TariX-İ qezelbaşAN



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə8/17
tarix15.03.2018
ölçüsü0,53 Mb.
#32248
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

vivo 

TARİX-İ QEZELBAŞAN 

 

24 



 

 

Bu tayfanın böyük  əmirlərindən biri Rüstəm bəy  Təvaçidir



143

  ki,  Səncəq 

döyüşündə

144


 

əsir düşdü. 

 

Bu  tayfanın  böyük  əmirlərindən  biri  də  Pir  Məhəmməd  bəy  Sanidir  ki, 



Həsən padşahın əmirlərindən idi və Tərcan döyüşündə dedi ki: «mən Həsən padşa-

ham!» Ona görə Sultan Məhəmmədin əmri ilə Tokat qalasında dustaq edildi

145



 



Bu tayfanın əmirlərindən biri də Qaraxan bəydir ki, Qara Yusifin adından 

Həmədan hakimi idi. 

 

Başqa birisi Sərxan bəydir. O da Qara Yusifin böyük əmirlərindən idi. 



 

Daha biri 

– 

Yaqub bəy Mirza İskəndərin böyük əmiri idi. 



 

Başqa birisi Məhmad bəydir ki, Sultan Xəlil zamanında böyük əmir idi. 

 

Baharlu tayfası 

 

Onların böyük əmiri Əlişəkər bəydir ki, Cahanşah padşahın adından uzun 



illər Həmədan, Vorucerd və Nəhavənd

146


 

hakimi olmuşdur. Cahanşah onu Rüstəm 

Tərxan  və  başqa  yaxın  adamları  ilə  birlikdə  Həsən  padşahla  döyüşə  göndərdi  və  

(o),  Mardində  əsir  düşdü

147

,  o  həzrət  onu  azad  etdi  və  yenidən  Həmədan  hakimi 



oldu. 

 

Onun  övladları  Pirəli  bəy,  Yarəli  bəy  və  Bayram  bəy  də  böyük  əmirlər 



idilər.  Pirəli  bəy  Səncəq  döyüşündə  Həsən  padşah  tərəfindən  tutuldu  və  o  həzrət 

onu azad etdi. Ondan sonra Cahanşahın kor edilmiş oğlu (Əbu) Yusif Mirzanı taxta 

çıxardı və Nuzul

148


 

şəhəri ətrafında Lur-i kuçek

149

 

hakimi ilə vuruşdu və onu öldür-



dü.  Axırda  (həmin)  şəhər  yaxınlığında  Həsən  padşahın  oğlu  Uğurlu  Məhəmməd 

tərəfindən məğlub edildi və Sultan Hüseyn Mirzaya (Bayqaraya) pənah apardı. 

 

Bu tayfanın böyük əmirlərindən biri Şahvəli bəydir ki, Səncəq döyüşündə 



öldürüldü. 

 

Başqa birisi Əlişəkər (bəyin) nəvəsi Bayram xandır



150

 

ki, Humayun padşa-



hın

151


 

əmir  əl-ümərası  idi.  Onun  ölümündən  sonra  Cəlaləddin  Əkbəri

152

 

taxta 



çıxardı  və  bütün  (zəruri)  tədbirləri  gördü.  Axırda  paxılların  fitnəsi  ilə  onların 

arasına düşmənçilik düşdü və (Bayram xan) çox vuruşlardan sonra Həccə yollandı 

və yolda hindlilər tərəfindən öldürüldu. 

 

Onun  oğlu  layiqli  xidmətlərinə  görə  xanlar  xanı  (xan-xanan)  oldu



153

 

və 



Cəlaləddin  Əkbər  padşah  ona  Sultan  Hüseyn  Mirza  Səfəvinin

154


 

oğlu  Rüstəm 

Mirza ilə birlikdə Dəkən ölkəsini

155


 

tutmağı həvalə etdi və o tərəflərin əksəriyyətini 

tutdu; hazırda o məmləkətin hökmdarıdır. 



vivo 

TARİX-İ QEZELBAŞAN 

 

25 



 

Cagirlu tayfası 

 

Onların  böyük  əmiri  Əmir  Bəstamdır  ki,  illərlə  Qara  Yusif  Türkmanla 



vuruşdu və axırda onun əmir əl-ümərası oldu. (Onun) oğlanlarından Əmir Bayəzid 

Cahanşah  padşahın  divan  əmiri  (əmir-i  divan)  idi  və  ölümündən  sonra  qardaşı 

Əbülfəth bəy onu əvəz etdi. 

 

Bayəzid bəyin oğlu Ömər bəy Cahanşahın böyük əmiri idi və Həsənəlinin 



məğlubiyyətindən  sonra  Əbu  Səidin  xidmətinə  keçdi  və  axırda  Həsən  padşah 

tərəfindən əsir tutuldu. 

 

Əli bəy Cahanşahın böyük əmiri idi və Səncəq döyüşündə Həsən padşahın 



qoşununun əlinə keçib öldürüldü. 

 

 

Qaramanlu tayfası 

 

Əmir Qaraman Qara Yusif zamanında bütün əmirlərdən böyük idi və Şir-



van padşahı Sultan İbrahimlə döyüşdə

156


 

qəhrəmanlıqlar göstərmişdi. 

 

Piri  Qaraman  Mirza  İskəndərin  böyük  əmiri  idi  və  ondan  üz  döndərib 



Cahanşaha qoşuldu. 

 

Bəxtiyar  bəy  Cahanşah  zamanında  ona  pənah  gətirdi.  Buna  görə  Həsən 



padşah Sufi Xəlil Mosulluya Süleyman bəy Pornak və Əli bəy Ağacəri kimi böyük 

əmirlərlə  birlikdə  onu  aradan  götürməyi  tapşırdı.  Sufi  Xəlil  qəflətən  onun  üstünə 

hücum çəkdi və Bəxtiyar bəyi iki yüz nəfər mülazimi ilə birgə qətlə yetirdi. 

 

Və başqa birisi Bayram bəydir ki, I Şah İsmayıl zamanında Bəlx valisi idi 



və o həzrətin bacısının əri idi. Nəcm-i Sani ilə birlikdə Qicduvanda həlak oldu. 

 

Onların  əmirlərindən  biri  də  Yarməhəmməd  bəydir.  (O),  Qara  Yusif 



zamanında böyük əmir idi. 

 

Sədlu tayfası 

 

Onların  böyük  əmiri  Pirhüseyn  bəydir  ki,  Ələşkerd  döyüşündə



157

 

Mirza 



Şahruxun mülazimləri tərəfindən öldürülmüşdü. 

 

Hüseyn Sədlu Cahanşahın adından Astrabad hakimi idi və Sultan Hüseyn 



Mirza Bayqara ilə vuruşub həlak oldu. 

 

Başqa  biri  Saru  Pirəlidir.  Cahanşah  Bağdadı  fəth  edəndə,  o,  Dəclədə 



boğuldu. Onun oğlanları Mirsübhan bəy və Əmir bəy Həsən padşahın əmirlərindən 

idilər. 



vivo 

TARİX-İ QEZELBAŞAN 

 

26 



 

 

Pirhüseyn  bəyin  övladlarından  Alovxan  bəy  Şah  Təhmasib  zamanında 



kiçik əmir idi. 

 

Fərhad  xan  Bayram  bəyin  övladlarından  idi  və  I  Şah  Abbasın  zamanın-



da

158 


yüksək sultanlıq rütbəsinə  çatdı,  bir  müddət tam  əzəmət  və  istiqlal ilə  fələk 

vüqarlı padşahın xidmətində ixtiyar və iqtidar sahibi idi. Səltənətin əsas dayağı idi 

və  onun  düzgün  rəyi  olmadan  hakimlərin  təyini  və  çıxarılması,  mühüm  işlərin 

icrası baş vermirdi. Yüksək «Övlad» («fərzənd») ləqəbinə layiq görülmüşdü və heç 

bir  xoşbəxtin  təsəvvür  edə  bilməyəcəyi  ali  bir  rütbəyə  və  möhtərəm  mənsəbə 

yetişmişdi.  Bütün  işlərdə  və  cəmi  məsələlərdə  etibar  və  etimad  nöqtəsi  olmuşdu. 

Axırda  vəfasız  fələk  öz  köhnə  adətini  göstərdi  və  onu  kiçik  bir  təqsirlə  asiman 

saraylı padşahın gözündən saldı. 

 

Tale mənhus olub bəxt dönəndə ulduzlar və fələklər də öz təsirini göstərib 



işini sona yetirdilər. İzzət və dövlət tacı ilə fəxr edən başını nizəyə keçirib Heratın 

bazar və məhəllələrində gəzdirdilər

159



 



Bu qəziyyə 1007-ci ilin məhərrəm ayında (4.VIII. 

– 

 2.IX.1598) Heratda I 



Şah  Abbas  Xorasanı  özbəklərdən  azad  edəndə  baş  vermişdi  və  «fəth-e  heri  şod» 

ifadəsi onun tarixini göstərir

160



 



(Fərhad xanın) qardaşı Zülfüqar xan hazırda mötəbər xanlardan biridir və 

səxavətinin  çoxluğu  ilə  öz  təbəqəsindən  və  taylarından  seçilir  və  üstündür.  I  Şah 

Abbas  onu  Ruma  səfir  göndərdi  və  o,  faydalı  təsiri  olan  həmin  səfərdə  səy  və 

mərdanəlik göstərdi. Yuxarılar və aşağılar arasında həmin səfirlik məlum və məş-

hur, insaf sahiblərinin dili və ağzında məzkurdur. Hal-hazırda Ərdəbilin hakimliyi 

ona tapşırılmışdır. 



 

Hacılu tayfası 

 

Şahəli bəy (...) əmirlərdən olmuşdu və 909-cu ildə (26.VI.1503 



– 

13.VI. 


1504) Vəramində Hüseyn Kiya Çəlavi

161


 

tərəfindən öldürülmüşdü. 

 

Və bu tayfanın əmirlərindən biri Kor Seyiddir. 



 

Bayburtlu tayfası 

 

Bu tayfa Ərzincan yaxınlığında yerləşən Bayburtdandır və onların böyük 



əmiri  Qaraca  İlyasdır  ki,  I  Şah  İsmayılın  cülusunun  əvvəllərində  onun  hüzuruna 

gəlmişdi


162



 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə