vivo
TARİX-İ QEZELBAŞAN
20
lələsi oldu və otuz ilə yaxın Heratda hakimlik etdi və o Şəhərdə dünyadan köçdü.
Onun oğlu Qazaq xan Herat hakimi oldu, qoşununun sayı on minə çatdı və şah
Təhmasibə qarşı çıxdı. Əmirlər Herata gedib onu həbs etdilər və o, (9)72-ci ildə
(9.VIII.1564
–
28.VII.1565) vəfat etdi.
Bu tayfanın əmirlərindən biri Çərkəs Həsənin oğlu Qazi xandır. Atası
Urmi (Urmiya) hakimi idi və Div Sultanın əmri ilə öldürülmüşdü. (Qazi xan)
Hüseyn xandan sonra Herat hakimi və Bəhram Mirzanın lələsi oldu, axırda Ruma
getdi. Sultan Süleyman İraq hakimliyini ona əta etdi və (9)47-ci ildə (8.V.1540
–
26.IV.1541) beş min nəfərlə o diyardan qaçıb Şah Təhmasibin hüzuruna gəldi və
Şirvanın Bakı, Salyan və Mahmudabad (Şəhərlərinin) hakimi oldu və Alkas
Mirzanın təhriki, Şah Təhmasibin fərmanı ilə öldürüldü.
Burun Sultan uzun illər Şah İsmayılın adından Məşhəd hakimi idi və
Sultan Hüseyn Mirzanın nəvəsi Məhəmməd Zaman Mirzanı məğlub edib axırda
Səksəncəkdə ustaclular tərəfindən öldürüldü.
Və bu tayfanın başqa bir əmiri Əli Sultandır ki, uzun illər I Şah İsmayılın
adından Qəzvin hakimi idi. Axırda Bistamda özbək Übeyd xanla vuruşda
öldürüldü.
TÜRKMAN TAYFALARI
Onlar iki qola ayrılırlar: Qaraqoyunlu və Ağqoyunlu; və uzun illər İranda
hökmranlıq etmişlər.
QARAQOYUNLU TAYFALARI
121
Onlar Ərciş
122
ətrafında yaşayırdılar və onlara «barani» də deyirlər.
Qara Yusif ibn Qara Məhəmməd: Son dərəcə cəsur, mərd və güclü
olmuşdur. Belə ki, Əmir Teymurla (Teymurlənglə) dəfələrlə vuruşmuşdu və Sultan
Əhməd Cəlairlə
123
birgə Ruma, oradan isə Şama getdi. Oranın (Şamın) padşahı
Məlik Əşrəf Teymurun xoşuna gəlmək üçün hər ikisini həbs etdi. O vaxt onun bir
oğlu oldu, adını Pirbudaq qoydular və Sultan Əhməd onu oğulluğa götürdü.
Əmir Teymurun ölümündən sonra
124
(Qara Yusif) həbsdən azad oldu.
Onunla o vilayətə getmiş və dağılışmış min atlı yenidən toplaşdı və (Qara Yusif)
oradan qaçıb Fərat çayının sahillərinə qədər sərhəd tayfaları və keşikçiləri ilə 180
döyüş edib qalib çıxdı. 809-cu il cumadiüləvvəl ayının 1-də (14.X.1406) Naxçıvan
vivo
TARİX-İ QEZELBAŞAN
21
yaxınlığında Mirza Əbabəkr
125
ilə vuruşub qələbə çaldı. Və ikinci dəfə Təbriz
yaxınlığındakı Sərdrudda 810-cu ildə (8.VI.1407
–
26.V.1408) Mirza Əbabəkrlə
döyüşdükdən və onun atası Mirza Miranşahı
126
öldürdükdən sonra bütün Azərbay-
cana, İraqi-Ərəbə və İraqi-Əcəmin bir hissəsinə hakim oldu. Axırda Mirza Şahrux
onun qarşısını almaq üçün iki yüz min süvari ilə Reyə gəldi və paytaxtın mühafizə-
çiləri düşməni məhv etmək üçün on iki min dəfə «İnna fəthəna»
127
oxudular.
Qara Yusif ağır xəstə olmasına baxmayaraq, qeyrət göstərib Təbrizdən
Ucana
128
getdi və orada (8)23-cü il ziqədə ayının 7-də (13.XI.1420) cümə axşamı
vəfat etdi. Bu vaxt oğlanlarından heç biri yanında deyildi. Ordu elə qarışdı ki, heç
kəs qalmadı. Onu (...) qoyub dağılışdılar, (...) dəstəsi ora gəlib onun geyimini
çıxardılar və daş-qaşla bəzədilmiş sırğalarına tamah saldılar, çıxarmağa imkan
tapmayıb qulağı ilə birlikdə (kəsib) apardılar.
Onun (Qara Yusifin) altı oğlu var idi:
Birincisi, Pirbudaqdır ki, onu padşah edib qarşısında qızıl dəyənəklə
dayanırdı, bu əsasla ki, sultan oğludur. O, atasının sağlığında vəfat etdi və bundan
sonra Qara Yusif öz adından sultanlıq etməyə başladı
129
.
İkincisi, Şahməhəmməddir ki, iyirmi üç il Bağdad hakimi olmuşdu. 836-cı
il zihiccə ayının 18-də (5.VIII.1433) Baba Hacı Həmədani
130
tərəfindən öldürüldü.
Üçüncüsü, Əmir İsfahandır ki, Bağdadı qardaşı Şahməhəmməddən zor ilə
aldı və on iki illik hakimiyyətdən sonra (8)48-ci il ziqədə ayının 28-də (8.III.1445)
çərşənbə axşamı vəfat etdi.
Dördüncüsü, Əbu Səiddir ki, (8)38-ci ildə (7.VIII.1434
–
26.VII.1435)
qardaşı İskəndər tərəfindən öldürüldü
131
.
(Beşincisi), Qara İskəndər ibn Qara Yusif: son dərəcə Şücaətli və cəsur
idi. Atasının ölümündən sonra taxta çıxdı. 824-cü il rəcəb ayının 27-də (28.VII.
1421) bazar ertəsi Ələşkerddə
132
Mirza Şahruxla iki gün döyüşüb böyük Şücaət və
qəhrəmanlıq göstərdi. Axırda əldən düşdüyü üçün qaçıb Ruma getdi və Mirza
(Şahrux) qayıtdıqdan sonra Azərbaycana gəlib taxta oturdu.
İkinci dəfə Mirza Şahrux onun üstünə qoşun çəkdi və (8)32-ci il zihiccə
ayının 17-də (17.IX.1429) şənbə günü Səlmas yaxınlığındakı Zahir (kəndində)
döyüş oldu. İskəndər iki gün qəhrəmancasına vuruşdu, amma bəxti müsaid olmadı-
ğından yenə məğlub olub Ruma yollandı və Mirza (Şahrux) getdikdən sonra yenə
Azərbaycana hakim oldu. Və (8)39-cu ildə (27.VII. 1435
–
15.VII.1436) Mirza