  döyüşlər  etmiş,  Tokat  şəhərini  yandırmışdı.  922-ci  ildə 

(5.II.1516 

– 

23.I.1517) Çimişkəzəkdə  «Bığlı Çavuş» adı ilə məşhur olan Mustafa 



paşa ilə vuruşda həlak oldu

99



 

Bu  tayfanın  böyük  əmirlərindən  biri  Süleyman  Sultandır.  Div  Sultanın 

mülazimi idi və onun öldürülməsindən sonra, fərmana görə, onun yerinə keçdi, (9) 

43-cü  ildə  (20.VI.1536 

– 

9.VI.1587)  Vəramində



100

 

dünyadan  köçdü.  Onun  oğlu 



Hüseyncan  Sultan  Əmir  Sultan  Rumlunun  köməyi  ilə  Rey  hakimi  oldu,  Məntəşa 

Sultan  Ustaclunun  ölümündən  sonra  Çuxursədin

101

 

əmir  əl-ümərası  oldu  və  o 



zaman İskəndər paşa İrəvana gəldikdə

102


, onunla vuruşmadı və (9)58-ci ildə (1551) 

vəfat  etdi.  Şah  Təhmasib  onun  qoşununu  Div  Sultanın  oğlu  Ədhəm  bəyə  həvalə 

etdi. 

 

Bu tayfanın böyük əmirlərindən biri də Şirvan valisi Aras Sultan idi



103

 



Başqa birisi Yusifcan Sultandır ki, hazırda Turşizin

104


 

və o ətrafın hakimi-

dir. 

 

TƏKƏLU TAYFASI 



 

Bu  tayfa  Məntəşa  eli,  Aydın  eli,  Sərxan  eli,  Həmid  eli,  Kermiyan  və 

Ədasya  diyarındandır  və  bu  vilayətlərə  bir  yerdə  Təkə  eli  deyirlər.  916-cı  ildə 

(10.IV.1510—  30.III.1511)  o  diyardan  aləmin  pənahı  olan  dərgaha  gəldilər  və 

Sultan  Bayəzidin  əmirləri  ilə  mühüm  döyüşlər  etdilər,  bütün  vuruşlardan  qalib 

çıxdılar. 

 

Bu  tayfanın  mötəbər  əmiri  Yekan  bəy  I  Şah  İsmayılın  dövründə  böyük 



əmir idi. 

 

Başqa  birisi  Çuhə  Sultandır  ki,  I  Şah  İsmayılın  vaxtında  Kəlhor  hakimi 



idi,  Div  Sultan  Rumlunun  qətlindən  sonra  əmir  əl-üməra  oldu  və  937-ci  ildə 

(25.VIII.1530-14.VIII.1531) Gəndoman yaylağında öldürüldü. 

 

Bu hadisənin təfsilatı belədir: 




vivo 

TARİX-İ QEZELBAŞAN 

 

19 



 

 

Hüseyn  xan  Şamlu  Şirazdan  gələrək,  Ģahın  hədsiz  lütfləri  sayəsində 



taytuşlarından  seçildikdə,  Çuhə  Sultanın  paxıllığı  tutub  onu  öldürmək  fikrinə 

düşdü.  Bu  məqsədlə  ziyafət  təşkil  edib  Hüseyn  xanı  dəvət  etdi.  Bəzi  qorçilər  bu 

qəsddən  onu  (Hüseyn  xanı)  xəbərdar  etdilər  və  o  həmin  ziyafətə  getmədi.  Elə  ki, 

gecə düşdü, (Hüseyn xan) Şamlulardan bir dəstə ilə Çuhə Sultanın çadırının üstünə 

hücum  çəkdi.  Çuhə  Sultan  onların  əlindən  qaçıb  özünü  Şah  Təhmasibin 

divanxanasına saldı. Hüseyn xan onu təqib etdi. Şahın çadırında o iki yolunu azmış 

əmir savaşmağa başladılar və çəkişmə zamanı iki ox Şah Təhmasibin tacına dəydi. 

 

(Həmin  gün)  keşikdə  olan  zülqədr  qorçiləri  Şamlularla  birləşdilər  və 



Məsir  adlı  zülqədr  qorçisi  Çuhə  Sultanı  ağır  yaraladı  və  o  öldü.  Amma  təkəlular 

onun  ölümünü  gizli  saxladılar.  Düşərgənin  yaxınlığında  olan  Burun  Sultan 

Təkəlunun oğlu Hüseyn Sultan köməyə gəldi, Şamlular bu vuruşdan qaçıb İsfahana 

yollandılar  və  Şamlulardan  300  nəfərə  yaxını  əsir  tutulub  təkəlular  tərəfindən 

öldürüldü.  Təkəlu  əmirləri  Çuhə  Sultanın  oğlu  Şahqubadı  (onun  yerinə)  vəkil 

etdilər  və  orduda  fəsad  törətməyə  başladılar.  Başqa  tayfalar,  o  cümlədən,  ustaclu, 

rumlu, zülqədr,  əfşar birləşməyə  məcbur oldular və bir neçə gün sonra İmamzadə 

Səhləli yaxınlığında onlarla təkəlu (tayfası) arasında döyüş oldu. Şah Təhmasib də 

o tayfanın qətlinə fərman vermişdi. Nəhayət, təkəlu tayfası Kürdüstan yolu ilə min 

bir  əziyyətlə  qaçıb  Bağdada  getdi  və  oranın  hakimi  Məhəmməd  xan 

Şərəfəddinoğlu  Quduz  Sultanı  və  bəzi  başqa  ixtilafçıları  öldürüb  başlarını  Şah 

Təhmasibin  sarayına  göndərdi.  «Afət-e  təkəlu»  ifadəsi  bu  hadisənin  tarixini 

göstərir. 

 

(Bu  tayfanın  başqa  bir  əmiri)  Uləmadır  ki,  Azərbaycanda  hakim  idi  və 



Çuhə Sultanın yerinə vəkil olmaq istədiyi üçün yeddi min süvari ilə Şah Təhmasib 

sarayına yaxınlaşdı. Elə ki, üsyan xəbəri Şahın qulağına çatdı, onun üstünə hücum 

etdi,  Uləma  qaçıb  özünü  Van  qalasına  saldı  və  xandqar  ona  zərli  paltar  və  qızıl 

saplarla tikilmiş əmmamə göndərdi və onu Ruma dəvət etdi. O, Sultan Süleymanın 

hüzuruna  yetişən  kimi  onu  İrana  hücuma  keçməyə  təhrik  etdi  və  Sultan 

Süleymanın İrana ikinci yürüşü onun səyi ilə olmuşdu. Uləma Rumda (Türkiyədə) 

vəfat etdi. 

 

Onların  böyük  əmirlərindən  biri  Məhəmməd  xan  Şərəfəddinoğludur. 



Əvvəlcə Çuhə Sultanın mülazimi idi, Əxi Sultanın qətlindən sonra Qəzvin hakimi 

oldu və Zülfüqar Türkmanın öldürülməsindən sonra İraqi-Ərəb valisi oldu. Sufiyan 

Xəlifə  Rumlu  öldürüldükdən  sonra  Ģahzadə  Sultan  Məhəmməd  Xudabəndənin 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə