TariX-İ qezelbaşAN



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə7/17
tarix15.03.2018
ölçüsü0,53 Mb.
#32248
1   2   3   4   5   6   7   8   9   10   ...   17

vivo 

TARİX-İ QEZELBAŞAN 

 

22 



 

(Şahrux)  yenə  onun  qarşısını  almaq  üçün  Reyə  gəldi.  Qara  Yusifin  oğlu  Mirza 

Cahanşah  onun  hüzuruna  getdi  və  (Şahrux)  İskəndərin  fitnəsinin  qarşısını  almağı 

ona həvalə etdi. (Misra): sərxoşu saqinin qəmzəsinə tapşır! 

 

(Altıncısı),  Cahanşah  Mirza  ibn  Qara  Yusif:  Arabir  şer  yazmağa  meyl 



edirdi və təxəllüsü  «Həqiqi» idi. Mirza  Şahrux tərəfindən Azərbaycan valisi təyin 

edildi.  Talışdakı  Qızılağacda  qışladı.  Qardaşı  İskəndər  Rumdan  geri  qayıdıb 

Sürməlu

133 


qışlağından  Təbrizə  gəldi  və  oranı  tutdu.  Cahanşah  onu  dəf  etməyə 

tələsdi  və  840-cı  ilin  əvvəllərində  (1436)  Mərənd  yaxınlığındakı  Sufiyan 

(qəsəbəsində)  iki  qardaş  arasında  döyüş  oldu.  İskəndər  Əlincəq  qalasına  qaçdı  və 

orada (8)41-ci il şəvval ayının 25-də (20.IV.1438) onun cariyələrindən birinə aşiq 

olmuş  oğlu  Şahqubad  tərəfindən  öldürüldü

134


 

və  onun  meyidini  Təbriz  (yaxınlı-

ğındakı  Vəlyankuhda  yerləşən  Əxi  Sədəddin  qülləsinə  apardılar.  Və  əmisi  onu 

(Şahqubadı) cəzalandırdı. 

 

844-cü ildə (2.VI.1440 



– 

21.V.1441) (Cahanşah) Gürcüstana qoşun çəkdi 

və  qələbə  qazandı.  851-ci  ildə  (19.III.1447 

– 

6.III.1448)  Diyarbəkrə 



– 

qardaşı 


İskəndərin oğlu Əlvəndin üstünə yeridi. Oranın bəzi mahallarını tutdu. 856-cı ildə 

(23.I.1452 

– 

11.I.1453) İraq vilayətini tutdu və 857-ci ildə (1453) İsfahanda kütləvi 



qırğın  törətdi.  859-cu  ildə  (22.XII.1454 

– 

10.XII.1455)  Bağdadı  tutdu  və  oranı 



qardaşı  İsfahan  bəyin  oğlunun  əlindən  aldı

135


.  (8)61-ci  ildə  (29.XI.1456 

– 

18.XI. 



1457) Xorasana yollandı, Heratı tutdu və Əlaüd-dövlə ibn Baysunqur

136


 

ona pənah 

gətirdi. Bu zaman Sultan Əbu Səid Mavəraənnəhrdən onun üstünə yeridi və Azər-

baycandan  Həsənəlinin  qiyam  xəbəri  gəldi.  Cahanşah  onunla  (Əbu  Səidlə)  sülh 

bağlamağa  məcbur olub geri qayıtdı

137


.  Həsənəli  qaçıb  Bakı

138


 

qalasında gizləndi. 

Atası  istəyirdi  ki,  onu  yanına  gətirib  cəzalandırsın;  (yalandan)  bildirdi  ki:  «onun 

günahından keçdim». (Amma) arvadı Bəyim qoymadı və axırda onu (Həsənəlini) 

öz məmləkətindən qovdu. 

 

O  biri  oğlu  Pirbudaq  Şirazda  üsyan  etdiyi  üçün  onu  oradan  çıxarıb 



Bağdada göndərdi və bu misranın hərfləri həmin tarixi köstərir: «Həqiqi kam-e del 

yabəd  ze  Şiraz»

139

.  O,  (Pirbudaq)  ora  getdi,  (amma),  yenə  də  atasına  tabe  olmaq 



istəmirdi.  869-cu  ildə  (3.IX.1464 

– 

23.VIII.1465)  (Cahanşah)  oranı  (Bağdadı) 



mühasirəyə  aldı  və  bir  ildən  sonra  tutdu  və  870-ci  il  ziqədə  ayının  2-də  (16.VI. 

1466) bazar günü səhər qardaşı Məhəmməd (Mirza) Pirbudağı öldürdü. 




vivo 

TARİX-İ QEZELBAŞAN 

 

23 



 

 

873-cü ildə (22.VII.1468 



– 

10.VII.1469) (Cahanşah) Diyarbəkrə 

– 

Həsən 


bəyin (Uzun Həsənin) üstünə qoşun çəkdi və qış çox sərt olduğu üçün Muş düzün-

dən geri qayıtdı. O, gecələr oturmağa və gündüzlər yatmağa adət etdiyi üçün Rum 

padşahı  onun  adını  «Yarasa»  («Şəbpərə»)  qoymuşdu.  O,  evdə  yatdığı  və  qoşunu 

başqa düşərgəyə yollandığı zaman Həsən bəy fürsət tapıb altı min süvari ilə onun 

üstünü aldı və həmin ilin rəbiüssani ayının 12-də (30.X.1468) qaçarkən naməlum 

bir  şəxs  tərəfindən  öldürüldü.  Oğlanları  Məhəmmədi  və  Əbu  Yusif  əsir  düşdü. 

Məhəmmədi  öldürüldü  və  o  biri  kor  edildi.  (Cahanşah)  808-ci  ildə  (29.VI.1405 

– 

17.VI.1406) Mardin



140

 

(yaxınlığındakı) Mədrəsə (kəndində) anadan olmuşdu. 



 

Həsənəli  ibn  CahanĢah:  Atası  onu  öz  ölkəsindən  qovduqda,  o,  Diyar-

bəkrə 


– 

Həsən bəyin yanına getdi (və ondan) qayğı gördü. Dəfələrlə atasının hüzu-

runa  qayıtmaq  istəsə  də,  yenə  qorxub  Həsən  bəyin  yanına  gedirdi  və  yenə  də 

hörmət görürdü. Axırda fitnəsi və xəyanəti məlum olanda, Həsən bəy onu qovdu və 

(o),  qardaşı  Pirbudağın  yanına  getdi.  Atasının  ölümündən  sonra  Təbrizə  gəldi  və 

xəzinəni  öz  tərəfdarı  hesab  etdiyi  bir  dəstə  rəzilin  arasında  bölüşdürdü.  Qardaşı 

Əbülqasım  Kermanda  qiyam  qaldırdı  və  İsfahanı  tutmaq  istədi,  amma  müvəffəq 

olmadı.  Çarəsiz  qalıb  qardaşına  (Həsənəliyə)  təslim  oldu  və  onun  əmri  ilə  öldü-

rüldü. Və atasının xeyirli işlər görmüş və «Müzəffəriyyə» sarayını tikdirmiş arvadı 

Bəyimi  boğub  öldürdü,  onun  (Bəyimin)  qardaşları  Qasım  və  Həmzəni  qılıncdan 

keçirdi.  

 

Xülasə,  sanki  bu  nahaq  qanların  əvəzi  olaraq,  o  əzəmətdə  ordu  Xoyda 



Həsən  bəyin  qoşunu  ilə  üzləşəndə  qorxudan  xəndəklərdə  gizləndi.  Axırda  Həsən 

bəyin  mühafizəçiləri  sapand  daşları  ilə  onları  qaçmağa  məcbur  etdilər.  Həsənəli 

Bərdəyə 

– 

Qaramanlu tayfasının yanına qaçdı, oradan Ərdəbilə gəldi. Hər gün bir 



fitnə törədirdi. Axırda Həsən  bəy oğlu Uğurlu Məhəmmədi onun  üstünə göndərdi 

və 873-cü ilin şəvval ayında (14.IV. 

– 

12.V.1469) Həmədanda ələ keçib öldürüldü. 



Bununla o sülaləyə son qoyuldu

141


 

QARAQOYUNLU TAYFALARI HAQQINDA



142

 

Alpaut tayfası 

 

Pir Məhəmməd bəy bu tayfanın böyük əmirlərindəndir. Pirbudaq Mirzanın 



ölümündən sonra Bağdad hakimi oldu. Həsən padşah onu mühasirəyə aldı və heç 

nə edə bilmədi. Elə o vaxtlar 

– 

872-ci ildə (2.VIII.1467 



– 

21.VII.1468) vəfat etdi. 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə