Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova Təsdiq edirəm



Yüklə 90,42 Kb.
tarix04.02.2018
ölçüsü90,42 Kb.
#23473
növüMühazirə

Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova

Təsdiq edirəm:______________

Ümumi məlumat

Fakültə, Fənnin adı, kodu və kreditlərin sayı

Təhsil fakültəsi, History of World Civilization -1, HIST 110, 3 kredit

Departament

Tarix və Arxeologiya departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Payız 2015

Fənni tədris edən müəllim (lər)

PhD Roza Arazova

E-mail:

rarazova@khazar.org

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl

11, Məhsəti küç.(Neftçilər Kampusu). Otaq 304 o, cümə axşamı, 13:40,15:10


Məsləhət saatları

Auditoriya ilə razılaşdırılır

Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas dərsliklər:

* Şəklində işarələnmiş kitablar cədvəldə göstərilmişdir.

  1. *Yusifov Yusif. Qədim Şərq tarixi. Bakı, “Şərq-qərb”, 2007 (və başqa nəşrlər).

  2. История Древнего Востока. Под ред. А.Г.Бокщанина, Москва, 1982

  3. История Древнего Востока. Под ред. В.И.Кузищина. Москва, Высшая школа, 1988 və başqa nəşrlər.

  4. *Древние цивилизации. Под ред. Г.M.Бонгард – Левин, Москва, 1989.

  5. Mühazirə mətnləri.


Əlavə ədəbiyyat

  1. Tofiq Mustafazadə. Ümumi tarix. I kitab, Bakı, 2009, s. 43-149.

  2. Cəlil Nağıyev. Qədim Şərq ədəbiyyatı tarixi. Bakı, Asiya nəşriyyatı, 2004.

  3. *Tərlan Novruzov. Qədim Şərq ədəbiyyatı. I hissə, Bakı, Adiloğlu, 2007.

  4. *Solmaz Qaşqay. Ön Asiyada miqrasiya proseslərinə dair. Bakı, 2009

10. *S.Kramer. Tarix şumerdən başlanır. Bakı 2009

11. Хрестоматия по истории древнего Востока. Под ред. М.А. Коростовцева и др., часть I. Москва 1980



Kursun vebsaytı




Tədris metodları

Mühazirə

- Mühazirələr

- Mövzu ətrafında interaktiv müzakirələr və yoxlama işləri

- Mühazirələrin əsas tezisləri yazılı olaraq tələbələrə veriləcəkdir

- Xəritələr, video və digər əyani vəsaitlərdən istifadə

- Mövzularla əlaqədar olaraq, İncəsənət muzeyinə ekskursiyanın təşkil edilməsi


Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%), bal

Aralıq imtahanı

Noyabr (mövzular: Qədim Misir, Qədim Mesopotamiya)


35

Praktiki məsələ







Fəallıq

Dərslərdə, diskussiyalarda və elmi seminarlarda iştirak etmək (semestr ərzində)



5

Yoxlama yazı işləri


2 quiz keçirilir. Birinci quiz aralıq imtahanı ,ikincisi isə final imtahanından əvvəl keçirilir.


5+5

Müstəqil yazı işi

Təklif olunan - S.Kramer “Tarix Şumerdən başlanır” (Bakı 2009) və Solmaz Qaşqay “Ön Asiyada miqrasiya proseslərinə dair” (Bakı, 2009) kitablardan birini oxumaq, annotasiya (xülasə) yazmaq və müzakirələrində iştirak etmək.

Annotasiyanın həcmi 3-5 komputer səhifəsi. İşlər tələbələrlə razılaşdırılan vaxtda təhvil verilir.
Yazı işinə aid qaydalar:

1. İş ayrıca vərəqlərdə yazılmalıdır.

2. Vərəqin bir üzü yazılmalı, vərəqin kənarında sahələr qoyulmalıdır.

3. İş aydın yazılmalı, fikirlərin abzaslara bölünməsi məntiqi olmalıdır, hər yeni fikirdə abzasdan istifadə edilməlidir. İşin girişi və nəticəsi olmalıdır.

4. İş savadlı yazılmalı, lazım gəldikdə orfoqrafik lüğətdən istifadə edilməlidir.

5. Sonda istifadə olunmuş mənbələrin və ədəbiyyatın siyahısı əlavə edilməlidir.

6. İşin titul vərəqi olmalıdır: mövzunun adı, tələbənin adı, soyadı, fakultəsi, işin yerinə yetirildiyi department göstərilməlidir.



10

Prezentasiya/Qrup müzakirə







Final imtahanı

Yanvar

(mövzular: Het şahlığı, Şərqi Aralıq dənizi ölkələri, Urartu, qədim İran, qədim Hindistan, qədim Çin).


