vivo
TARİX-İ QEZELBAŞAN
27
Varsaq tayfası
Onların əsli indi Qaraman kimi məşhur olan yunan şəhərlərindəndir. I Şah
İsmayıl vaxtında onlardan böyük əmir olmayıb. Onların kiçik əmirləri Musa bəy,
Həsən Xəlifə
–
Xaf
163
hakimi, Mustafa bəy və Durhəsən Xəlifə olmuşlar.
Evoğlu (tayfası)
Bu tayfadan böyük əmir olmayıb. (Onlar) Səfəvi xanədanının müridlərin-
dəndir və əksərən o həzrətin mətbəxində xidmət etmişlər.
Qaracadağlu tayfası
Bu tayfanın böyük əmiri Çavuş Mirzadır ki, I Şah İsmayıl vaxtında əmir
olmuşdur.
Və bu tayfanın (əmirlərindən) biri Xəlifə Ənsardır
164
.
KÜRD TAYFALARI HAQQINDA
Bu tayfada böyük padşahlar olmuşdur, o cümlədən, Nəcməddin Əyyubun
oğlu Sultan Səlahəddin Yusif
165
ki, iyirmi altı il Misir, Şam, Hələb və Diyarbəkrdə
hökmranlıq etmiş, şücaətli, səxavətli və ədalətli padşah olmuşdur, 589-cu ilin səfər
ayında (6.II.
–
6.III.1193) Dəməşqdə vəfat etmişdir.
O diyarda hökmranlıq etmiş həmin sülalə budur: Məlik Əziz Osman,
Məlik Mənsur Məhəmməd, Məlik Əfzəl Nurəddin Əli, Məlik Adil Əbubəkr, Məlik
Saleh, Məlik Nəcməddin Əyyub, Məlik Müəzzəm Turanşah; həmən ölkələrdə
onların hökmranlığı 81 il olmuşdur
166
.
Belə deyirlər ki, Əyyubilər adlanan Misir sultanlarının əcdadı kürd qəhrə-
manlarından Şadi adlı birisi imiş. (O), Sultan Məsud Səlcuqinin
167
vaxtında Tikrit
qalasının
168
komendantı təyin edildi və öldükdən sonra şərəfli oğlanları Nəcməddin
Əyyub və Əsədəddin Şirkuh o işi icra etdilər, ta o vaxta qədər ki, Əsədəddin bir
nəfəri öldürdü və orada qalmağı məsləhət bilməyib Nurəddin Mahmud ibn İmadəd-
din Zəngiyə
169
pənah apardılar və şahın sevimlisi və qoşunun başçısı oldular.
Misir İsmaili dövləti zəifləməyə başlayanda o zaman Misir hüdudlarına
basqın edən türklərin təhlükəsini dəf etmək üçün Nurəddin Mahmuddan kömək
istədi və o, dəfələrlə Əsədəddini müzəffər qoşunla köməyə göndərdi. Əsədəddin
axırıncı dəfə Azid İsmailinin
170
vəziri Şaburu (Şapuru) öldürdü və yerinə keçdi. İki
vivo
TARİX-İ QEZELBAŞAN
28
aydan sonra o da axirət dünyasına köçdü. Qardaşı oğlu Səlahəddin Yusif ibn
Nəcməddin Əyyub onu əvəz etdi və 567-ci ildə (4.IX.1171
–
22.VIII.1172) Azidin
ölümündən sonra bütün Misirin və onun ətrafının valisi oldu, başqa iddiaçıları
aradan götürdü. Nurəddin Mahmud Zəngidən xahiş edib atası Nəcməddin Əyyubu
Misirə gətirdi. Nəcməddin Əyyub Yaqub kimi hicran çəkmiş gözlərini Misirdə
sultanlıq edən əziz Yusifin görüşü ilə işıqlandırdı
171
. (Səlahəddin) atasının məslə-
hətinə görə, Nurəddin Mahmud Zəngiyə xidmət yolundan çıxmırdı, Nurəddin də o
torpaqları ona güzəştə getdi.
Səlahəddin cahangirlik qılıncını sıyırıb az bir müddətdə o vilayəti din və
dövlət düşmənlərindən təmizlədi. O qədər səxavətli idi ki, səltənətin genişliyinə,
məmləkətin böyüklüyünə və qənimətlərin bolluğuna baxmayaraq, 589-cu il səfər
ayının 7-də (12.II.1193) səhər keçinərkən, onun xəzinəsində 47 dirhəmdən artıq
pul yox idi.
Deyirlər, Azidin xəzinəsindən Səlahəddin Yusifin əlinə keçən qiymətli şey
bir zümrüd əsa və gözəl xətlə, yazılmış yüz min nüsxə nəfis kitab olub.
Misir, Şam və Yəmən yüz ilə yaxın Əyyubilərin hakimiyyəti altında
olmuşdur və onların çoxu gizli sultanlıq xalatı geymişlər. Axırı 662-ci ildə
(4.XI.1263
–
23.X.1264) süqut edib qulamlara çevrildilər və 923-cü ildə (24.I.1517
–
12.I.1518) Rum padşahı Sultan Səlim onların sonuncusu olan Qansuhu
172
məğlub
etdi və o məmləkət rumluların (osmanlıların) əlinə keçdi.
LUR TAYFALARI HAQQINDA
Luristan təxminən 300-cü ildə (18.VIII.912
–
7.VIII. 913) o diyarın haki-
mi olmuş iki qardaşın adı ilə iki hissəyə bölünmüşdür: Bədr
–
Böyük Lurun valisi,
Mənsur
–
Kiçik Lurun valisi. Uzun müddət Luristanın hakimliyi onların əlində idi.
Onların böyük padşahı Nəsirüddövlə ibn Mərvan
173
; əlli iki il Cəzirə
174
və
Diyarbəkrdə sultanlıq etmiş və 453-cü ildə (26.I.1061
–
14.I.1062) vəfat etmişdir.
Ondan sonra övladları Nəsr, Səid və Mənsur o diyarda hakimlik etmişlər
175
.
Və onların böyük əmirlərindən biri Bitlis
176
padşahı Şərəfəddin xanın oğlu
Şəmsəddin xandır
177
.
Kiçik əmirlərdən (biri) Hası bəy Dünbülidir ki, Xoyda İskəndər paşa ilə
vuruşda həlak oldu
178
.
vivo
TARİX-İ QEZELBAŞAN
29
İKİNCİ HİSSƏ
SOL TƏRƏFDƏ (CİNAHDA) OLAN TAYFALAR HAQQINDA
Ustaclu (tayfası)
Onlar I Şah İsmayılın zühurunun əvvəllərində Ərzincan yaxınlığında öz
köçləri ilə xoşbəxt orduya qoşuldular. Onların böyük əmirləri çoxdur. O cümlədən:
Xan Məhəmməd yeddi il I Şah İsmayılın adından Diyarbəkr hakimi idi, az
bir qoşunla dəfələrlə zülqədr ordularını məğlub etmişdi və 920-ci ildə (26.II.1514
–
14.II.1515) Çaldıran döyüşündə həlak oldu.
Onun qardaşı Qara xan ondan sonra Diyarbəkr əmir əl-ümərası oldu və
922-ci ildə (5.II.1516
–
23.I.1517) Mardin (yaxınlığındakı) Qoruqtəpədə «Bığlı
Çavuş» adı ilə məşhur olan Mustafa paşa ilə döyüşdə öldürüldü
179
.
Bu tayfanın böyük əmirlərindən biri Çayan Sultandır
180
ki, Hüseyn bəy
Lələ çıxarıldıqdan sonra I Şah İsmayılın əmir əl-ümərası oldu və 930-cu ildə (10.
XI.1523
–
28.X.1524) vəfat etdi.
Onun qardaşı Köpək Sultan vəkillik mənsəbi üstündə Div Sultan Rumlu
ilə vuruşub 933-cü ildə (8.X.1526
–
26.IX.1527) Şəhrurda (Şərurda) öldürüldü
181
.
Bu tayfanın böyük əmirlərindən biri I Şah İsmayılın bacısı oğlu və Şah
Təhmasibin bacısının əri Abdulla xandır. Çuhə Sultanın ölümündən sonra Hüseyn
xan Şamlu ilə şərikli Şah Təhmasibin əmir əl-ümərası oldu, sonra isə Şirvan
hakimi oldu və az bir qoşunla Qasım bəy Şirvanini
182
məğlub etdi və 974-cü ildə
(19.VII.1566
–
7.VII.1567) dünyadan köçdü. (O), siyasətcillikdə şahın bütün əmir-
lərindən seçilirdi.
Başqa biri Məntəşa Sultandır ki, Şah Təhmasib zamanında Azərbaycan
əmir əl-ümərası idi və Şah Təhmasib ona «lələ» deyə müraciət edirdi. 953-cü ildə
(4.III.1546
–
20.II.1547) qəflətən vəfat etdi.
Başqa biri Bədr xandır ki, Şah Təhmasibin divanbəyi idi, Şahqulu
Xəlifədən sonra qoşunun sərdarı oldu və Astrabad yaxınlığında özbək Əli Sultanla
vuruşub əsir düşdü
183
. Axırda o bəladan (əsirlikdən) xilas oldu və Qəzvin şəhərinə
gəldi. Amma (şahın) kimiya təsirli nəzərini cəlb etmədi, ona görə çox məyus oldu
və elə o dövrdə vəfat etdi.
Dostları ilə paylaş: |