40

Digər







Yekun





100 bal

Kursun təsviri

Qədim Şərq tarixi qədim dünya tarixinin tərkib hissəsidir. Qədim Şərq tarixi fənnin əsasını dövlətlərin yaranması, inkişafı, yüksəlişi və tənəzzülü prosesi təşkil edir.

Kursun məqsədləri

Şərq ölkələrin siyasi və ictimai- iqtisadi problemlərinin, mədəniyyət və etnik məsələlərinin öyrənilməsi bu ölkələrin ayrı- ayrılıqda tarixi, ümumi, fərdi və özünəməxsus cəhətləri barədə təsəvvür yaratmağa imkan verir.

Tədrisin (öyrənmənin) nəticələri

Kursun ümumi tədrisi prosesində tələbələr tərəfindən:

  • Qədim Şərq tarixi haqqında ümumi məlumat

  • Qədim Şərq tarixinin bəşəriyyət tarixinin başlanğıcı olmasını

  • Qədim Şərq ölkələrinin dövlət quruluşları, iqtisadi və mədəni əlaqələri, xarici siyasəti

  • Qədim Şərq mədəniyyətinin müxtəlif sahələrdə inkişafı və onun dünya mədəniyyətinə

mühüm təsiri

  • Qədim Azərbaycanın Şərq dünyası ilə iqtisadi, siyasi və mədəni əlaqələri

öyrəniləcəkdir.

Qaydalar (Tədris siyasəti və davranış)

Dəvamiyyət

Bütün tələbələr dərslərdə iştirak etməyə borcludurlar. Üzrlü səbəbləri (xəstəlik, ailə vəziyyəti və s. ) olanlar

dəvamiyyətsizliyinin səbəbini dekanlığa bildirməlidir. 20% dən artıq dərs buraxan tələbələr imtahana

buraxılmır.


Gecikmələr

Tələbə dərsə 5 dəqiqədən gec gələrsə, o, dərsə buraxılmır. Ancaq o, sonrakı saatlara girə bilər.



Yoxlama işi

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə

yoxlama işini növbəti həftədə yaza bilər.
İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur. Suallar dərs mövzuları əsasında hazırlanacaq. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.


İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanında tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürmə qadağandır. Həmin halda tələbənin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiyməti ilə imtahandan kənarlaşdırılır.


Fənni bitirmə qaydası:

Fənn ciddi olaraq Universitetin qiymətləndirmə siyasətinə riayət edir. Buna görə də bir qayda olaraq, fənni uğurla keçmək üçün ümumi qiymətin 60%- ni toplamalıdır. Qeyri- müvəffəq qiymət alan tələbə digər semestr və ya növbəti il fənni yenidən götürə bilər.


Tələbələrin davranış qaydaları.

Dərs zamanı dərs gedişini pozmaq, icazəsiz müzakirə, mobil telefonlardan istifadə və ya qeyri- etik hərəkətlər etmək qadağandır. Fənni uğurla bitirmək üçün tələbələr dərsdə fəal olmalı və digərlərini də iştiraka cəlb etməlidirlər.



Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış), saatlar

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar


4

17.09.2015





Giriş. Tələbələri Qədim Şərq tarixi fənninin proqramı ilə, həmçinin onların qarşısında duran vəzifələrlə tanış etmək.

Qədim Şərq sivilizasiya anlayışı, onun coğrafi və xronoloji çərçivəsi. Qədim Şərq ölkələrinin tarixi inkişaf xüsusiyyətləri.


[1, Fəsil I, səh. 5-49]

[4, s.12-34]

[9, s.5-25]





4



Qədim Misir. Təbii şəraiti, coğrafi mövqeyi və əhalisi.

Mənbələr. Tarixşünaslıq.


Erkən Şahlıq dövrü və onun səciyyəvi cəhətləri.

Qədim Şahlıq dövrü. III-VI sülalərin hakimiyyəti.

[1, Fəsil VI, səh. 163-173]
[1, Fəsil VII,səh. 174-179]



4
01.10.2015



Misir Orta Şahlıq dövründə.
Misir Yeni şahlıq dövründə. XVIII- XIX sülalə fironlarının daxili və xarici siyasəti. İşğalçı müharibələrin genişlənməsi.

Dini- siyasi islahat və onun mahiyyəti.



Misir b.e.ə. I minilliklərdə: yadellilərin hakimiyyəti və Sais intibahı. Misirin iranlılar tərəfindən işğalı.

[1, Fəsil VIII,səh.180-192]
[1, Fəsil IX, səh.193-219; 1, Fəsil X, səh. 220-227]



4
08.10.2015




Qədim Misir mədəniyyəti. Yazı və onun səciyyəvi cəhətləri. Qədim Misir ədəbiyyatı. Elmi biliklər. Din. Məbədlər və kahinlər. Təsviri incəsənət və memarlıq.

Dünya mədəniyyətinin inkişafında Qədim Misir mədəniyyətinin yeri və əhəmiyyəti.



[1, Fəsil XI, səh.228-238];

[8, səh. 90-115]




4

15.10.2015





Qədim Mesopotamiya (İkiçayarası). Coğrafi mühiti və əhalisi.

Mənbələr. Mesopotamiya tarixinin öyrənilməsi.

Cənubi Mesopotamiya (Şumer) b.e.ə. III minilliyin birinci yarısında ölkənin iqtisadi, siyasi və mədəni həyatının inkişaf mərkəzidir. Şumer şəhər- dövlətlərinin siyasi quruluşu və siyasi tarixi. Cənubi İkiçayarasının Akkad hakimiyyəti altında birləşdirməsi. Sarqonidlərin daxili və xarici siyasəti. Qutilərin basqını və Akkad şahlığının süqutu. III Ur sülaləsinin hakimiyyəti dövründə müstəbid hakimiyyət, idarə üsulu və ordu.

Şumer-Akkad şahlığının zəifləməsi və dağılması.



[1, Fəsil II, III

səh.50-104]
[4, s.88-96]
[9, s.26-35]



4

22.10.2015




Mesopotamiya b.e.ə. II minillikdə. Babilin yüksəlməsinin səbəbləri. I Babil sülaləsi. Hammurapinin qanunları. Babilistanın iqtisadiyyatı, ictimai və siyasi quruluşu.

Babilistan kassı sülaləsinin hakimiyyəti altında.



[1, Fəsil IV,səh.105-124]
[4, s.97-103]



4

29.10.2015




Mesopotamiya b.e.ə. I minillikdə. Assuriya və Yeni Babil dövlətləri. Assuriya tarixinin dövrü təsnifatı. Qədim Assur şahlığı. Orta Assur şahlığı. Assuriyanın güclənməsi. Yeni Assur dövründə Assuriyanın iqtisadi və hərbi- siyasi yüksəlişi. Sarqonidlər sülaləsi hökmdarlarının hərbi yürüşləri. Assuriya dövlətinin süqutu.

Babilistanın (e.ə. II min. sonu- I min. əvvəllərində) müstəqillik uğrunda Elam və Asssuriya ilə mübarizəsi. Yeni Babil dövlətinin yaranması, daxili və xarici siyasət. Ölkənin farslar tərəfindən işğal olunması



[1, Fəsil XIV, səh.278-304]
[1, Fəsil XVI, səh.318-329]
[4, s.102-108]







4

05.11.2015




Qədim Mesopotamiya (İkiçayarası) xalqlarının mədəniyyəti. Qədim Mesopotamiya mədəniyyətinin formalaşması və onun inkişaf şərtləri. Mixi yazının yaranması və inkişafı. Ədəbiyyat və onun janrları. Təhsil sistemi. Elmi-təcrübi biliklərin yaranması. Dini görüşlər və əsas inamlar. Memarlıq, heykəltaraşlıq. Qədim Mesopotamiya mədəniyyətinin Yaxın Şərq xalqları mədəniyyətinə təsiri.

[1, Fəsil V, səh.125-162]
[8, səh.50-82]
[4, səh.108-117]

[10]









Aralıq imtahanı






4

12.11.2015





Het şahlığı. Coğrafi mövqeyi və əhalisi. Mənbələr. Arxeoloji tədqiqatlar. Het yazısının oxunması.

Het tarixinin dövrü təsnifatı. Qədim Het şahlığının yaranması. Yeni Het dövründə Het şahlığının dirçəlişi. Hetlərin Mitanni, Babilistan, Assuriya və Misirlə münasibətləri. Het dövlətinin dağılması.



Het mədəniyyəti. Dini görüşlər və əyanlər. Het əsatirləri və ədəbiyyatı. Het qanunları. Elmi-təcrübi biliklər. Het memarlığı, heykəltəraşlığı.

[1, Fəsil XIII,səh.254-275]
[1, Fəsil XIII,səh.268-277]
[4, səh.118-132]
[8, səh. 116-121]

[9, səh. 58-66]





4

19.11.2015





Suriya, Finikiya və Fələstin.

Şərqi Aralıq dənizinin coğrafi mövqeyi və əhalisi. Mənbələr. B.e.ə. III-II minillikdə Şərqi Aralıq dənizində erkən dövlətlərin yaranması (Bibl, Ebla və s.) və siyasi quruluş. Misir və Aralıq dənizinin digər vilayətləri ilə münasibətlər. Finikiya məskunlaşması. Finikiya mədəniyyəti.

E.ə. II minillikdə Suriyanın daha güclü qonşulara tabe edilməsi. E.ə. I minillikdə Suriya dövlətləri. Yeni Babil şahlığının və İranın hakimiyyəti altında.

B.e.ə. II minilliyin sonu- I minilliyin əvvəlllərində İsrail- İudey şahlığının yaranması. Xarici siyasət. İsrail çarlığının İsrail və Yəhudi padşahlığına parçalanması. Peyğəmbərlik hərəkatı. İsrailin Assuriya tərəfindən işğalı. Babil əsarətinin başlanması.



Qədim Fələstinin mədəniyyəti.

[1, Fəsil XII, səh.239-253]
[9, səh. 66-75]

[8, səh. 252-265]




4

26.11.2015





Van şahlığı (Urartu). Coğrafi mövqeyi və əhalisi. Mənbələr. Maddi mədəniyyət abidələri. Urartu kitabələri. Urartu tarixinin öyrənilməsi.
Urartu dövlətinin- Van çarlığının yaranması. Siyasi və ictimai- quruluşu. Xarici siyasəti. Urartu dövlətinin tənəzzülü və məhvi.

Urartu mədəniyyəti. Memarlıq. Heykəltaraşlıq. Bədii sənətkar-

lıq. Dini etiqadlar


[1, Fəsil XV, səh.305-317]

[9, səh.49-58]


[4, səh.164-176]

12.


4

03.12.2015



Qədim İran.Təbii şərait. Əhali. Mənbələr. İran ərazisində ən qədim dövlətlər. Elam.
Midiya. Qəbilə ittifaqı və Assuriya təcavüzünə qarşı mübarizə. Midiya şahlığının yaranması. Midiyanın xarici siyasəti.

[1, Fəsil XVII,səh330-362]
[1, Fəsil XVII,səh389-420]

13.



4

10.12.2015





II Kirin (Kuruş) hakimiyyətə gəlməsi və Əhəməni İran dövlətinin yaranması. Onun işğalçılıq siyasəti. İran Kambizin dövründə. Qaumatın üsyanı. Siyasi böhran. I Daranın hakimiy-yəti ələ keçirməsi. Onun islahatları (hərbi, inzibati-maliyyə). Daranın xarici siyasəti. Daranın xələfləri zamanı İranın zəif-ləməsi.

Qədim İran mədəniyyəti. Din. Qədim allahlar. Zərdüştlük. “Avesta”. Yazı sistemi. Memarlıq, heykəltəraşlıq, bədii sənət. Elmi biliklər.

[1, Fəsil XVII,səh420-450]

[4, səh.134-162]

[9, səh.75-89]

[8, səh. 18-49]



14.

4

17.12.2015





Qədim Hindistan. Təbii şəraiti və ən qədim əhalisi. Hind mədəniyyətinin yaranması. Mohenco-Daro və Harappa. Hind mədəniyyətinin süqutu.

Arilər. İqtisadi və ictimai mübasibətlər. Qanq vadisində ilk sinifli cəmiyyətlərin və dövlətlərin meydana gəlməsi. Varnalar sistemi. Brahmanizm. Makedoniya işğalları ilə mübarizə. Hindistanın Maurilər sülaləsi hakimiyyəti altında birləşdirilməsi. Aşokinin xarici, daxili və dini siyasəti. Buddizm.

Maurilər dövlətinin zəifləməsi və dağıdılması.

Qədim Hindistan mədəniyyəti. Yazı. Ədəbiyyat. Dini etiqadların növləri. Təsviri incəsənət, memarlıq, heykəltaraşlıq. Elmi biliklər.


[1, Fəsil XVIII,səh.451-468]

[1, Fəsil XVIII,səh.468-476]


[4, səh.218-238]

[8, səh.189-198]



15.

4

24.12.2015





Qədim Çin. Təbii şəraiti və əhalisi. Mənbələr

Xuanxe çayı vadisində dövlətin əmələ gəlməsi. Çin Şan-İn dövründə. Çin Çjou dövründə. Birləşmiş dövlətin yaradılması.

Sin knyazlığının yüksəlişi. Şan Yanın islahatları. Çinin Sin hakimiyyəti altında birləşdirilməsi. Sin Şixuan və onun islahatları və xarici siyasəti. Sin sülaləsinin devrilməsi.

B.e.ə. III əsrdə siyasi dağınığlığın aradan qaldırılması və Xan imperiyasının əsasının qoyulması. Çin Erkən və ya Böyük Xan sülaləsinin hakimiyyəti dövründə. Çin Son-ya Kiçik Xan sülaləsi dövründə.



Qədim Çin mədəniyyəti. Əsatir və din. Fəlsəfi və dini sistemlər. Konfusicilik. Yazı. Ədəbiyyat və onun janrları. İncəsənət.

[1, Fəsil XIX,səh.477-494]
[1, Fəsil XIX,səh.494-495]

[4, səh.250-278]









Final imtahan



Yüklə 90,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə